Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-550/2025 11.03.2025 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddia tələblərinə dair iş üzrə Qərardad (Açar sözlər: kassasiya şikayətinin yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-22/2024 nömrəli, 31 iyul 2024-cü il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh olmuş Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşə n sahəsi 0,03 ha olan 2344D saylı torpaq sahəsi üzərində 6 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə3/-453 reyestr nömrəli xx.xx.2009-cu il tarixli alqısatqı müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və 13 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışın bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia verərək Corat bağları 2333C saylı torpaq sahəsində 2 tərəfdən tikilmiş daş hasarın və darvazanın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
3. Sumqayıt şəhər Məhkəməsinin 20 avqust 2018-ci il tarixli, 2(060)-7145/2018 saylı qətnaməsi ilə (hakim Ceyhun Məmmədov) ilk iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi rədd edilmiş, İddiaçı məxsus Sumqayıt şəhəri Corat bağları ərazisində yerləşən sahəsi 0,03 ha olan 2344 D saylı torpaq sahəsi üzərində 6 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 4 Ə3/-453 reyestr nömrəli xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və 13 noyabr 2009-cu il tarixli MA seriyalı ******* saylı dövlət reyestrində çıxarışın bərpası edilməsi qət edilmişdir.
4. Bu qətnamədən Cavabdeh1 Qəni qızı, Cavabdeh3 və maraqlı tərəf Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən apelyasiya şikayətləri verilmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-202/2020 saylı 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər məhkəməsinin 20 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Səyyad Qafari (sədrlik edən, məruzəçi), Şəmsəddin Abasov, Telman Məmmədov).
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2021-ci il tarixli, 2(102)-3080/2021 saylı qərarı ilə Sumqayıt Bələdiyyəsinin və Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 kassasiya şikayətləri təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-202/2020 nömrəli iş üzrə 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. (hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və X7)
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2724/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin b u iş üzrə 20 avqust 2018-ci il tarixli 2(060)-7145/2018 saylı qətnaməsi qismən ləğv edilərək İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2 mülkiyyət hüququnun bərpasına dair iddia tələbi üzrə icraata xitam verilmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2024-cü il tarixli, 2(105)-22/2024 saylı qətnaməsi ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, Cavabdeh3 birgə və 3-cü şəxs Sumqayıt Bələdiyyəsi tərəfindən isə ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə qarşılıqlı iddianın rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. Bu qətnamədən ilk iddia üzrə Cavabdeh3 kassasiya şikayəti vermişdir.
10. Kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(102)-550/2025 saylı qərardadı ilə mümkün sayılaraq icraata qəbul edilmişdir.
11. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 kassasiya şikayətinin icraata qəbul edilməsi MPM-nin tələblərinə uyğun olmamışdır.
12. MPM-in 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
13. Qeyd edilən normanın tələbindən göründüyü kimi, işə iddia icraatı qaydasında baxılarkən apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ tələbləri (iddia tələbi və ya iddiaya etirazları) təmin edilmədiyi halda tərəflərə və işdə iştirak etməyə cəlb edilmiş üçüncü şəxslərə məxsusdur.
14. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 qarşı yönəlmiş ilk iddia tələbi üzrə icraata Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 2724/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə xitam verildiyindən və həmin şəxs tərəfindən mübahisələndirilən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)22/2024 nömrəli, 31 iyul 2024-cü il tarixli qətnaməsi onun tərəf olmadığı qarşılıqlı iddia tələbi üzrə qəbul edildiyindən MPM-nin 403.1-ci maddəsinin tələbinə əsasən bu qətnaməni mübahisələndirmək hüququ olmadığı üçün kassasiyanın mümkün hesab edilməsi düzgün olmamışdır. 15.MPM-nin 417.1.7-ci maddəsinə əsasən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müra ciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. 16.Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2025-ci il tarixli 2(102)550/2025 nömrəli, işin icraata götürülməsi barədə qərardadı ilk iddia üzrə Cavabdeh3 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2024-cü il tarixli 2(105)22/2024 saylı qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata götürülməsi hissəsində ləğv edilməli, ilk iddia üzrə Cavabdeh3 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2024-cü il tarixli 2(105)-22/2024 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılmal ıdır.
17. Şərh edilənlərə əsasən və MPM-nin 403, 417.1.7-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2025-ci il tarixli 2(102)-550/2025 nömrəli, işin icraata götürülməsi barədə qərardadı ilk iddia üzrə Cavabdeh3 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2024-cü il tarixli 2(105)-22/2024 saylı qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata götürülməsi hissəsində ləğv edilsin. İlk iddia üzrə Cavabdeh3 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2024-cü il tarixli 2(105)-22/2024 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir