Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5498/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:kredit müqaviləsinin ləğv edilməsi, öhdəliklərə xitam verilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 iyul 2022-ci il tarixli, 2(103)4111/2022 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 21 dekabr 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına g örə İddiaçı ilə Cavabdeh arasında 04 iyun 2018-ci il tarixli kredit müqaviləsi bağlanıb və həmin müqaviləyə əsasən sonuncu İddiaçı 120.000 manat borc pul verib və sonuncu həmin pulu 04 dekabr 2018-ci il tarixədək Cavabdeh qaytarmağı öhdəsinə götürüb. Qanuni qüvvəyə minmiş Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə 120.000 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilib. Həmçinin, qanuni qüvvəyə minmiş Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiası rədd edilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 04 iyun 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərə xitam verilməsi və 120 000 manat pul vəsaitinin cavabdehdən xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı tələblərini onunla əsaslandırıb ki, cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən cavabdehə məxsus olan əmlakın bir il ərzində satılması və əldə edilmiş pulun cavabdehə verilməsi barədə üzərinə öhdəlik götürüb, bu məqsədlə cavabdeh tərəfindən ona 04 iyun 2018-ci il tarixli etibarnamə verilib, məhz həmin razılaşmanın təminatı olaraq etibarnamənin verildiyi tarixdə aralarında k redit müqaviləsi bağlanıb, həqiqətdə isə cavabdeh tərəfindən ona müqavilədə göstərilən məbləğ verilməyib. Buna görə də həmin müqavilə ləğv edilməli, müqavilədən irəli gələn öhdəliklərə xitam verilməli, cavabdehdən 120 000 manat onun xeyrinə tutulmalıdır. İddianı qaldırmamışdan əvvəl cavabdehə pretenziya məktubu ilə müraciət edərək qeyd edilən müqavilə üzrə ona 120 000 manat pulun verilmədiyini bildirib və müqaviləyə xitam verilməsini təklif edib, bu müraciətinə cavabdeh tərəfindən hər hansı məzmunda cavab verilməyib. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.V.Abdiyev) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, Bakı Apellyasiya Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli qətnaməsi hazırki iş üz rə preyudisial xarakter daşıyır. Belə ki, həmin qətnamə ilə 04 iyun 2018-ci il tarixli kredit müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun bağlandığı və etibarlı olması, habelə həmin müqavilə üzrə müəyyən edilmiş 120.000 manat pulun cavabdeh tərəfindən iddiaçıya borc qismində verildiyi və nəticə etibarı ilə qaytarılmadığı müəyyən edilib. Başqa sözlə, həmin məhkəmə icraatı çərçivəsində qeyd edilən kredit müqaviləsinə, o cümlədən onun etibarlılığına və həmin müqavilə üzrə iddiaçı tərəfindən 120.000 manat pulun borca götürülməsinə və qaytarılmamasına artıq hüquqi qiymət verilib. Bu səbəbdən məhkəmə iddiaçının qeyd edilən müqavilə üzrə müəyyən edilmiş 120.000 manat pulun ona verilməməsi barədə dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, həmin kredit müqaviləsinin ləğv edilməsi və müqavilədən irəli gələn öhdəliklərə xitam verilməsi üçün hər hansı hüquqi əsas mövcud deyil. Birinci instansiya məhkəməsi idda tələbinin “pulun tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı birtərəfdən ona 04 iyun 2018-ci il tarixli kredit müqaviləsi üzrə 120.000 manat pulun verilmədiyini iddia edir və bu əsasla müqavilənin ləğv edilməsini və müqavilədən irəli gələn öhdəliklərə xitam verilməsini xahiş edir. Digər tərəfdən, həmin müqavilə üzrə ona 120.000 manat pulun verilmədiyini vurğulayır və bu məbləğin cavabdehdən tutulmasını tələb edir. Hüquqi nəticə etibarı ilə iddiaçı bir-birinə zidd olan tələblər irəli sürür. Qeyd edilənlərdə öz növbəsində bu tələbin də rədd edilməsini şərtləndirir. Tərəflər arasında pulun tutulması və kredit müqaviləsinin etibarsız hesab edilməsi tələb lərindən irəli gələn məhkəmə mübahisələrinin olması, hazırki iş üzrə icraata xitam verilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 421.2, 423.1, 423.2, 424.2, 424.5-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov sədrlik edən, məruzəçi, İ.Ə.Kərimli və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarix li qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 5.3, 16.1152.6-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən araşdırılması üçün apellyasiya instansiyasına qayt arılması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsində göstərilir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol ve rilmir; 152.6-cı maddəsində hüquqdan sui-istifadənin mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadə olduğu təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 407.2-ci maddəsinə əsasən, kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktik i halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir; 416.1-cı maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessual normaların tələblərinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yox lamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassa siya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən m üəyyən edilmiş hallarına görə, tərəflər arasında 04 iyun 2018-ci il tarixli kredit müqaviləsi bağlanıb və həmin müqaviləyə əsasən sonuncu iddiaçıya 120.000 manat borc pul verib və sonuncu həmin pulu 04 dekabr 2018-ci il tarixədək cavabdehə qaytarmağı öhdəsinə götürüb. Həmçinin, qanuni qüvvəyə minmiş Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçıdan cavabdehin xeyrinə 120.000 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilib. Qanuni qüvvəyə minmiş Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli digər qətnaməsi ilə isə iddiaçının cavabdehə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiası rədd edilib. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nətic ə və hüquqi əsaslandırma ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, sözügedən qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş hallar hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, həmin məhkəmə aktları ilə 04 iyun 2018-ci il tarixli kredit müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun bağlandığı və etibarlı olması, habelə həmin müqavilə üzrə müəyyən edilmiş 120.000 manat pulun cavabdeh tərəfindən iddiaçıya borc qismində verildiyi və nəticə etibarı ilə qaytarılmadığı müəyyən edilib. Başqa sözlə, həmin məhkəmə icraatı çərçivəsində qeyd edilən kredit müqaviləsinə, o cümlədən onun etibarlılığına və həmin müqavilə üzrə iddiaçı tərəfindən 120.000 manat pulun borca götürülməsinə və qaytarılmamasına artıq hüquqi qiymət verilib. Mülki Məcəllənin 5.3-cü maddəsində göstərilir k i, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.6-cı maddəsində hüquqdan sui-istifadənin mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadə olduğu təsbit edilmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçının qeyd edilən müqavilə üzrə müəyyən edilmiş 120.000 manat pulun ona verilməməsi barədə dəlili tam əsassızdır. Ona görə də sözügedən kredit müqaviləsinin ləğv edilməsi və müqavilədən irəli gələn öhdəliklərə xitam verilməsi üçün hər hansı hüquqi əsaslar müəyyən edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi idda tələbinin “pulun tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı birtərəfdən ona 04 iyun 2018-ci il tarixli kredit müqaviləsi üzrə 120.000 manat pulun verilmədiyini iddia edir və bu əsasla müqavilənin ləğv edilməsini və müqavilədən irəli gələn öhdəliklərə xitam verilməsini xahiş edir. Digər tərəfdən, həmin müqavilə üzrə ona 120.000 manat pulun verilmədiyini vurğulayır və bu məbləğin cavabdehdən tutulmasını tələb edir. Hüquqi nəticə etibarı ilə iddiaçı bir-birinə zidd olan tələblər irəli sürür. Qeyd edilənlərdə öz növbəsində bu tələbin də rədd edilməsini şərtləndirir. Tərəflər arasında pulun tutulması və kredit müqaviləsinin etibarsız hesab edilməsi tələblərindən irəli gələn məhkəmə mübahisələrinin olması, hazırki iş üzrə icraata xitam verilməsi üçün əsas ola bilməz. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi, idda tələbinin “pulun tutulması” hissəsi ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, iddiaçı birtərəfdən ona 04 iyun 2018-ci il tarixli kredit müqaviləsi üzrə 120.000 manat pulun verilmədiyini iddia edir və bu əsasla müqavilənin ləğv edilməsini və müqavilədən irəli gələn öhdəliklərə xitam veri lməsini xahiş edir. Daha sonra, iddiaçı həmin müqavilə üzrə ona 120.000 manat pulun verilmədiyini vurğulayır və bu məbləğin cavabdehdən tutulmasını tələb edir. Hüquqi nəticə etibarı ilə iddiaçı bir-birinə zidd olan tələblər irəli sürür. Qeyd edilənlərdə öz növbəsində bu tələbin də rədd edilməsini şərtləndirir. Tərəflər arasında pulun tutulması və kredit müqaviləsinin etibarsız hesab edilməsi tələblərindən irəli gələn məhkəmə mübahisələrinin olması, hazırki iş üzrə icraata xitam verilməsi üçün əsas ola bilməz. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrinə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hə r birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri yenidən araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tu taraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 iyul 2022-ci il tarixli, 2(103)-4111/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5498/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-5498/2022
21.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver