Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5507/2019 20.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı1 vəkili X4 və cavabdeh Əmanətlərin Sığortalanması Fondunun vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli, 2(103)602/2019 saylı qətnaməsindən cavabdeh Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 27 sentyabr 2018-c i il tarixli, 2(006)5877/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim E.Ə.Mehdiyev) İddiaçı1 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanətin tam sığortalanmış qorunan əmanətlərə aid edilməsi və qaytarılması” barədə iddiası təmin edilərək, cavabdeh təşkilatdan 97.598,07 ABŞ dolları məbləğində əmanət məbləğinin tutularaq iddiaçıya ödənilməsi qət edilib. Cavabdeh təşkilat qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli, 2(103)602/2019 saylı qətnaməsi ilə (hakimlər, İ.Ə.Kərimli sədrlik edən, məruzəçi, X.A.Cəmilova və İ.K.Xəlilov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qətnaməsi cavabdeh təşkilata münasibətdə dəyişdirilmədən saxlanılıb. Ca vabdeh təşkilat qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı cavabdeh təşkilata qarşı “əmanətin tam sığortalanmış qorunan əmanətlərə aid edilməsi və qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “XX” KB olan 97.598,07 ABŞ dolları məbləğində əmanətin tam sığortalanmış qorunan əmanət kimi cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında cavabdeh Əmanətlərin Sığortalanması Fondunun vəkili Azər Məmmədov kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı1 vəkili XX məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, pro sessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, qüvvədə olan qanunvericiliyə görə Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiyanın əmanətin 100 faizi həcmində qanunda nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilməsinə, bu baxımdan iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə və apellyasiya şikayətinin dəlillərinə əsasən qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmamasına istinad edib və hüquqi mövqeyini “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 3, 4, 5-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, apellyasiya instansiyası məhkəm əsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı ilə QSC “XX” KB arasında bağlanan 28 dekabr 2015-ci tarixli “xxxx”nə əsasən, iddiaçı tərəfindən QSC “XX” KB onun adına açılan depozit hesaba illik 10,50 faiz dərəcəsi olmaqla, 29 dekabr 2018-ci il tarixədək, 36 ay müddətinə 500 ABŞ dolları əmanət qoyulub. 14 sentyabr 2016-cı il tarixdə iddiaçı ərizə ilə QSC “XX” KB “VİP” filialına müraciət edərək, bankın maliyyə vəziyyəti qeyri-qənaətbəxş olduğuna görə, özünün, qızının və həyat yoldaşının depozit hesabda xarici valyutada olan vəsaitlərinin qorunan əmanətlərə aid edilməsi üçün xxxx nə dəyişikliklər edilməsini xahiş edib. Sözü gedən müqavilənin üzərinə vurulan ştampdan görünür ki, cavabdeh təşkilat tərəfindən 17 oktyabr 2016-cı il tarixdə iddiaçıya 18.588 ABŞ dolları kompensasiya ödənilib. Eləcə də QSC “XX” KB əmanətçiləri qarşısında öhdəliklərin reyestrindən çıxarışından görünür ki, iddiaçıya məxsus kompensasiya olunmayan pul vəsaiti 97.598,07 ABŞ dolları təşkil edir. Ləğv prosesində olan QSC “XX” KB 24 oktyabr 2016-cı il tarixli kreditor tələblərinin qeydiyyatı barədə 0512 saylı qəbzdən görünür ki, iddiaçının tələbi ləğv prosesində olan QSC “XX” KB qarşısında kreditor tələbi kimi qeydə alınıb və tələbin məbləği 97.598,07 ABŞ dolları qeyd edilib. İddiaçının, QSC “XX” KB hesabına dair çıxarışından görünür ki, iddiaçıya aid depozit hesaba əsasən kompensasiya olunmayan pul vəsaiti 97.598,07 ABŞ dolları qeyd olun ub. Eyni zamanda iddiaçının cavabdeh təşkilata ünvanlanan 13 fevral 2017-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı əmanətin 100 faiz həcmində ödənilməsini xahiş edib və əks halda məhkəməyə müraciət edəcəyini bildirib. Cavabdeh təşkilat tərəfindən iddiaçıya ünvanlanan 24 fevral 2017-ci il tarixli məktubdan isə görünür ki, iddiaçı ilə 28 dekabr 2015-ci il tarixli xxxx illik 10,5 faizlə 3 il müddətinə bağlanıb. Himayəçilik Şurası tərəfindən qəbul edilən qərara görə, 24 fevral 2015-ci il tarixdən 12 faizlə cəlb edilən əmanətlər qorunan əmanət hesab edilir. Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq sözügedən əmanət (depozit) müqaviləsi üzrə sığortalanmış əmanət üçün iddiaçıya kompensasiya ödənilib. 02 mart 2016-cı il tarixdən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla, 3 il müddətinə tam sığortalanır və tam kompensasiya olunur. Ödənilməmiş qalıq məbləğlər sığortalanmadığından, həmin məbləğlər qanuna uyğun olaraq təsnifləşdirilib, təminatsız kreditor tələblərinə aid edilib və qanunda göstərilən növbəlilik qaydasına riayət olunmaqla ödənilə bilər. İddiaçı, 14 sentyabr 2016-cı il tarixdə QSC “XX” KB “VİP” filialına ünvanladığı müraciətdə tələblərini dəqiq göstərmədiyindən, bankdan hansı faizlə dəyişikliklər edilməsini istəməsi müəyyən edilmədiyindən, bu barədə heç bir müqavilə bağlamadığından və heç bir razılaşma aşkar edilmədiyindən, onun tələbi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əs aslandırma ilə razılaşıb, işin həqiqi hallarını nəzərə alıb qeyd edib ki, əmanətçilərin mülkiyyət hüquqlarının təmin edilməsi məqsədilə sığorta hadisəsi baş verdikdə əmanətlər üzrə kompensasiyanın ödənilməsini nəzərdə tutan “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunu 29 dekabr 2006-cı il tarixli Qanunla qəbul edilib. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2007-ci il tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılıb və sonuncunun funksiyasına görə, Fond sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparır və kompensasiya ödəyir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.9-cu maddəsinə əsasən, sığorta hadisəsi iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunmas ı, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, işin faktiki hallarını nəzərə alıb haqlı olaraq qeyd edib ki, QSC “XX” KB 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli qərarı ilə müslif elan edildiyindən və Əmanətlərin Sığortalanması Fondu həmin bankın ləğvedicisi təyin edildiyindən, sığorta hadisəsi, iddiaçı ilə QSC “XX” KB arasında bağlanan 28 deka br 2015-ci tarixli “xxxx” qüvvədə olduğu dövrdə baş verib və bu fakt, işin mübahisə olunmayan halıdır. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.2.6-cı maddəsinə əsasən, cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlərə aid edilir. Həmin Qanunun 8.1.20-ci maddəsinə görə, X3 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən edir. X3 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi ilə bağlı bir neçə qərar qəbul edib. Belə ki, 10 iyun 2009-cu il tarixli qərarla qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 01 avqust 2013-cü il tarixli qərarla 10 faiz, 24 fevral 2015ci il tarixli qərarla 12 faiz, 02 mart 2016-cı il tarixli qərarla xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz, 16 sentyabr 2016-cı il tarixli qərarla xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla, 3 il müddətində tam sığortalanması müəyyən edilib. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə görə, həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. Əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir. Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və təshih tədbirinin tətbiqindən sonra əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət statusuna aid edilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd edib ki, iddiaçı, sığorta hadisəsindən əvvəl, yəni 14 sentyabr 2016-cı il tarixdə banka müraciət edərək əmanətin qorunan hesab edilməsi üçün şərtlərin dəyişdirilməsini xahiş etdiyindən, lakin bankın ləğvedicisi 27 fevral 2017-ci il tarixli məktubla dəyişikliyin hansı q aydada edilməsinin dəqiq göstərilməməsini əsas tutub bundan əsassız olaraq imtina etdiyindən, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Eyni zamanda qeyd olunduğu kimi, 28 dekabr 2015-ci il tarixdə QSC “Bank Standart” KB iddiaçıdan (əmanətçidən) pul vəsaitini 10,50 faizlə hesaba qəbul edərkən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz olub. Deməli, iddiaçının 28 dekabr 2015-ci il tarixdə banka qoyduğu pul vəsaiti qorunan əmanət statusuna malik olub. Həmin əmanətin cavabdeh təşkilat tərəfindən qorunan əmanət hesab edilməsi də mübahisələndirilmir və hətta “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 26.1-ci maddəsinə əsasən, əmanət qorunan hesab edilərək cavabdeh təşkilat tərəfindən iddiaçıya 18.588 ABŞ dolla rı məbləğində kompensasiya ödənilib və bu, işin mübahisə olunmayan halıdır. Qeyd olunan maddənin mənasına görə, Əmanətlərin Sığortalanması Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30.000 manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lis enziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 4 (dörd) il müddətində tam sığortalanır. Həmin Qanunun 4-cü maddəsinə əsasən, qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Bu Qanunun 4.1-ci maddəsinə müvafiq olaraq müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtl ərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Bu Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş müddət bitdikdən sonra tam sığortalanmış əmanətlər üzrə kompensasiyaların həcmi “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən müəyyən edilir. Bank əmanəti müqaviləsi üzrə bankın əsas vəzifələrindən biri əmanətlərin qaytarılmasının təmin edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 950.1-ci maddəsinə görə, banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işin yuxarıda müəyyən edilmiş faktiki hallarını nəzərə alıb haqlı olaraq qeyd edib ki, iddiaçının qoyduğu əmanət qorunan əmanət olaraq tam sığortalı hesab edildiyndən, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və cavabdeh təşkilat ın kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən artıq düzgün hüquqi qiymət verildiyindən, həmin dəlilləri təkrar müzakirə etməyə lüzum görmür. Bu baxımdan kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını, sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni, əsaslı olduğundan və işdə, qətnamənin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar olmadığından və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Az ərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli, 2(103)-602/2019 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5507/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5507/2019
20.09.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver