Məhkəmə qərarları › İş №2(102)-5507/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5507/2022

21.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5507/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından AzərbaycanRespublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağ sahəsindən çıxarılma və sənədlərin qaytarılması 21.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 iyul 2022-ci il tarixli, 2(103)4172/2022 saylı qətnaməsindən Cavabdeh3 verdiyi kassasiya şikayəti üzrə işə 21 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, 17 aprel 2007-ci il tarixli, 40335 saylı müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi, 0,12 ha torpaq sahəsində yerləşən 1362 “v” saylı bağ sahəsi Bakı Şəhər İHB-nın X1 və İstismarı Birliyi tərəfindən İddiaçı istifadəsinə verilib. 30 may 2009-cu il tarixdə İddiaçı həmin bağ sahəsinə dair Cavabdeh1 adına 29 iyul 2038-ci il tarixədək qüvvədə olan və özündə geniş səlahiyyətləri, o cümlədən həmin bağ sahəsi üzərində sərəncam vermək səlahiyyətini əks etdirən etibarnamə verib və 19 oktyabr 2020-ci il tarixdə İddiaçı ərizəsinə əsasən həmin etibarnamə ləğv edilib. 12 iyul 2011-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin bağ sahəsinə dair İddiaçı adına “Plan və ölçü” sənədi tərtib edilib. 19 iyul 2011-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Binəq ədi rayonu, Goradil bağ massivi, mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən 1362 “v” saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb. Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 noyabr 2019-cu il tarixli qərarı ilə Cavabdeh1 şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilib. Bakı şəhəri, Binəqədi Rayonu, Binəqədi bələdiyyəsinin 10 iyun 2021-ci il tarixli arayışına əsasən 28 iyun 2014-cü il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi, mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən 1362 “v” saylı bağ sahəsində Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 X, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, X2 və X3 yaşayır. İş üzrə qəbu l edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 X, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi, 0,12 ha torpaq sahəsində yerləşən 1362 “v” saylı bağ evindən (bağın bütün ərazisindən) məcburi qaydada çıxarılmaları, 1362 “v” saylı bağın və həmin bağ sahəsi üzərində onun mülkiyyət hüququnu təsdiq edən 19 iyul 2011-ci il tarixli Çıxarışın, torpaq sahəsinin “Planı və ölçüsü” sənədinin, habelə Texniki Pasportun cavabdehlərdən alınıb ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı tələblərini onunla əsaslandırıb ki, X adlı şəxsin vasitəçiliy i ilə mübahisəli bağ evinin iddiaçının adına rəsmiləşdirilməsi və sonradan Cavabdeh1 32.000 ABŞ dollarına satılması ilə bağlı razılığa gəliblər. İlkin ödəniş olaraq ona 8.000 ABŞ dolları pul verilib, lakin qalan məbləğ bu günədək ona ödənilməyib. Hazırda onun mülkiyyətində olan bağ evi cavabdehlərin faktiki sahibliyində və istifadəsindədir. Ötən dövr ərzində cavabdehləri həmin bağ sahəsindən çıxartmaq imkanı olmayıb. Hazırda o, cavabdehləri çıxardıb mülkiyyətində olan bağ sahəsindən istədiyi kimi istifadə etmək və ona sahiblik etmək istəyir. Hətta bağ sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlər də bu günədək cavabdehlərdədir və onlar həmin sənədləri ona qaytarmaqdan imtina edirlər. Nəticədə o, aldadılıb və öz mülkiyyətindən qanunsuz olaraq məhrum edilib. Ona ilkin olaraq, ödəni lmiş 8.000 ABŞ dollarını isə geri qaytarmağa hazırdır. Cavabdeh1 isə iddiaya etiraz edərək göstərib ki, ilkin olaraq iddiaçının mübahisəli bağ sahəsinə dair mülkiyyət hüququ olmayıb. X adlı şəxsin vasitəçiliyi ilə həmin bağ sahəsini iddiaçının adına rəsmiləşdirib və sonradan aralarında olan razılığa əsasən iddiaçı tərəfindən həmin bağ sahəsi 35.000 ABŞ dollarına ona satılıb. Qeyd edilən məbləğ onun tərəfindən iddiaçıya ödənilib. Bu səbəbdən də, iddiaçı 2009-cu ildə onun adına 30 ilə yaxın etibarlılıq müddəti olan etibarnamə verib və bağ sahəsi ilə bağlı bütün hərəkətləri etmək səlahiyyətini ona etibar edib. Bundan sonra, həmin bağ sahəsi onun tərəfindən etibarnamə ilə Cavabdeh3 satılıb. Nəticə etibarı ilə o, bu bağ sahəsini iddiaçıdan 35.000 ABŞ dollarına satın alıb. Bu səbəbdən də bağ sah əsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədin əsli hazırda ondadır. Ötən dövr ərzində onların arasında mübahisəli bağ sahəsi ilə bağlı hər hansı problem yaranmayıb, iddiaçı tərəfindən bu bağ sahəsi ilə bağlı hər hansı tələb irəli sürülməyib və ya hüquq mühafizə orqanlarına müraciət edilməyib. Hər bir halda, bağ sahəsinin yerləşdiyi yer iddiaçıya məlumdur və hər hansı problem yaransa idi, ən azı iddiaçı həmin ünvana gəlib öz etirazını bildirə bilərdi. Lakin, bunu etməyib və 2020-ci ildə özünə məlum olan səbəblərdən etibarnaməni ləğv etdirib. Belə ki, həmin bağ sahəsinin yerləşdiyi yer layihəyə düşür və oranın sökülməsi gözlənilir. İddiaçı bununla bağlı gəlir əldə etmək və əsassız varlanmaq niyyətinə düşüb. Hazırda da əsassız olaraq bu bağ sahəsinin ona qaytarılmasını tələb edir. İddiaçı nın etibarnaməni verdiyi notariat kontorunun yerini unutması barədə fikirləri də reallığı əks etdirmir. Mövcud vəziyyətdə iddiaçı ötən dövr ərzində çox rahatlıqla notariat kontorunda etibarnaməni ləğv etdirə bilərdi. İddiaçının hazırki iddianı qaldırmağı, həmçinin X sonradan ölümü ilə bağlı olub. Belə ki, iddiaçı, sağlığında X həqiqəti danışacağından ehtiyat edirdi. Həmçinin, Cavabdeh3 və digərləri də iddiaya etiraz edərək göstəriblər ki, sözügedən bağ sahəsini uzun müddət bundan əvvəl Cavabdeh1 67.000 manat pul ödəməklə satın alıblar və 28 iyun 2014-cü il tarixdə ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayırlar. Onların bağ sahəsini satın almalarına dair notarial qaydada təsdiq edilmiş 27 iyun 2014-cü il tarixli etibarnamə mövcuddur. Torpaq sahəsini alarkən sənədlər tam qaydasında olmad ığı, eyni zamanda notariat orqanına gedib alqı-satqı müqaviləsini rəsmiləşdirə bilmədikləri üçün, Cavabdeh1 ilə aralarında belə razılaşma olmuşdur ki, bağ sahəsinə dair Cavabdeh3 adına etibarnamə versin və sonuncu həmin bağ sahəsini sonradan öz adına rəsmiləşdirə bilsin. Bu məqsədlə iddiaçı 29 iyul 2038-ci il tarixədək qüvvədə olmaqla Cavabdeh1n adına 27 iyun 2014-cü il tarixli notariat qaydasında təsdiq edilmiş etibarnamə verib. Bu müddət ərizində pulunu ödəməklə aldığı bağ sahəsində onlar tərəfindən təmirtikinti işləri aparılıb. Belə ki, qeyd olunan bağ sahəsində onlar tərəfindən fərdi yaşayış evi inşa edilərək, orada təmir işləri aparılıb və bağ sahəsinin yaxşılaşdırılmasına kifayət qədər vəsait xərcləyiblər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Fuad Abdıyev) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 (yetkinlik yaşına çatmayan uşaqları, 25 sentyabr 2012-ci il tarixdə doğulmuş Cavabdeh7, 01 aprel 2014-cü il tarixdə doğulmuş X2 və 12 may 2016-cı il tarixdə doğulmuş X3 ilə birlikdə) iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi, 0,12 ha torpaq sahəsində yerləşən 1362 “v” saylı bağ sahəsindən çıxarılması, həmin bağ sahəsinə dair Çıxarışın əslinin Cavabdeh1 alınaraq, iddiaçıya verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçı mübahisəli bağ sahəsinə dair mülkiyyət hüququ haqqında Çıxarış alıb. Mülkiyyətçi kimi iddiaçı, ona mənsub olan bağ sahəsin ə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək hüququna malikdir. Həmin bağ sahəsində hazırda cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, X və X yaşayır və bağ sahəsi onların istifadəsində və sahibliyindədir. Onlara bu hüququ verən etibarnamə isə iddiaçı tərəfindən ləğv edilib. Hazırda cavabdehlərin həmin bağ sahəsində yaşamaq, ondan istifadə etmək və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasları yoxdur. Habelə, iddiaçı ilə cavabdehlər arasında kirayə və sair müqavilə bağlanmayıb. Başqa sözlə, cavabdehlərin mübahisəli bağ sahəsinə hər hansı hüquqi bağlılığı müəyyən edilmir. Cavabdehlərin iddiaçıya məxsus bağ sahəsində yaşamaları və bu halın qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı nəticə etibarı ilə idd iaçının konstitusion hüququ olan mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. İddiaçı, mülkiyyətçi olmasına baxmayaraq, hazırda qeyd edilən bağ sahəsinə sahiblik və ondan istifadə edə bilmir, o, bu mülkiyyətindən faktiki olaraq məhrum edilib. Cavabdehlərin hər hansı hüquqi əsas, o cümlədən iddiaçının iradəsinə zidd olaraq mübahisəli əmlakda yaşamaları sonuncunun öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyətə münasibətdə konstitusion hüququnu kobud şəkildə pozur. Cavabdeh1 də mübahisəli bağ saşhəsinə hər hansı formada bağlılığı yoxdur və o, həmin bağ sahəsində yaşamır. Mübahisəli bağ sahəsinə dair iddiaçının 2009-cu ildə Cavabdeh1 adına etibarnamə verməsi və hə min etibarnamənin yalnız 2020-ci ildə ləğv edilməsi, ötən dövr ərzində iddiaçının bağ sahəsi ilə bağlı cavabdehlərə qarşı hər hansı tələb irəli sürməməsi, cavabdehlərin xeyli müddətdir ki, iddiaçının mülkiyyətində olan həmin bağ evində yaşamaları iddianın rədd edilməsi üçün əsas ola bilməz. Bundan başqa, qüvvədə olan mülki qanunvericilikdə daşınmaz əmlakın alqı-satqısı qaydası müəyyən edilib və bununla bağlı alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilməsinin zəruriliyi qeyd edilib. Lakin, tərəflər bu prosedur qaydaya riayət etməyiblər. Cavabdeh1 iddiaçıya 35.000 ABŞ dolları pulun ödənilməsini bildirsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməyib, iddiaçı isə cəmi 8.000 ABŞ dolları aldığını etiraf edib. Məhkəmə həmçinin iddia tələbinin “sənədlərin qaytarılması ” hissəsi ilə bağlı qeyd edib ki, iddiaçı tələb etdiyi sənədlərin hamısının cavabdehlərdə olduğunu sübut edə bilməyib. Lakin, mübahisəli bağ sahəsinə dair Çıxarışın əslinin həqiqətən Cavabdeh1 olduğu müəyyən edilir və bunu sonuncu özü də etiraf edib. Digər sənədlərin, cavabdehlərdən hər hansı birində olması isə öz təsdiqini tapmır, o cümlədən iddiaçı bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməyib. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 6, 148.2, 152.1, 152.5, 157.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh3 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul e dilməsini xahiş edib. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Emin Mehdiyev sədrlik edən, məruzəçi, Namiq Cəfərov və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən- iddianın Cavabdeh3 qarşı təmin edimiş hissəsində dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və iddi anı mübahisələndirilən hissədə təmin etməklə işin halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilib. İddianın qismən təmin edilməsinə dair məhkəmə qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 6, 148.2, 152.1, 152.5, 157.2-ci maddələrinin və digər maddi, prospessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassa siya şikayətinin dəlilləri Cavabdeh3 kassasiya şikayətini onunla əsaslandırıb ki, mübahisəli bağ sahəsini uzun müddət əvvəl iddiaçının verdiyi etibarnamə əsasında Cavabdeh1 alıb və həmin bağ sahəsi onun faktiki istifadəsində olub. İşə baxan məhkəmələr Binəqədi bələdiyəsinin 10 iyun 2021-ci il tarixli arayışını, notarial qaydada verilmiş 27 iyun 2014-cü il tarixli etibarnamənin mövcudluğunu nəzərə almayıb, həmin sənədləri işdə iştirak edən şəxslərin izahatları və iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirməyib. Halbuki, sözügedən bağ sahəsini uzun müddət əvvəl Cavabdeh1 67.000 manat ödəməklə alıb və 28 iyun 2014-cü il tarixdən ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Onun qeyd olunan bağ sahəsini almasını təsdiq edən notarial qaydada verilmiş 27 iyun 2014-cü il tarixl i etibarnamə mövcuddur. Torpaq sahəsini alarkən Cavabdeh1 torpaq sahəsinə dair sənədlər tam qaydasında olmadığı, həmçinin notariat orqanına gedib alqı-satqı müqaviləsini rəsmiləşdirməyə vaxtı olmadığı üçün, belə razılaşmışlar ki, sonuncu, onun adına ümumi etibarnamə versin və o, da həmin bağ sahəsini sonradan öz adına rəsmiləşdirsin. Notariat orqanı tərəfindən təsdiq edilmiş 27 iyun 2014-cü il tarixli etibarnaməyə əsasən iddiaçının adından Cavabdeh1 bağ sahəsini idarə etməyi, tikinti aparmağı, üzərində olan tikilini özəlləşdirməyi, sənədləşmə işlərini aparmağı, torpağa kadastr planı almağı, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra sərəncam verməyi, ipotekaya qomağı, satmağı, bağışlamağı, dəyişməyi, pulunu almağı, adından ərizə verməyi və bununla əlaqədar bütün hərəkətləri e tməyi 29 iyul 2038-ci il tarixədək ona etibar edib. Eyni zamanda, iddiaçı ilə onun arasında hər hansı yaxın qohumluq və digər bağllıq yoxdur. Məhkəmə işin bu hallarını ümumiyyətlə araşdırmayıb, aralarında faktiki olaraq alqı-satqı münasibətlərinin olmasına ümumiyyətlə hüquqi qiymət verməyib. Digər tərəfdən əgər torpaq sahəsi ona satılmasa idi, o, həmin torpaq sahəsi üzərində külli miqdarda pul vəsaiti xərcləyərək ev tikməzdi. Bütün bu hallar onu göstərir ki, iddiaçı torpaq sahəsini ona satıb və sonradan onu aldadaraq etibarnaməni ona xəbər vermədən və gizli şəkildə ləğv etdirib. Torpaq sahəsi hazırda iddiaçının adına yalnız formal olaraq qalıb və evi öz adına rəsmiləşdirmədiyindən sui-istifadə edərək iddiaçı etibarnaməni ləğv etdirib ki, o, həmin evin özgəninkiləşdirilməsini həyata keçirə bilməsin. Faktiki olaraq iddiaçının bu hərəkətləri onun gözlənilən mülkiyyət hüquqlarına qarşı edilib və onu gələcəkdə ona satılmış bağ sahəsinə gözlənilən mülkiyyət hüququ əldə etməkdən məhrum edib. Bu müddət ərzində pulunu ödəməklə aldığı bağ sahəsində onun tərəfindən təmir tikinti işləri aparılıb. Belə ki, qeyd olunan bağ sahəsində fərdi yaşayış evi inşa edərək onu təmir etdirib. İşə baxan məhkəmələr ümumiyyətlə bağ sahəsini yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin iddiaçı tərəfindən ona ödənilməli olmasına münasibət bildirməyib. Bundan başqa, məhkəmə iclasında evin iddiaçı tərəfindən ona satılması faktı öz təsdiqini tapıb və aralarında belə bir münasibətlərin olması işin mübahsəsiz halıdır. Belə olan halda əgər məhkəmə onun evdən çıxarılmasını qət edirdisə, onda ödədiyi pulun q aytarılmasını da həll etməli idi. Məhkəmə, bu məsələyə münasibət bildirməməklə əsassız olaraq iddiaçını varlandırıb. Yəni, iddiaçı həm evin satılması ilə bağlı ondan pul alıb, həm də onun tərəfindən tikilmiş evə sahib olub. Bu isə ədalətsiz və qanunsuzdur. İddiaçı tərəfindən Cavabdeh1 5 il, onun isə 7 il müddətində bağ evindən heç bir maneə olmadan istifadə etmələrinə, bu ərazinin əslində hansısa layihənin icrası ilə bağlı sökülməli olduğuna görə, iddiaçının belə bir iddia qaldırmasına münasibət bildirməyib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edib. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər; 157.7-ci maddəsinə görə, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tə ləb edə bilər; 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 158.1, 158.1.2.-ci maddələrində göstərilir ki, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır; 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər; 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçiri lən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh3 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlillər i hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, Cavabdeh3 kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Əvvəla, işin mübahisə olunmayan hallarına görə, 17 aprel 2007-ci il tarixli, 40335 saylı müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi, 0,12 ha torpaq sahəsində yerləşən 1362 “v” saylı bağ sahəsi iddiaçının icarəsində olub və sonuncu həmin bağ sahəsini idarə etməyi, orada tikinti işləri aparmağı, bağ sahəsinə dair hüquqmüəyyənedici sənədləri almağı, onun üzərində sərəncam verməyi və sair hərəkətləri etməyə dair 29 iyul 2038-ci il tarixədək qüvvədə olmaqla Cavabdeh1 adına 30 may 2009cu il tarixli notarial qaydada təsdiq edilmiş etibarnamə verib. Bundan sonra, bağ sahəsinə dair iddiaçının adına “Plan və ölçü” sənədi tərtib edilib və 19 iyul 2011-ci il tarixli Çıxarışa əsasən bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onun adına qeydə alınıb. Daha sonra, Cavabdeh1 də iddiaçının adınadan həmin bağ sahəsini idarə etməyi, orada tikinti işləri aparmağı, bağ sahəsinə dair hüquqmüəyyənedici sənədləri almağı, onun üzərində sərəncam verməyi və sair hərəkətləri etməyə dair 29 iyul 2038-ci il tarixədək qüvvədə olmaqla Cavabdeh3 adına 27 iyun 2014-cü il tarixli notarial qaydada təsdiq edilmiş etibarnamə verib. 19 oktyabr 2020-ci il tarixdə isə iddiaçının ərizəsinə əsasən sözügedə n etibarnamə ləğv edilib. Bundan başqa, Binəqədi bələdiyyəsinin 10 iyun 2021-ci il tarixli arayışına görə, 28 iyun 2014-cü ildən mübahisəli bağ sahəsində etibarnaməyə əsasən Cavabdeh3 və ailə üzvləri yaşayır. İşə əlavə edilmiş sənədlərdən, habelə mübahisəli bağ sahəsinə dair iddiaçı ilə bağlanmış müqavilədən və onun adına verilmiş Çıxarışdan, “Plan və ölçü” sənədindən görünür ki, bağ sahəsinin yerləşdiyi 0,12 ha torpaq sahəsi sonradan mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınsa da, həmin vaxt orada hər hansı tikili, fərdi yaşayış evi olmayıb. Əksinə, iddia ərizəsi, iddiaçının nümayəndəsi Balağa Qədirovun izahatı ilə müəyyən olunur ki, tərəflər, Rəşad Əliyevin vasitəçiliyi ilə mübahisəli bağ sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi və sonradan Cavabdeh1 32.000 ABŞ dollarına satı lması barədə razılığa gəliblər və iddiaçının etirafına görə ilkin ödəniş olaraq Cavabdeh1 ona 8.000 ABŞ dolları pul ödəyib. Həmçinin, Cavabdeh3 izahatı, apellyasiya və kassasiya şikayətinin dəlillərindən görünür ki, o mübahisəli bağ sahəsindən Cavabdeh1 iddiaçının adından ona verdiyi etibarnaməyə əsasən faktiki istifadə edir, bunun üçün Cavabdeh1 67.000 manat məbləğində pul verib və orada öz vəsaiti hesabına fərdi yaşayış evi inşa edib, müvafiq yaxşılışdırma işləri aparıb. Göründüyü kimi, mübahisəli bağ sahəsi 30 may 2009-cu il tarixdən ötən 13 il müddət ərzində fasiləsiz və etirazsız olaraq əvvəl Cavabdeh1, 27 iyun 2014-cü il tarixdən isə Cavabdeh3 və ailə üzvlərinin faktiki sahibliyində və istifadəsində olub. Apellyasiya instansiyası məhkəməsi, Mülki Məcəllənin 560.1, 560.2-ci maddələrin in tələbləri baxımından, Cavabdeh3 hazırki iddiaya etirazının və apellyasiya şikayətinin dəlillərini, habelə mübahisəli bağ sahəsində hər hansı tikilinin, fərdi yaşayış evinin olubolmadığını, həmin evin nə vaxt, kimin tərəfindən tikildiyini, evin hüquqi vəziyyətini, həmin evin Cavabdeh3 və ailə üzvlərinə aid olub-olmadığını, onlar tərəfindən inşa edilibedilmədiyini araşdırmadan, başqa sözlə, tərəflər arasında mübahisəli bağ sahəsi ilə bağlı hansı razılaşmanın olduğunu, iddiaçının hazırki mülki hüquqlarlarını hüquqa uyğun həyata keçirib-keçirmədiyini, onun bu hüquqdan Cavabdeh3 və onunla birlikdə yaşayan ailə üzvlərinə ziyan vurmaq məqsədi ilə istifadə edib-etmədiyini adınlaşdırmadan və ümumiyyətlə hansı dəlillərə əsasən Cavabdeh3 apellyasiya şikayətini təmin etmədiyini qətnamədə kifayət qədər əsaslandırmadan, yalnız mübahisəli bağ sahəsinin sonradan mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alındığını əsas tutub, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Halbuki, sözügedən normaların mənasına görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir və heç bir halda hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmçinin, Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti təmin edilmədikdə apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayəti təmin etmədiyini qətnamədə göstərməyə borcludur. Daha sonra, cavabdeh tərəfin, o cümlədən iddiaçının özünün izahatı ilə müəyyən olunur ki, sonuncu ilə Cavabdeh1 arasında X vasitəçiliyi ilə bağ sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi və sonradan 32.000 ABŞ dollarına Cavabdeh1 satılmasına dair razılaşma olub. Hazırda iddiaçı, 32.000 ABŞ dollarından ona cəmi 8.000 ABŞ dolları ödənildiyini etiraf edir, Cavabdeh1 isə 32.000 ABŞ dollarını tam məbləğdə iddiaçıya ödədiyini göstərib iddiaya etiraz edir. Digər Cavabdeh3 isə mübahisəli bağ sahəsini Cavabdeh1 67.000 manat pul ödəməklə satın aldığını, sonuncunun iddiaçının adından ona 27 iyun 2014-cü il tarixli etibarnamə verdiyini və həmin bağ sahəsində öz vəsiti hesabına fərdi yaşayış evi inşa etdiyini, orada müvafiq yaxşılaşdırma işləri apardığını göstərib iddiaya etiraz etmişdir. Mülki Məcəllənin 157.6-cı maddəsinə əsasən, istər vicdanlı sah ib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər; 157.7-ci maddəsinə görə, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər; 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 158.1, 158.1.2.-ci maddələrində göstərilir ki, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayı lır; 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər; 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir; Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini pozaraq, ümumiyyətlə iddiaçının iddia ərizəsində, cavabdehlərin isə etirazlarında göstərdikləri faktlar üzrə heç bir araşdırma aparmadan, cavabdehlərin bağ sahəsinə sərf etdikləri zəruri məsrəflərin və ya yaxşılaşdırmaların olub-olmadığını, onların nədən ibarət olduğunu, zərər yetirmədən həmin yaxşılaşdırmaların bağ sahəsindən ayrıla bilən olub-olmadığını dəqiqləşdirmədən, cavabdehlərə bağ sahəsinə çəkdikləri xərcin ödənilməsini iddiaçıdan tələb etmək hüquqlarının ol masını izah etmədən, işə əlavə edilmiş sübutları, habelə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə yoxlayıb qiymətləndirmədən, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədən, iddianı təmin etməklə əslində iddiaçının hüquqi əsas olmadan başqa şəxslərin, yəni cavabdehlərin hesabına əmlak əldə etməsinə süni şərait yaradıb və bununla da Mülki Məcəllənin 1091.1, 1091.2-ci, həmçinin Mülki Prosessual Məcəllənin 88, 106.1-ci maddələrinin tələblərini pozub. Bu baxımdan kassasiya instansiyası məhkəməsi Cavabdeh3 kassasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsi nin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yu xarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh3 kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 iyul 2022-ci il tarixli, 2(103)-4172/2022 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar