Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-55/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bankomatdan pulun çıxarılması ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 və cavabdehin vəkili Kərimov Anar Əbdüləli oğlunun iştirakları ilə, İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı silinmiş vəsaitin geri qaytarılması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)275/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cav abdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı xx xxxxxx 2018-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasında yerləşən 825 saylı ATM-dən maaş kartı ilə iki dəfə (hər dəfə bir min manat olmaqla) pulunu çıxarmaq istəmişdir. Hər iki əməliyyat qeydə alınmışdır. Həmin vaxt iddiaçının balansında 4009,73 (dörd min doqquz manat 73 qəpik) manat vəsaiti olmuşdur. xx.xx.2018-ci il tarixində yenidən yuxarıda qeyd olunan ATM-dən pul çıxarmaq istəyərkən iddiaçı 4009,73 (dörd min doqquz manat 73 qəpik) manat vəsaitdən 2009,73 (iki min doqquz manat 73 qəpik) manat vəsait qaldığını aşkar etmişdir. Bundan sonra iddiaçı vəsaitinin silindiyini xxxxnın Səbail filialına və 102 xidmətinə bildirmişdir. İddiaçı, kart hesabından 2.000 manat pulun ona verilməsinə dair sərəncamının cavabdeh tərəfindən yerinə yetirilmədiyini, yəni bankın öz öhdəliyini pozduğunu bildirərək hazırkı mübahisəni başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı «silinmiş vəsaitin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 2018-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasında yerləşən 825 saylı ATM-dən maaş kartı ilə iki dəfə (hər dəfə bir min manat olmaqla) pulunu çıxarmaq istərkən həmin ATM-dən pul çıxmamış və iddiaçıdan sonra növbə gözləyən şahid bir xanımla da pulun çı xmamasını müzakirə etmiş və sonra ATM-dən aralanmışdır. Həmin ATM-ə bilavasitə yaxın olan polis postundan bir polis nəfəri də qeyd olunanların canlı şahididir. Həmin vaxt iddiaçının balansında 4009,73 (dörd min doqquz manat 73 qəpik) manat vəsaiti olub. xx.xx.2018-ci il tarixində yenidən yuxarıda qeyd olunan ATM-dən pul çıxarmaq istərkən 4009,73 (dörd min doqquz manat 73 qəpik) manat vəsaitdən 2009,73 (iki min doqquz manat 73 qəpik) manat vəsait qaldığını aşkar etmişdir. 2000 (iki min) manatın hesabından silindiyini iddiaçı həmin an bilmiş və qalan 2009.73 manat vəsaitdən 2000 (iki min) manatı rahatlıqla çıxartmışdır, dərhal vəsaitinin silindiyini xxxxnın Səbail filialına və 102 xidmətinə bildirmişdir. xxxx tərəfindən verilən cavab məktublarında isə heç bir sübuta əsaslanmadan iddia olunur ki, guya iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixində pul məxaric olunub. Lakin idddiaçı bildirir ki, xx.xx.2018-ci il tarixində onun tərəfindən iki dəfə, hər dəfə 1000 (bir min) AZN olmaqla pul çıxarılmasına cəhd olunsa da, ATM-dən heç bir vəsait çıxmayıb. Bank tərəfindən verilən rəsmi cavablarda isə qeyd olunur ki, iddiaçının bankomat qarşısında pul almağı barədə fotoşəkilləri var. Lakin iddiaçıya göstərilən fotolarda onun pulu əldə etdiyini göstərən hər hansı sübut və dəlil təqdim olunmayıb, yalnız iddiaçının ATM-in qarşısında olduğunu göstərən fotolar göstərilib. İddiaçı tərəfindən pulun çıxarılmasını göstərən video görüntünün təqdim olunması xahiş edildikdə isə, qeyd edilib ki, iddiaçının pulu çıxartmağı barədə video görüntü yalnız məhkəmə orqanlarının sorğusu olduğu təqdirdə təqdim ediləcəkdir. Həmçinin iddiaçının müraciəti əsasında sözügedən məsələni araşdıran Səbail rayon Polis idarəsinin 9-cu polis bölməsinə də video görüntülər təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, xxxx tərəfindən iddiaçıya aid 2000 (iki min) manat vəsaitin geri qaytarılmasına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə (sədrlik edən hakim R.Xəlilov) iddia rədd edilmişdir. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər- Z.Əliyev (sədrlik edən və məruzəçi), R.Eyvazov və E.Rəhimov) xx xxxx 2020-ci il tarixli, 2(103)-275/20 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2168/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilərək, “xxxx” ASC tərəfindən 2.000 (iki min) manat pul vəsaiti İddiaçı kart hesabına geri qaytarılması, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 45 (qırx beş)manat dövlət rüsumunun əvəzi “xxxx” ASC-dən alınaraq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 161,17 (bir yüz altmış bir manat on yeddi qəpik) manat məbləğində pulun “xxxx” ASC-dən tutularaq dövlət büdcəsinə (Məhkəmə Ekspertizası Mərkəzinin hesabına) ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 954.1 və 954.3-cü maddələrinə, “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2012-ci il tarixli Qərarının 7.8.1-ci bəndinə və Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri Cavabdeh “xxxx” ASC apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasasiya şikayəti verərək, apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, işə yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan Apellyasiya Məhkəməsi sübutlara düzgün qiymət verməmiş, iş üzrə keçirilmiş ekspertiza rəyini verən mütəxəssis əməliyyatlarla bağlı düzgün məlumat verməmiş, keçirilən əməliyyatların təfsiri düzgün verilməmiş, çıxarılan vəsaitin müddət intervalı ilə iddiaçının hesabından silinməsi ilə bağlı qiymətləndirmə əsassız olmuş, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz iddia tələbində qeyd olunan faktiki hallarla əsaslandırılmışdır. d) Məhkəmə icraatı iştirakçılarının iza hatları Cavabdehin nümayəndəsi X1 və cavabdehin vəkili Kərimov Anar Əbdüləli oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür 954.1-ci maddəsinə görə, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. 954.3-cü maddəsinə görə, bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz. “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2012-ci il tarixli Qərarının 7.8.1ci bəndinə əsasən, bankomat daxilində kart istifadəçisinin üz təsvirini aydın çəkməyə imkan verən ən azı bir ədəd gizli kamera quraşdırılmalıdır. Kameranın görüntüləri qeydə alınmalı və ən azı 6 (altı) ay müddətində saxlanılması təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstə sna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçı xx.xx.2018-ci il tarixdə cavabdeh təşkilatda olan bank hesabı üzrə Bakı şəhəri İcra Hakimiyyətinin inzibati binasında yerləşən 825 saylı ATM-dən bankomat kartı vasitəsilə hər dəfə 1.000 manat olmaqla, cəmi 2.000 manatın alınması üçün lazımi əməliyyatları apardığını, lakin pul əskinasları bankomatdan çıxmadığı üçün həmin vəsaiti əldə edə bilmədiyini, buna baxmayaraq kart hesabından göstərilən məbləğin silindiyini qeyd edir. Hazırkı tələblə iddiaçı, kart hesabından 2.000 manat pulun ona verilməsinə dair sərəncamın cavabdeh tərəfindən yerinə yetirilmədiyini, yəni bankın öz öhdəliyini pozduğunu bildirir. Cavabdeh isə xx.xx.2018-ci il tarixdə iddiaçı tərəfindən həmin bankomat vasitəsilə hər dəfə 1.000 manat olmaqla, cəmi 2.000 manat pul vəsaitinin çıxarıldğını göstərir. İşə baxan Apellyasiya Məhkəməsi sübutetmə yükü ilə bağlı dəyərləndirmə aparmı ş və haqlı olaraq belə qənaətə gəlmişdir ki, pulun müştəriyə verilməsini sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. “xxxx” ASC xx.xx.2018-ci il tarixdə İddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin inzibati binasında yerləşən 825 saylı ATM-dən 2.000 manat məbləğində pul vəsaitini götürdüyünü sübuta yetirə bilməmişdir. Belə ki, Bank, pulun İddiaçı təqdim olunmasına dair qeyd edilən ATM-də quraşdırılmış kamera vasitəsilə çəkilmiş fotoşəkillərə və hesabdan çıxarışlara istinad etsə də, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq həmin dəlilləri mübahisəli vəsaitin iddiaçı tətəfindən götürülməsini təsdiqləyən kifayətedici sübut saymamışdır. Bakı şəhər İcra Hakimiyyətinin inzibati binasında yerləşən 825 saylı ATM xx.xx.2018-ci il tarixdə texniki baxımdan işlək vəziyyətdə olmasının, həmin tarixdə, habelə ondan əvvəl və sonra bankomatın işləməsində hər hansı texniki nasazlıq və ya pul əskinaslarının verilməsində hansısa qüsurun qeydə alınıb-alınmamasının, həmin tarixdə İddiaçı ATM-də hansı əməliyyat(lar)ı aparması, bu əməliyyat(lar) və nəticəsinin hansı qaydada qeydə alınmasının, iddiaçının ATM-dən hansısa məbləğdə pul vəsaiti çıxarmasının təsdiq olunub-olunmaması, 2018-ci ilin dekabr ayında iddiaçının hesabından hansı məbləğlərdə və əsaslarla pul vəsaitinin silinməsi, onlar arasında qeyd edilən tarixdə və ATM-də aparılan əməliyyat nəticəsində silinmənin olub-olmaması, iddiaçının ərizəsində göstərdiyi formada müvafiq məlumatlar daxil edildikdən və çəkilməsi istənilən pul məbləği (əskinaslar) aparat tərəfindən hesablandıqdan sonra əskinasların çıxmaması, çıxmadığı halda iddiaçının h esabından müvafiq pul vəsaitinin silinməsi, yaxud hesabdan silindikdən sonra bankomatdan xaric olunmadan onun hansısa yerində qalmasının texniki baxımdan mümkün olub-olmaması, ATM-də quraşdırılmış kameranın xx.xx.2018-ci il tarixdə işlək vəziyyətdə olması, əgər olmuşsa həmin kameranın qeydə aldığı görüntülərin hansı formada (foto və ya video) olması, görüntülərin nədən ibarət olması, həmin kamerada video görüntü qeyd etmək funksiyasının olub-olmaması, əgər varsa, həmin tarixdə funksiyanın işlək olması, əgər olmamışsa bunun səbəbinin müəyyən edilməsi üçün kompleks mühəndis-texniki və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir. Məhkəmə Ekeprtizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 22063 nömrəli kompütertexniki ekspertizasının rəyi ilə müəyyən olunmşdur ki, Bakı şəhəri İcra Hakim iyyətinin inzibati binasında yerləşən 825 saylı ATM-in zaman göstəricilərinə əsasən, xx.xx.2018-ci il tarixdə, eyni zamanda xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər müddət ərzində texniki baxımdan işlək vəziyyətdə olmuşdur. Gün ərzində ATM vasitəsilə çoxlu sayda əməliyyatlar barədə məlumatlar (kartın daxil edilməsi, PİN kod yığılması, məbləğin sayılıb verilməsi və digər əməliyyatlar) müəyyənləşdirilmişdir. Məlumatların tərkibi və texniki xüsusiyyətlərinə əsasən, ATM avadanlıq işləyir, pul əskinaslarının verilməsinə hər hansı qüsur qeydə alınmamışdır. Həmin əməliyyatlar müvafiq “LOG” jurnalda əks edilmişdir. Lakin həmin tarixdə ATM cihazın proqram təminatında əməliyyatlar sistemində saat 19:20-də BSOD tipli kritik səhv barəsində məlumatlar qeydə alınmışdır. ntoskrnl.exe adlı Windows NT mənşəli (2000, XP, 2003, Vista, 2008, 7, 2008 R2, 8, 2012, 10) əməliyyat sisteminin nüvəsi - əməliyyat sisteminin əsas komponentlərindən birinin kritik səhvi nəticəsində dayanması müəyyən edilmişdir. Bir müddətdən sonra sistem özünü bərpa edərək təyinatı üzrə fəaliyyətini davam etdirmişdir. Baxış keçiriləndə ATM-də zaman göstəriciləri real vaxtla uyğun deyildir. ATM bankomatlarda müvafiq məlumatlar daxil edildikdən və çəkilməsi istənilən pul məbləği (əskinaslar) aparat tərəfindən xaric olunmadığı halda, cihazın texniki xassələrindən asılı olaraq müvafiq yerində qalması texniki baxımdan mümkündür. Bakı şəhəri İcra Hakimiyyətinin inzibati binasında yerləşən 825 saylı ATM-də quraşdırılmış kamera xx.xx.2018-ci il tarixdə işlək vəziyyətdə olmuşdur. ATM-də aparılan hər bir əməliyyat daxilində işləyən kamera vasitəsilə fiksə edilirdi. Qeydə alınmış *.jpg formatında fototəsvirlər yaddaşda “vol_vol6” adlı məntiq diskdə “JPG” adlı qovluqda saxlanılır. Həmin kamerada video görüntü qeyd etmək funksiyası nəzərdə tutulmayıb. Məhkəmə Ekeprtizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 22204 nömrəli məhkəməmühasibatlıq ekspertizasının rəyinə əsasən, “xxxx” ASC tərəfindən təqdim edilmiş “bankomat qeydiyyat jurnaldan çıxarış” məlumatında xx.xx.2018-ci il tarixdə 2000 manat vəsaitin məxaric edildiyi göstərilməsinə baxmayaraq, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında xx.xx.2018-ci il tarixdə aparılmış əməliyyatlar öz əksini tapmamışdır. Bu səbəbdən hazırkı ekspertiza tədqiatı zamanı xx.xx.2018-ci il tarixdə İddiaçı məxsus əmək haqqı kartından hansı məbləğdə vəsaitin məxaric edi lib-edilmədiyini müəyyən etmək mümkün olmamışdır. Ekspertin rəyində “xxxx” ASC-nin “bankomat qeydiyyat jurnaldan çıxarış” məlumatında xx.xx.2018-ci il tarixdə 2.000 manat vəsaitin məxaric edildiyinin göstərilməsinə baxmayaraq, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında xx.xx.2018ci il tarixdə aparılmış əməliyyatların öz əksini tapmadığı, iddiaçıya məxsus əmək haqqı kartından vəsaitin məxaric edilib edilmədiyini müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir. Cavabdehin nümayəndəsi həmin məbləğin vaxt etibarı ilə sonradan müştərinin hesabından silindiyini və bu halın adi iş rejimi olduğunu bildirmişdir. Kollegiya qeyd edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sü butun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya Məhkəməsinin sübutemtə vəzifəsinin bölüşdürülməsi ilə bağlı apardığı bölgü mübahisənin düzgün həll edilməsini təmin etmişdir. Beləki, ilk növbədə cavabdeh pulun müştəri tərəfindən çıxarılmasını əks etdirən videogörüntülərə malik deyil. Hansıki, müvafiq normativ hüquqi aktlara əsasən cavabdeh bu vəzifəni yerinə yetirməli idi. Beləki, “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2012-ci il tarixli Qərarının 7.8.1ci bəndinə əsasən, bankomat daxilində kart istifadəçisinin üz təsvirini aydın çəkməyə imkan verən ən azı bir ədəd gizli kamera quraşdırılmalıdır. Kameranın görüntüləri qeydə alınmalı və ən azı 6 (altı) ay müddətində saxlanılması t əmin edilməlidir. Məhz həmin faktın təsdiq edilməsi digər sübutların da, iddiaçının xeyrinə qiymətləndirilməsinə imkan verir. O cümlədən, aparatın vaxt etibarı ilə göstəricilərinin düzgün işləməməsi, həmin gün texniki qüsurun baş verməsi (əməliyyatlar sistemində saat 19:20-də BSOD tipli kritik səhv barəsində məlumatlar qeydə alınmışdır. ntoskrnl.exe adlı Windows NT mənşəli əməliyyat sisteminin nüvəsi - əməliyyat sisteminin əsas komponentlərindən birinin kritik səhvi nəticəsində dayanması müəyyən edilmişdir.), vəsaitin əməliyyatdan müddət etibarı ilə bir neçə sutka keçəndən sonra hesabdan silinməsi və.s. Sadalanan sübutların məcmuyu iddianın əsaslı olmasına kifayət edir. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilm ədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-275/2020 nömrəli iş üzrə xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.