Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5570/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadından XXX qızının kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli qətnaməsi ilə (iş № 2(005)-1985/2008, hakim A.Ş.Allahverdiyev) İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı vəzifəli şəxsin üzərinə müvafiq vəzifənin qoyulması tələbinə dair iddiası təmin edilmiş, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 1768 saylı sərəncamı əsasında verilmiş 37 saylı orderlə Pirşağı bağ sahəsində İddiaçı adına ayrılmış 1162 “B” saylı bağın Pirşağı bağlarına aid sxem-plana salınması və bu barədə dövlət reyestr sənədinin verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (iş № 2(103)-6610/2020 M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova, R.M.Həsənov) Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli qətnaməsindən XXX qızının verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icra atı qeyri-mümkün hesab edilmiş və XXX qızının qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs kimi tanınıb-tanınmaması məsələsinin həll edilməsi üçün apellyasiya şikayətinin mülki işlə birlikdə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan XXX qızı verdiyi kassasiya şikayətində qərardadın ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, ki, apellyasiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya ş ikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən iş üzrə tərəf olmadığı üçün işin baxılmasına cəlb edilməmiş, lakin iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən XXX qızı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci mad dəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. İş materiallarından görünür ki, adından apellyasiya şikayəti verilmiş Alidə Bədəlova birinci instansiya məhkəməsinin qətnaməsindən həmin qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs kimi şikayət vermişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən bununla bağlı müvafiq prosessual h ərəkətlər edilmədən, yəni həmin qətnamə ilə şikayət vermiş şəxsin maraqlarına toxunulub-toxunulmaması məsələsi müəyyən edilmədən apellyasiya şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən tərəfin özü deyil, qətnamənin hüquq və vəzifələrinə toxunduğunu hesab edən digər şəxs apellyasiya şikayəti verirsə, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq ilk növbədə qəbul edilmiş qətnamənin XXX qızının hüquq və vəzifələrinə toxunub-toxunmadığı müəyyən edilməli və bu barədə qərardad qəbul edilməli idi. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, prosessual hüquq normaları düzgü n tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5570/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5570/2020
11.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver