Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5504/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5504/21 (Açar sözlər: borc tələbi) Bakı şəhəri, 05 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2913/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş k asasiya şikayəti üzrə işə 05 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3200 manat məbləğində borc pulun, 30 manat hüquqi xidmətə görə pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 3260 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o 2019-cu ilin əvvəllərində tanışı Cavabdeh ilə Bakı şəhəri, S.Vurğun heykəlinin qarşısında olan çayxanada oturub çay içirmişlər. Cavabdeh onu bayıra çağırıb bildirib ki, maşını xarabdır, buna görə ondan x ahiş etdi ki, beş günə qaytarmaq şərti ilə 200 manat məbləğində ona borc pul versin. O, cavabdehə 200 manat məbləğində borc pul vermiş və cavabdeh beş gündən sonra həmin pulu ona qaytardı. Bundan üç gün keçəndən isə cavabdeh ondan maşını üçün yenə də bir həftəyə qaytarmaq şərti ilə 400 manat məbləğində pulu istəmiş, bir həftə ərzində cavabdeh yenə də həmin 400 manat məbləğində verdiyi borc pulu ona qaytarmışdır. Bir müddət keçəndən sonra cavabdeh ona demişdir ki, ona etdiyi yaxşılığa görə cavabdeh onu qohumunun yanında işə düzəldəcək. 25.02.2019-cu ildə o, cavabdehlə yuxarıda qeyd etdiyi ünvandakı çayxanada çay içirmişlər. Cavabdeh onu bayıra çağırıb Koka-Kola şirkətində işləyən dayısının yanında aylıq əmək haqqı 700 manat olan işə düzəltməyi bildirdi və bunun müqabilində müdirə vermək üçü n ondan 3000 manat məbləğində pul istədi. O cavabdehlə razılaşmış, 26.02.2019-cu ildə yaşadığı ərazidə yerləşən çayxanada cavabdehlə görüşmüş və ona 3000 manat məbləğində pul vermişdir. Cavabdehə bildirmişdir ki, qeyd etdiyi məbləğdə verdiyi pulun alınmasına dair iltizam yazsın. Cavabdeh bu barədə iltizam yazıb imzalamışdır. Bundan bir həftə keçəndən sonra cavabdeh ondan siqaret alveri etmək üçün 1000 manat məbləğində borc pul istəmişdir. O cavabdehlə birlikdə Beynəlxalq Bankdan kartı vasitəsi ilə 1000 manat məbləğində pul çəkib cavabdehə vermişdir. 2019-cu ilin martın 18-də cavabdeh onu yenə həmin çayxanadan çölə çağırıb bildirmişdir ki, alveri alınmadı və sonuncu almış olduğu 1000 manat borc puldan 800 manatını qaytarmış və bildirmişdir ki, ona bir sirr açmaq istəyir. Cavabdeh demişdir k i, onu işə düzəltməsi hamısı yalandır, onun borcları var idi, ona görə də o məcbur olub işə düzəltmək adı ilə 3000 manat məbləğində pul almış, bütün qalan borclarını ayın axırında ona qaytaracaqdır. Amma xahiş edir ki, indi onun kiçik qardaşı Sabit yanlarına gələcək, ona desin ki, Elxana ümumi 300 manat pul vermişdir, yoxsa onu döyüb evdən qovarlar. Buna görə o cavabdehin qardaşı Sabit onun yanına gələndə ona bildirmişdir ki, Elxanın ona 300 manat məbləğində borcu var. 2019-cu il martın sonunda isə cavabdeh ondan almış olduğu 3200 manat məbləğində pulu ona qaytarmaq əvəzinə iki qardaşını da götürüb Nəsimi rayonu, Draqani küçəsindəki çayxananın ətrafında ona hücum edib onu hədələdilər. 04.04.2019-cu il tarixdə o, Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə ərizə ilə müraciət etmiş, C avabdeh isə onun polis bölməsinə ərizə ilə müraciət etdiyini görüb 22 gün sonra Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə o da ərizə ilə müraciət etdi. Lakin onun ərizəsi əsassız olduğundan təmin edilmədi. Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 25 iyun 2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd olunması haqqında qərarı ilə Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmiş və iş mülki xarakterli olduğundan ona məhkəmədə Cavabdeh qarşı mülki iddia qaldırmaq hüququ izah olunmuşdur. Araşdırma zamanı cavabdehin ondan almış olduğu 3000 manat pulla bağlı iltizamla əlaqədar material üzrə keçirilmiş MEM-nin məhkəmə-xətşünaslıq ekspertizasının 25.06.2019-cu il tarixli 13912 saylı rəyinə əsasən Ekspertizaya təqdim olunmuş materialın 14-cü vərəqəsində olan 26. 02.2019-cu il tarixli iltizamdakı yazılar “yazmışam” və “Cavabdeh” yazıları önündəki imzalar Cavabdeh tərəfindən imza olunması təsdiq edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 30 noyabr 2020-ci il tarixli 2(006)-4086/2020 nömrəli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 3000 manat əsas borcun, 30 manat hüquqi xidmətə görə və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3060 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh iddiaçıdan 3000 manat borc pul almışdır. Həmin borc məbləğinin alınması iş materiallarına əlavə edilmiş 25 iyun 2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla və cavabdeh tərəfindən yazılmış iltizamla sübut olunur. Hazırki halda məhkəmə hesab edir ki, iddia cəmi borc hissəsində qismən təmin edilərək 3000 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumu və 30 manat hüquqi xidmətə görə ödənilmiş hissədə təmin edilməlidir. İddia 200 manat borcun tutulması hissəsində isə təmin edilməməlidir. Belə ki, həmin tələbə dair hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 739.1, 740.1, 740.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 119.1, 217.3 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəşad Həsənov - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Vahid Sadıqov) 06.05.2021-ci il tarixli, 2(103)-2913/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli 2(006)-4086/2020 saylı qətnaməsinin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh apelyasiya şikayətində qeyd etdiyi dəlillərin doğruluğu barədə hər hansı sübut məhkəməyə təqdim etməmişd ir. Əksinə yanaşı yoxlanılmış 26.02.2019-cu il tarixli iltizamla cavabdehin iddiaçıdan onu “Coca-Cola” şirkətinə işə düzəldəcəyi vədi ilə 3000 manat pul alması təsdiq edilsə də, həmin vəsaitin iddiaçıya geri qaytarılması halı təsdiq edilməmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən cavabdehin ondan onu “Coca-Cola” şirkətinə işə düzəldəcəyi vədi ilə 3000 manat pul alması barədə iddiaçının bildirdiklərini işin hallarına uyğun sayır. Beləliklə işin müəyyən olunan hallarından görünür ki, cavabdeh 26.02.2019-cu il tarixdə iddiaçıdan onu “Coca-Cola” şirkətinə işə düzəldəcəyi vədi ilə 3000 manat pul almışdır. İddiaçı hazırkı tələb üzrə 30 manat dövlət rüsumu və 30 manat hüquqi xidmət haqqı ödəmişdir. İş üzrə sübutlarla iddiaçının cavabdehə borc verməsi halı təsdiq edilməmişdir. Göründüyü k imi, iddiaçı 3000 manat pulu cavabdehə öhdəlikdən kənar ödəmiş, nəticədə cavabdeh iddiaçının hesabına müqavilə əsası olmadan 3000 manat əldə etmişdir. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya ş ikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi təkrar məhkəmə ekspertizasının nəticələrini gözləmədən qətnamə qəbul etmişdir. Apelyasiya məhkəməsi ona xəbər cavabdehə xəbər etmədən və vəkilinin iştirakı olmadan qətnamə qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən X2, nümayəndəsi və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 43 9.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, cavabdeh kasasiya şikayətində ilkin olaraq apelyasiya kollegiyasının təkrar məhkəmə ekspertizasının nəticəsini gözləmədən qətnamə qəbul etməsini göstərsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, iş üzrə hər hansı ekspertiza təyin e dilməmiş və mahiyyəti üzrə qətnamə qəbul edilmişdir. Digər tərəfdən kasasiya şikayətində göstərilmişdir ki, apelyasiya məhkəməsi cavabdehə xəbərdarlıq etmədən və cavabdehin vəkilinin iştirakı olmadan qətnamə qəbul etmişdir. Lakin kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, həm cavabdeh, həm də onun vəkili məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, sonuncu dəfə cavabdehin vəkili məhkəməyə xəstəxanada müalicə alması ilə bağlı ərizə ünvanlayıb işin baxılmasının təxirə salınmasını xahiş etsə də, ərizəsinə göstərdiyi xüsuatları təsdiq edə biləcək hər hansı sənəd əlavə etməmiş, bu səbəbdən apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxıb qətnamə qəbul etməkdə haqlı olmuş, bu zaman hər hansı prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Ümumi ka sasiya yoxlaması nəticəsində də apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntuasuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2913/2021 nömrəli iş üzrə 06 may 2021-c i il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.