Məhkəmə qərarları › İş №2(102)-5575/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5575/2022

26.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5575/2022 26.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3 Acıq Səhimdar Cəmiyyəti (“X4” Acıq Səhimdar Cəmiyyəti), Cavabdeh1, Azərbaycan Respublikası Mərkəzi Banka və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komissiyası yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsinin əsassızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3 ASC-yə (“X4” ASC), Cavabdeh1, Azərbaycan Respublikası Mərkəzi Bankına və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ipoteka müqaviləsinə xitam verilməsi barədə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4372/2022 nömrəli, 16 avqust 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 26 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. "Aqana Servis” MMC ilə İddiaçı Ağazər oğlu arasında 15 yanvar 2010-cu ildə MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr. 558.566-cı məhəllə L.İmanov-5 ünvanda tikilən yaşayış binasındakı qeyri-yaşayış sahəsinin al qı-satqı müqaviləsi bağlanmışdır. 2. "Aqana Servis” MMC tərəfindən 31 mart 2011-ci ildə verilmiş maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr. 558.566-cı məhəllə L.İmanov-5 ünvanda inşa edilən yaşayış binası "Aqana Servis” MMC-yə məxsusdur. Həmin binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 864 kv metrolan qeyriyaşayış sahəsinə görə İddiaçı Ağazər oğlunun "Aqana Servis” MMC-yə maliyyə borcu yoxdur.

3. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2013-cü il tarixli 2in(82)-2370/2013 saylı qərarın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, L.İmanov küçəsi 5 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində sahəsi 864 kv metrolan qeyriyaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyes trində Cavabdeh1 adına qeydiyyata alınaraq reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 noyabr 2018-ci il tarixli 2-1(103)-2688/2018 saylı qərardadı ilə İddiaçı Ağazər oğlunun ərizəsi təmin edilmiş, iddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair inzibati iş üzrə İddiaçı Ağazər oğlu 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, 3-cü şəxs İddiaçı Ağazər oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2013-cü il tarixli 2in(82) - 2370/2013 saylı qərarı ləğv edilmiş, iş üzrə qərardad qəbul edilmiş, iddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 mat 2019-cu il tarixli 2-1(81 )2011 /2019 saylı qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə (3-cü şəxs İddiaçı) ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində sahəsi 864 kv metr olan qeyri-yaşayış sahəsinə iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə d air 2- 1(81 )-2011/2019 saylı işi üzrə icraata xitam verilmişdir.

6. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 18 iyul 2019-cu il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 adına RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Sözügedən əmlak 25 oktyabr 2013-cü il tarixində "X5” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 21(82)-2370/2013 saylı 15 avqust 2013-cü il tarixli qərarına əsasən daşınmaz əmlak dövlət reyestrində Cavabdeh1 adına olan mülkiyyət hüququna 17 iyul 2019-cu ildə xitam verilmişdir.

7. ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş 19 sentyabr 2019-cu il tarixli məktubundan görünür ki, Xidmətin 1 saylı Bakı Ərazi İdarəsində arxiv materia llarına əsasən Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 5 saylı ünvanda yerləşən qeyriyaşayış sahəsi Azərbaycan Respublikasının Mərkəzi Bankının 11 oktyabr 2013-cü il tarixli və "X5 ” ASC-nin (hazırkı Premium Bank) 24 oktyabr 20136-cü il tarixli müraciətlərinə əsasən ipoteka ilə yüklü edilmişdir.

8. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə "X5 ” ASC arasında 07 oktyabr 2013-cü ildə kredit müqaviləsi bağlanmışdır. 10 oktyabr 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 xüsusi mülkiyyət hüquqi ilə məxsus, Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, X2 küçəsi, 5 ünvanında yerləşən 835,7 kv metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi ipotekaya qoyulmuşdur.

9. ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş 25 noyabr 2019-cu il tarixli məktubdan görünür ki, reyestr kitabına əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2019-cu il tarixli 2- 1(81)2011/2019 saylı qərardadı ilə ərizə qismən təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)2370/20136 saylı 15 avqust 2013-cü il tarixli qərarın icrasına geriyə dönüş edilmişdir. Sözügedən ünvanın üzərində Cavabdeh1 mülkiyyət hüququnun dövlət qeydiyyatı (çıxarış) ləğv edlmişdir.

10. Nəsimi Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli 2(006)-1950/2019 saylı qətnaməsinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 02 dekabr 2011-ci il tarixli mənzil tikintisi və alqı-satqısına dair müqavilə etibarsız hesab edilmişdir.

11. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 150/2021 saylı 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli 2(006)-1950/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 12. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2019-cu il tarixli 2-1 (81 )2011 /2019 saylı qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2013-cü il tarixli 2in(82)-2370/2013 saylı qərarının icrasına geriyə dönüş edilməsi və Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, L.İmanov küçəsi 5 ünvanında yerləşən, çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki sahəsi 864 kv metr olan qeyri-yaşayış sahəsi üzərində Cavabdeh1 adına mülkiyyət hüququnun dövlət qeydiyyatı (çıxarış) ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki qeyriyaşayış sahəsi üzərində 25 oktyabr 2013-cü il tarixdə "X5” ASC-nin xeyrinə yüklü edilmiş ipotekaya xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 3 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının 11 oktyabr 2013-cü il tarixli və "X5” ASCnin 24 oktyabr 2013-cü il tarixli müraciətlərinə əsasən qeydə alınmış ipoteka yüklülüklərinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2010-cu il tarixdə "xxxx" MMC ilə bağladığı alqı-satqı müqaviləsi əsasında ünvan 6 ünvanında yerləşən 5 nömrəli binanın 1 -ci mərtəbəsindəki qeyri-yaşayış sahəsini ******* manat müqabilində həmin şirkətdən satın almışdır. Müqavilənin dəyərini hissə-hissə olmaqla xx.xx.2011-ci il tarixədək ödəmiş və bundan sonra həmin əmlaka görə şirkətə hər hansı borcunun olmaması barədə "xxxx" MMC tərəfindən ona 02/04 nömrəli maliyyə arayışı verilmişdir. Sözügedən qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə əlaqədar bütün danışıqlar "xxxx" MMC-nin direktoru olan Cavabdeh1 ilə aparılmış, sənədləşmə işləri onun tərəfindən həyata keçirilmiş, müqaviləni və maliyyə arayışını Cavabdeh1 imzalayaraq ödənişləri o, qəbul etmişdir. Həmin vaxtdan bu günə kimi qeyri- yaşayış sahəsi onun sahibliyində olmuşdur və qeyri-yaşayış sahəsini tam təmirsiz vəziyyətdə almışdır. 2016-cı ilin yay aylarından həmin qeyri-yaşayış sahəsində təmir işləri a parmağa başlamış, təmir işləri 2017-ci ilin dekabr ayında başa çatmışdır. Həmin obyektin təmirinə o, külli miqdarda vəsait xərcləmişdir. Obyekt istifadəyə verildiyi gündən bu günə kimi restoran kimi fəaliyyət göstərir. Satıcı şirkətlə onun arasında olan razılaşmalara əsasən qeyri-yaşayış sahəsinin sənədləşmə işləri "xxxx" MMC tərəfindən həyata keçirilməli, bina istismara qəbul edildikdən sonra bu barədə ona müvafiq sənədlər təqdim edilməli və bundan sonra o, DƏDRX-ə müraciət edib çıxarış almalı idi. Bununla əlaqədar olaraq Cavabdeh1lə dəfələrlə əlaqə saxlasa da o, kifayət qədər pul olmadığına görə binanın istismara qəbul edilməsinin hələki mümkün olmadığını bildirmiş, lakin tezliklə bu məsələni həll edəcəyinə dair vədlər versə də, sənədləşmə işi hələ də həll edilməmişdir. 2018-ci ilin apre l ayında "xxxx" ASC-nin (bundan sonra – “Bank”) (əvvəlki adı “X4” ASC) əməkdaşları sözügedən qeyri-yaşayış sahəsinə gələrək obyektə baxış keçirmək istədiklərini bildirmişdir. O isə əmlakın ona məxsus olduğunu onlara demiş və buna görə də obyektə baxış keçirilməsinə etiraz etmişdir. Həmin şəxslər isə ona bildirmişdir ki, onların əlində olan sənədlərə əsasən bu əmlak ona yox, Cavabdeh1 adlı şəxsə məxsusdur, Cavabdeh1 tərəfindən bu əmlak Bankda ipoteka ilə yüklü edilmişdir. Bundan sonra isə dərhal bu məsələyə aydınlıq gətirmək üçün "xxxx" MMC-nin direktoru Cavabdeh1lə əlaqə saxlayaraq onunla görüşmüşdür. Həmin vaxt Cavabdeh1 hər şeyi ona etiraf edərək göstərmişdir ki, onun yüksək məbləğdə pula ehtiyacı olub. Təminatsız heç bir bank ona pul vermədiyinə görə məcbur qalıb "xxxx" MMC ilə sözügedə n qeyri-yaşayış sahəsinə dair formal olaraq müqavilə bağlamış və sonra məhkəmə qərarı əsasında həmin əmlaka Çıxarış almışdır. Bundan sonra isə yenidən Banka müraciət edərək və həmin obyekti adıçəkilən bankda ipoteka ilə yüklü edərək bankdan yüksək məbləğdə kredit götürməyə nail olmuşdur. Bankın əməkdaşları da bu məqsədlə girovda olan əmlaka baxış keçirməyə gəlmişdir. Bu danışıqların sonunda isə Cavabdeh1 ona söz vermişdir ki, qısa müddət ərzində krediti ödəyib borcu bağlayacaq, obyekti girovdan çıxarıb onun adına keçirəcəkdir. Lakin 2018-ci ilin noyabr ayında yenidən qiymətləndirmə şirkətinin əməkdaşları obyektə gələrək əmlaka baxış keçirmək istəmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Cavabdeh1 hələ də banka olan kreditini ödəməmiş, hətta bank buna görə məhkəməyə də müraciət etmişdir. Ca vabdeh1 tərəfindən bu qanunsuzluqlar aradan qaldırılmadığına görə o, hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, "Aqana Servis” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli mənzil tikintisi və alqısatqısına dair müqavilə etibarsız əqddir. Buna görə də həmin müqavilə etibarsız hesab edilməlidir. Bundan başqa "Aqana Servis” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli mənzil tikintisi və alqı-satqısına dair müqavilənin etibarsız əqd olmasını təsdiq edən hallardan biri də həmin müqaviləni formal olaraq hər iki tərəfdən eyni şəxsin (Cavabdeh1) imzalaması və real bazar dəyəri ******* manat olan əmlakın qiymətinin mübahisələndirilən müqavilədə 367000 manat göstərilməsidir. Yəni MMCnin direktoru olan Cavabdeh1 hər iki tərəfdən müqaviləni imzalamaqla daha əvvəl satılmış və dəyəri ******* manat olan əmlakı 367000 manata yenidən öz adına sənədləşdirmişdir.

16. Cavabdeh Bankın nümayəndəsi X1 iddianı qəbul etməyərək iddianın rədd edilməsi barədə qətrnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

17. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək izahatını onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixli, KBO13-1545 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank tərəfindən ASC-yə 718 gün müddətinə, illik 5,25 faiz ödəməklə ******* (iki milyon beş yüz min) manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrində kredit üzrə əsas borcun xx.xx.2015-ci il tarixə qədər ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2015-ci il tarixdə kredit müqaviləsinə əlavə tər tib edilərək əsas borcun ödənilmə tarixi xx.xx.2016-cı iı tarixədək uzadılmış, kreditdən istifadəyə görə illik faiz 3,7 faiz müəyyən edilmiş, kredit üzrə əsas borcun 2016-cı ilin aprel ayının sonundan başlayaraq hər ay bərabər hissələrlə ödənilməsi razılaşdırılmışdır. Həmin kredit müqaviləsinin təminatı qismində Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, X2 küçəsi 5 ünvanında yerləşən qeyriyaşayış sahəsi barəsində xx.xx.2013-cü il tarixli, İBO13- 1545/2 nömrəli ipoteka müqavilələri bağlanmışdır. İpoteka müqavilələri qanunvericiliyə müvafiq qaydada notarius tərəfindən təsdiq edilmiş və ipoteka yüklülüyü dövlət qeydiyyatına alınmışdır (İpoteka yüklülüyünə dair Çıxarış: Seriya RX, N° 0268630). Həmin əmlak üzrə iddiaçı Bankda da ipoteka saxlay an olduğundan cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı "kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin qaytarılması, tutmanın sonrakı ipoteka predmetlərinə yönəldilməsi və qeyri-yaşayış sahələrinin boşaldılmaşı” tələbinə dair Yasamal Rayon Məhkəməsində iddia qaldırmış, Mərkəzi Bank isə ipoteka predmetləri barədə ilkin ipoteka saxlayan olduğundan müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə qoşulmuşdur. İş hazırda həmin məhkəmənin icraatındadır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir.

18. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-152/2021 nömrəli iş üzrə 3 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia təmin edilərək, ünvan 3 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının 11 oktyabr 2013-cü il tarixli və ASC-nin xx.xx.2013-cü il tarixli müraciətlərinə əsasən qeydə alınmış ipoteka yüklülüklərinə xitam verilməsi qət edilmişdir.

19. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə «Aqana Servis” MMC arasında bağlanmış 15 yanvar 2010-cu il tarixli müqaviləyə əsasən «Aqana Servis” MMC iddiaçıya müqaviləyə əsasən ünvan 6 ünvanında inşa edilən, çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində sahəsi 864 kv metr qeyri yaşayış sahəsi “Sifarişçi”-yə verməyi, “Sifarişçi” isə bu sahəni qəbul etməyi və şərtləşdirilmiş məbləği vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda xx.xx.2011-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 558.566-cı m əhəllə L.İmanov 5 ünvanında inşa edilən yaşayış binası binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 864 kv metr olan qeyri-yaşayış sahəsinə görə İddiaçı "xxxx" MMC-yə maliyyə borcu yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin direktoru Cavabdeh1 qeyd olunan qeyri-yaşayış sahəsi ilə bağlı iddiaçı ilə xx.xx.2010-cu il tarixdə müqavilə bağladıqdan və şərtləşdirilmiş məbləği tam aldıqdan sonra, həmin qeyri-yaşayış sahəsinin satılması ilə bağlı 02 dekabr 2011-ci il tarixdə yeni müqavilə bağlamışdır. Eyni zamanda müqavilə formal olaraq hər iki tərəfdən eyni şəxs (Cavabdeh1) tərəfindən imzalanmışdır. Bu səbəbdən Nəsimi Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli 2(006)-1950/2019 saylı qətnaməsinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 02 dekabr 2011-ci il tarixli mənzil tikintisi və alqısatqısına dair müqavilə etibarsız hesab edilmişdir. Məhkəmə qeyd edir ki, ipoteka müqaviləsi etibarsız hesab olunan xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsi əsasında bağlanmışdır. Alğı-satqı müqaviləsi etibarsız hesab edildiyi təqdirdə sonrakı əqdlərin hamısı etibarsız sayılır. Belə ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllə; maddə 337.4.). Həmin ipoteka müqavilələri xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsinin nəticəsi kimi çıxış edir. Alğı-satqı müqaviləsi etibarsız olduğuna görə onun heç bir qanuni nəticələri ola bilməz. Bundan başqa iş materiallarında qanuni qüvvəsini almış məhkəmə aktları mövcuddur ki, id diaçının tələbi tam aydın, əsaslı və qanuna müvafiqdir. 20. 22.05.2019-cu il tarixli, 2(006)-1950/2019 saylı xüsusi qərardadı ilə (hakim Səməd Cəfərov) "Aqana Servis” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011ci il tarixli mənzil tikintisi və alqı-satqısına dair müqavilə ilə əlaqədar Cavabdeh1, habelə digər şəxslərin əməllərinin araşdırılması və hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilməsi və bu məqsədlə qərardadın Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cü, Azərbaycan Respublikası Mülki Məcəllənin 152, 331.1, 337.2, 337.4, 337.5, 339.3, 405.1, 406.3 və 407.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansi yası məhkəməsindəki icraat

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4372/2022 nömrəli, 16 avqust 2022-ci il tarixli qərardadı ilə (hakimlər – Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Vahid Sadiqov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.

23. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının “ipoteka yüklülüyünə xitam verilməsi” tələbinin əsasını təşkil edən sübutlar və dəlillər hazırki işə mülki qaydada baxılıb mahiyyəti üzrə həll edilməsi üçün hüquqi əsas təşkil etmir. İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsini ilk dəfə iddia ərizəsi ilə cavabdeh qismində, sonradan üçüncü şəxs qismində cəlb etsə də, işdən görünür ki, məhz iddiaçının müraciətlərinə cavab olaraq ƏMDK yanında DƏDRX tərəfindən hazırki mübahisə predmetinin ipoteka ilə yüklü edildiyi müəyyən edilmişdir. İşdən görünür ki, əvvəlki məhkəmə mübahisələri ilə qeyri-yaşayış sahəsinə verilmiş çıxarış ləğv edilmişdir. Yəni, ipoteka ilə yüklü edilmiş əmlakın çıxarışı ləğv edilsə də, reyestrdə əmlak üzərində ipoteka yüklülüyü qalmışdır. ƏMDK yanında DƏDRX-in iddiaçının vəkilinə ünvanladığı Xidmətin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi 5 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2013-cü tarixli və “X4” ASC-nin (hazırki Premium Bank”) xx.xx.2013-cü il tarixli müraciətlərinə əsasən ipoteka ilə yüklü edilmişdir. Əmlakların reyestri ilə ba ğlı hərəkətləri həyata keçirən ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə əmlakın ipoteka yüklülüyündən azad edilməsi ilə bağlı müraciət olunmalı, müraciətin icrasından imtina edildiyi təqdirdə isə həmin orqanın hərəkətləri inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 62-ci, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1, 2.2.3 və 2.2.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1, 25, 31.1 və 261.0.1-ci maddələrinə maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı kassasiya şikayəti verərək qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş e tmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmişdir ki, apellyasiya məhkəməsi işin icraatına mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması əsasına görə xitam verərkən, gəldiyi nəticəni də kifayət qədər əsaslandırmamış, nəyə görə ipotekaya xitam tələbi barədə müraciətlə məhkəməyə deyil, məhz inzibati orqana müraciət edilməli olmasını açıqlamamış, konkret hüquq normalarına istinad etməmişdir. Bu tələbə inzibati qaydada o halda baxıla bilərdi ki, ya ipoteka yüklülüyünə dair qeydiyyat inzibati qərar əsasında aparılsın (mübahisələndirmə iddiası), ya da ki “İpoteka haqqında" Qanunun 32.3-cü maddəsində göstərilən hallar mövcud olduqda ipotekaya xitam verilməsi vəzifəsi qanunla müvafiq inzibati orqana həvalə edilmiş olsun (öhdəliyin icrası iddiası). Hazırkı işdən isə göründüyü kimi, i poteka yüklülüyü inzibati qərar əsasında aparılmamış və qanunvericilikdə müvafiq icra hakimiyyəti orqanına ipotekaya xitam vermək səlahiyyəti (32.3-cü maddədə göstərilən hallarda) verilməmişdir.

27. Apellyasiya məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, verilmiş tələblərə əsasən işə mahiyyəti üzrə baxıb qətnamə çıxarmaq əvəzinə, işə ümumi məhkəmədə baxılmamasına dair səhv nəticəyə gəlmiş və prosessual əsas olmadığı halda işin icraatına xitam vermişdir. Başqa sözlə, apellyasiya məhkəməsi işə tətbiq edilməli olmayan prosessual hüquq normasını tətbiq etmiş, bu isə düzgün olmayan məhkəmə aktının qəbul edilməsi ilə nəticələnmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 28. “Premium Bank! ASC-nin numayəndəsi kassasiya şikayətinə qarşı etiraz verərək şikayətin təmin olunmaması, ap ellyasiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

29. Maddə

62. Məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

30. Maddə 1.1 İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir

31. Maddə 2.2.3 və 2.2.5 inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati-iqtisadi məhkəmələr tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. MAddə 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar a tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 261.0.1 İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qərarda tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kolegiyası məruzəçini dinələyib, iş materiallarını, kassasiya şikayətini və kassasiya şikayətinə etirazın dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələbləri pozulmuşdur.

42. Apellyasiya instansiyası məhkəməsi iş üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əvvəlki məhkəmə mübahisələri ilə qeyriyaşayış sahəsini mülkiyyətçi kimi ipotekaya qoymuş Cavabdeh1 adına verilmiş çıxarış ləğv edilmiş, lakin dövlət reyestrində əmlak üzərində ipoteka yüklülüyü qalmışdır. Əmlakın reyestri ilə bağlı hərəkətləri inzibati orqan olan ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həyata keçirir, ona görə də iddiaçı əmlakın ipoteka yüklülüyündən azad edilməsi ilə bağlı həmin o rqana müraciət etməli, müraciətin icrasından imtina edildiyi təqdirdə isə həmin orqanın hərəkət və hərəkətsizliyini inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. Belə olan halda hazırkı işə baxılması mülki məhkəmələrə aid deyildir.

43. İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi 5 saylı ünvanda yerləşən qeyri yaşayış sahəsinin üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının 12 oktyabr 2013-cü il tarixli və "X5” ASC-nin 24 oktyabr 2013-cü il tarixli müraciətlərinə əsasən qeydə alınmış ipoteka yüklülüklərinə xitam verilməsini xahiş etmişdir.

44. Daşınmaz əmlaka ipotekaqoyan Cavabdeh1 mülkiyyət hüququna xitam verilməsini (Çıxarışın ləğvi) ipotekaya da xitam verilməsi üçün əsas hesab edən apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, ipotekanın qeydə alınması üçün əsas daşınmaz əmlakın ipotekaqoyan Cavabdeh1 adına dövlət reyestridə qeydiyyatına alınması deyil, ipoteqoyan Cavabdeh1lə Azərbaycan Respublikası Mərkəzi Bankı və "X5” ASC arasında bağlanmış 10 oktyabr 2013-cü il tarixli İBO131545\2 nömrəli və 11 oktyabr 2013-cü il tarixli 161/MB-SİM1-0013 nömrəli ipoteka müqavilələri olmuşdur. Ona görə də ipotekaya xitam verilməsi üçün əsasların olub olmadığını müəyyən etmək üçün DƏDRX-nin bu sahədə fəaliyyətinə deyil, ipotekanın qeydə alınması üçün əsas olmuş müqavilələrin etibarlılığına qiymət verilməlidir. İpotekaya xitam verilməsi barədə məhkəmə qərarı verilidikdən ipoteka qeydiyyatının ləğvi dövlət reyestri xidmətinin fəaliyyətinə aid məsələdir. Bundan sonra əmələ gələn münasibətlərlə bağlı mübahisənin həlli nnzibati məhkələrə aidd ir. Bu baxımdan da hazırkı iş üzrə mübahisə tərəfləri (subyektlər), tərəflər arasındakı münasibətlər (xüsusi) və mübahisə predmeti ümumi (publik) hüququn nizamasalma predmetinə aid deyildir. Ona görə də hazırkı işə baxılmasının inzibati məhkəməyə aidiyyatı yoxdur, işə mülki məhkəmələrdə baxılmalıdır. 45. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1 və 3.2-ci bəndlərində qeyd edilmişdir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyy ət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. 46. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 4-cü bəndinə əsasən İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi ( publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 47.Şəhr edilnələrə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işin inzibati məhkəməyə aidliyi barədə gəldiyi nəticəni əsaslandırmayaraq prosessual hüquq normaların tələblərini pozmuşdur. Ona görə də apellyasiya məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş yenidən baxılması üçün qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-yin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə rollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4372/2022 nömrəli, 16 avqust 2022-ci il tarixli ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar