Məhkəmə qərarları › İş №2(102)-5551/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5551/2022

28.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5551/2022 28.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4184/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən ver ilmiş kassasiya şikayəti üzrə işə 28 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 7 ay 24 gün hissəsini çəkməkdən şərti alaraq vaxtından əvvəl azad edilmişdir. Son nəticədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 sentyabr 2020 tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən İddiaçı haqqında Azərbaycan Respublikası CMnin 228.1 və 234.1-ci maddələri ilə bəraət hökmü çıxarılmışdır.

2. İddiaçı ibtidai istintaq və məhkəmə baxışı dövründə 03 may 2016-cı il tarixdən 09 mart 2017-ci il tarixədək 10 ay 6 gün müddətində həbsdə olmuşdur. 3. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanılmış 01 dekabr 2011- ci il tarixli, K0464 saylı kredit müqaviləsindən görünür ki, borc verən "xxxx" ASC borc alan "xxxx" MMC-yə 60 ay müddətinə illik 6 faiz dərəcəsi ilə ******* manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytar mağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi zərərin əvəzi kimi ******* manat, mənəvi zərərin əvəzi kimi ******* manat məbləğində pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ibtidai istintaq və məhkəmə baxışı dövründə 03 may 2016-cı il tarixdən 09 mart 2017-ci il tarixədək 10 ay 6 gün müddətində qanunsuz olaraq azadlıqdan məhrum olunmuşdur. Həbs olunması, həmçinin ba rəsində çıxarılmış qanunsuz və ədalətsiz ittiham hökmü nəticəsində ona külli miqdarda maddi və mənəvi zərər dəymişdir. Belə ki, həbsdə olduğu müddətdə ona qarşı edilmiş haqsızlığa dözmədiyi üçün Avropa çempionu olan 20 yaşlı övladı X2 ürək tutmasından vəfat etmişdir. Onun ölümü nəticəsində həm ailəsi, həm də o ciddi sarsıntılar keçirmişdir. Həbsdə olduğu üçün ailə üzvlərindən bu çətin günlərdə ayrı olmuş, bir-birilərinə mənəvi dəstək göstərə bilməmişlər. Bundan başqa "Paşa Bank” ASC ilə aralarında bağlanmış kredit müqaviləsi 01 dekabr 2016-cı il tarixədək qüvvədə olmuş, müqaviləyə əsasən aylıq ödəniş 168000 manat təşkil etmişdir. 03 may 2016-cı il tarixdə qanunsuz olaraq həbs edildiyi üçün 7 ay müddətində banka ******* manat kredit borcu ödənilməmişdir. Nəticədə "xxxx" ASC məhkəməyə müraci ət etmiş və məhkəmə qərarına əsasən kredit borcunun ödənilməsi üçün bütün mülkləri məhkəmə qərarı əsasında satılmışdır. Barəsində çıxarılmış qanunsuz ittiham hökmü nəticəsində işgüzar nüfuzuna xələl yetirilmiş, şərəf və ləyaqəti ləkələnmişdir. O, İ və İİ Qarabağ müharibələrində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlər zamanı aldığı xəsarətə baxmayaraq düşmənə qarşı vuruşmağa davam etmişdir. Məhz Ali Baş X1 müvafiq sərəncamına əsasən, "Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Bundan başqa Azərbaycan Respublikası “Qarabağ qaziləri” Birliyinin Füzuli rayonu üzrə sədridir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi barəsində qanunsuz olaraq çıxarılmış ittiham hökmü nəticəsində ona mənəvi və kül li miqdarda maddi ziyan dəymişdir. 6. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 848183 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 xx.xx.2016-cı il tarixdə təyin edilməyən səbəbdən Bakı şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 2077 nömrə ilə qeyd edilmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 01 aprel 2022-ci il tarixli 2(006)-1076/2022 saylı qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia tələbi qismən təmin edilmiş, mənəvi zərərin əvəzi kimi 11000 manat məbləğində pulun Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının Dövlət Büdcəsindən alınaraq iddiaçıya ödənilməsi, qalan hissədə iddia tələbinin təmin olunmaması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, qanunsuz olaraq istintaqa cəlb olunması, cinayət işinin məhkəməyə verilməsi və təqsirsizliyinin uzun sürən məhkəmə çəkişmələrinin predmeti olması nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum edilmiş, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına, şərəf və ləyaqətinə zərər dəymişdir. Ona görə də iddiaçıya vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd etmişdir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 11000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab etmişdir. Məhkəmə iddianın “vurulmuş maddi ziyanın ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı ona vurulmuş maddi ziyanla bağlı (əmək haqqı, pensiya, başqa gəlirlərin itirilməsi) hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə baxışı zamanı onun əmlakının müsadirə edilməsi və ya üzərinə həbs qoyulması, tərəfindən hökmün icrası zamanı cərimə ödənilməsi halları müəyyən edilməmişdir. Digər tərəfdən birinci instasiya məhkəməsi bildirmişdir ki, iddiaçı uzun müddət həbsdə qalması səbəbilə xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra edə bilmədiyinə, bunun nəticəsində kredit müqaviləsi üzrə yaranmış borcun məhkəmə qətnaməsi ilə mülkiyyətçisi olduğu əmlakalara yönəldildiyinə istinad etsə də, maddi itkilərə məruz qalması ilə təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin hüquqazidd hərəkətləri arasında səbəbli əlaqənin mövcudluğunu sübuta yetirə bilməmişdir. Ona görə də iddia bu hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

9. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 1101.1-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 217.3 və 217.4-cü, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin (bundan sonra – CPM) 57.1, 58.3-cü, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5, 6.1 və 7.1-ci maddələrinə və Azərbaycan Respubli kasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının qanunsuz həbs olunub məhkum olunması nəticəsində ona dəymiş maddi və mənəvi zərəri düzgün qiymətləndirə bilməmiş, "xxxx" ASC ilə aralarında bağlanmış kredit müqaviləsinin son 7 ayının onun qanunsuz həbs olunduğu dövrə təsadüf etməsi, bu dövrdə kredit borcu ödənilmədiyinə görə onun ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklar ının bank tərəfindən satılıb borcun ödənilməsinə yönəldilməsi nəzərə alınmamışdır. Halbuki, iddiaçı həbsdə olmasaydı, kredit borcunu ödəyib əmlakların satışa çıxarılmasının qarşısını ala bilərdi. Beləliklə, məhkəmə işin faktiki hallarını tam araşdırmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də qətnamənin ləğv edilib iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

12. Qətnamədən eyni zamanda cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi öz qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə istinad edərək qətnaməni əsaslandırmağa çalışsa da, d igər tərəfdən həmin Məcəllənin 1114-cü maddəsinin tələblərini nəzərə almamışdır. Bundan başqa mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası CPM-in 190-cı maddəsinin müddəaları diqqətdən qaçırılmışdır. Mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. CPM-in yuxarıda sadalanan normaları kontekstində iddiaçıya 11000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Bundan başqa iddiaçı məhkəməyə mənəvi əzab çəkməsini sübut edəcək faktlar təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən heç bir mötəbər sübuta istinad etməmiş, məhkəmə yalnız iddiaçının fikir və mülahizələrinə etimad göstərməklə kifayətlənmişdir. Məhkəmə tə rəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmiş, həmin şəxs məhkəmə prosesinə cəlb edilməmişdir. Bu baxımdan məhkəmənin qətnaməsi maddi hüquq normalarının pozulması ilə çıxarıldığından, ləğv edilməlidir.

14. Bakı Apellyasiya Məhkəməsi (bundan sonra - apellyasiya instasiyası məhkəməsi) Mülki kollegiyasının 21 iyun 2022-ci il tarixli, 2(103)-4184/2022 saylı qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və E.C.Kazımov) iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət e dilmişdir.

15. Apellyasiya insta nsiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının əsassız olaraq həbsdə saxlanılması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərərin əvəzi ödənilməlidir, birinci instansiya məhkəməsi işin faktiki hallarını və mövcud məhkəmə təcrübəsini nəzərə alaraq iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi 11000 manat məbləğində kompensasiya ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının qanunsuz həbsdə saxlanılması nəticəsində maddi zərərə məruz qalması barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı hesab etmişdir ki, bu barədə iddiaçı məhkəməyə heç bir tutarlı sübut təqdim etmədiyi üçün birinci instansiya məhkəməsi haqlı olaraq həmin hissədə iddianı təmin etməmişdir. Bundan başqa, apellyasiya instans iyası məhkəməsi bildirmişdir ki, işin faktiki hallarına əsasən iddiaçı həbs olunmamışdan xeyli əvvəl kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə bank məhkəməyə müraciət etmiş və İddiaçı həbs olunmasından 1 il əvvəl kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə məhkəmə qətnaməsi çıxarılmışdır. Beləliklə, iddiaçının qanunsuz həbs olunması nəticəsində kredit öhdəliklərinin yerinə yetirilməməsi barədə apellyasiya şikayətinin dəlili əsassızdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, 10 ay 6 gün ərzində qanunsuz olaraq həbsdə saxlanılmış və son nəticədə bəraət almış şəxsin mənəvi zərərə məruz qalması barədə məhkəməyə hansı sübutu təqdim etməli olması ümumiyyətlə anlaşılan deyil. Həmçinin, c avabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin işə baxılarkən MM-in 1114.3-cü maddəsinin tələblərinin nəzərə alınmamasını göstərsə də, həmin maddənin hazırkı işə heç bir aidiyyəti yoxdur. Cavabdehin apellyasiya şikayətində qeyd olunan məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası bildirmişdir ki, bu kateqoriyadan olan işlərə baxılarkən ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməsi məhkəmənin vəzifəsi deyildir. Digər tərəfdən məhkəmə kollegiyası hesab etmişdir ki, CPM-in 190-cı maddəsinin hazırkı işə heç bir bağlılığı yoxdur. Belə ki, həmin maddə cinay ət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərər çəkmiş şəxsin kompensasiya almaq hüququnu və kompensasiyanın miqdarını müəyyən edir. Hazırkı işdə isə iddiaçı cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə yox, qanunsuz olaraq həbsdə saxlanılma nəticəsində ziyan çəkmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi MMin 21.2, 1096, 1097.1 və 1101.1-ci, MPM-in 384.0.1-ci, CPM-in 57.1-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 6 və 7.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenu munun xx.xx.2008-ci il tarixli qərarının 2-ci bəndinə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində iddiaçının maddi itkilərə məruz qalması ilə təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin hüquqazidd hərəkətləri arasında səbəbli əlaqənin mövcudluğun u sübuta yetirə bilməməyi qeyd olunsa da, tərəfindən sübut kimi təqdim edilmiş, ittiham olunduğu cinayət işinə dair məhkəmə hökmü və qərarları, kredit müqaviləsi, həbsdə olduğu müddətin kredit ödənilməsi üçün nəzərdə tutulmuş 7 ay ilə üst-üstə düşməsinin öz təsdiqini tapdığı nəzərə alınmamışdır. Həmçinin cavabdeh göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi qərarını çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, verdiyi izahatlarla, sənədlərlə əsaslandırmamış və mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Yəni, məhkəmə tərəfindən işə birtərəfli qaydada baxılmış, işin faktiki halları nəzərə alınmamış, bununla da, iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

37. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

38. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə v ə ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

39. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 76.1 Tərə flərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qab aqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi

46. Maddə 57.1 Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Kassasiya baxışının hədləri

47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olun ub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır. Məhkəmə tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsi z, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.

52. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4184/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi a

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar