Məhkəmə qərarları › İş №2(102)-5574/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5574/2019

09.09.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5574/2019 09.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı və cavabdeh “xxxx” MMC-nin vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.04.2019-cu il tarixli, 2(103)-2712/2019 nömrəli qətnaməsindən cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4489/2018 saylı 01 oktyabr 2018-ci il tarixli qətn aməsi ilə iddia təmin edilərək, “xxxx” ASC-nin fəaliyyəti zamanı 14.03.2006-cı il tarixdən etibarən əldə olunmuş mənfəətindən səhmdar kimi İddiaçı dividend ödənilməsi öhdəliyinin cavabdeh «xxxx» MMC-nin (göstərilən hüquqi şəxsin səhm paketinin 99% hissəsinin mülkiyyətçisi kimi) üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.04.2019-cu il tarixli, 2(103)-2712/2019 nömrəli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tаrixli, 2(006)-4489/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh “xxxx” MMC və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pul vəsaitinin dividend kimi tutularaq ona geri ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1942-ci il təvəllüdlüdür. İddiaçı 13.04.2007-ci il tarixində ***-in nəzdində olan “xxxx” ASC-nin səhmlərinin əmək kollektivinə güzəştli satışında iştirak edərək 20 ədəd özəlləşmə çeki təqdim etdi və nəticədə hər birinin nominal dəyəri hazırkı pulla 2 AZN olan 42 ədəd səhm əldə etdi. Qanunvericiliyin tələbinə görə səhmdarlar cəmiyyətin ümumi iclasını təşkil edərək, müəssisənin gəlirini və həmin gəlirə mütənasib olaraq səhmdarlar arasında dividendlərin miqdarını müəyyənləşdirirlər. Lakin 2007-ci ildən bu günədək bir dəfə olsun iddiaçı nı müəssisənin ümumi iclasına dəvət etməyiblər. Ona görə də iddiaçı iclaslarda iştirak etməmişdir. Özəlləşdirmədən keçən uzun müddət ərzində müəssisənin heç bir iclası iddiaçı ilə keçirilməmiş, əldə edilmiş mənfəətdən iddiaçıya heç bir gəlir verilməmiş, ümumiyyətlə, bir səhmdar kimi iddiaçıya heç bir əhəmiyyət verilməmişdir. İddiaçı qoyduğu səhmlərin nominal dəyəri həcmində səhmdar cəmiyyətinin gəlirindən öz payını istəyir, lakin iddiaçının qanuni tələbləri icra edilmir. İddiaçının əldə etdiyi məlumatlara əsasən hazırda müəssisənin hər bir səhminin nominal dəyəri 750 manat təşkil edir ki, belə olan halda cavabdeh *** iddiaçıya səhmlərinin dəyərini geri ödəməlidir. Ona görə ki, iddiaçının “xxxx” ASC-nin özəlləşdirilməsi zamanı təqdim etmiş olduğu 20 ədəd çekə görə əldə etdiyi 42 ədəd səhm in hər birinin qiyməti 750 manatdan hesablanmaqla, 42 ədəd səhmin dəyəri olan 31500 manat məbləğində pul vəsaiti dividend kimi iddiaçıya geri ödənilməlidir. Göstərilənlərə əsasən cavabdeh ***-dən iddiaçının “xxxx” ASC-nin özəlləşdirilməsi zamanı təqdim etmiş olduğu 20 ədəd çekə görə əldə etdiyi 42 ədəd səhmin hər birinin qiyməti 750 manatdan hesablanmaqla, 42 ədəd səhmin dəyəri olan 31500 manat məbləğində pul vəsaitinin dividend kimi tutularaq iddiaçıya geri ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan İddiaçı məhkəməyə cavabdehin əsl cavabdehlə əvəz olunması haqqında ərizə təqdim edərək, cavabdeh «xxxx» MMC-nin əsl cavabdeh olan «xxxx» MMC ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddiaçi İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ə rizə təqdim edərək, “xxxx” ASC-nin fəaliyyəti zamanı 14.03.2006-cı il tarixdən etibarən əldə olunmuş mənfəətindən səhmdar kimi ona dividend ödənilməsi öhdəliyinin cavabdeh «xxxx» MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh “xxxx” MMC və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayətinin təmin olunmaması ilə bağlı hissədə apellyasiya in stansiyası məhkəməsi qətnaməni ümumiyyətlə əsaslandırmayıb, bilavasitə mübahisə predmeti ilə bağlı hər hansı maddi və prosessual hüquq normalarına istinad etməyib. Belə ki, iş materiallarından göründüyü kimi həm İddiaçı, həm də cavabdeh “xxxx” MMC eyni bir səhmdar cəmiyyətin - “xxxx” ASC-nin səhmdarlarıdır. İddiaçı həmin səhmdar cəmiyyətin 42 (0,00194%), cavabdeh isə 2.164.723 (99,93911%) ədəd səhminə malikdir. Daha az səhmə malik olan səhmdara dividend ödəmək öhdəliyinin həmin səhmlərin aid olduğu səhmdar cəmiyyətin deyil, həmin səhmdar cəmiyyətin daha çox səhmə malik səhmdarının üzərinə qoyulmalı olması barədə məhkəmənin mövqeyi hüquq normalarına uyğun deyil. Belə ki, xalis mənfəət əldə olunduğu halda səhmdara dividend ödəmək öhdəliyi səhmdar cəmiyyətə aiddir. Apellyasiya instansiyası mə hkəməsinin qətnaməsinin əsaslandırılmaması həm də onunla ifadə olunur ki, iş materialları arasında “xxxx” ASC-nin “2006-cı il tarixdən etibarən” xalis mənfəət əldə edib-etməməsi, həmin xalis mənfəətin bölüşdürülməsi, dividend ödənilməsi və onun ödənilməsi qaydası haqqında səhmdar cəmiyyətin ümumi yığıncağının qərarının olub-olmaması barədə hər hansı sübut olmadığı halda və səhmdara dividend ödənilməsi öhdəliyinin hər bir halda səhmdar cəmiyyətə aid olduğu halda apellyasiya instansiyası məhkəməsi bir səhmdara dividend ödənilməsi öhdəliyinin digər səhmdarın üzərinə qoyulmasını düzgün hesab edib və bu zaman Mülki Məcəllənin 106- 1.3.7., 106-3.1., 106-3.2., 106-3.3. və 106-3.5. maddələrinin tələblərini pozub. Mülki Məcəllənin 52.2.-ci maddəsinə görə bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsi ndə nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.Bu normaya əsasən hətta “xxxx” ASC-nin iddiaçıya dividend ödəmək öhdəliyinin olması sübut edilə biləcəyi halda belə bu öhdəlik heç bir halda həmin səhmdar cəmiyyətin təsisçilərindən/səhmdarlarından biri hesab olunan “xxxx” MMC-nin üzərinə qoyula bilməz. Bu zaman apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 52.2.-ci maddəsinin tələblərini pozub. “xxxx” ASC-nin hazırkı məhkəmə mübahisəsinə apellyasiya instansiya məhkəməsi tərəfindən ən azı müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməməsi ciddi prosessual pozuntudur.Belə ki, qanunla səhmdara dividend ödəmək öhdəliyi olan yeganə şəxs h əmin səhmdar cəmiyyətin özüdür. Qanunvericiliyə əsasən səhmdara dividend yalnız səhmdar cəmiyyət xalis mənfəət əldə etdiyi halda ödənilməli olduğundan bu cür xalis mənfəətin əldə olunub-olunmaması faktının müəyyən olunması hazırkı iddia tələbinin təmin olunması zamanı müstəsna əhəmiyyətə malik idi. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” MMC-nin vəkili *** kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Digər cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, mə hkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 17.04.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya in stansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən verilmiş X2 reyestrindən Çıxarışın surətinə əsasən «xxxx» Açıq Səhmdar Cəmiyyəti qeydiyyata alındığı tarix: 01.03.2006; əvvəlki dövlət qeydiyyatı № 0106-P20445266; eyniləşdirmə kodu 1177500; təşkilatı-hüquqi forması açıq səhmdar cəmiyyəti; maliyyə ili 01 yanvar-31 dekabr, hüquqi ünvanı***nizamnamə kapitalının miqdarı (ödənilmiş) ******* manat-2 pay100%, Çıxarışın verildiyi tarix və № 01.03.2006, 01/Ç-749 olmaqla qeydiyyatdan keçirilmişdir. X1 üzrə Auksion Mərkəzinin 134 saylı bildirişindən görünür ki, İddiaçı “xxxx” ASC-nin səhmlərinin əmək kollektivinə güzəştli satışında iştirak edərək, 20 ədəd özəll əşdirmə çeki təqdim etmiş və nəticədə hər birinin nominal dəyəri 10.000 AZM - 2 AZN olan 42 ədəd səhm əldə etmişdir. “xxxx” ASC-nin 01.08.2018-ci il tarixinə olan səhmdarlarının siyahısından görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin təsisçiləri və nizamnamə kapitalındakı mayalarının miqdarı İddiaçı – 0,00194% olmaqla 42 ədəd, “xxxx” MMC-də – 99,93911% olmaqla ******* ədəd səhm təşkil edir. Apellyasiya instansiyası məhkəməsi işin yuxarıda sadalanan hallarına istinad edərək qeyd etmişdir ki, iddiaçının “xxxx” ASC-də 42 ədəd səhm payı olduğu halda, o, qanunvericiliyin tələbinə uyğun olaraq bir səhmdar kimi cəmiyyətin ümumi iclaslarına dəvət edilməmiş, nəticədə ona cəmiyyətə qoyduğu paya uyğun dividend ( xalis mənfəət) ödənilməmişdir. Mülki Məcəllənin 106-1.1, 106-1.2, 106-1.3, 106-1.3.1-10 6-1.3.9, 106-3.1, 106-3.2, 106-3.3cü maddələrinə istinad edərək, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Qeyd olunmalıdır ki, dividend səhmdar cəmiyyətin mənfəətinin hər il səhmdarlara ödənilən hissəsi olaraq, pul, natura və ya hər hansı ödəniş formasında bölüşdürülməli və real faydada ifadə olunmalıdır. Sahib olunan səhmlərə uyğun dividend ödənilir. Yəni, dividendlər hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir. Hansı ki, həmin ödəniş hazırki işdə “xxxx” ASC-nin fəaliyyəti zamanı 14.03.2006-cı il tarixdən etibarən əldə olunmuş mənfəətdən səhmdar kimi İddiaçı öd ənilmədiyi üçün birinci instansiya məhkəməsi düzgün olaraq həmin dividendin ödənilməsi öhdəliyini sözügedən səhmdar cəmiyyətin səhm paketinin 99% hissəsinin mülkiyyətçisi olan cavabdeh «xxxx» MMC-nin üzərinə qoymuşdur. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni tədqiq edərək, hesab edir ki qətnamə maddi və prosessual hüquq normalarına riayət edilmədən qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunu n yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. B elə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, iddiaçı cavabdehlə yanaşı “xxxx” ASCnin səhmdarı olmaqla iddiasının əsasını səhmdar cəmiyyətin əldə etdiyi gəlirdən səhminə uyğun həddə dividentlərin ödənilməməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3.7-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin xalis mənfəətindən dividend almaq hüququ vardır. İstinad edilən maddi hüquq normasından göründüyü kimi, səhmdarın divident tələbi üzrə digər səhmdar deyil, hüquqi şəxsin özü cavabdehlik daşıdığından hazırkı tələb də mə hz ayrıca hüquqi şəxs olan “xxxx” ASC-yə qarşı qaldırılmalı idi. Hazırki halda isə, iddiaçı iddiasını səhmdarı olduğu cəmiyyətə qarşı deyil, onun daha çox səhmə malik olan səhmdarına qarşı qaldırılmışdır. Bu baxımdan kassasiya kollegiyası hesab edir ki, dividentlərin tutulması tələbi buna cavab verməli olmayan şəxsə qarşı irəli sürüldüyünə görə rədd olunmalı olduğu halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, səhmdarların səhmdarı olduqları cəmiyyətdən dividentlərin buna dair ümumi yığıncağının (və yaxud nizamnamə ilə səlahiyyətlənmiş icra orqanının) qərarının olmadığı halda, hazırki iddia tələbi şəklində birbaşa qaydada tələb etməsi də Mülki Məcəllənin aşağıdakı müddəaları ilə istisna edilmişdir. Belə ki, Azərbaycan Respublikas ı Mülki Məcəlləsinin: 106-3.2-ci maddəsinə əsasən səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir; 106-3.5-ci maddəsinə əsasən dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklif i ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin istinad edilən imperativ tələblərinə rəğmən, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qüvvədə saxlamaqla səhvə yol vermişdir. O da qeyd edilməlidir ki, hətta apellyasiya instansiyası məhkəməsinin dividentlərin ödənilməsinin cəmiyyətin səhmlərinin nəzarət paketinə malik olan səhmdara həvalə edilməsi halı da, yalnız dividentlərin ödənilməsinə dair cəmiyyətin müvafiq orqanın qərarının olduğu halda mümkün ola bilərdi ki, bu halın mövcudluğu da aşağı instansiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Odur ki, kassasiya kollegiyası belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia istinad edilən maddi hüquq normalarının təl əblərinə uyğun olaraq qaldırılmadığından əsassız olmaqla rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.04.2019-cu il tarixli, 2(103)2712/2019 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçi İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı “xxxx” ASC-nin fəaliyyəti zama nı 14.03.2006cı il tarixdən etibarən əldə olunmuş mənfəətindən səhmdar kimi ona dividend ödənilməsi öhdəliyinin cavabdeh «xxxx» MMC-nin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar