Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-552/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı XXXnin cavabdehlər X6 qızı və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-552/2022 (Açar sözlər: qeyri-yaşayış sahəsinin boşaldılması) Bakı şəhəri, 01 fevral 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı XXXnin cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3, X5 və Cavabdeh5 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və əvvəlki vəziyyətə qaytarılma” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6106/2021 nömrəli, 10 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı X XX tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehlər Bakı şəhəri, Binəqədi Rayonu, Sumqayıt şossesi 6 ünvanda müvafiq olaraq 1,4,6,7,9 saylı mənzillərdə yaşayan sakinlərdir. Həmin mənzillər xüsusi mülkiyyət hüququ ilə cavabdehlərin mülkiyyətindədirlər və hal-hazırda cavabdehlər ailə üzvləri ilə birlikdə həmin mənzillərdə yaşayırlar.
2. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İddiaçı balansında olan Bakı şəhəri, Binəqədi Rayonu, Sumqayıt şossesi 6-da yerləşən iki blokdan, 5 mərtəbədən iyirmi altı mənzildən ibarət olan bina əvvəllər yataqxana kimi Hidrometeorologiyanın əməkdaşlarına xidməti yaşayış yeri kimi verilmişdir. Sonradan həmin bina 1992-ci ildə Komitənin razılığı ilə yataqxana sakinlərinin mülkiyyətinə verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti cavab məktubuna əsasən, sözügedən bina dövlət əmlakının Registrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İddiaçı balansında olan əmlak kimi qeydiyyata alınmışdır.
3. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İddiaçı binanın onların balansında olmasına əsaslanaraq hesab edir ki, cavabdeh sakinlər tərəfindən binanın pilləkən qəfəsində zəbt edilmiş yardımçı sahələr boşaldılmalı və həmin sahələr Xidmətin qərarı ilə digər şəxslərin istifadəsinə verilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı XXX iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi ev 6-da yerləşən mənzil 1-in yanında olan ayrı otaq vahidi yard ımçı sahənin Cavabdeh1, mənzil 4-ün yanında olan ayrı otaq vahidi yardımçı sahənin Cavabdeh2, mənzil 7-nin yanında olan ayrı otaq vahidi yardımçı sahənin Cavabdeh4 mənzil 9-un yanında ayrı otaq vahidi yardımçı sahənin Cavabdeh5, mənzil 7nin yanında olan ayrı otaq vahidi yardımçı sahənin Cavabdeh3 tərəfindən əvvəlki vəziyyətə gətirilməklə boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, bundan sonra iddiaçının nümayəndəsi Cavabdeh1 əsl cavabdeh X4 ilə, Cavabdeh4 X5 ilə əvəz edilməsini xahiş etmiş, daha sonra iddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, XXXnin balansında olan Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 6-da yerləşən mənzil 1 ilə qeyri-yaşayış sahəsi otağını ayıran divarın cavabdeh X4 tərəfidən bərpa edilərək, əvvəlki vəziyyətə q aytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Milli Hidrometrologiya Komitəsinin balansında olan və sonradan qanuna müvafiq yeni yaradılmış XXXnin (hüquqi varisin) balansına keçən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 6 ünvanında yerləşən iki blokdan, iyirmi altı mənzildən, beş mərtəbəli binanın yaşayış sahələrinə aid olmayan hər mərtəbəsində sahələri 15 kv. metr olan qeyri-yaşayış sahələri (saxlanc yerləri) cavabdehlər tərəfindən zəbt edilmişdir. Balans sahibi tərəfindən komissiya yaradılmış və komissiyanın üzvləri mübahisəli sahələrə baxış keçirmiş, cavabdehlərə həmin otaqların boşaldılması təklif edilmiş, lakin məsələ öz həllini tapmamışdır. Mübahisəli sahələrin yerləşdiyi bina yataqxana kimi Milli Hidrometrologiya orq anı ilə əmək münasibətlərində olan işçilərə xidməti yaşayış yeri kimi verilmişdir. 1992- ci il tarixli Milli Hidrometrologiya Komitəsinin sədrinin məktubuna əsasən həmin yataqxana sakinləri tərəfindən özəlləşdirilmiş və cavabdehlər həmin yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinə çevrilmişlər. Bununla yanaşı binanın özü (fəsadı, zirzəmisi, damı, balkonları) və binanın ikinci blokunun bütün mərtəbələrinin orta boş otaqları (saxlanc yerləri) Milli Hidrometrologiyanın balansında qalmışdır. Sonradan 2-ci blokun hər mərtəbəsinin sakinləri orta boş otaqları qanunsuz olaraq zəbt etmiş və onları boşaltmaqdan imtina edirlər. Hal-hazırda xidməti otaqlara ehtiyac yaranmışdır.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-382/2021 nömrəli, 03 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev) iddia tələbi rədd edilmişdir.
7. Məhkəmə tərəfindən 02 noyabr 2020-ci il tarixdə Cavabdeh3, XXXnin təsərrüfat işləri üzrə nümayəndəsi X2 və xidmətedici və araşdırma komissiyasının üzvü X1 iştirakı ilə yerində müayinə keçirilmiş və müvafiq protokol tərtib edilmişdir. Yerində müayinə zamanı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 6-da yerləşən, iki blokdan 5 mərtəbədən və 26 mənzildən ibarət olan binaya baxış keçirilən zaman hər mərtəbədə 2 mənzilin və mənzillər arasında yardımçı sahələrin olması, yardımçı sahələrin 1 giriş-çıxış qapısının olması, həmin sahələrin bayıra baxışının olması, kanalizasiya, su, qaz və digər kommunikasiya xətlərinin olmaması, həmin sahədə balonlar və artıq əşyaların saxlanıldığı müəyyən edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, bina iddiaçının bal ansında olmuş olsa belə, mübahisələndirilən saxlanc yerləri mülkiyyətçilərin ümumi istifadəsi üçün nəzərdə tutulmuş yerlərdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 230-cu maddəsinə istinad edərək həmin sahələrə "yaşayış binasının tərkib hissələrinin vahidləri" kimi qiymət verməsi anlaşılan deyil. Çünki, həm yerində müayinədən, həm də cavabdehlərin izahatlarından aydın olmuşdur ki, həmin sahələrdən ayrıca mənzil (otaq) kimi istifadə etmək mümkün deyildir. Belə ki, həmin sahələrdən heç bir kommunikasiya xətti olmadığına görə yalnız saxlanc (anbar, qarderob) üçün istifadə edilməsi mümkündür. Şahid ifadələri də işin faktiki hallarını təsdiq edir.
10. Məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisənin faktiki və hüquqi əsası iddia tələbinin qanu ni əsası ilə üst-üstə düşmədiyindən, o cümlədən cavabdehlərin həmin saxlanc yerlərindən istifadə etməkdə hüquqi əsasları olduğundan iddia həmin hissədə rədd edilməlidir.
11. İddia tələbinin artırılmış hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iddiaçının belə tələblə (divarın cavabdeh X4 tərəfidən bərpa edilərək, əvvəlki vəziyyətə qaytarılması barədə) iddia vermək üçün subyektiv hüququ olmadığından iddia tələbi bu hissədə də rədd edilməlidir.
12. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Q.Əsgərov sədrlik edən və məruzəçi, A.İmanov və V.Sadıqov) 10 avqust 2021-ci il tarixli, 2(103)6106/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, B akı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-382/2021 nömrəli, 03 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
15. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi hüquq normalarını təkrarlamaqla əsaslandırmışdır.
16. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı XXX apellyasiya məhkəməsinin qətnaməsindən kassasi ya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini iddia ərizəsi və apellyasiya şikayətinə uyğun əsaslandırmışdır. Belə ki, məhkəmələr sübutlara düzgün qiymət verməmiş, iş üzrə düzgün araşdırma aparmamış, qanunvericiliyin tələblərini pozmuşdur. Balans sahibi kimi mülkiyyət hüquqları pozulduğu halda, məhkəməyə müraciət etmək onların subyektiv hüququdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
19. Maddə.
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
20. Maddə.
29. Hər kəsin mülk iyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
21. Maddə. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. Maddə. 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.
23. Maddə. 227.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin.
24. Maddə.
230. Yaşayış binasının ayrı-ayrı tərkib hissələri və ya onların bölümləri xüsusi hüquqların obyekti ola bilər; bu hissələr və bölümlər mənzil kimi və ya işgüzar və ya digər məqsədlər üçün otaq vahidləri kimi qapalı olmalı və onların öz girişi olmalıdır, lakin tərkiblərində ayrı-ayrı yardımçı otaqlar ola bilər. Bu cür vahidlər aşağıda "yaşayış bi nasının tərkib hissələrinin vahidləri" adlandırılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi:
25. Maddə. 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitartexniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir.
26. Maddə. 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər isti sna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir.
27. Maddə. 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır.
28. Maddə. 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma v ə abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.
29. Maddə. 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir.
30. Maddə. 35.3. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurul ması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir.
31. Maddə. 35.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın.
32. Maddə 36.1. Çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı onun sahəsinin ümumi sahəsinə mütənasibdir.
33. Maddə 36.4. Çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payını natura şəklində ayırmağa, çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payını özgəninkiləşdirməyə, h abelə həmin payın göstərilən sahəyə mülkiyyət hüququndan ayrılıqda keçməsinə səbəb olan digər hərəkətləri etməyə hüququ yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
39. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi otaqlar yardımçı sahələr olmaqla, saxlanc yerləri kimi mülkiyyətçilərin ümumi istifadəsi üçün nəzərdə tutulmuş yerlərdir. Buna görə də, iddiaçının həmin sahələri “yaşayış binasının tərkib hissələrinin vahidləri” kimi qiymətləndirməsi qanunvericiliyə uyğun deyildir.
40. Məhkəmələr haqlı olaraq qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
41. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə i lə razılaşaraq qeyd edir ki, tələbin qanuni əsası olmadığından, iddia təmin edilə bilməz.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
43. Odur ki, formal mülahizələrdən ibarət kassasiya şikayətinin dəlilləri apellyasiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz.
44. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahi səni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı XXXnin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6106/2021 nömrəli, 10 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Aqil Abbasov