Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-553/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh 1na qarşı “evdən çıxarılma” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: (evdən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1473/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh 1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları İddiaçı cavabdeh X1 qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X10 yerləşən ona məxsus olan 81 kv.m. sahəsi olan birmərtəbəli tikilidən və torpaq sahəsindən çıxarılaraq, tikilinin və torpaq sahəsinin bütövlükdə ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlər Xamayeva (Abdullayeva) Ziyafət Bəhram qızı, X12, X9 və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X10 yerləşən 0,07 h a torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa etdiyi fərdi yaşayış evindən çıxarılması, həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikilinin sökülməsi və torpaq sahəsi ilə evin ona təhvil verilməsi barədə qətnamə və cavabdehlərin əməllərində cinayət tərkibi olduğundan onların barəsində cinayət işi başlanması üçün Bakı şəhəri Xəzər rayonu Polis İdarəsinə məlumat verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də apellyasiya şikayəti təmin edilməmişdir. Kassasiya şikayəti əsasında Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)7615/2018 saylı 06.09.2018-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3290/2017 saylı 24 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, cavabdehlər X3, X12, X9 və X4 2006-cı ildən yaşamaq üçün onların sahibliyinə və istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X10 yerləşən 81 kv.m sahəsi olan birmərtəbəli özbaşına tikilidən çıxarılması və tikilinin ona təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə üzrə 02.04.2019-cl il tarixdə icra vərəqəsi verilərək icra edilməsi üçün Xəzər rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. 06.11.2019-cu il tarixdə Xəzər r ayon İcra və Probasiya Şöbəsinin icra məmuru A.Nəcəfov Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7615/2018 saylı 06.09.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinin icrası zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X10 yerləşən 81 kv.m sahəsi olan birmərtəbəli özbaşına tikilidə borcludan başqa X5 azyaşlı övladı ilə həyat yoldaşı Cavabdeh yaşayır. Həmin şəxsin adı qətnamədə tikilidən çıxarılmalı olan şəxslər sırasında qeyd edilmədiyindən icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 28.11.2019-cu il tarixdə işə baxaraq qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəm əsinin Mülki Kollegiyasının 2(103)-7615/2018 saylı 06.09.2018-ci il tarixli qətnaməsinin nəticə hissəsində aydın və dəqiq olmayan hər hansı ifadə olmadığından qətnaməyə və icra sənədinə izah verilməsi barədə ərizə təmin edilə bilməz. Belə ki, işə baxılarkən X2 iddiaçının sahibliyinə qaytarılmalı olan tikilidə yaşaması barədə məlumat olmamış, onun adı cavabdehlər sırasında göstərilməmişdir. Belə olan halda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7615/2018 saylı 06.09.2018-ci il tarixli qətnaməsində adı qeyd edilməyən şəxsin qətnaməyə izah verilməsi qaydasında həmin tikilidən çıxarılması təmin edilə bilməz. Qətnamə yalnız borclulara münasibətdə icra edilərək tikili iddiaçıya təhvil verilməlidir. Borclular çıxarıldıqdan sonra X7 özbaşına tikilini tərk etməzsə onun çıxarılmas ı üçün iddiaçı yeni iddia qaldırmaq hüququna malikdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Xəzər rayon İcra və Probasiya Şöbəsinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06.09.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə izah verilməsinə dair ərizəsi təmin edilə bilməz. Bundan sonra qətnamə yalnız borclulara münasibətdə icra edilərək tikili qismən ona təhvil verilmişdir. Belə ki, X7 azyaşlı qızı ilə birlikdə tikilidən çıxmaqdan imtina etmiş və tikilinin tam boşaldılaraq ona təhvil verilməsi təmin edilməmişdir. Xamayevlər ailəsinə qarşı Xəzər rayon məhkəməsində ilkin iddia qaldırılarkən Nərgiz Xomayeva həmin mənzildə yaşamamış, sonradan gəlin kimi həmin mənzilə köçdüyü üçün onun adı ilkin iddiada cavabdeh kimi qoyulmamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Ramilə Xəzri) 29 sentyabr 2020-ci il tarixli 2(003)-1468/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək, cavabdeh 1 azyaşlı uşağı ilə birlikdə İddiaçı tərəfindən sahibliyinə və istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X10 81 kv.m. sahəsi olan birmərtəbəli tikilidən çıxarılması və tikilinin İddiaçı təhvil verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 2006-cı ilə kimi iddiaçı mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X10 yerləşən iddiaçıya məxsus olan 81 kv.m. sahəsi olan birmərtəbəli özbaşına tikiliyə öz əmlakı kimi sahiblik etmiş, tikili 2006-cı ildə onun tərəfindən cavabdehin ailə üzvlərinə əvəzsiz olaraq, müvəqqəti yaşamaq üçün verilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli özbaşına tikilini əldə etməyə və həmin əmlak üzərində hüquqlarının qeydə alınması üçün müvafiq orqanlara müraciət etməyə hüququ olduğundan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X10 yerləşən iddiaçıya məxsus olan 81 kv.m. sahəsi olan birmərtəbəli tikiliyə hər hansı bir hüququ mövcud olmayan cavabdehin bu mənzildə yaşaması iddiaçının mənzilə olan istifadə hüquqlarını məhdudlaşdıran hal olduğundan iddia tələbi əsaslıdır və buna görə də bu hissədə təmin edilməlidir. İddiaçının tələb etdiyi torpaq sahəsi üzərində hüquqlarını təsdiq edən sənədlər olmadığından, torpaq sahəsinin ona qaytarılmasını tələb etməyə subyektiv hüququ yoxdur. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60, 33, 43, Azərbaycan Res publikası Mülki Məcəlləsinin 158.1, 158.1.2, 158.4, 179.3, 178.6, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66.1, 66.2, 67.4, 68, Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddələrinə istinadən əsaslandırmışdır. Cavabdeh 1 apelyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1468/2020 saylı iş üzrə 29.09.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Şərafət Məmmədova - sədrlik edən və məruzəçi, Emin Mehdiyev və Xəyal Sarıyev) 2(103)-1473/2021 nömrəli, 04 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyə rək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1468/2020 saylı iş üzrə 29.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının mübahisəli özbaşına tikilini əldə etməyə və həmin əmlak üzərində hüquqlarının qeydə alınması üçün müvafiq orqanlara müraciət etməyə hüququ olduğundan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X10 yerləşən iddiaçıya məxsus olan 81 kv.m. sahəsi olan birmərtəbəli tikiliyə hər hansı bir hüququ mövcud olmayan cavabdehin bu mənzildə yaşaması iddiaçının mənzilə olan istifadə hüquqlarını məhdudlaşdıran hal olduğundan iddia tələbinin əsaslı və buna görə də bu hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli özbaşına tikilinin yerləşdiyi torpaq sahəsinin ona qaytarılmasına dair tələbi təmin edilə bilməz. Torpaq sahələri üzərində hüquqların yaranması əsasları qanunla konkret müəyyən edilmişdir. İddiaçının tələb etdiyi torpaq sahəsi üzərində hüquqlarını təsdiq edən sənədlər olmadığından, məhkəmə kollegiyası hesab edir ki, onun torpaq sahəsinin ona qaytarılmasını tələb etməyə subyektiv hüququ yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh 1 (vəkili Vəkil1) kasasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1473/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsin ə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinin tələbinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Mülkiyyətçi olmayan şəxsin hüquqları istənilən şəxs o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə bu maddələri mübahisəyə düzgün tətbiq etməmişdir. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli ev özbaşına tikilidir, lakin bu evin iddiaçı tərəfindən tikildiyi məhkəmədə sübuta yetirilməmişdir. Cavabdeh iddia tələbinə etirazında bildirmişdir ki, mübahisəli ev həyat yoldaşının ailəsi tərəfindən tikilmişdir. Göründüyü kimi məhkəmə mübahisəli evin kim tərəfindən tikildiyini, həmin evə kimin sahiblik etdiyini araşdımıamışdır. Məhkəmə bu nəticəyə gəlmişdir ki, iddiaçının mübahisəli evə dair sahiblik formasında əmlak hüququ var. Lakin məhkəmənin bu nəticəsi işdə olan sübutlarla öz təsdiqini tapmır. İş materiallarından göründüyü kimi, cavabdehin həyat yoldaşı mübahisəli evdə 2003-cü ildən yaşayır və həmin özbaşına tikiliyə faktiki sahiblik edirlər. Cavabdeh hazırda da ailəsi ilə bu evdə yaşayır. Lakin iddiaçının nə vaxtsa bu əmlaka sahiblik etməsinə dair işdə heç bir sübut yoxdur. Məhkəmə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.4-cü maddəsini mübahisəyə tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. İş materiallarından göründüyü kimi iddiaçının mübahisəli tikiliyə və yaxud tikilinin yerləşdiyi tor paq sahəsinə dair hər hansı bir hüququ qeydiyyatdan keçməmişdir. Ona görə də onun həmin iddiası təmin oluna bilməzdi. Sahibsiz daşınmaz əşyalar dövlətə məxsusdur. Məhkəmədə mübahisəli tikilinin sahibi müəyyən olunmadığından bu tikili dövlətə məxsus tikili kimi qiymətləndirilməli idi. Məhkəmə mübahisəli tiklinin iddiaçnın sahibliyində olduğu qənaətinə gələrkən öz nəticəsini yalnız iddiaçının izahatı ilə əsaslandırmışdır. Halbuki, məhkəmə sübut kimi iddiaçının izahatını düzgün qiymətləndirməmişdir. Çünki iddiaçının istinad etdiyi hallar işdəki digər sübutlarla öz təsdiqini tapmır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiy indən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iddianın təmin edildiyi hissədə müba hisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissədə ləğvi xahiş edildiyindən məhkəmə aktı göstərilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 179.3. Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403 -1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fakt iki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, cavabdeh kasasiya şikayətində mübahisəli evin onun həyat yoldaşının ailəsi tərəfindən tikilməsi, uzun müddət orada yaşamaları, həmin evin iddiaçıya məxsus olmasına dair məhkəməyə hər hansı sübut təqdim edilə bilinməməsi ilə əsaslandırmağa çalışsa da, iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evinin iddiaçının sahibliyində olması müəyyən edilmiş və həmin qətnamə əsasında hazırki cavabdehin ailə üzvlərinin həmin evdən çıxarılması qət edilmişdir. Hazırkı vəziyyət də cavabdeh formal dəlillərə istinad edərək iddiaçının sahibliyində olan əmlaka sahiblik etməsinə süni maneəçilik yaratmaqdadır. Cavabdehin kasasiya şikayətinin dəlilləri formal olmaqla yanaşı, hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməməsi əsası ilə də apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kasasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh 1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Ba kı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1473/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.