Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-556/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-556/2023 (Açar sözlər: kassasiya şikayətinin baxışdan çıxarılması) Bakı şəhəri 18 yanvar 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2208/2022 nömrəli, 03 noyabr 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfin dən verilmiş kassasiya şikayətinə 18 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh (bundan sonra – cavabdeh) qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailələrinə vurduğu maddi ziyana görə cavabdehdən əldən çıxan faydaya görə 12.600 manat - 3.000 manat İddiaçı2 üçün, 9.600 manat İddiaçı1 üçün, müalicə xərcləri üçün 5.000 manat, bundan sonrakı müalicə üçün 3.000 manat, cəmi 20.600 manat, mənəvi ziyana görə 20.000 manat, yekun olaraq cəmi 40.600 manatın tutularaq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraa t
2. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-3144/2021 nömrəli iş üzrə 30 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia qismən təmin edilərək, cavabdehdən dəymiş maddi ziyanın əvəzi olaraq 3.000 (üç min) manat və ödənilmiş dövlət rüsumu üçün 10 (on) manat məbləğində pul tutularaq İddiaçı1 verilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir.
3. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin 2(012)-3144/2021 nömrəli iş üzrə 16 avqust 2022-ci il tarixli qərardadı ilə (hakim Elman Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti müddət ötürüldüyündən geri qaytarılmışdır.
5. Cavabdeh şikayət verərək, qərardadın ləğv olunmasını və apellyasiy a şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin 2(012)-3144/2021 nömrəli iş üzrə 9 sentyabr 2022-ci il tarixli qərardadı ilə (hakim Elman Məmmədov) şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin 16 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, cavabdehin xx.xx.2022-ci il tarixli, 2(012)-3144/2021 saylı qərardadından xx.xx.2022-ci il tarixində verdiyi şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2022-ci il tarixli, 2(012)-3144/2021 nömrəli qərardadında göstərildiyi kimi cavabdeh tərəfindən qərardaddan şikayət vermə müddəti ötürüldüyündən və üzrlü səbəb dən ötürülməsi ilə bağlı ərizə təqdim edilmədiyindən, qərardad dəyişdirilmədən saxlanılmışdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128, 129, 130, 269, 363.1.3, 364-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-2208/2022 nömrəli mülki iş üzrə 17 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Zaur Məmmədov və Səyyad Qafari) cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(012)-3144/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. Cavabdeh apellyasiya instansiyas ı məhkəməsinin 2(105)-2208/2022 nömrəli mülki iş üzrə 17 oktyabr 2022-ci il tarixli qərardadından kassasiya şikayəti verərək, qərardadın və bununla bağlı birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)3144/2021 nömrəli qərardadının ləgv edilməsini və verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə apellyasiya instansiyası məhkəməsində baxılmasını xahiş etmişdir.
11. Apellyasiya instansiyası məhkəməsinin (hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Zaur Məmmədov və Səyyad Qafari) 2(105)-2208/2022 nömrəli mülki iş üzrə 03 noyabr 2022-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
12. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 402.2-ci mad dəsində apellyasiya şikayətinin qaytarılması barədə qərardaddan kassasiya şikayəti verilməsi hüququ nəzərdə tutulmamışdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2, 408.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh (Vəkil qızı) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının və Abşeronrayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi və apellyasiya şikayətində mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin cəzaçəkmə müəssisəsində olduğ u haqda məlumata malik olan məhkəmə qəbul etdiyi qətnaməni cavabdehin yaşamadığı ünvana göndərmiş və onunla birlikdə yaşamaya anasına təqdim edilmişdir. Beləki, hakim rəsmi məktubla Xaçmaz rayonunda yerləşən 1 saylı cəzaçəkmə müəssisəsinin rəhbərinə məktub göndərərək cavabdehin iştirakını məhkəmədə təmin etmişdir. Cavabdehin yenidən cəzaçəkmə müəssisəsinə qaytarılmasına dair məlumatı olan hakim onun zərərinə qəbul etdiyi qətnaməni, hansısa səbəbdən cavabdehin yaşamadıgı ünvana göndərmişdir nəticədə, qətnamədən şikayət verilməsi üçün qanunda nəzərdə tutulan müddət cavabdeh tərəfindən ötürülmüşdür. Mülkü işə əlavə edilən qəbzdən məlum olmuşdur ki, məhkəmə sənədi cavabdehə yox, onun həmən ünvanda yaşadıgı anasına verilmişdir. Apellyasiya instansiya məhkəməsi MPM-in 135.3-cü maddəsini istinad edərək hesab etmişdir ki, məhkəmə sənədinin anası tərəfindən alınması cavabdehə verilmiş kimi sayılmalıdır. Lakin, məhkəmə həmən maddədə nəzərdə tutulan tələbi düzgün şərh edə bilməmişdir. Beləki, həmən maddədə deyilir cavabdeh yaşayış və ya iş yerində tapılmasa ”məhkəmə sənədi ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvünə verilə bilər”. Məhkəmə hökmünə əsasən cavabdehin yaşayış yeri həmən vaxt cəzaçəkmə müəssisəsi olub və bu səbəbdən, anası onunla birlikdə yaşayan ailə üzvü ola bilməzdi. Müddətin ötürülməsi cavabdeh tərəfindən deyil, məhkəmənin qəbul etdiyi qətnamənin cavabdehə çatdırılmaması səbəbindən baş vermişdir. Qətnamənin verilməsinin təmin edilməsi üçün məhkəmə onu cavabdehin saxlandığı cəzaçəkmə müəssisəsinə göndərməlidi amma, bilərəkdən onu cavabdehin olm adığı və yaşamadığı ünvana göndərmişdir. Göstərilən, MPM-in 227.3-cü maddəsinin tələbini pozmuşdur.
16. Kassator qeyd etmişdir ki, iddianın hər hansı bir hissəsinin qəbul etməsinə dair heç bir etirafı olmadığı halda məhkəmə MPM-in 191.1-ci maddəsinə istinad edərək cavabdehin zərərinə qətnamə qəbul etmişdir. Lakin, əgər etirafı olmuşsa onu MPM-in 191.1.-ci maddəsinin tələbinə əsasən, məhkəmə qanun tələb etdiyi qaydada protokola daxil edib imzası ilə təsdiqləməli idi. Mülki işdə nə protokol nə də etirafı təsdiq edən imzası olmamışdır.
17. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3, 191.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)
18. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən h üquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, iş üzrə icraata xitam verilməsi barədə, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
20. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
21. Maddə 417.1.7. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə a pellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.
22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
23. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək i şə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilərək məhkəmə baxışına təyin edilmişdir.
25. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehin kassasiya şikayəti MPM-nin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir.
26. Belə ki, kassasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli kassasiya şikayətinin qaytarılması barədə qərardadından verilmiş kassasiya şikayəti kimi icraata götürülmüşdür.
27. Lakin ele ktron kabinetə yüklənmiş kassasiya şikayətindən görünür ki, cavabeh xx.xx.2022-ci il tarixli kassasiya şikayətinin qaytarılması barədə qərardaddan deyil, təkrarən Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadın dəyişdirilmədən saxlanılması barədə qərardaddan kassasiya şikayəti vermişdir.
28. Halbuki qanunvericiliyin tələbinə əsasən bu qərardadlardan kassasiya şikayəti verilə bilməz, məhkəmənin kassasiya şikayətinin qaytarılması barədə xx.xx.2022ci il tarixli qərardaddından isə kassasiya şikayəti nə elektron kabinetdə, nə də iş materiallarında mövcud deyildir. Buna baxmayaraq, apellyasiya məhkəməsi kassasiya şikayətini Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli qərardadında verilmiş kassasiy a şikayəti kimi baxılması üçün Ali Məhkəməyə göndərmişdir.
29. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-6720/2022 nömrəli işin icraata qəbul edilməsinə dair qərardadı ləğv edilərək mülki iş kassasiya baxışından çıxarılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 404-1, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2208/2022 nömrəli iş üzrə 03 noyabr 2022-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-6720/2022 nömrəli qərardadı ləğv edilsin. Mülki iş kassasiya baxışından