Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5560/2022 14.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: heyvanların köçürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus heyvanların həyətinə yuxarı hissəsinə köçürülməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-126/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 14 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxar aq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən 0,12 ha torpaq sahəsi və üzərində inşa edilmiş 119,6 kv. metr sahəsi olan fərdi yaşayış evi İddiaçı (bundan sonra “iddiaçı”) mülkiyyətindədir.
2. Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən 0,09 ha torpaq sahəsi Cavabdeh (bundan sonra “cavabdeh”) mülkiyyətindədir.
3. Cavabdeh məxsus olan təsərrüfatda ümumilikdə 150 başdan yuxarı keçi və qoyun vardır.
4. Mübahisə cavabdehin həmin ərazidə heyvan saxlaması ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə məxsus qoyun-keçi sürüsü yatağının hazırda (indi) olduğu yerdən həyətin onun mənzilindən uzaq olan digər ərazisinə köçürməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırmışdır ki, iddiaçı ailəsi ilə birlikdə 20 ildən artıqdır ki, Şəki rayonunun Orta Zəyzid kəndində cavabdehlə qonşuluqda yaşayır. Cavabdehlə iddiaçının həyətini təxminən 8 metrlik kənd arası yol ayırır. Əvvəllər evlərinin yuxarı hissəsində məskunlaşma olmadığından qonşuları da olmamışdır. Lakin ötən il, hazırda Baş Zəyzid kəndində qeydiyyatda olan, faktiki isə Orta Zəyzid kəndində yaşayan cavabdeh iddiaçının evinin üst hissəsindəki əraziyə gəlmiş və burada iddiaçının evinə ən yaxın məsafədə yerləşən talvarda qoyun və keçi saxlayır.
7. Cavabdeh kənddə başqa ərazidə yaşasa da, muzdla tutduğu ailə iddiaçının evinə yaxın yerdə yerləşən talvarda keçi-qoyuna baxır. Əvvəllər keçilərin sayı az olduğundan, həm də payız-qış ayları olduğundan, həmçinin hava isti olmadığından bir təhər dözmüşlər. Yazın gəlişi, istilərin artması və sürünün durmadan çoxalması ətrafı tamamilə korlamışdır. İddiaçı cavabdehə baş vermiş vəziyyət haqqında dəfələrlə xəbərdarlıq etmişdir. Cavabdeh isə bunun müvəqqəti olduğunu, may ayına qədər sürünü aparacağına söz vermişdir. Lakin cavabdeh sözünə əməl etməmişdir. İndi vəziyyət elə olmuşdur ki, cavabdehin fəaliyyəti nəticəsində qoxudan nəfəs belə ala bilmirlər. Evin qapılarını açdıqda evə üfunət iyi dolur, divarlar, əşyalar üfunət qoxuyur. Anti-sanitariya təsvir ediləsi vəziyyətdə deyil. Keçdikləri yoldan, bəzən keçi leşi, dərisi və tükünü atmalı olurlar. Çivin-milçək tüğyan edir. Sabaha qədər üfunəti qəbul edib, küləyin istiqamətinin dəyişəcəyini gözləyirlər.
8. Cavabdeh Mənz il Məcəlləsinin tələblərini aydın şəkildə pozur. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, sanitariya-gigiyena qaydalarına, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət etməklə həyata keçirilməlidir. Cavabdehin fəaliyyəti nəticəsində iddiaçıya və ailə üzvlərinin səhhətinə ciddi ziyan vurulur.
9. Cavabdehin imkanı vardır ki, həyətində saxladığı keçi-qoyunları iddiaçının yaşayış evindən uzaqlaşdırsın, yeni tikdirdiyi binanın arxa hissəsinə köçürsün, indi istifadə etdiyi talvardan başqa məqsədlər üçün istifadə etsin.
10. Cavabdeh sonradan keçiləri oradan çıxararaq özünə məxsus həyətin iddiaçının yaşadığı evdən aralı olan yuxarı hissəsinə köçürmüş, lakin həmin talvara qoyunları keçirmişdir. Həmin qoyu nlar da oradan çıxarılmalıdır.
11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1098.2, Mənzil Məcəlləsinin 15 və “Sahibkarlıq haqqında” Qanunun 15-ci maddələrinə istinad etmişdir.
12. Birinci instansiya məhkəməsi Şəki rayon Orta Zəyzid kən Bələdiyyəsini maraqlı şəxs qismində işə cəlb etmişdir.
13. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti olan əraziyə iddiaçının və cavabdehin iştirakı ilə xx.xx.2021-ci il tarixdə saat təxminən 12radələrində yerli baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh Şəki rayonunun Orta Zəyzid kəndinə dağa yaxın ərazidə yaşamaqla qonşudurlar. İddiaçı ilə cavabdehə aid olan torpaq sahələri arasından təxminən 8 metr enində kənd arası yol mövcuddur. Cavabdehə aid olan torpaq sahəsinin uzunluğu təxminən 88 metr, iddiaçıya yaxın hissədə isə faktiki istifadə olan ərazi 17 metrdir. Cavabdehə aid torpaq sahəsinin yuxarı hissəsində 1 tövlə və digər yardımçı tikili vardır. Lakin həmin hissədə yalnız tövlədən istifadə edilir və cavabdehin dediyi qədər (təxminən 90 baş) keçinin olması müşahidə edilmişdir. Cavabdehə aid torpaq sahəsinin iddiaçının evinə yaxın hissəsində təxminən 27 metr uzunluğunda və 9 metr enində altıaçıq (naves) vardır. Həmin altıaçığın iddiaçının evinə tərəf hissəsinin təxminən 9 metr enində və 10 metr uzunluğunda olan hissəsinin yanları qapalı olmaqla bağlama ot yığılmışdır. Altıaçığın digər hissələrinin yanları açıq olmaqla içərisində təxminən 50-yə yaxın qoyunların olması müşahidə edilmişdir. Altıaçığın qarşı tərəfə 8 metr hissəsi isə qoyunlar üçün ağıl kimi istifadə edilir. Baxış vaxtı hava yetərincə isti olmuşdur. Lakin ərazidə hər hansı iyə, qoxuya, üfunətə və antisanitariya vəziyyətinə rast gəlinməmişdir.
14. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - cavabdeh Şəki rayonu Baş Zəyzid kəndində qeydiyyatdadır. Təxminən 1 il bundan qabaq iddiaçının evinin arxa hissəsində olan boş sahəni almışdır. Həmin ərazi dağa yaxın ərazidir və dağ istiqamətində ona qonşu olan bir kəs yoxdur. Cavabdehin həyətyanı sahəsi ilə iddiaçının evini 8 metr enində kənd arası yol ayırır. Qeyd edilən ərazidə olan torpaq sahəsinin bir hissəsinin onun mülkiyyətində olmasına dair çıxarış mövcuddur, digər hissəsinin də mülkiyyətinə keçirilməsi ilə bağlı bütün sənədlər hazırdır və bu yaxınlarda torpaq sahəsinin tamamını sənədləşdirəcəkdir; - cavabdehi n həmin torpaq sahəsində yarımçıq evi və heyvanları üçün tövlə və altıaçığı vardır. Təsərrüfatında 90 baş keçi və 50 baş qoyun vardır. Yaratdığı təsərrüfat nəticəsində cavabdehin rahat həyat fəaliyyətinə maneə törədəcək hər hansı iy-qoxu, çirkab və antisanitariyadan söhbət belə gedə bilməz. Belə ki, cavabdehin təsərrüfatı ilə iddiaçının yaşadığı evin arasından 8 metr kənd yolu keçir. Cavabdehin həyətində iddiaçının evinə tərəf hissəsində yalnız bir talvar vardır. Həmin talvarın uzunluğu təxminən 27 metr eni isə 9 metrdir. Qeyd edilən talvarın iddiaçıya yaxın olan 9 metr hissəsinin yanları bağlıdır. Həmin hissəyə isə cavabdeh yalnız ot bağlamaları yığır ki, oradan da iddiaçının evinə hər hansı qoxu və ya iy gedə bilməz. Talvarın digər hissələrinin yanları açıqdır və hazırda orada 50 baş qoy un saxlayır. Keçiləri isə həyətinin yuxarı baş hissəsində saxlayır; - talvarla həyətinin yuxarı baş hissəsinə olan tövlə arasında isə yarımtikili ev vardır. Həmin talvar və tövlə hər gün təmizlənir, orada hər hansı iy-qoxu yoxdur; - bundan başqa, təsərrüfatında olan heyvanlar daimi olaraq orada qalmır. Belə ki, heyvanlar tezdən dağlara örüşə gedir, günorta isə bəzi hallarda kölgələnməsi üçün əraziyə qayıdır. Həmçinin günortadan sonra yenə örüşə gedir, axşam saatlarında isə yenidən əraziyə qayıdırlar. Buna görə də ərazidə hər hansı pislik, iy və qoxunun yaranması mümkün deyil. Əvvəllər keçilərini də qoyunları saxladığı yerdə saxlasa da, son zamanlar keçiləri təsərrüfatın baş hissəsində olan tövləyə yerləşdirmişdir. Gələcəkdə qoyunları da keçilərin yerləşdiyi tövləyə köçürəcəkdir.
15. Şəki R ayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(075)-1046/2021 nömrəli iş üzrə 16 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Cahid İmanov) iddia tələbi rədd edilmişdir.
16. Birinci instansiya məhkəməsi yerli baxışın nəticələrinə əsasən müəyyən etmişdir ki, cavabdehə məxsus ərazidə heyvanların saxlanması hər hansı iy-qoxunun yaranmasına səbəb olmur və ola biləcək iy-qoxu və ya heyvan səsləri isə iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozmur.
17. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına və Mülki Məcəllənin 171-ci əsasən belə qənaətə gəlib ki, iddiaçının hüququ əhəmiyyətsiz dərəcədə də pozulmur. Belə ki, mübahisələndirilən ərazi kənd yeridir. Kənd yerində isə insanlar, qoyunmal, keçi, toyuq-cücə, at, it və digər ev heyvanları saxlaya bilərlər. 1
8. Birinci instansiya məhkəməsi onu da vurğulayıb ki, gələcəkdə cavabdehin ərazisində daha acınacaqlı antı-sanitariya vəziyyətinin yaranması iddiaçının hüquqlarını daha əhəmiyyətli dərəcədə pozarsa, belə olan halda iddiaçının məhkəmədə iddia qaldıra bilmək hüququ vardır.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 170.1, 170.2, 171.1, 171.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və cavabdehin ərazidə (qanuni mülkiyyət hüquqlu, ağır iy-qox yaratmayan, lazimi şərait yaradılacaq tövlələr istisna olmaqla) özünə məxsus qoyun-keçi sürüsü yatağının iddiaçının mənzilinə yaxın, 1 ildən artıq istifadə etdiyi özbaşına tikin ti olan altıaçığa (navesə) qaytarılması, artırılması və orada bəslənilməsinin qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayətinindəlilləri: - xx.xx.2021-ci il tarixdə saat 12 radələrində keçirilmiş baxışda cavabdehin qoyunkeçilərinin sayı haqqında dedikləri reallığı əks etdirmirdi. Yanları açıq talvarda 1 il müddətində 200 başdan artıq qoyun-keçi sürüsü bəslənmişdi; - iddiaçının mülahizələri ərizə verilən tarixə, yəni xx.xx.2021-ci ilə olan vəziyyətə hesablanıb. Cavabdehin izahatları isə 3 ay sonraya aiddir. İİ boyu olan vəziyyət qiymətləndirilməyib. Baxış zamanı məlum oldu ki, mübahisələndirilən torpaq sahəsinə və 1 il istifadə olunan talvara cavabdehin mülkiyyət hüququ belə olmamışdır. Cavabdehin istifadə etdiyi tövlə özbaşına tikintidir. Şikayət ver ilərkən iddiaçı bunu bilmirdi və bilmək imkanı da olmamışdır; - iddiaçının mənzil hüququ, Konstitusiya hüquqları mütəmadi pozulmuşdur. Qətnamədə qeyd olunduğu kimi iddiaçının hüquqları əhəmiyyətsiz dərəcədə deyil, öz hüquqlarını həyata keçirməkdə əhəmiyyətli dərəcədə pozulmuşdur; - əsaslandırılan hissədə guya "iddiaçıya ağır iy-qoxunun təsirindən söhbət gedə bilməz qənaəti" həqiqəti əks etdirmir. İşdə olan fotoşəkillərdən sübut kimi istifadə edilməmişdir. İddiaçı tərəfindən işə əlavə olunan və vəziyyəti düzgün əks etdirən sxemə əhəmiyyət verilməmişdir. İşdə lazımi materiallara istinad olunmayıb. Qapıda, demək olar, hər gün rastlaşdığı antisanitariya, milçək və həşaratların axını, yataq itlərinin açıq ərazidə (cavabdehin həyəti hasarlanmamışdır) qoyun-keçi leşlərini qapısına, həyətinə gətir məsi və s. nəzərə alınmayıb; - iddia ərizəsi xx.xx.2021-ci il tarixdə təqdim edilib. İki dəfə keçirilən baxış iclasında cavabdeh iştirak etməmişdir. İddiaçının qarşılaşdığı acınacaqlı vəziyyət məhkəməyə sübutlarla izah edilmişdir, rasional həll yolu tapmaq üçün ən sadə şəkildə, mümkün və imkan olan variantda iddia irəli sürülmüşdür: cavabdeh 175 baş keçi və 80 baş qoyundan ibarət sürüsünü qonşunun mənzilindən həyətin bir qədər uzaq olan hissəsinə köçürsün, çünki oradan ağır iy-qox vurur. 3 aylıq araşdırmadan sonra məhkəmə belə qənaətə gəlib ki, 175 baş keçi, 80-ə yaxın qoyunu olan sürü yatağı saxlanılan yanları açıq tövlədən və hasarlanmamış həyətdən ətrafa heç bir iy-qoxu yayılmasından söhbət belə gedə bilməz; - əslində, bu mübahisə mövzusu olmamalıdır və qəbul edilməlidir. xx.xx.2021-ci il tarixdə saat 12 radələrində keçirilmiş baxış cavabdeh tətəfindən əsl şou idi, amma lazım imiş. Həyətdə müəyyən təmizlik işlərinin aparılması, itlərin başının zəncirlə bağlanması, ətrafı antisanitariyadan qurtarmaq cəhdləri boşa çıxmışdır; - əraziyə baxış zamanı cavabdehin mübahisələndirilən torpaq sahəsinə və 1 il istifadə etdiyi talvara mülkiyyət hüququnun olmaması faktı ortaya çıxdı. Mülki Məcəllənin 180.1-ci maddəsinə görə cavabdehin istifadə etdiyi yanları açıq tövlə özbaşına tikintidir. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikinti mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun; - bu haqda iddiaçının məlumatı olmamışdı və ola da bilməzdi. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əm laka mülkiyyət hüququ verilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Mülki Məcəllənin 158-ci maddəsində mülkiyyətçi olmayan şəxslərin hüquqları göstərilmişdir; - qətnamənin təsvir hissəsindən çıxan nəticə belədir: "talvarın digər hissəsinin yanları açıq olmaqla içərisində təxminən 50-yə yaxın qoyunların olması müşahidə edilmişdir. Talvarın qarşı tərəfə 8 m hissəsi isə qoyunlar üçün ağıl kimi istifadə edilməsi müəyyən edilmişdir." Bu isə birbaşa iddianın sübutu üçün əsasdır; - iddiaçı məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir, məhkəmənin əraziyə baxışı isə xx.xx.2021-ci il tarixdə aparılmışdır; - məhkəmənin vəzifəsi bu işi yekunlaşdırıb barışıqla bitirməli idi. Aparılan 5 iclasın hamısında iddiaçının yekun sözü bu olub ki, cavabdeh qoyunları da kö çürürsə o, iddiasını geri götürür; - apellyasiya ərizəsi verilən tarixə də vəziyyət qətiyyən dəyişməyib, əks təqdirdə talvarın kənarları bağlanar, ərazi hasarlanar və pəyələr sökülərdi; - qətnamədə qeyd olunur ki, mübahisələndirilən ərazi kənd yeridir. Kənd yerlərində isə insanlar qoyun, mal, keçi, toyuq-cücə və digər ev heyvanları saxlaya bilər. İfadə çox doğrudur! Bütün qonşuları heyvan saxlayırlar və bir-birinin təsirlərinə dözürlər. Amma heç bir kənd sakini özü 2 km aralı məsafədə yaşayıb digərinin qapısına yaxın 200-dən artıq qoyun-keçisi olan sürünü şəraitsiz saxlamır. İctimai yerdə bu yolverilməzdir, buna xüsusi şərait yaradılmalıdır; - əsaslandırılan hissədə qeyd olunan Mülki Məcəllənin 170.1,170.2, 171.1 və 171.2 maddələri qonşuluq münasibətlərini tənzimləyən normalardır. Mülki Mə cəllənin 170.2 maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq vəzifələrdən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; - Mülki Məcəllənin 171.1, 171.2-ci maddələri mövcud vəziyyətdə ona şamil edilə bilməz, ona görə ki, iddiaçının tələbində qeyd olunduğu kimi söhbət dözülməz təsirdən gedir: iddiaçının hüquqları əhəmiyyətli dərəcədə pozulur, öz sahəsindən istifadə etməkdə maneçilik yaranır. Belə ki, mənzili qonşudan aşağıda -çökəkdə yerləşir. Bütün ağır qoxular yanı açıq tövlədən emulsiya şəklində həyətinə və evinə çökür. Nəfəs ala bilmirlər. Evin giriş hissəsində nəfis şəkildə besedka düzəldiblər. Diskomfort hissi istirahətlərini pozur. Allergiyası var. Artıq üz və boyun nayihəsində ifadəli görünür. Müalicə üçün getmişdir. Səhhətinə ciddi ziyan vurulur. Ələlxüsus axşamlar evin qapı və pəncərələrini aça bilmirlər. Ev yelçəkən olmadığına görə qoxu otağa daxil olur, çıxara bilmirlər. Ev əşyalarına qoxu çökür. Süfrə açarkən milçək və həşaratların axını olur. Hamısı qoyun və keçilərin belində gəlir. Axşamlar başı açıq yataq itləri aqressivləşirlər. Qapısında antisanitariya yaranır, itlər qoyun-keçi leşlərini iddiaçının qapısına, həyətinə gətirirlər. Bu siyahını artırmaq olar.
22. Şəki Apellyasiya Məhkəməsinin xx. xx.2021-ci il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Lakin iddiaçı və cavabdeh ekspertiza keçirilməsi ilə əlaqədar mütəxəssis rəyinin verilməsi üçün nəzərdə tutulmuş məbləğ ödəmədiklərindən ekspert rəy verilməsindən imtina etmişdir. Bununla bağlı iddiaçı və cavabdeh məhkəmə kollegiyasına ərizə də təqdim edərək ekspertiza xərcini ödəməkdən imtina etmişdir.
23. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-126/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov, Ayaz M ahmudov)
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Mülki Prosessual Məcəllənin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilmişdir.
25. Apellyasiya instansiyas ı məhkəməsi vurğulayıb ki, hazrki iş üzrə apellyasiya baxışında xx.xx.2021-ci il tarixli qərardadla tikinti-texniki ekspertizası təyin edilmiş, lakin iddiaçı və cavabdeh ekspertiza keçirilməsi ilə əlaqədar mütəxəssis rəyinin verilməsi üçün nəzərdə tutulmuş məbləğ ödəmədiklərindən ekspert rəy verilməsindən imtina etmişdir. Bununla bağlı iddiaçı və cavabdeh məhkəmə kollegiyasına ərizə də təqdim edərək ekspertiza xərcini ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iddiaçıya Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinin tələblərini izah edilsə də, iddiaçı tərəf maddi imkanının olmaması səbəbilə ekspertiza xərcini ödəməkdən imtina etmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi ona da istinad edib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Gigiyena və Epidemiologiya Mərkəzinin 01 iyu n 2021ci il tarixli 198 nömrəli məktubuna əsasən Şəki rayonu, Orta Zəyzid kənd sakinləri İddiaçı Cavabdeh qarşı qaldırdığı iddia ərizəsi ilə bağlı müəssisələrinə heç bir ərizə, şikayət, məktub, məlumat daxil olmamışdır. Bu barədə tərəflərindən hadisə yerinə baxış keçirilməmiş, akt və protokol tərtib edilməmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, iddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olsa da, apellyasiya şikayətinin dəlillərini sübut edəcək heç bir sənəd təqdim edə bilməmiş, həmçinin təyin edilmiş ekspertizanın keçirilməsindən imtina etmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi belə qənəatə gəlmişdir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflə r arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırlıb və şikayətdə əlavə olaraq göstərilib ki: - iddiaçının ekspertizanın aparılmasına heç bir iradı olmamışdır. Məhkəmənin təşəbbüsü ilə aparılan ekspertizada iştirak etmişdir. Hətta ekspertə veriləcək sualları da apellyasiya məhkəməsinə göndərmişdir. Lakin eksperti za axıra çatdırılmadı, prosessual pozuntu baş verdi; - ekspertiza məhkəmənin sifarişi ilə aparıldığından MPM-nin 117.1-ci maddəsinə uyğun olaraq iddiaçı kimi üzərinə düşən xərcləri məhkəmə depozitinə ödəməyə hazır idi; - apellyasiya məhkəməsi 15 fevral 2022-ci il tarixli məktubu ilə smetada nəzərdə tutulan xərcləri ödəməyi xahiş etdib, halbuki, ekspert artıq 27 yanvar 2022-ci il tarixli məktubu ilə ekspertizadan imtina etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanu nda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsi ndən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmi r, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində ir əli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qər ardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edil məsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
33. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
34. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
37. İddiaçı cavabdehin qonşu torpaq sahəsində xırda buynuzlu mal-qara saxlaması nəticəsində hüquqlarını pozulmasına (qoxu, antisanitar şərait) istinad edir.
38. İşin müəyyən edilmiş hallarına görə cavabdehə məxsus ərazidə heyvanların saxlanması hər hansı iy-qoxunun yaranmasına səbəb olmur və ola biləcək iy-qoxu və ya heyvan səsləri də iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozmur.
39. Mülki Məcəllənin hazırki işə tətbiq edilmiş 171.1-ci maddəsinə görə torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
40. Qeyd edilən normaya əsasən analoji iddiaların təmin olunması üçün normada nəzərdə tutulan dispozitiv şərtlərin əksi mövcud olmalıdır: daşınmaz əmlakın mülkiyyətçisinin öz sahəsindən istifadə etməkdə maneçilik yaranması və ya hüququnun əhəmiyyətli dərəcədə pozulması.
41. İşin müəyyən edilən hallarına görə isə cavabdehə məxsus ərazidə heyvanların saxlanması nəticəsində iddiaçının istinad etdiyi hallar – hər hansı iy-qoxu yoxdur, üstəlik ola biləcək iy-qoxu və ya heyvan səsləri də iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozmur.
42. Göründüyü kimi, işə mahiyyəti üzrə baxan məhkəmələr iddianı təmin etməməklə işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün nəticəyə gəliblər.
43. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
44. Məhkəmə kollegiyası iddia çının ekspertiza xərcini ödəməyə razı olması, buna görə də ekspertizanın baş tutmasının prosessual pozuntu olması barədə dəlilləri bağlı qeyd edir ki, əvvəla, iddia təmin edilməyərkən yerli baxış zamanı iddiaçının hüquqlarının əhəmiyyətli dərəcədə pozulmamasının müəyyən edilməsinə istinad edilib.
45. Bundan əlavə, iddiaçı kassasiya şikayətində apellyasiya baxışı zamanı ekspertiza xərcini ödəməyə razı olmasını bildirmişdir. İşdən görünür ki, şikayət ərizəsinə 28 mart 2022-ci il tarixli əlavədə iddiaçı həqiqətən belə bir istəkdə olduğunu qeyd etsə də, daha sonra, yəni 21 aprel 2022-ci il tarixində özü bu barədə ərizə yazaraq ekspert xərcini ödəməkdən imtina etməsini göstərmişdir. (i.v.140, 143). Buna görə də ekspertiza xərcini ödəməyə razı olması barədə iddiaçının kassasiya şikayətinin dəl ili iş materialları ilə təkzib edilir. Belə olan halda, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 95.7-ci maddəsinin tətbiqi düzgün olmuşdur.
46. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-126/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.