Məhkəmə qərarları › İş №2(102)-5579/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5579/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5579/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № iş № 2(102)-5579/21 (Açar sözlər: sığortaçının subroqrasiya hüququ) Bakı şəhəri, 16 noyabr 2021-ci il 16.11.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli, 2(106)813/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 noyabr 2021-ci il t arixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. "xxxx" Sığorta Şirkəti ASC ilə Cavabdeh1 idarə etdiyi digər Cavabdeh2 məxsus “Vaz 21093" markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Sığorta Şirkəti ASC tərəfindən 31.01,2017-ci ildən 31.01,2018-ci il tarixədək sığorta təminatı almışdır.

2. Cavabdeh1 30.12.2017-ci il tarixdə idarə etdiyi digər Cavabdeh2 məxsus “Vaz 21093” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində Ağcabədi rayonunun Ağabəyli kəndi istiqamətində hərəkətdə olarkən yol hərəkəti qaydasını pozaraq piyada X3 ehtiyyatsızlıqdan vurmuş və nəticədə piyada X5 hadisə yerində vəfat etmişdir. Həmin hadisəyə görə Əsədov X4 Rayon Məhkəməsinin 08.05.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlimi törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. 3. 31.12.2017-ci il tarixdə baş vermiş sığorta hadisəsisinə görə "xxxx" Sığorta Şirkəti” ASC tərəfindən X2 ölümü ilə əlaqədar X1 5000 manat pul ödənilmişdir. 4. “VAZ-21093” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil 29.12.2006-cı il tarixdən ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 adında qeydiyyatdadır. Qeyd olunan avtomobilin 11.08.2013-cü il tarixdən 02.12.2013-cü il və 27.12.2013-cü il tarixdən 28.12.2014-cü il tarixədək Cavabdeh1 istifadəsində olması bardə mərkəzi informasiya sistemində məlumat mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" ASC cavabdehlər Cava bdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5000 manat sığorta ödənişi məbləği və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 5030,40 manat pulun tutularaq "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 30.12.2017-ci il tarixdə idarə etdiyi digər Cavabdeh2 məxsus “Vaz 21093” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində Ağcabədi rayonunun Ağabəyli kəndi stiqamətində hərəkətdə olarkən yol hərəkəti qaydasını pozaraq piyada X3 ehtiyyatsızlıqdan vurmuş və nəticədə piyada X5 hadisə yerində vəfat etmişdir. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh1 avtomobil i etibarnamə olmadan idarə etmişdir. «İcbari sığortalar haqqında» Qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi və Cavabdeh2 isə etibarnamə olmadan avtomobili Cavabdeh1 verdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Ağcabədi rayon Məhkəməsinin 1 (017)-45/2018 saylı hökmündə öz əksini tapmışdır.

7. Laçın Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2(047)-335/2020 nömrəli qətnaməsi ilə (hakim C.İbrahimov) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5000 beş min) manat sığorta ödənişi məbləği və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 5030,40 manat pulun tutularaq 'Atəşgah” Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. 8.Birinci instansiya məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2, 936.5, 1096, 1097, 1108.1, 1114.1, 1115-ci, “Sığorta haqqında” Qanunun 37-ci maddələri və keçirilmiş ekspert rəyi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli, 2(106)-813/2021 saylı qətnaməsi ilə (hakimlər N.Mirzəyev (sədrlik edən və məruzəçi), E.Camalov və Z.Babayev) apelyasiya şikayətləri təmin edilməmiş, Laçın Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, yüksək təhlükə mənbəyinin sahibi kimi Cavabdeh1 30.12.2017-ci il tarixdə idarə etdiyi digər Cavabdeh2 məxsus “Vaz 21093” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində Ağcabədi rayonunun Ağabəyli kəndi istiqamətində hərəkətdə olarkən yol hərəkəti qaydasını pozaraq piyada X3 ehtiyyatsızlıqdan vurmuş və nəticədə piyada X5 hadisə yerində vəfat etmişdir. Cavabdeh X6 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Yüksə k təhlükə mənbəyinin sahibi X6 törətdiyi hüquqazidd əməl (delikt) nəticəsində sığortaçıya, hazırkı iş üzrə iddiaçı təşkilata subroqasiya qaydasında onun verdiyi sığorta ödənişini, yəni iddia tələbinin predmeti olan 5000 manat sığorta haqqının ödənilməsini təmin etməyə borcludur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh1 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayətində işin faktik halları sadalanmış və əlavə olaraq bildirmişdir ki, onun maddi vəziyyəti pisdir. Kassasiya şikayəti verən günə qədər 700 manat ödəmişdir. Borcu hissə-his sə ödəyə bilər. Hər ay 300 manat ödəməklə qalan hissəni də bir il ərzində tam ödəyəcəkdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 14.Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 15.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına səlahiyyətli nümayəndəsinin və vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadı r. 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1 096.2). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri v ə ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesa b olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Mə cəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qət namə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

19. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün q ətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Belə ki, ilk olaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh sığorta hadisəsinin (yol-nəqliyyat hadisəsinin) baş verməsini, həmin hadisədə onun təqsirinin və subroqasiya qaydasında tələbin yaranması üçün əsaslarını mövcudluğunu nə apellyasiya, nə də ki, kassasiya şikayətlərində mübahisələndirməmişdir.

24. Cavabdehin etirazı həmin məbləğin birdəfəyə ödənilməsinədir və bunu maddi iqtidarsızlığı ilə əlaqələndirməklə, qalan hissəni hər ay 300 manat olmaqla ödəyəcəyini bildirir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəl illəri əslində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişməsinə əsas olan dəlillər deyildir. Cavabdeh qətnamə üzrə borcun hissə-hissə ödənilməsinə nail olmaq üçün Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsinə əsasən, qətnaməni çıxarmış məhkəməyə müraciət edərək, qətnamənin hissə-hissə icra olunması barədə qərardad çıxarılmasını xahiş edə bilər.

26. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPMnin 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(106)-813/2021 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar