Məhkəmə qərarları › İş №2(102)-551/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-551/2020

29.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-551/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, cavabdehin vəkili Əliyev Emil oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 05 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh x3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 yanvar 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Göyçay rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim:Z.A.Quliyev; 2(046)-1543/18) iddia təl əbi təmin edilmiş, cavabdeh x3 8000 (səkkiz min) ABŞ dolları məbləğindəpulunödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı alınıb iddiaçı x2, cavabdeh x4 800 (səkkiz yüz) manat və 500 (beş yüz) ABŞ dolları məbləğindəpulunödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı alınaraq iddiaçı x1na qaytarılması, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçılara verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2019-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və İ.F.Quliyev; 2(107)-186/19) cavabdeh x3 apellyasiya şikayəti təmin edilməmiş, Göyçay rayon Məhkəməsin in 27 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 03 iyun 2019-cu il tarixli qərarı ilə (sədrlik edən-hakimlər Ə.Rüstəmov, M.Əhmədova və Ə.Nurməmmədov, iş No 2(102)3844/19 saylı mülki iş) Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 17 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 05 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.Məlikov (sədrlik edən, məruzəçi), E.Hüseynov və A.Mahmudov, 2(107)2467/2019 saylı mülki iş) hazırki iş üzrə Göyçay Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(046)-1543/2018nömrəli qətnaməsi cavabdeh x3 8000 (səkkiz min) ABŞ dolları məbləğ ində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı alınıb iddiaçı x2 qaytarılması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, cavabdeh x3 2000 (iki min) ABŞ dollar məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı alınıb iddiaçı x2 verilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçılar x1 və x2 cavabdehlər x3 və x4 qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdeh x3 8000 ABŞ dolları pulun alınıb iddiaçı x2, 800 manat və 500 ABŞ dolları pulun cavabdeh x4 alınıb iddiaçı x1na qaytarılmasına və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınıb iddiaçılara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh x3 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Əliyev Emil oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar v ə digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya in stansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə bundan ibarətdir ki, iddiaçı x2 2017-ci ilin avqust ayında cavabdeh x3na 8000 ABŞ dolları borc pul vermişdir. Cavabdeh x3 borc məbləğini 10- 15 günə qaytaracağını vəd e tsə də, borcunu qaytarmamışdır. Cavabdeh x3 tərəfindən Göyçay RPŞ-də 20.02.2018-ci ildə verilmiş izahatda onun 2017-ci ildə x2ndan hissə-hissə 2000 ABŞ dolları borc alması qeyd olunmuşdur. Lakin bu hal məhkəmə baxışında öz təsdiqini tapmamışdır. İddiaçılar və şahidlər da bu halı inkar etmişlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc münasibətləri ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 324.1-ci maddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəl məsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 389.1-ci maddəsində müqaviləyə verilən tərifə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstə rilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müəyyən edilmişdir ki, iddiaçı x2 cavabdeh x3 8000 ABŞ dollar məbləğində borc verdiyi pulu tələb etmişdir. Lakin cavabdeh x3 Göyçay rayon Polis Şöbəsidə verdiyi izahatında iddiaçıdan 2000 ABŞ dollar almasını etiraf etmişdir. Birinci instansiya məhkəməsi iclasındə izahat vermiş şahidlər isə iddiaçı x2nın 1971-ci ilin avqust ayında həmin vaxt nişanlı olduğu x3na 8000 ABŞ dollar borc pul verməsini bildirsələr də həmin borc pulun onların və ya digər şəxsin yanında, konkret olaraq 2017-ci ildə avqust ayının hansı günündə, hansı şəraitdə, verməsini göstərməmişlər. Lakin birinci instasniya məhkəməsi onların qeyri-dəq iq izahatlarını əsasız olaraq sübut kimi qəbul etmişdir. Azərbaycan Respublikası MPM –nin 81-ci madəsinə əsasən qanuna və ya digər ormativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə isə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasındakı yuxarıda qeyd olunan mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan Azərbaycan Respublikası MM-nin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Lakin iş materiallarında iddiaçı x2 cavabdeh x3 8000 ABŞ dolları məbləğində borc pul verməsi barədı yazılı müqavilə yoxdur. Buna baxmayaraq birinci instansiyası məhkəməsi cavabdeh x3 8000 ABŞ dolları alınıb iddiaçı x2 verilməsı hissəsi üzrə gəldiyi nəticəni işin həqiqi hallarına uyğun hesab etmiş, nəticədə yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Ona görədə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı x2 8000 ABŞ dollar məbləğində pulun qaytarılmasını tələb etsə də cavabdeh Said Allahyardiyevin borc almasını etiraf etdiyi 2000 ABŞ dollarının ondan alıb iddiaçıya verilməsi təmin edilməlidir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən- c avabdeh x3 8000 (səkkiz min) ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı alınıb iddiaçı x2 qaytarılması hissəsində ləğv etməklə, həmin hissədə yeni qətnamə qəbul etməklə, həmin hissədə iddia tələbini qismən təmin etməklə, cavabdeh x3 2000 (iki min) ABŞ dollar məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı alınıb iddiaçı x2 verilməsi, qətnamənin qalan hissədə dəyişdirlmədən saxlanılması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikay ətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh x3nun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 05 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar