Məhkəmə qərarları › İş №2(102)-558/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-558/2024

30.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-558/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi üzrə qüsurlu görülən işə görə dəymiş ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədova Mehparə Tofi qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4536/2023 saylı, 03 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 31 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı məxsus “X6 5 minik” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh MMC tərəfindən təmir edilmişdir. İddiaçının sifarişi əsasında cavabdehin tərtib etdiyi xx.xx.2018-ci il tarixli iş kartında göstərilən xidmətlər, istifadə olunan ehtiyat hissələri, xidmət haqqı və s. məlumatlar qeyd olunmuşdur.

2. İddiaçı bildirmişdir ki, cavabdeh, avtomobili düzgün təmir etmədiyinə görə maşının mühərriki yararsız vəziyyətə düşmüşdür. Bununla əlaqədar avtomobili yenidən təmir üçün cavabdehə təhvil vermiş, lakin cavabdeh avtomobili xx.xx.2020-ci ilədək özündə saxlasa da, onu təmir etməmiş və maşını mühərrik olmadan ona geri qaytarmışdır. Hazırda iddiaçı cavabdehin bu hərəkətləri nəticəsində düşdüyü zərərin əvəzini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən təmirə görə ödənilən 1.011 manat, maddi zərərin əvəzi kimi 10.000 manat, mənəvi ziyana görə 5000 manat, əldən çıxmış fayda kimi xx.xx.2019-cu il tarixdən bu günə qədər aylıq 1550 manat, ümumi olaraq 31.000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, habelə “X6 5 minik” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin cavabdehin vəsaiti hesabına təmir edilməsi və mühərrikin işlək vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini bel ə əsaslandırmışdır ki, o, “X6 5 minik” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. Avtomobilinin yağ nasosunda nasazlıq olduğu üçün təmir etmək məqsədi ilə cavabdehin göstərdiyi xidmətlərdən istifadə etmişdir. Cavabdeh müəssisə avtomobilin təmir olunduğunu bildirərək ona xx.xx.2018-ci il tarixli arayış təqdim etmişdir. Həmin arayışda qeyd olunur ki, guya avtomobilin уağ nasosu, kalenval şaybası, mühərrik yağı, hava filtri, antifrizi, transmissiya yağı, şpill ötürücüsü dəyişdirilmişdir. Lakin avtomobil ona təhvil verildikdən sonra mühərrik sistemində problemlər yaranmış və mühərrik yararsız vəziyyətə düşmüşdür. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Belə ki, cavabdeh avtomobilin yağ nasosunu və digər ehtiyat hissələri ni düzgün təmir etmədiyinə görə mühərrik yararsız vəziyyətə salınmışdır. Avtomobili yenidən onlara təqdim edərək təmir etmələrini və zərəri ödəməklərini tələb etmiş, lakin xx.xx.2020-ci il tarixə qədər avtomobil təmir edilməmiş və ona təqdim olunmamışdır. Artıq 2018-ci ilin noyabr ayından xx.xx.2020-ci il tarixə qədər avtomobil servisdə saxlanılmış və təmir edilmədən ona iş materialına əlavə olunmuş xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından da göründüyü kimi mühərriksiz olaraq təqdim edilmişdir. Göründüyü kimi cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, o, cavabdehə avtomobil təmiri üçün 1011 manat məbləğində pul ödəmişdir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2019-cu il tarixli ekspert rəyindən müəyyə n olunur ki, mübahisəli avtomobilin mühərrikinin təmir xərci 10 000 manat dəyərindədir. Bundan əlavə olaraq, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi ziyan dəymişdir. Belə ki, cavabdehin təqsirinə görə o aylardır öz mülkiyyətində olan əmlakdan istifadə edə bilmir, mülkiyyətindəki əmlakdan məhrum olmuşdur. Bu isə növbəsində onun əsəb sarsıntısı keçirməyinə əsas olmuşdur. Ona görə də hesab edir ki, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pul tutularaq ona ödənilməlidir. “Ertrans" MMC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən iddiaçı mübahisəli nəqliyyat vasitəsinə dair "xxxx" MMC-yə xidmət göstərməli idi. "xxxx" MMC isə bu xidmətlərin qarşılığında iddiaçıya hər ay 1550 manat məbləğində pul ödə məli idi. Lakin cavabdeh nəqliyyat vasitəsini iddiaçıya təhvil vermədiyinə görə həmin müqavilə icra edilməmiş, iddiaçı aylıq 1550 manat məbləğində pulu ala bilməmişdir. Ona görə də hesab edir ki, cavabdehdən əldən çıxmış fayda olaraq aylıq 1550 manat yəni 31.000 (otuz bir min) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir və bu müqavilə davamedici xarakter daşıyır. Belə ki, avtomobil ona təmir edilmədən təhvil verildiyini əsas gətirərək müqavilənin müddətinin bitdiyi tarixə qədər aylıq 1550 manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. Bundan başqa, mülkiyyətində olan “X6 5 minik" markalı 99 EH 33 dövlət qeydiyyat nişanlı avtomobilin mühərriki də təmir olunmuş və işlək vəziyyətdə Cavabdeh MMC-dən alınaraq İddiaçı qaytarılmalıdır.

3. Birinci instansiya məhkəməsind ə iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsində iştirak etmiş cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsinə qoşulmuş İnşaat Servisez MMC-nin iş kartı vardır. Həmin kartda qeyd olunur ki, görülən işlərə zəmanət verilmir. Çünki ehtiyyat hissələrini müştəri kənardan alıb gətirmişdir. İddiaçıya dəfələrlə deyilməsinə baxmayaraq avtomobili gəlib götürməmişdir.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş.Süleymanova) 2(009)496/2021saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilərək iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.

6. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi nin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia təmin olunmamalıdır.

7. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

8. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1, 1115-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 119, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra- apellyasiya instansiyası məhkəməsi) 04 avqust 2021-ci il tarixli, 2(103)5965/21 saylı qətnaməsi ilə (hakimlər-A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdi r.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq belə qənaətə gəlmişdir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat

13. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

14. Ali Məhkəmənin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiya məhkəməsi) 2(102)-254/2022 saylı, 26 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər – Z.Əliyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və A.Hüseynov) kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiya məhkəməsinin 2(103)-5965/202 1 saylı, 04 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya baxışına göndərilmişdir.

15. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı işdə məhkəmələr iddianın hüquqi əsası kimi qanundan irəli gələn öhdəliyi - mülki hüquq pozuntusunu nəzərdən keçirmiş, iddiaçının deliktin şərtlərini sübuta yetirə bilmədiyi qənaətinə gələrək iddianı rədd etmişlər.

16. Bununla belə, məhkəmələr tələbin digər qanuni əsaslarını yoxlamamış, həmin əsaslara görə iddia tələbinin haqlı olub-olmadığına qiymət verməmişlər. Halbuki, işin müəyyən edilmiş faktiki halları nəzərə alındıqda ilk növbədə yoxlanılmalı olan əsas tərəflər arasında müqavilə münasibətinin olub-olmaması, cavabdehin müqavilədən irəli gələn öhdəliklər üzrə iddiaçı qarşısında məsuliyyət daşıyıb- daşımamasıdır.

17. Belə ki, tərəflərin avtomobil təmirinə dair xidmət barədə razılaşmaları, bu razılıq çərçivəsində iddiaçının özünə məxsus avtomobili təmir olunması üçün cavabdehə təhvil verməsi, cavabdeh tərəfindən maşının bir neçə ehtiyyat hissəsi üzrə təmir işi görməsi və əşyanı iddiaçıya qaytarması, bundan sonra mühərrikdə yaranan nasazlıq səbəbindən avtomobilin yenidən cavabdehə təqdim olunması, nəticədə isə nəqliyyat vasitəsinin mühərriksiz iddiaçıya qaytarılması işin mübahisə olunmayan hallarıdır.

18. İddiaçı məhz bu münasibətlər çərçivəsində cavabdehin ona maddi zərər vurduğunu iddia edir. Cavabdeh isə maşında yaranan nasazlıqda özünün təqsirinin olmadığını bildirir.

19. Məlum olduğu kimi, podrat müqaviləsinə görə, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur

20. Odur ki, işə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən iddiaçı ilə cavabdeh arasında etibarlı bir müqavilə bağlanıb-bağlanmadığı, əgər müqavilə bağlanmışsa hansı əqd üzrə tərəflər üçün hansı öhdəliklərinin əmələ gəlməsi, bu öhdəliklərin yerinə yetirilib yetirilməməsi, o cümlədən cavabdehin göstərdiyi xidmətdə qüsur olub-olmaması, cavabdehin hərəkəti (və ya hərəkətsizliyi) ilə maşının mühərrikinin yararsız vəziyyətə düşməsi arasında səbəbli əlaqə, bu məsələd ə cavabdehin təqsiri və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallar tam və hərtərəfli şəkildə araşdırılmalıdır.

21. Bunun üçün tərəflərin bildirdikləri faktiki hallar üzrə işin mübahisəsiz və mübahisəli halları aydınlaşdırılmalı, mübahisəli halları sübut etmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü müəyyənləşdirilməli (§ 20), onlara dair təqdim olunan sübutlar yoxlanılmalı, tərəflərin vəsatəti əsasında zəruri olduqda mütəxəssis və ya ekspert rəyləri alınmalı (§ 21, 23), toplanmış sübutlar hüquq normalarına uyğun qiymətləndirilməklə (§ 22), cavabdehin iddiaçı qarşısında müqavilədən (və ya digər əsasdan) irəli gələn öhdəliyinin olub-olmamasına yekun hüquqi qiymət verilməlidir. ç). Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

22. İkinci apellysiya baxışı zamanı Azər baycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-254/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarındakı mövqeyə uyğun olaraq iş materiallarının 10-cu səhifəsindəki İş kartında qeyd edilmiş ehtiyat hissələri iddiaçının avtomobilinə quraşdırılarkən texniki qüsurlar və sair səbəbdən iddiaçının avtomobilinin mühərrikində nasazlıq yaranmasına səbəb olmasının mümkün olub olmamasının araşdırılması üçün 23 may 2022-ci il tarixlərdə və 25 iyul 2022-ci il tarixlərdə məhkəmə-mühəndis texniki ekspertizalar təyin olunmuşdur. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin müxtəlif, o cümlədən sonuncu 06 oktyabr 2022-ci il tarixli məktubu ilə Mərkəzdə nəqliyyat vasitələrinə ehtiyat hissələrinin quraşdırılması, ehtiyat hissələrinin keyfiyyətli olub-olmaması, ey ni zamanda quraşdırılma zamanı texniki qüsurlara yol verilibverilməməsi ilə bağlı məsələləri tədqiq edən ekspertiza növü və ixtisası nəzərdə tutulmadığından rəy verilməsi mümkün olmadığı bildirilmişdir.

23. Bundan sonra məhkəmə kollegiyası yuxarıda qeyd edilən sualların cavablandırılması üçün məhkəmə kollegiyasının iclasında mütəxəssisləri dindirmişdir.

24. Məhkəmə kollegiyasının iclasında mütəxəssis, "xxxx" QSC-də mühərrik ustası vəzifəsində işləyən X3 bildirmişdir ki, qeyd olunan avtomobildə yağ itkisi olmamış, usta səhvliyi olmamışdır. Avtomobilin mühərrik sistemində yaranan problemlər yağ çatışmazlığından olmuşdur.

25. Həmçinin, mütəxəssis, "xxxx" QSC-də mühərrik ustası vəzifəsində işləyən X2 bildirmişdir ki, avtomobildəki dirsəkli val mühərrikin yağ dövriyyəsinə təsir göstərib və tə zyiq aşağı düşüb. Dirsəkli valın qeyrioriginal olması avtomobilin yağ təzyiqinə təsir göstərmiş və bu da yağ itkisinə səbəb olmuşdur. Hesab edir ki, avtomobilin ehtiyyat hissəsi original deyil.

26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2858/22 saylı 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Babayev və Rəfael Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, tərəflərin avtomobil təmirinə dair xidmət barədə razılaşmaları, bu razılıq çərçivəsində iddiaçının özünə məxsus avtomobili təmir olunması üçün cavabdehə təhvil verməsi, cavabdeh tərəfindən maşının bir neçə ehtiyat hissəsi üzrə təmir işi görməsi və əşyanı iddiaçıya qaytarması, bundan sonra mühərrikdə yaranan nasazlıq səbəbindən avtomobilin yenidən cavabdehə təqdim olunması, nəticədə isə nəqliyyat vasitəsinin mühərriksiz iddiaçıya qaytarılması işin mübahisə olunmayan hallarıdır. İddiaçı məhz bu münasibətlər çərçivəsində cavabdehin ona maddi zərər vurduğunu iddia edir. Cavabdeh isə avtomobildə yaranan nasazlıqda özünün təqsirinin olmadığını bildirir.

28. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, avtomobildəki dirsəkli val mühərrikin yağ dövriyyəsinə təsir göstərib və təzyiq aşağı düşüb. Dirsəkli valın qeyri-original olması avtomobilin yağ təzyiqinə təsir göstərmiş və bu da yağ itkisinə səbəb olmuşdur. Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli, sifariş №İKNOV00205 iş kartında avtomobildəki dirsə kli val deyilən ehtiyat hissəsinin təmiri yaxud dəyişdirilməsi kimi xidmətin cavabdeh tərəfindən göstərilməsi nəzərdə tutulmamış, həmçinin belə xidmətin cavabdeh tərəfindən göstərilməsi iş materialları ilə müəyyən olunmur. Buna görə də, cavabdehin göstərdiyi xidmətdə qüsur olmamış, cavabdehin hərəkəti (və ya hərəkətsizliyi) ilə maşının mühərrikinin yararsız vəziyyətə düşməsi arasında səbəbli əlaqə mövcud deyil, bu məsələdə cavabdehin təqsiri yoxdur.

29. Məhkəmə öz möqveyini Mülki Məcəllənin 386.1, 752.1 və 765-ci maddələrinə istinad ilə əsaslandırmışdır. d) Kassasiya instansiya məhkəməsindəki ikinci icraat

30. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2858/2022 saylı iş üzrə 21 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qabul edilməsini xahiş etmişdir.

31. Ali Məhkəmənin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiya məhkəməsi) 2(102)-1285/2023 saylı, 26 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər – E.Vəliyeva (sədrlik edən və məruzəçi), Ə.Xıdırov və E.Şamayev) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2858/2022 saylı 21 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya baxışına göndərilmişdir.

32. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddiasının əsası, cavabdehin isə iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallara düzgün və müfəssəl hüququ qiymət verməyərək, iş üzrə müstəqil mütəxəssislər cəlb etməklə, həmin mütəxəssi slərin iştirakı ilə müvafiq ekspertizanın keçirilməsini təmin etməyərək, xüsusi bilik tələb edən işin xidmətin qüsurlarının mövcud olub-olmamasını, yaranan qüsurda kimi təqsirinin olduğunu ətraflı araşdırmayaraq, maddi və prossesual hüquq normalarının tələblərini pozmuşdur.

33. Halbuki işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. e) A pellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

34. Üçüncü apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin Qərarındakı mövqeyə uyğun olaraq şahidlər və mütəxəssislər yenidən dindirilmiş və qoyulan sualları cavablandırmışlar.

35. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4536/2023 saylı, 03 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), M.Rüstəmli və X.Mərdanova) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-496/2021saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək iki ay müddətində İddiaçı məxsus “X6 5 minik” markalı ** EH *** dövlət qeydiyya t nişanlı avtomobilin mühərriki Cavabdeh MMC tərəfindən öz vəsaiti hesabına təmir edilməsi və mühərrik işlək vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya qaytarılması, Cavabdeh MMC-dən mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında iddiaçıya məxsus avtomaşının təmiri ilə bağlı şifahi podrat müqaviləsi bağlanmışdır.

37. İddiaçı tərəf görülmüş işlərin keyfiyyətsiz və qüsurlu olduğunu, nəticədə avtomaşının mühərrikinin cavabdehin təqsirindən yararsız hala düşdüyünü, cavabdeh tərəf isə bu qüsurun onun təqsirindən qaynaqlanmadığını, dəyişdirilən hissənin (dirsəkli valın içliyi – rus dilində “vkladış kolenvala”) iddiaçı tərəfindən təqd im edildiyini, həmin hissənin orijinal ehtiyat hissəsi olmadığına görə görülən işlərə zəmanət vermədiyini göstərmişdir.

38. Hər iki tərəf etiraf edir ki, mühərrikin sıradan çıxması dirsəkli valın 3 və 4-cü dirsəklərində yağlamanın getməməsi ilə bağlı olmuşdur.

39. İddiaçı tərəf bildirir ki, dirsəkli valın 3 və 4-cü dirsəklərində yağlamanın getməməsi cavabdehin mühərrikə keyfiyyətsiz yağ nasosu quraşdırmasından, cavabdeh tərəf isə bildirir ki, iddiaçının özünün təqdim etdiyi “içliyin” keyfiyyətsiz olmasından baş vermişdir.

40. Beləliklə, işin mübahisəli halı mühərrikin dağılmasına gətirib çıxaran qüsurla bağlıdır: cavabdehin keyfiyyətsiz yağ nasosu quraşdırması və ya iddiaçının keyfiyyətsiz “içlik” təqdim etməsi.

41. İddiaçı tərəf bildirir ki, mühərrikin təmiri ilə bağlı cavabdehə “içlik” t əqdim etməmiş və onlara ümumiyyətlə “içliyin” dəyişdirilməsi barədə məlumat verilməmişdir, onlar yalnız turbo və porşen üzükləri təqdim etmişlər ki, hazırki halda da mühərrikin dağılmasına həmin ehtiyat hissələrinin aidiyyəti yoxdur.

42. Cavabdeh tərəf isə israrla mühərriki məhz keyfiyyətsiz “içlik” səbəbindən dağıldığını və həmin ehtiyat hissəsinin də iddiaçı tərəfin təqdim etdiyini, buna görə də hətta zəmanət vermədiklərini bildirir.

43. Məhkəmə kollegiyası ilk növbədə cavabdehin məhz ehtiyat hissəsinin iddiaçı tərəfindən təqdim edildiyindən zəmanət vermədikləri barədə bildirdiklərinə münasibətdə qeyd etmişdir ki, zəmanət dedikdə subyekt hər hansı öhdəliklərə və ya bir şeyin keyfiyyət və xüsusiyyətlərinə görə müəyyən məsuliyyət (öhdəlik) elan edir və öz üzərinə götürür. Zəmanət hər hansı hazır və ya təmir olunmuş əşyada (görülmüş işdə) müəyyən müddət daxilində yaranacaq hər hansı nasazlığın əvəzsiz olaraq aradan qaldırılmasını ehtiva edir. Hazırda cavabdehin istinad etdiyi hal zəmanətə aid olan hal deyildir, sonuncu tərəfindən keyfiyyətli, yəni qüsursuz iş təhvil verilməmişdir.

44. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əgər cavabdehin iddia etdiyi kimi iddiaçı tərəfindən keyfiyyətsiz ehtiyat hissəsi (“içlik”) verilmişdirsə, bu halda o, iddiaçını xəbərdar edə bilərdi və həmin ehtiyat hissəsindən istifadə etməkdən imtina edə bilərdi. Lakin cavabdeh tərəfindən hər hansı xəbərdarlıq edilməsi və ya həmin ehtiyat hissəsini istifadə etməkdən imtina edilməsi müəyyən edilməmişdir.

45. Belə olan halda mühərrikin məhz keyfiyyətsiz “içlik” səbəbindən dağılmasını və həmin ehtiyat hiss əsinin də sifarişçi olan iddiaçı tərəfindən təqdim olunmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh tərəfindən isə bununla bağlı hər hansı sübut təqdim edilməmişdir.

46. İş materiallarında olan “İş kartında” istifadə olunan ehtiyat hissələri sırasında “içliyin” dəyişilməsi ümumiyyətlə öz əksini tapmamışdır. Həmçinin istifadə olunan ehtiyat hissələrindən hər hansı birinin sifarişçi tərəfindən təqdim edilməsi də “iş kartında” göstərilməmişdir.

47. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, mühərrikin sıradan çıxması cavabdeh tərəfindən işin qüsurlu görməsi nəticəsində baş vermişdir. Bu zaman işin özünün qüsurlu görülməsinin və ya istifadə olunmuş ehtiyat hissələrinin keyfiyyətsiz olmasının heç bir əhəmiyyəti yoxdur, çünki mühərrikin sıradan çıxmasına gətirib çıxaran ehtiyat hissələri cavabdehin özü tərəfindən təqdim olunaraq quraşdırılmışdır. Cavabdeh “X6 5 minik” markalı avtomobilin yeganə rəsmi idxalçısı olmaqla yanaşı həm də həmin avtomobillərə ixtisaslaşmış serviz xidməti göstərən şəxsdir və təqdim etdiyi xidmətlərə görə də məsuliyyət daşıyır.

48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçının tələbi qismən əsaslıdır, cavabdeh keyfiyyətsiz ehtiyat hissəsindən istifadə etməklə qüsurlu iş görmüş, bunun nəticəsində iddiaçıya məxsus avtomobilin mühərriki sıradan çıxmış və ona ziyan vurulmuşdur.

49. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıya məxsus avtomobilin mühərriki cavabdehin vəsaiti hesabına təmir edilməli və mühərrik işlək vəziyyətdə cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır, belə ki, qeyd olunduğu kim i, cavabdeh həmin avtomobillər üzrə yeganə ixtisalaşmış serviz xidməti göstərən şəxsdir və mühərrikin məhz həmin servizdə təmir olunması daha məntiqli və ağlabatandır.

50. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, MPM-nin 223-cü maddəsində göstərilən tələblərə uyğun olaraq, mühərrikin təmir edilib iddiaçıya təhvil verilməsi üçün iki ay müddət müəyyən olunmalıdır, çünki həmin müddət göstərilən işlərin görülməsi üçün ağlabatan hesab edilir.

51. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin əldən çıxmış faydaya aid hissəsində isə iddia tələbini əsassız hesab edərək qeyd etmişdir ki, avtomobildə yaranan nasazlıqla bağlı iddiaçı ilə cavabdeh arasında münasibətlər 2018-ci ildən yaranmışdır. İddiaçının əldən çıxmış fayda tələb etməsinə əsaslandığı "xxxx" MMC ilə müqavilə isə xx.xx.2019- cu il tarixdə bağlanmışdır. Həmçinin şahid qismində dindirilmiş mübahisəli avtomobilin faktiki sahibi olan Elsevər Abbasov ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixli aktla avtomobili mühərriksiz təhvil aldıqdan sonra ona “Mercedes” mühərriki qoyub işlədir. Yəni, avtomobil göstərilən vaxtdan işlək vəziyyətdə olmuşdur.

52. İddiaçı həmçinin mənəvi ziyana görə 5000 manat məbləğində pulun tutulmasını cavabdehdən tələb etmişdir. 53. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməs inin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.

54. Göründüyü kimi, şəxsə mənəvi zərərin vurulması, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hər əkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozulmalarda) ifadə oluna bilər və iddiaçı mənəvi ziyanın mövcudluğunu sübut etmək yükünü daşımır.

55. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının mənəvi istirab və sarsıntı keçirməsi, yəni mənəvi ziyan çəkməsi mübahisə doğurmur.

56. Ona görə də məhkəmə kollegiyası iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq yuxarıda qeyd olunanlara əsasən iddiaçının tələb etdiyi həddə mənəvi zərərin tutulmasını ağlabatan və ədalətli hesab etməyib, bu məqsədlə iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 2000 manat məbləğində pulun tutulmasının yetərli olması qənaətinə gəlmişdir.

57. Qalan hissədə isə iddianı əsassız sayan mə hkəmə kollegiya qeyd etmişdir ki, iddiaçı bir neçə alternativ tələb irəli sürməklə, həm mühərrikin təmirinə görə ödədiyi 1011 manatı, həm qeyri mötəbər və əsaslandırılmayan mütəxəssis rəyinə istinadda mühərrikin təmiri üçün 10000 manatı, həm də mühərrikin cavabdeh tərəfindən təmir edələrək ona təhvil verilməsini tələb etmişdir. Göründüyü kimi, göstərilən tələblər alternativ olmaqla birbirini inkar edir, yəni mühərrikin təmir edilməsi tələbinin təmin edilməsi onun daha əvvəl təmiri üçün ödənilmiş vəsaitin və ya gələcəkdə təmiri üçün tələb olunan xərcin də tutulmasını mümkünsüz edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

58. Cavabdeh MMC (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)4536/202 3 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv edərək iddia tələblərinin təmin olunmaması barədə yeni qərar və ya qətnamənin ləğv edilməsi və yenidən işə baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

59. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırmasına baxdıqda görürük ki, kassasiya məhkəməsinin qərarında əks olunmuş göstərişləri apellyasiya məhkəməsi tərəfindən yenidən işə baxılan zaman nəzərə alınmamışdır. Nəticə etibarı ilə apellyasiya məhkəməsi işin həlli üçün əhəmiyyət kəsb edən hallarını tam, hərtərəfli və obyektiv olaraq araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edə bilməmişdir.Hesab edir ki, məhkəmə necə və hansı sübutlara əsasən cavabdehin işi qüsurlu görməsi qənaətinə gəlmişdir? İş materiallarını nəzərdən keçirdikdə görürük ki, cavabdeh tərəfindən görülən işin qüsurlu olmasını təsdiq edən hər hansı sübutlar mövcud deyildir. Cavabdeh tərəfindən işin qüsurlu olması sübut olunmamışdır, işin özünün qüsurlu görülməsinin və ya istifadə olunmuş ehtiyat hissələrinin keyfiyyətsiz olmasının heç bir əhəmiyyəti olmadığını qeyd etməklə məhkəmə nə demək istəmiş başa düşülən deyildir. Həmçinin mühərrikin sıradan çıxmasına gətirib çıxaran ehtiyat hissələri cavabdeh özü tərəfindən təqdim olunduğunu qeyd edən məhkəmə haradan bu qənaətə gəlmişdir, o da sual doğurur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

60. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur. Etiraza kassasiya şikayətinin təmin edilməməsi, qətnamənin də yişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

61. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

62. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

63. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

64. Maddə 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xə rclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər.

65. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.

66. Maddə 764.2. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər.

67. Maddə

765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

68. Maddə

767. Ə gər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır. Podratçı sifarişçinin materiallarından yanlış istifadə üçün məsuliyyət daşıyır. Podratçı materialların işlədilməsi haqqında sifarişçiyə hesabat verməyə və qalan materialı ona qaytarmağa borcludur.

69. Maddə 768.1. Podratçı aşağıdakı hallarda sifarişçini vaxtında xəbərdar etməyə borcludur: sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda;sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda;podratçıdan asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hər hansı başqa hallar olduqda.

70. Maddə 768.2. Əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz mater ialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçı müqavilədən imtina edə bilər və bununla vurulan zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

71. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

72. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

73. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hall arına uyğun olmamasına istinad etməyə yol verilmir.

74. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

75. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

76. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yo xlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

77. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

78. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

79. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qət namənin ləğv edilməsi üçün əsas təşkil etmir.

81. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

82. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4536/2023 saylı, 03 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar