Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5514/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hXXXləri Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 1 mart 2022-ci il tarixli, 2(103)-1193/2022 nömrəli qətnaməsindən Cavabdeh2 verdiyi kassasiya şikayətinə 1 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları 1. 27 okty abr 2001-ci il tarixdə İddiaçı rəsmi nikah əsasında Cavabdeh2 ilə ailə qurub və onların birgə nikahından 17 avqust 2004-cü ildə XXX, 28 sentyabr 2005-ci ildə XXX, 26 oktyabr 2008-ci ildə XXX və 26 iyun 2012-ci ildə XXX adlı dörd övladları doğulub.
2. Tərəflər bir müddət başqa ünvanlarda yaşadıqdan sonra, 2008-ci ildən etibarən hazırkı iş üzrə mübahisə predmeti olan Bakı şəhəri, XXX qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçüblər. 2014-cü ildən isə birgə nikah dövründə əldə etdikləri ünvanində (sonradan Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qətnaməsi ilə tərəflərin mənzil üzərində payları müəyyən edilib) yaşamağa başlayıblar və mübahisəli evdən (özbaşına tikilidən) isə mövsümi istifadə ediblər.
3. Sonradan tərəflərin ər-arvad münasibətləri pozulmuş və Bakı şəh əri, Xəzər Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah ləğv edilmiş, birgə nikahdan doğulmuş uşaqların anaları Cavabdeh2 yanında saxlanılması qət edilmişdir.
4. Bundan sonra tərəflər arasında ünvanlə bağlı mübahisə başlayıb və Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qətnaməsi ilə uşaqların mənafeləri də nəzərə alınmaqla həmin mənzildə Cavabdeh2 payı 3/5 hissədə, İddiaçı payı isə 2/5 hissədə müəyyən edilib.
5. Hazırda Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə ünvan2unda 1200 kv.metr torpaq sahəsində inşa edilmiş 4 otaqlı, ümumi sahəsi 125 kv.metr olan mübahisəli özbaşına tikilidə, İddiaçı isə məhkəmə qətnaməsi ilə payları müəyyən edilmiş sözügedən mənzildə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktl arı a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra iddiaçı) məhkəmədə Cavabdeh2 (bundan sonra cavabdeh) qarşı “evə köçürülmə barədə” iddia qaldıraraq, onun ünvan2unda 1200 kv.metr torpaq sahəsində inşa edilmiş 4 otaqlı, ümumi sahəsi 125 kv.metr olan evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırıb ki, Bakı şəhəri, Xəzər rayon İHB-nın 30 dekabr 1999-cu il tarixli, 2487 saylı sərəncamı ilə ona ünvan2də fərdi yaşayış evi tikmək üçün 1.200 kv.metr torpaq sahəsi ayrılıb. Həmin torpaq sahəsində 4 otaqlı, ümumi sahəsi 125 kv.metr olan fərdi yaşayış evi inşa edib. 27 oktyabr 2001-ci il tarixdə cavabdehlə rəsmi nikah əsasında ailə qurub və birgə nikahlarından 4 uşaqları doğulub. Cavabdehlə həmin torpaq sahəsində inşa edilmiş 4 otaqlı evdə birgə yaşayıb ümumi təsərrüfat aparmışlar. Sonradan, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulub və uşaqların cavabdehin yanında saxlanılması və ondan uşaqların saxlanılması üçün cavabdehin xeyrinə alimentin tutulması qət edilib. Bundan sonra, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş ünvanində cavabdehin payı 3/5 hissədə, onun payı 2/5 hissədə müəyyən edilib. Mübahisəli evi 2019-cu ilin iyun ayında Cavabdeh3 adlı şəxsə kirayəyə verib. Lakin, cavabdehlə nikahları pozulduqdan sonra onun atası Cavabdeh1 və kirayəçi Cavabdeh3 ona məxsus olan torpaq sahəsində yerləşən evin kilidini dəyişərək, onu həmin evə buraxmırlar və ona məxsus bəzi əşyaları sındırıblar, məhv ediblər. Onun torpaq sahəsinə mülkiyyət hüququ əldə etməklə bağlı “qanuni gözləntisi” vardır. O, İİ qrup əlil olmaqla, 2016-cı ilin aprel döyüşlərində iştirak etmiş ehtiyatda olan mayordur. Torpaq sahəsinə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, sözügedən sərəncam əsasında ona ayrılmış həmin torpaq sahəsi üzərində sahiblik, istifadə hüquqlarını həyata keçirə bilməsi üçün, həmin torpaq sahəsini başqasının qeyriqanuni sahibliyindən geri tələb etməkdə haqlıdır. Belə tələbetmə hüququnun yaranması üçün torpaq sahəsinin sərəncamla onun istifadəsinə ayrılması kifayətdir və əlavə olaraq hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına ehtiyac yoxdur. Çünki sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini yaradır.
8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hXXX E.İ.Məmmədli) iddia rədd edilib.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçının köçmək istədiyi fərdi yaşayış evi tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və buna lazımi icazələr almadan inşa edilmiş özbaşına tikilidir. Mülki qanunvericiliyə görə, həmin evin mülki dövriyyənin predmeti olmadığı müəyyən edilir. İddiaçı mübahisəli evin və onun yerləşdiyi torpaq sahəsinin mülkiyyət kimi dövlət reyestrində qeydə alınması, həmin evin və torpaq sahəsinin onun sahibliyində olması barədə sübutları məhkəməyə təqdim etmə yib. Həmçinin, tərəflər mübahisəli evin tikinti məqsədləri üçün ayrılmış torpaq sahəsində lazımi icazə əsasında inşa etmələri barədə müvafiq sənədləri məhkəməyə təqdim edə bilməyiblər. Məhkəmə iclasında tərəflərin izahatları və mülki iş materilları ilə müəyyən olunur ki, mübahisəli evdən uzun illərdir ki, yaşayış sahəsi kimi istifadə olunur. Özbaşına tikili olan ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından və iddiaçının həmin ev üzərində hər hansı hüququ əmələ gəlmədiyindən, o həmin evə köçməsini tələb etməkdə haqlı deyil. Belə ki, qanunverici evə hər hansı hüququ olmayan şəxsin həmin evə köçürülmə barədə tələb irəli sürmək hüququnu nəzərdə tutmur. Digər tərəfdən, işin mübahisələndirilməyən hallarına görə, iddiaçı 2019-cu ildən mübahisəli evdə yaşamır və həmin evdə cavabdehl ə birgə təsərrüfat aparmır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə, iddiaçının evdən hüququ yaranmış olsa da belə, cavabdehlə aralarında olan ailə münasibətlərinə xitam verildiyi üçün, həmin hüququ da artıq itirmiş olur. İddiaçının evə münasibətdə hüququnun müvəqqəti saxlanılmasına gəlincə isə onun sözügedən mənzildə payı var və hazırda yeni ailəsi ilə həmin mənzildə yaşayır və mübahisəli evə ehtiyacı yoxdur.
10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 139.1, 139.3, 146.1, 180.1, 180.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırıb ki, Bakı şəhəri, Xəzər rayon İHB-nın 30 dekabr 1999-cu il tarixli, 2487 saylı sərəncamı ilə ünvan2 fərdi yaşayış evinin tikintisi üçün onun istifadəsinə ayrılıb. 27 oktyabr 2001-ci il tarixdə rəsmi nikah əsasında cavabdehlə ailə qurub və birgə nikahlarından 4 uşaqları doğulub. Mübahisəli torpaq sahəsində cavabdehlə birgə yaşadıqları dövrdə 4 otaqlı, ümumi sahəsi 125 kv.metr olan fərdi yaşayış evi inşa ediblər. Təxminən 20 il müddət ərzində həmin evdə cavabdehlə birgə yaşayıb, ümumi təsərrüfat aparıblar. Ona və cavabdehə məxsus olan əşyalar bu gündə həmin evdədir. Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulduqdan so nra cavabdeh onu həmin evə buraxmır. Mübahisəli torpaq sahəsi onun qanuni istifadəsində olduğu üçün mülkiyyət hüququ əldə etməklə bağlı “qanuni gözləntisi” var. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq onunda həmin evdə eyni şərtlərlə yaşamaq hüququ vardır.
13. Cavabdeh də apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsi ilə razılaşmadığını göstərib, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən sözügedən sərəncamla iddiaçıya ayrılmış torpaq sahəsinin harada yerləşməsi müəyyən edilməyib. Belə ki, birinci instans iya məhkəməsi qətnamədə iddiaçının iddia etdiyi evin yerləşdiyi torpaq sahəsinin faktiki yerini müəyyən etmədən, ünvan2də iddiaçı tərəfindən ev tikildiyi qənatinə gəlib. Bu zaman məhkəmə, yalnız iddiaçının verdiyi izahatı işin müəyyən edilmiş halı kimi qiymətləndirib və işin faktiki hallarını müəyyən etməyə ümumiyyətlə cəhd göstərməyib. Halbuki, iddiaçı tərəfindən nə XXX qəsəbində özünə ayrılmış torpaq sahəsində, nə də ki, XXX qəsəbəsi, XXX sovxozunda yerləşən 1200 kv.metr torpaq sahəsində hər hansı ev inşa etməyib. İddiaçının onunla birgə yaşadığı XXX qəsəbəsi, XXX sovxozu, 1200 kv.metr torpaq sahəsində yalnız bir ev olub, onu da atası Cavabdeh1 tikərək ona hədiyyə edib. Ona görə də iddiaçıya sərəncamla ayrılmış 1200 kv.metr torpaq sahəsində ev inşa etməsi və sonradan onunla rəsmi nikah ə sasında ailə quraraq həmin evdə birgə yaşayıb ümumi təsərrüfat aparması ilə bağlı məhkəmənin müəyyən etdiyi işin halları birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsindən xaric edilməlidir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 1 mart 2022-ci il tarixli qətnaməsi ilə (hXXXlər R.Ə.Eyvazov sədrlik edən, məruzəçi, Ş.A.Məmmədova və F.F.Babayev) iddiaçının apellyasiya şikayəti tam, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 15 iyul 2021ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia təmin olunub, iddiaçının Bakı şəhəri, Xəzər rayon İHB-nın 30 dekabr 1999-cu il tarixli, 2487 saylı sərəncamı ilə ünvan2də fərdi ev tikmək üçün ona ayrılmış 1200 kv.metr torpaq sahəsində inşa edilmiş 4 otaqlı, 125 kv.metr sahədən ibarət evə (tikiliyə) köçürülməsi qət edilib.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, tərəflər 27 oktyabr 2001-ci il tarixdə rəsmi nikah əsasında ailə qurublar və onların bigə nikahından 4 uşaqları doğulub. Tərəflər bir müddət başqa ünvanlarda yaşayıblar, 2008-ci ildən etibarən isə hazırkı iş üzrə mübahisə predmeti olan XXX qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçüblər. Tərəflər bir müddət orada yaşadıqdan sonra 2014-cü ildə birgə nikah dövründə əldə etdikləri ünvanində (sonradan Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qətnaməsi ilə mənzil üzərində tərəflərin payları müəyyən edilib) yaşamağa başlayıblar və mübahisəli evdən mövsimi istifadə ediblər. Sonradan tərəflərin ərarvad müansibətləri k əsilib və Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulub və uşaqlar anaları Cavabdeh2 himayəsinə verilib. Hazırda cavabdeh birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mübahisəli evdə yaşayır. Eyni zamanda, işdə olan digər sübutlardan (sərəncam, məhkəmə qərarı, izahatlar və sair) görünür ki, Xəzər rayon İHB-nın 30 dekabr 1999-cu il tarixli, 2487 saylı sərəncamı ilə iddiaçıya ünvan2də fərdi ev tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrılıb, tərəflər nikaha daxil olduqdan sonra isə həmin sahədə 4 otaqlı ümumi sahəsi 125 kv.metr olan fərdi yaşayış evi inşa ediblər və 2008-ci ildən onlar orada yaşamağa başlayıblar. Hazırda iddiaçı cavabdehlə nikahları pozulduqdan sonra onun həmin evdən istifadə sinə maneəçilik yaradıldığını (evə polis muhafizə sistemi quraşdırmaqla, kilidi dəyişdirməklə və sair) bildirərək, həmin evə köçürülməsini tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək, qeyd olunan torpaq sahəsinin atasına məxsus olduğunu və sonuncu tərəfindən fərdi yaşayış evi tikilərək ona hədiyyə olunduğunu, iddiaçının isə həmin sahəyə və evə heç bir aidiyyətinin olmadığını bildirir. Mübahisənin düzgün hüquqi həlli üçün ilk növbədə mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin kimə məxsus olması və evin kim tərəfindən inşa olunması məsələsinə hüquqi qiymət verilməlidir. Yuxarıda qeyd edildiyi kimi, sözügedən sərəncamla mübahisəli torpaq sahəsi iddiaçıya ayrılıb. Həmçinin qanuni qüvvəyə minmiş Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsi il ə iddiaçının ərizəsi təmin edilərək, qeyd olunan sərəncamın ona məxsus olması faktı müəyyən edilib. Tərəflərin birgə nikada olduqları dövrdə həmin torpaq sahəsində 4 otaqlı, sahəsi 125 kv.metr olan fərdi yaşayış evi inşa edilib. 2008-ci ildən etibarən tərəflər uzun müddət orada daimi yaşayaraq və sonradan isə mövsimi istifadə etməklə birgə təsərrüfat aparıblar. Eyni zamanda, tərəflərin izahatlarından aydın olur ki, mübahsəli evin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü təqribən 0,13-0,14 ha olmaqla, Bakı şəhəri, Əzizbəyov rayon İHB-nın 30 dekabr 1999-ci il tarixli, 2487 saylı sərəncamında göstərilən sahəyə uyğundur. Hazırda cavabdeh, qeyd olunanları təkzib edərək, mübahisəli fərdi yaşayış evinin atasına məxsus torpaq sahəsində yerləşdiyini və atası tərəfindən inşa olunaraq ona hədiyyə e dildiyini bildirsə də, məhkəməyə bu halları təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməyib. Cavabdehin izahatı isə, özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Həmçinin, qeyd edilməlidir ki, qeyd olunan torpaq sahəsi hazırkı məqamda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olmasa belə, iddiaçının həmin sahəyə, müvafiq inzibati orqanın verdiyi inzibati akt sayəsində qanuni əmlak hüquqları mövcüddur. Bu isə o deməkdir ki, torpaq sahəsinə iddiaçının qanuni sahiblik və istifadə hüquqları olduğundan o, həm milli qanunvericilik, həm də Avropa Məhkəməsinin president hüququna görə həmin sahəyə münasibətdə mülkiyyət baxımından “qanuni gözləntiyə” malikdir.
16. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini “İnsan hüquqlarının və əsas azadl ıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinin, 1 saylı Protokolunun 1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya insiansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib.
18. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırıb ki, iddiaçı ilə aralarında bağlanmış nikah məhkəmənin qətnaməsinə əsasən pozulub və onların mübahisəli evdə birgə yaşamaları qeyri-mümkündür. Mübahisəli evin yerləşdiyi torpaq sahəsi atasına məxsusdur və atası həmin torpaq sahəsində ev tikərək ona hədiyyə edib və hazırda yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə həmin evdə yaşayır. İddiaçının həmin torpaq sahəsinə və evə heç bir aidiyyəti yoxdur. Həmçinin işdə, mübahisəli evin altında yerləşən torpaq sahəsi ilə iddiaçıya sərəncamla ayrılmış torpaq sahəsinin eyni sahə olub-olmadığını təsdiq edən plan-ölçü sənədi yoxdur və torpaq sahəsinə dair iddiaçının adına müvafiq Çıxarış verilməyib. Apellyasiya instansiyası məhkəməsi öz mülahizəsinə əsasən iddiaçıya aid olmayan torpaq sahəsini ona məxsus torpaq sahəsi kimi müəyyən edib və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Eyni zamanda, qanuni qüvvəyə minmiş Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qətnaməsi ilə ünvanində onun payı 3/5 hissədə, iddiaçının payı isə 2/5 hissədə müəyyən edilsə də, iddiaçı onu 4 uşağı ilə birlikdə həmin mənzilə buraxmır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır;
21. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
22. Maddə
55. Müvafiq icra hXXXiyyəti orqanlarının... qərarları...fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının əmələ gəlmə əsaslarından biridir;
23. Maddə 65.2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Madd ə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
30. Mülki prosessual normaların tələblərinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
32. Kassasiya instansiyası məhkəməsi h esab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb.
33. Belə ki, işin mübahisə olunmayan hallarına görə, tərəflər 27 oktyabr 2001ci il tarixdə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından 17 avqust 2004-cü ildə XXX, 28 sentyabr 2005-ci ildə XXX, 26 oktyabr 2008-ci ildə XXX və 26 iyun 2012-ci ildə XXX adlı 4 uşaqları doğulub. Sonradan tərəflərin ər-arvad münasibətləri kəsilib və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulub və onların birgə nikahından doğulmuş uşaqlar cavabdehin yanında saxlanılıb.
34. Bundan sonra, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 mart 2021ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikah dövründə əldə etdikləri ünvan olan payları bölünərək, uşaqların da mənafeləri nəzərə alınmaqla, mənzilin 3/5 hissəsinə cavabdehin, 2/5 hissəsinə isə iddiaçının pay hüquqları tanınıb. 35. 5 may 2021-ci il tarixdə iddiaçı rəsmi nikah əsasında ikinci dəfə X1 ilə ailə qurub və hazırda sonuncu ilə birlikdə ünvan, cavabdeh isə 4 uşağı ilə birlikdə iş üzrə mübahisə predmeti olan ünvan2də inşa edilmiş 4 otaqlı, sahəsi 125 kv.metr olan evdə (özbaşına tikilidə) yaşayırlar. Həmçinin işdən görünür ki, tərəflər münaqişəli ailə kimi polisdə qeydiyyatdadırlar.
36. Hazırda iddiaçı, cavabdehlə nikaha girənədək Bakı şəhəri Xəzər rayon İHB-nın 30 dekabr 1999-cu il tarixli, 2487 saylı sərəncamı ilə ona fərdi yaşayış evinin tikintisi üçün XXX qəsəbəsi, 877 saylı sahədə ev tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrıldığını, cavabdehlə birgə nikahı dövründə həmin torpaq sahəsində 4 otaqlı, sahəsi 125 kv.metr olan ev inşa etdiyini, cavabdehlə nikahı pozulduqdan sonra onun həmin evdən istifadəsinə maneəçilik yaradıldığını (evə polis muhafizə sistemi quraşdırmaqla, kilidi dəyişdirməklə və sair) göstərərək, həmin evə köçürülməsini iddia edir.
37. Cavabdeh isə mübahisəli torpaq sahəsinin atası Cavabdeh1 məxsus olduğunu, sonuncu tərəfindən orada fərdi yaşayış evi tikilərək ona hədiyyə edildiyini, iddiaçının, habelə onun istinad etdiyi Bakı şəhəri Xəzər rayon İHB-nın 30 dekabr 1999-cu il tarixli, 2487 saylı sərəncamın həmin sahəyə və evə heç bir aidiyyətinin olmadığını göstərib, iddiaya etiraz edir.
38. Əvvəla, cavabdeh apellyasiya şikayətində mübahisəli evin özbaşına tikili olmaqla, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və buna lazımi icazələr almadan inşa edildiyini, həmin evin iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri Xəzər rayon İHB-nın 30 dekabr 1999-cu il tarixli, 2487 saylı sərəncamında göstərilən 1200 kv.metr torpaq sahəsində, 877 saylı sahədə inşa edilmədiyini göstərsə də, apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə onun bu dəlilləri üzrə heç bir araşdırma aparmayıb və hansı dəlillərə əsasən onun apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinin mənasına görə, apellyasiya şikayəti təmin edilmədikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərməyə borc ludur.
39. Digər tərəfdən, sözügedən sərəncam kserosurət olmaqla, işdə, mübahisəli özbaşına tikilinin məhz sözügedən sərəncamda göstərilən 1200 kv.metr torpaq sahəsində, 877 sahədə inşa edilməsini özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur.
40. Ümumiyyətlə, iddiaçıya 877 saylı sahədən 1200 kv.metr torpaq sahəsinin ayrılması barədə sözügedən sərəncam qəbul edilənədək torpaq sahəsinin sərhədlərinin yerində (naturada) və xəritədə müəyyən edilməsi, başqa sözlə yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması, torpaq sahəsinin sərhədlərinin yerə (naturaya) keçirilməsi və sair hallar mülki iş materilları ilə müəyyən edilmir.
41. Torpaq Məcəlləsinin 55-ci maddəsində göstərilir ki, müvafiq icra hXXXiyyəti orqa nlarının... qərarları...fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının əmələ gəlmə əsaslarından biridir.
42. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə əsasən, torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
43. Apellyasiya instansiyası məhkəməsi, mübahisəli özbaşına tikilinin məhz iddiaçıya sərəncamla ayrılmış 1200 kv.metr torpaq sahəsində, 877 saylı sahədə inşa edildiyi qənaətinə gəlsə də, gəldiyi nəticəni hər hansı mötəbər yazılı sübutlarla əsaslandırmayıb.
44. Belə ki, apellyasiya instansiyası məhkəməsi, zərurət yarandığı halda sözügedən sərəncamın əslini və ya notarial qaydada təsdiq edilmiş surətini, habelə torpaq sahəsinin yerquruluşu qaydasında aparılmış planını, xəritəsini və sair torpaqayırma sənədlərini məhkəməyə təqdim etməyi iddiaçıya təklif etməyib və mübahisəli özbaşına tikilinin sərəncamda göstərilən sahədə inşa edilib-edilmədiyini, həmçinin həmin tikilinin faktiki yerləşdiyi torpaq sahəsinin kordinatlarını, onun sərhədlərini yerinə (naturada) və xəritədə müəyyən etməklə bağlı xüsusi bilik tələb edən suallara aydınlıq gətirmək üçün, iş üzrə müvafiq ekspertizalar keçirib əsaslandırılmış rəylər almayıb, yalnız ehtimallara və tərəflərin izahatlarına əsaslanaraq mübahisəli evin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsünün təqribən 0,13-0,14 ha olmaqla, sözügedən sərəncamında göstərilən sahəyə uyğun olmasına dair işin halları barədə səhv nəticəyə gəlib və bununla da Mülki Prosessual Məcəllənin 77.3, 81, 89.1, 89.2, 97.1-ci maddələrinin tələblərini pozub.
45. Halbuki, sadalanan mülki prosessual normaların mənasına görə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlari təqdim etməyi tərəflərə təklif edə bilər. İşə, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. İşə baxılarkən xüsusi bilik tələb olunan sübutları izah etmək üçün məhkəmə...öz təşəbbüsü ilə də ekspertiza təyin edə bilər. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
46. Bundan başqa, tərəflərin öz izahatlarında mübahisəli evin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsünün təqribən 0,13-0,14 ha olmasını bildirmələri də, açıq-aşkar həmin evin məhz sərəncamda göstərilən 877 saylı sahədə, 1200 kv.metr torpaq sahəsində inşa edilməsi nəticəsinə gəlməyə əsas vermir. Belə ki, sərəncamla iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin ölçüsü 0,13-0,14 ha deyil, 0,12 ha göstərilib.
47. Apellyasiya instansiyası məhkəməsi, sərəncamda göstərilən torpaq sahəsi ilə mübahisəli evin faktiki yerləşdiyi torpaq sahəsinin ölçüləri arasındakı bu ziddiyyətə aydınlıq gətirmədən, habelə tərəflərin evin faktiki yerləşdiyi torpaq sahəsinin ölçüsü barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymət ləndirmədən, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədən, başqa sözlə mübahisəli evin faktiki yerləşdiyi torpaq sahəsinin hüquqi vəziyyətinə, statusuna aydınlıq gətirmədən, yalınız sözügedən sərəncamın kserosurətinə və həmin sənəcamın iddiaçıya məxsus olması faktının müəyyən edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsinin surətinə istinad etməklə, iddiaçının həmin evin yerləşdiyi torpaq sahəsinə sözügedən sərəncam əsasında qanuni əmlak hüquqlarının mövcud olduğu, onun həmin torpaq sahəsinə qanuni sahiblik, istifadə hüquqlarının əmələ gəldiyi və həm milli qanunvericiliyə, həm də Avropa Məhkəməsinin president hüququna görə onun həmin torpaq sahəsinə münasibətdə mülkiyyət baxımından “qanuni gözləntiyə” malik olm asına dair işin halları barədə səhv nəticəyə gəlib.
48. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
49. Həmin Məcəllənin 106.1-ci maddəsində isə göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
50. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşıb hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzd ir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
51. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarında da işə baxan məhkəmələrə tövsiyyə olunub.
52. Nəzərə alınmalıdırki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edə n halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
53. Həmçinin, qeyd edilməlidir ki, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılmas ı məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
54. Həmçinin, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı ba rədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
55. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsaslılıq baxımından Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin tələblərinə cavab vermir. Həmin normanın mənasına görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
56. Qətnamənin əsaslılığı dedikdə- qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
57. Digər tərəfdən, cavabdeh ilk gündən iddiaya etirazında, apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin atası Cavabdeh1 məxsus olduğunu, sonuncu tərəfindən orada fərdi yaşayış evi tikilərək ona hədiyyə edildiyini göstərib iddiaya etiraz etsə də, apellyasiya instansiyası məhkəməsi işin obyektiv həlli üçün onun bu dəlilləri üzrə heç bir araşdırma aparmayıb və zərurət yarandığı halda cavabdehin atası Cavabdeh1 hazırki mübahisəli məsələyə münasibətini öyrənməyib və tərəflərin münaq işəli ailə kimi polisdə qeydiyyatda olmalarını, nikahları pozulduqdan sonra iddiaçının başqa qadınla ailə qurub mülkiyyətçi hüququ ilə paylı mülkiyyətində olan ünvanində yaşadığını, cavabdehlə ailə münasibətlərinə xitam verildikdən sonra onun mübahisəli özbaşına tikili ilə hər hansı bağlılığının qalmadığını nəzərə almadan, yalnız ziddiyyətli sübutlara istinad etməklə, iddiaçının məhz həmin evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət baxımından “qanuni gözləntiyə” malik olmasını qeyd etməklə, onu həmin evə köçürmüşdür.
58. Halbuki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Səyyarə Əhmədovanın Azərbaycana qarşı”; “Saqinadze və başqalarının Gürcüstana qarşı”; “Keriman Tekinin və başqalarının Türkiyəyə qarşı” işlərdə hüquqi mövqeyi ondan ibarət olub ki, “ərizəçi 1 saylı Protokolun 1-ci maddəsini n pozuntusunu yalnız o, halda iddia edə bilər ki, mübahisələndirilən qərarlar həmin müddəanın mənasında onun “mülkiyyətinə” aid olsun. “Mülkiyyət” anlayışı “mövcud sahiblik”lə məhdudlaşmır, həm də ərizəçinin ən azı ondan səmərəli istifadə etmək üçün ağlabatan və “qanuni gözləntisi” olduğunu iddia edə biləcəyi aktivləri, o cümlədən iddiaları əhatə edə bilər. “Gözlənti” ya qanunvericilik müddəasına, ya da sözügedən əmlak marağına aidiyyəti olan hüquqi akta əsaslanırsa, “qanunidir”.
59. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır;
60. Həm in Məcəllənin 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
61. Hazırki halda, mübahisəli evin özbaşına tikili olması işin mübahisə olunmayan halıdır, həmçinin mülki qanunvericilik iddiaçının həmin tikinti üzərində hər hansı hüququnun əmələ gəlməsini istisna edir, onun tələbinin əsası kimi istinad etdiyi sərəncamın mübahisəli özbaşına tikilinin yerləşdiyi torpaq sahəsinə aidiyyətinin olubolmadığına dair isə cavabdehlə aralarında mübahisə vardır.
62. Belə olan halda, iddiaçının mübahisəli torpaq sahəsinə marağı bilavasitə ona aidiyyəti olub-olmadığı hələ mübahisəli olan sözügedən sərəncama əsaslandığından, onun həmin torpaq sahəsinə mün asibətdə “qanuni gözləntiyə” malik olması “qanuni” sayıla bilməz.
63. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
64. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətlərində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 1 mart 2022-ci il tarixli, 2(103)-1193/2022 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.