Məhkəmə qərarları › İş №2(102)-5491/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5491/2019

28.08.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5491/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, Cavabdeh, vəkili Vəkil iştrakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3548/2019 saylı 27 mart 2019-cu il tarixli qətnaməsindən İddiaçı5 və onun vəkili Vəkilin kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3511/2018 saylı iş üzrə 28 dekabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı5 C avabdehə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh mənəvi zərərə görə İddiaçı5 xeyrinə 1000 (min) manat məbləğində pulun tutulması, habelə Cavabdeh üzərinə İddiaçı5 yazılı qaydada üzr istənilməsi vəzifəsinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.İmanov, hakimlər A.Hüseynov və V.Sadıqov, İş № 2(103)3548/2019) Cavabdeh apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3511/2018 saylı iş üzrə 28 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməsi, İddiaçı5 Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı2 Cavabdehə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların şərəf və ləyaqətini alçaldan məlumatların təkzib edilməsinin və üzr istənilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması, iddiaçıların hər birinə dəymiş mənəvi zərərə görə cavabdehdən 20000 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia ərizəsi iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 aid hissədə baxılmamış saxlanılmış, iddiaçılar İddiaçı2 və İddiaçı5 isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçılara vurulmuş mənəvi zərərə görə 20000 manat pulun tutulması və Cavabdeh iddiaçılardan yazılı qaydada üzr istəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı5 və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışlar ki, iddiaçı mənəvi sarsıntı keçirmişdir. Bu halların sübutu kimi iddiaçının iş materiallarına əlavə etdiyi tibbi müayinə sənədləri ilə təsdiq olunur. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Vəkil kassaisya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 mart 2019-cu il tarixli qətnaməsinin dəyişdirilməd ən saxlanılmasını xahiş etdilər. Digər tərəflər məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılsalar da məhkəmə iclas zalına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən məhkəmə iclas zalına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin göndərilməlidir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübah isənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticələrə əsasən birinci instansiya məhkəməsində ifadə vermiş hər 3 şahid apellyasiya icraatı zamanı təkrar dindirilərkən məhz cavabdeh tərəfindən iddiaçının işlədiyi əmək tollektıvi arasında onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatların nədə ifadə olunmasını qeyd edə bilməmişlər. Bu isə həmin ifadələrin hazırki tələb üzrə sübut kimi qiymətləndirilməsi və iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsinin qəbul etdiyi qətnaməsi işin həqiqi hallarına uyğun olmaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir. Belə ki, işin materiallarından göründüyü kimi, Cavabdeh İddiaçı5 işlədiyi "xxxx" Fir masının işçilərinin yanında həmin iddiaçının şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatları yaydığı üçün iddiaçı hazırki iddianı qaldırmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, "xxxx" Firmasında əmək müqaviləsi əsasında nəzarətçi vəzifəsində işləyir. O, tərəfləri tanıyır. Tərəflər arasında uzun müddətdir ki, narazılıqlar var. Lakin bu narazılıqların əsl səbəbini dəqiq bilmir. Bir neçə dəfə Cavabdeh onun yanında, habelə digər işçilərin və kənar adamların yanında İddiaçı5 ünvanına təhqiramiz, nalayiq söyüşlər söymüş, pis ifadələr (qudurmuş, oğraş və s.) işlətmişdir. X8in pis adam olduğunu deyərək, onunla işləməməyi məsləhət görmüşdür. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, həm İddiaçı5, həm də Cavabdehi tanıyır. Heç biri ilə qohumluq əlaqəsi olmasa da, iddiaçı onun həmkəndlisi olmaqla müdiridir. O, Cavabdeh ilə təxminən 2018-ci ilin avqustsentyabr aylarında görüşmüş, Cavabdeh onun yanında müdiri İddiaçı5 söyüb təhqir etmişdir. O isə X7 demişdir ki, bu cür hərəkət sənə yaraşmaz. Tərəflər arasında uzun müddətdir ki, narazılıqlar var. Bu narazılıqların əsl səbəbi isə onlar arasında pul mübahisəsinin olmasıdır. X7 X6nı söyəndə onların yanında heç kəs olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 ifadə verərək göstərmişdir ki, o, "xxxx" Firmasında əmək müqaviləsi əsasında gözətçi vəzifəsində işləyir. Cavabdeh əvvəllər onlardan bir neçə dəfə daş almışdır. Bu il ərzində bir neçə dəfə iş yerinə gələrək pulsuz daş verilməsini tələb etmi ş, buna etiraz edəndə, İddiaçı5 ünvanına təhqiramiz, nalayiq söyüşlər söymüş, pis ifadələr (şərəfsiz, biqeyrət və s.) işlətmişdir. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X12 ifadəsində həm İddiaçı5, həm də Cavabdeh tanıdığını və onların heç biri ilə qohumluq əlaqəsinin olmadığını qeyd etsə də, sonradan İddiaçı5 bibisinin əri olduğunu təsdiq edərək, bildirdi ki, 2018-ci ilin təxminən yay aylarında X7lə təsadüfən karxanada görüşmüş, sonuncu İddiaçı5 ünvanına nalayiq sözlər işlətmişdir. Həmin sözlərin nədən ibarət olmasını ifadə etməkdən imtina edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10 İfadəsində göstərmişdir ki, o,"xxxx" Firmasında əmək müqaviləsi əsasında nəzarətçi vəzifəsində işləyir. Cavabdeh əvvəllər onlardan bir neçə dəfə daş almışdır. Bu il ərzi ndə bir neçə dəfə iş yerinə gələrək pulsuz daş verilməsini tələb etmiş, buna etiraz edəndə, İddiaçı5 ünvanına təhqiramiz, nalayiq söyüşlər söymüş, pis ifadələr (qeyrətsiz, oğraş və s.) işlətmişdir. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, həm İddiaçı5, həm də Cavabdeh tanıyır. Heç biri ilə qohumluq əlaqəsi olmasa da, iddiaçı onun həmyerlisi olmaqla müdiridir. 0, daş karxanasında nəzarətçi vəzifəsində işləyir. Cavabdeh əvvəllər onlardan bir neçə dəfə daş almışdır. 2018-ci ilin təxminən payız aylarında X7 iş yerinə gələrək X6in ona borcunun olduğunu və həmin borcun əvəzində pulsuz daş verilməsini tələb etmiş, buna etiraz edəndə, İddiaçı5 ünvanına nalayiq sözlər işlətmişdir. Həmin sözlərin nədən ibarət olmasını ifadə etməkdən imtina edir. X7 X6i söyəndə onların yanında heç kəs olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin (o cümlədən birinci instansiya məhkəməsinin) gəldiyi nəticələrinin maddi əsası iş üzrə sübut növlərindən biri olan əsasən şahid ifadələrinə söykənir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin işə baxarkən yol verdiyi nöqsanları kimi iş üzrə dindirilmiş şahidlərin İddiaçı5 ilə hər hansı əlaqələrinin (qohumluq, tabeçilik və.s) olub-olmadığını və həmin ifadələr arasında ziddiyətin olmasını müəyyən etməməsini, şahid X6 isə İddiaçı5 qaynının oğlu, digər iki şahidin isə iddiaçı ilə həmyerli olmaqla ona məxsus daş karxanasında məhz onun tabeçiliyində çalışmalarının həmın şəxslərin şahid qismində verdiyi ifadənin mötəbərliyinə əsaslı şübhələr yaratmasını hər üç şah idin apellyasiya icraatı zamanı təkrar dindirilərkən məhz cavabdeh tərəfindən iddiaçının işlədiyi əmək kollektıvi arasında onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatların nədə ifadə olunmasını qeyd edə bilməməsini göstərsə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası olaraq özü tərəfindən şahid ifadələri arasında olan ziddiyyətləri (əvvəlki məhkəmə instansiyasında verilən ifadələr) araşdırmamışdır. Halbuki, hər iki instansiya məhkəməsində şahidlər billə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişlər. Apellyasiya instansiyası məhkəməsinin iclasında dindirilən şahidlər sərbəst ifadələrində birinci instansiya məhkəməsində verdikləri ifadələrin məzmununa oxşar məzmunda ifadə verdikləri halda, suallar əsasında verilən cavabla r bu ifadələrin məzmunundan fərqlənir. Şahidlərdən X10 apellyasiya instansiyası məhkəməsində də onun və fəhlələrin yanında cavabdehin iddiaçının ünvanına nalayiq sözlər deməsini təsdiq etmişdir. X5 isə ifadələri eyni məzmunlu olmaqla cavabdehin iddiaçının ünvanına onun yanında bir neçə dəfə nalayiq sözlər deməsini təsdiq edib. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. Şahidlər tərəflər arasında olan mübahisəni aydın və müfəssəl təsvir etdikdə, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşdığı və hadisələr məntiqi ardıcıllıqla əks etdirilməsi şahid ifadələrinin mötəbər olmasına dəlalət edir. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən yeganə sübut vasitəsi şahid ifadələridir ki, apellyasiya instansiya sı məhkəməsi də məhkəmə instansiyalarındə işə baxılan zamanı verilən bu ifadələr arasında olan ziddiyyətləri araşdırmayaraq onlara müvafiq hüquqi qiymət verməməsi nəticəsində qəbul etdiyi qərarı iddiaçının qanunla təsbit edilmiş şərəf və ləyaqətinı müdafiə etmək baxımından məhkəmə müdafiəsi hüququnun pozulmasına gətirib çıxarır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə, hər kəsin öz şərəf və ləyaqətinı müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 23.1-ci maddəsinə görə, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığı nı pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. MM-in 23.4-cü maddəsinə görə, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin bu iş üzrə gəldiyi nəticələr işin həqiqi hallarına, tərəflərin qarşılıqlı vəziyyətinə uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Məhkəmə instansiyası tərəfindən cavabdehin şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməməklə onun tərəfindən Azərbaycan Respu blikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də, Azərbaycan Respublikasının 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməli olsa da, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməs inin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Kollegiya hesab edir ki, işə yenidən baxa n məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi və eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı5-in kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar