Məhkəmə qərarları › İş №2(102)-5506/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5506/2022

21.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5506/2022 21.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5506/2022 Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil, inzibati mübahisə, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı X1 Cavabdeh1 qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14/2022 nömrəli iş ü zrə 23 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 21 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Səbail Rayon İcra Hakimiyyəti başçısının 28 iyul 1994-cü il tarixli, 2478 saylı sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisində yerləşən 200 kv.m olan torpaq sahəsi (bundan sonra - mübahisəli torpaq sahəsi) fərdi evin tikintisi üçün X5 ayrılmış, həmin torpaq sahəsi xx.xx.2017-ci il tarixdə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Reyestrdən çıxarışda daşınmaz əmlakın ünvanı Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisi kimi qeyd olunmuşdur. 2. ünvan 1 notariat kontorunda təsdiq edilmiş xx.xx.2017-ci il ta rixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X6 mübahisəli torpaq sahəsini Cavabdeh1 (bundan sonra-cavabdeh) bağışlamış, xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına xüsusi mülkiyyət hüququ qeydə alınmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX №0633752 seriyalı, qeydiyyat tarixi xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən, 1 saylı evin 2 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3534/ 2019 saylı, 04 dekabr 2019-cu il tarixli qərarı ilə iddiaçı Cavabdeh1 cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbəsi Nümayəndəliyi və X4) “sərəncamın və yerləşmə cizgisinin ləğv olunması” tələbinə dair iddiası rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-606/2020 saylı, 02 iyun 2020-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3534/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli, 2(102)-1737/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya sının 2-1(103)-606/2020 saylı, 02 iyun 2020-ci il tarixli qərarı ləğv edilərək təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1167/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)3534/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 02 fevral 2022-ci il tarixli, 2(102)-174/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1167/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaç ı cavabdehə qarşı iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşmə barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvan üzrə, cavabdehin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, torpaq sahəsinin ona ayrılması barədə inzibati aktın mövcud olmasına baxmayaraq cavabdeh həmin sahə üzrə hüquqların qanunsuz olaraq öz adına rəsmləşdirməsinə nail olmuşdur.

9. İş üzrə təyin edilmiş tikinti-texniki ekspertizası üzrə məhkəmə ekspertiza mərkəzinin 12 iyun 20 18-ci il tarixli, 11291 saylı ekspert rəyinə əsasən 1-ci sual üzrə Bakı Şəhəri Səbail Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 755 saylı sərəncamı ilə X2 fərdi evin tikintisi üçün ayrılmış Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi yerində müəyyən edilmiş və naturada həmin torpaq sahəsinin 200 kv.metr olduğu müəyyən edilmişdir. 2-ci sual üzrə müəyyən edilmişdir ki, Bakı Şəhər Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 2478 saylı sərəncamı ilə X5 fərdi evin tikintisi üçün ayrılmış Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 200 kv. m torpaq sahəsinin sxemi qeyd edilən əraziyə deyil mübahisələndirilən əraziyə işlənmişdir. Hal-hazırda da həmin torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüquqları rəsmiləşdirilmişdir. Həmin tor paq sahəsi Cavabdeh1 plan ölçü sənədinə əsasən yerində müəyyən edilmişdir. 3-cü sual üzrə müəyyən edilmişdir ki, X5 ayrılmış torpaq sahənin sxemi mübahisələndirilən əraziyə (T.Məmmədov küçəsi 1 ünvanına) işləndiyindən X2 ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. 4-cü sual üzrə müəyyən edilmişdir ki, ilkin olaraq xx.xx.2017-ci il tarixdə X3 adına daşınmaz əmlakın dövlət reyestrində ünvan kimi qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, köhnə bağlar ərazisi, xx.xx.2017-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ünvan kimi qeydiyyata alınmış ünvan 5 ünvanlar deyil.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin bundan sonra – birinci instansiya məhkəməsi) 28 iyun 2018-ci il tarixli, 2(009)-1192/2018 saylı qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddia tələbi təmin edilmiş, ünvan 2 ünvan üzrə, sahəsi 0,02 ha torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* nömrəli (əmlakın reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, xx.xx.2017-ci il tarixli) daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas olmuş sənədlər araşdırılarkən torpaq sahəsinin ünvanının 10 gündən sonra dəyişdirilməsi ilə bağlı heç bir hüquqi sənədin mövcud olmadığı müəyyən edilmiş, ekspert rəyi ilə təsdiq edilmişdir ki, iddiaçıya Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 755 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinin ünvanı ünvan 7ətində olan və RX seri yalı ******* №li çıxarışda göstərilən ünvan isə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə bağlar ərazisinə aiddir, yəni ekspert rəyi ilə təsdiq olunur ki, həmin torpaq sahələrinin ünvanları fərqlidir, ekspert və mütəxəssis rəyi hazırki iş üzrə mötəbər sübut növü kimi qiymətləndirilməlidir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmasa da, o, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etmiş şəxs kimi, yəni potensial mülkiyyətçi kimi pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuş, cavabdehin adına verilmiş çıxarışda mübahisəli torpaq sahəsinin ünvanı düzgün göstərilmədiyindən və həmin çıxarışda göstərilən ünvan torpaq sahəsinin ilkin ola raq ayrılma sənədlərində göstərilən ünvanla üst-üstə düşmədiyindən, eyni zamanda çıxarışda göstərilən ünvan iddiaçının qanuni istifadəsinə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyündən iddia tələbi əsaslıdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İV hissəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.2, 2.3, 2.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olması nəticəsinə gəlsə də, işin mülki yox, inzibati məhkəməyə aid olmasını araşdırmamışdır. Məhkəmə ekspert və mütəxəssis rəyini əsas götürmüş, lakin ekspert qarşısına qoyulan suallar iddiaçının maraqlarına uyğun tərtib edilmiş suallardır.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-14/2022 nömrəli iş üzrə 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Hüseyn (sədrlik edən və məruzəçi), S.Bəktaşi və A.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

18. Apellyasiya məhkəməsi, həmçinin qeyd etmişdir ki, cavabdeh işin apellyasiya baxışı zamanı vəsatət verərək onun hazırkı iş üzrə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbəsi Nümayəndəliyinə və X4) qarşı “sərəncamın və yerləşmə cizgisinin ləğv olunması” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qüvvəyə minənədək hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Vəsatət təmin edilmiş və iş üzrə icraat dayandırılmışdır. İşin dayandırılmasına əsas olmuş məhkəmə icraatı nəticəsində cavabdehin iddiası təmin olunmamış, qəbul edilmiş məhkəmə aktları qanuni qüvvəyə minmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

20. Kassasiya şikayətində qeyd olunmuşdur ki, iddiaçıya Badamdar qəsəbəsində ayrılmış torpaq sahəsinə xx.xx.2002-ci il tarixdə qəsəbə nümayəndəliyi tərəfindən yerləşmə cizgisi tərtib olunmamışdır. Yəni iddiaçının məhkəməyə təqdim etmiş olduğu yerləşmə cizgisi saxtadır. Ümumiyyətlə sərəncamın özündə tikinti işlərinin başa çatdırılması üçün 2 (iki) il müddət müəyyən edildiyindən xx.xx.2002-ci il tarixdə qəsəbə nümayəndəliyi tərəfindən yerləşmə cizgisi tərtib oluna bilməzdi. Sərəncamın özündə isə ünvan göstərilməmişdir. Bundan əlavə tikinti işləri 2 (iki) il müddətinə başa çatdırılmadığından həmin sərəncamın artıq heç bir hüquqi qüvvəsi yoxdur. Göründüyü kimi qan unvericiliyin tələblərinə əsasən İddiaçı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur, lakin çox təəssüf ki, məhkəmə bu hala düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə tərəfindən çəkişmə prinsipi pozulmuşdur. Belə ki, üzrlü səbəbdən məhkəmə prosesində iştirak edə bilməyəcəkləri və məhkəmə prosesinin başqa vaxta təxirə salınması barədə məhkəməyə əvvəlcədən ərizə təqdim etmələrinə baxmayaraq, məhkəmə ərizəyə heç bir münasibət bildirmədən işə baxıb qərar qəbul etmişdir. Məhkəmə tərəfindən sübutlar düzgün qiymətləndirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu

22. Maddə 2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti o rqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs.

23. Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı

24. Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlə t reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır.

25. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

26. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və i nzibati kollegiyalar tərəfindən həyata keçirilir

27. Maddə 2.2.5. İnzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

28. Mülki Prosessual Məcəllə

29. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir.

30. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydı nlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər k i, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2005-ci il tarixli qərarı

35. Bənd 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.

36. Bənd

4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həya ta keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.

37. Bənd 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibat i orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları a raşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. MPM-in tələblərinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (151.1). Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (153.2.1), əgər iş icraata qəbul edilibsə iş üzrə icraata xitam verir (261.0.1).

41. Baxılan iş üzrə iddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın qüvvədən düşməsi ilə əlaqədardır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun qanuni sahibliyində olan torpaq sahəsi daşınmaz əmlakın reyestrini aparan inzibati orqan tərəfindən səhvən cavabdehə məxsus hüquq müəyyənedici sənədlərə daxil edilmişdir. 42. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxu d hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həy ata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). 43. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə fakti ki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.

44. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş mülki məhkəmə məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

45. Buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi sadalanan maddi və prosessual hüquq normalarının tələblərin i, yuxarıda qeyd olunan əsasla daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin (çıxarışın) mübahisələndirilməsinə dair iddianın inzibati mübahisə olduğunu nəzərə almadan işə mülki məhkəmə icraatı qaydasında baxmış və mahiyyəti üzrə qərar qəbul etmişdir.

46. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

47. Nəzərə alınmalıdır ki, mahiyyətcə inzibati iddia olan tələbin mübahisələndirilən aktı qəbul etmiş inzibati orqanı cavabdeh kimi cəlb etmədən fiziki şəxsə qarşı qaldırılması həmin tələbə mahiyyəti üzrə baxılması üçün əsas ola bilməz. Belə halda iddia tələbi ümumiyyətlə publik hüquq münasibətlərinə aid olduğundan və cavabdehdən asılı olmayar aq tələbə mülki məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkün olduğundan iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilməli, səhvən icraata qəbul edilmiş iddia üzrə mülki isə xitam verilməli və MPM-in 262.3-cü maddəsinə əsasən yekun məhkəmə aktında ərizəçiyə hansı orqana müraciət etməli olduğu izah edilməlidir.

48. Eyni zamanda hazırkı iş üzrə cavabdehin mübahisəli əşyaya mülkiyyət hüququnu bağışlama müqaviləsi əsasında əldə etməsi də işə mülki məhkəmə icraatı qaydasında baxılması üçün əsas ola bilməz. Çünki baxılan iş üzrə iddiaçı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğvini onun əsasında duran mülki hüquqi əqdin (bağışlama müqaviləsinin) etibarsızlığı ilə deyil, inzibati orqanın hüquq müəyyənedici sənədləri tərtib edərkən səhvə yol verdiyi ilə əsasl andırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır.

49. İş kassasiya instansiyası məhkəməsinin icraatında olarkən cavabdeh tərəfindən eyni tərəflər arasında başqa mülki iş üzrə kassasiya instansiyası məhkəməsini qərarından verilmiş konstitusiya şikayətinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul edildiyi üçün hazırkı iş üzrə icraatın dayandırılması barədə vəsatət təqdim edilmişdir. Məhkə mə kollegiyası hesab edir ki, iddia tələbinə ümumiyyətlə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməz olduğundan iş üzrə icraatın dayandırılması barədə vəsatət təmin oluna bilməz.

50. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.2-ci maddəsinə əsasən izah edir ki, iddiaçı əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı lazımi sənədlərlə müvafiq icra hakimiyyəti orqanına müraciət edə, həmin müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilər.

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edil sin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14/2022 nömrəli iş üzrə 23 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar