Məhkəmə qərarları › İş №2(102)-5571/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5571/2022

14.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5571/2022 14.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qaytarılması, dövlət rüsumunun qanunla müəyyən edilmiş qaydada ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlunun (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı1 Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1441/2022 nömrəli, 11 avqust 2022-ci il tarixli qərardadından Cavabdeh1 (vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 14 noyabr 2022- ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 20000 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 02 fevral 2022-ci il tarixli, 2(021)-276/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Elsun Əhmədov) iddianın təmin edilməsi, Cavabdeh1 20000 manat və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı1 verilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətna mə qəbul edilməsini xahiş etmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-1441/2022 nömrəli iş üzrə 16 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Rəhman Muradov (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və Ədil Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh qətnaməni rəsmi qaydada 08 iyun 2022-ci il tarixdə qəbul etmiş və 09 avqust 2022-ci il tarixdə kassasiya şikayəti vermişdir.

6. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1441/2022 nömrəli, 11 avqust 2022-ci il tarixli qərardadı ilə (hakimlər – Rəhman Muradov (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və Ədil Məmmədov) kassasiya şikayəti dövlət rüsumunun təyinatı üzrə düzgün ödənilməməsi səbəb indən geri qaytarılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, kassasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikası Ali Məhkəməsinin bank hesabına ödənilməli olmasına baxmayaraq, Bərdə Rayon Məhkəməsinin bank hesabına ödənilmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 402, 407.4, 408.1.3-cü maddələrinə və “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh1 (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apely asiya baxışına qaytarılmasını xahiş etmişdir.

10. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmələr üçün ödənilən dövlət rüsumları Bankomatlar vasitəsilə ödənilir. O, X1 filialında rüsumu özü ödəyə bilmədiyindən 16 manat rüsumu orada çalışan əməkdaşa vermiş və həmin işçi tərəfindən rüsum ödənilmişdir. Hesab edir ki, dövlət rüsumu hansı məhkəmənin hesabına ödənilməsində onun günahı olmadığından hazırkı qərardad ləğv edilməli və iş mahiyyəti baxılması üçün Ali Məhkəməyə göndərilməli idi. Əks təqdirdə onun ödədiyi 16 manatın ona qaytarılması barədə qərardad qəbul edilməli idi. b)

11. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

12. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ndən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

13. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.

14. Maddə 408.1.3. Kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. “Dövlət rüsumu haqqında” Qanunun

15. Maddə 1.1. Dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ö dənilən haqdır (ödənişdir).

16. Maddə 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.

17. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Kassasiya baxışının hədləri

18. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətind ən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

19. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla prosessual qanunvericiliyin tələblərinə istinadla əsaslandırılmamışdır.

22. Cavabdeh tərəfindən dövlət rüsumu müəyyən olunmuş qaydada, yəni kassasiya şikayəti verilməsi üçün ödənilmədiyinə görə apellyasiya instansiyası məhkəməsi MPM-in 408.1.3-cü maddəsinə əsasən şikayəti geri qaytarmaqda haqlı olmuşdur.

23. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

24. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfində n verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1441/2022 nömrəli mülki iş üzrə 11 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar