Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5498/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2019-cu il tarixli 2(103)871/2019 saylı qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 100.000 manat kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 25.01-07.06.2016-cı il tarixlərdə Bankda təcrübə keçib. 07.06.2016-cı il tarixdə sənədləri Bankın Nərimanov filialının əməliyyat şöbəsinin boş olan mütəxəssis ştatına göndərilib. 14.06.2016-cı il tarixdə imtahan və müsabiqədən keçib. İşə qəbul olunduğu və bir neçə günə əmrinin veriləcəyi bildirilərək, onu Bankın Nərimanov filialına işləməyə göndəriblər. 14.06-03.10.2016-cı il tarixlərdə analıq məzuniyyətinə çıxmış aparıcı mütəxəssisin sistemi ilə müqaviləsiz və heç bir əmək haqqı almadan çalışıb, onun işini tam icra edib. 03.10.2016-cı il tarixdə imtahan verib şt ata keçməsinə baxmayaraq, onunla əmək müqaviləsi deyil, tapşırıq müqaviləsi bağlanıb. 03.10-31.12.2016-cı il tarixlərdə Bankda tapşırıq müqaviləsi ilə işləyib, lakin tapşırıq müqaviləsinin bir nüsxəsini ona verməyiblər. 01.01-31.01.2017-ci il tarixlərdə yenə müqaviləsiz işləyib. Tapşırıq müqaviləsi ilə işlədiyi dövrdə onun əmək haqqından DSMF-nə ödəniş tutulub, lakin Fondun hesabına köçürülməyib. Sonradan yaxın vaxtlarda işə qəbul olunacağını, onunla əmək müqaviləsi bağlanacağını və gözləməyini bildiriblər. Cavabdeh onu aldadıb, əmək hüquqlarını pozub. Cavabdehə 10.07.2017-ci il tarixdə ərizə ilə müraciət edərək pozulmuş hüquqlarının bərpa olunmasını və ona vurduqları zərəri kompensasiya etmələrini xahiş etsə də, ona cavab verilməyib. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim Pərviz Hüs eynov) 20.11.2017-ci il tarixli, 2(006)-7858/2017 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Etibar Nəbiyev - sədrlik edən və məruzəçi, Raqib Qurbanov, Azad İmanov) 12 mart 2018-ci il tarixli 2(103)-3569/2018 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.11.2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Ələsgər Əliyev - sədrlik edən və məruzəçi, Aslan Kalbalıyev, Vəfaddin İbayev) 28.08.2018-ci il tarixli 2(102)-5434/2018 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 12.03.2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyas iya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Abiddin Hüseynov - sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, Vahid Sadıqov) 29 yanvar 2019-cu il tarixli 2(103)-871/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.11.2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.01.2019-cu il tarixli 2(103)-871/2019 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi təqdim edilmiş sübutlara hüquqi qiymət verməmiş, sübutları nəzərə almamış və araşdırılmalı olan halları araşdırmadan qətnamə qəbul etmişdir. Təkrar işə baxan Bakı Apellyasiya Məhkəməsinin hakimi eynilikdə apellyasiya məhkəməsinin iş üzrə birinci qətnaməsini təkrarlayaraq, Ali Məhkəmənin qərarında göstərilmiş tapşırıqlara əməl etməmişdir. Məhkəmə prosesi zamanı dəfələrlə vəsatət verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan Azərbaycan Respublikası CM 29, 178.3.2 maddələri ilə təqsirləndirilən X1 cinayət işində olan sübutların götürülməsini xahiş etsə də vəsatəti təmin edilməmişdir. Bununla da zərərin mövcud olması, cavabdehin qanunsuz hərəkətləri, zərərin vurulmasını təsdiq edən sübutların yalnız məhkəmə sorğusuna əsasən götürülməsi nəzərə alınmamışdır. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətini n dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı X5 işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin mübahisəsiz hallarından aydın olur ki, iddiaçı N.X4 filialında 25.01.2016-cı il tarixdən 01.10.2016-cı il tarixədək əməliyyat şöbəsində təcrübə keçmişdir. Tərəflər arasında 03.10.2016-cı il tarixdə Tapşırıq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Bank, iddiaçı N.X2 filialının əməliyyat bölməsinə köməklik işləri, fiziki şəxslərin açılmış cari və depozit hesabları ilə bağlı sənədlərin qovluqlara tikilməsi işlərini görməyi tapşırmışdır. Müqavilə 31 dekabr 2016-cı il tarixinədək müddətə bağlanmışdır. 4 saylı region üzrə X6 tərəfindən İddiaçı ünvanlanmış 1526 saylı, 19.09.2017-ci il tarixli məktubda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinə əsaslanmaqla ƏM-in tələblərinin tapşırıq müqaviləsi ilə iş görən şəxslərə şamil olunmadığı göstərilmişdir. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərini nəzərə alaraq müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış 03 oktyabr 2016-cı il tarixli tapşırıq müqaviləsinə əsasən, Bank İddiaçı 03 oktyabr 2016-cı il tarixdən 31 dekabr 2016-cı il tarixədək Nərimanov filialının əməliyyat bölməsinə köməklik işləri, fiziki şəxslərin açılmış cari və depozit hesabları sənədlərinin qovluqlara tikilməsi səlahiyyətlərini tapşırmış, sonuncu isə həmin tapşırığı qəbul edərək işlərin nəzərdə tutulan müddətlərdə və yüksək keyfiyyət səviyyəsində həyata keçirilməsini öz üzərinə götürmüşdür. Tapşırıq müqaviləsində vəkalət alana görülən işlərə görə aylıq 500 manat ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı cavabd ehin onu daimi işə götürəcəyi barədə şifahi öhdəlik götürdüyünü bildirsə də, bununla bağlı heç bir sübut təqdim etməmiş, cavabdeh də iddiaçı qarşısında belə bir öhdəliyinin olmadığını bildirmişdir. Əksinə 03.10.2016-cı il tarixdə tapşırıq müqaviləsinin bağlanması iddiaçının Bankla aralarında anlaşılmazlığın olmadığını və öz iradəsinə uyğun olaraq Bankla əməkdaşlıq etməkdə maraqlı olduğunu təsdiq edir. İddiaçı tapşırıq müqaviləsinin onu iradəsinə zidd bağlandığını əsaslandırmamış, bununla bağlı sübutlar təqdim etməmişdir. Apellyasiya baxışı zamanı Banka sorğu göndərilmiş, təqdim edilmiş cavab məktubunda və nümayəndəsinin izahatında Bankın Nərimanov filialında 01.10-31.12.2016-cı il tarixlərdə tapşırıq müqaviləsi əsasında xidmət göstərmiş iddiaçının yalnız müqavilədə göstərilən vəzifələri ic ra etdiyi, həmin müddətdə analıq məzuniyyətinə çıxmış YYYnın sistemi ilə heç bir əməliyyat aparmadığı bildirilmişdir. İddiaçı tapşırıq müqaviləsinin müddəti bitdikdən sonra Bankda çalışmaqda davam etdiyini və əmək haqqı almadığını bildirmiş, lakin bununla bağlı da heç bir sübut təqdim etməmişdir. Tərəflər arasında bağlanmış tapşırıq müqaviləsinin mahiyyəti ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər həmin müqavilədə muzd (əmək haqqı) və əməkdaşlığın müddəti barədə razılığa gəliblər. Müqavilədə şərtləşdirilmiş muzd iddiaçıya ödənilib və müqavilədə göstərilən müddət bitdikdən sonra onunla əməkdaşlığa xitam verilib. Belə olan halda müvafiq dövr üzrə iddiaçıya hansı zərərin vurulduğu aydın deyil. Bankın əmək qanunvericiliyinin tələblərini pozaraq əmək müqaviləsi əvəzinə tapşırıq müqaviləsi bağlaması və ya əmək haqqından tutulmaların təyinatı üzrə ödənilməməsi özözlüyündə Bankın iddiaçıya zərər vurduğu barədə qənaətə gəlmək üçün deyil, işəgötürənin və ya onun vəzifəli şəxslərinin əmək qanunvericiliyinin tələblərini pozduğuna görə inzibati məsuliyyətə cəlb olunması, habelə ödənişlərin təyinatı üzrə köçürülməsinin Banka həvalə edilməsi üçün əsas ola bilər. Tərəflər arasında bağlanmış müqavilənin adlandırılmasından asılı olmayaraq həmin müqaviləyə əmək müqaviləsi kimi qiymət verilərsə belə, müqavilə 31.12.2016-cı il tarixədək bağlandığı üçün Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən Bank həmin tarixdən iddiaçı ilə əmək münasibətlərinə xitam verməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni v ə əsaslıdır. Belə ki, apellyasiya instansiya məhkəməsi iddianın qanuni əsasını düzgün müəyyən etmiş, kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə araşdırma apararaq, iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini uyğun əsaslandırmış, maddi və prossesual hüquq normalarının tələblərinə əməl etmişdir. Kassasiya şikayətində qeyd edilən dəlillər heç bir sübutla təsdiq edilməmişdir. Halbuki Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin obyektiv həlli üçün yaln ız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasi ya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Beləliklə də, kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəy işiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2019-cu il tarixli 2(103)-871/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5498/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5498/2019
28.08.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver