Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5591/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Nümayəndə və Cavabdeh vəkili Vəkil1 Ramiz oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-2217/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim S.Cəfərov) xx.xx.2019-cu il tar ixli, 2(006)5273/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilərək, 413.870 ABŞ dolları məbləğində borcun ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Mərdanova, E.Həsənov, F.Babayev) xx.xx.2020-ci il tarixli, 2(103)-2217/2020 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməmiş, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)5273/2019 nömrəli qətnaməsinin qismən təmin edilərək, iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı i ş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.327.322 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Nümayəndə kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi ilk növbədə cavabdehin özünün etiraf edici izahatlarını nəzərə almamış, iş materiallarında olan digər sübutlara diqqət yetirməmiş, habelə işin tam, obyektiv və hərtərəfli araşdırılmasını təmin etməmişdir. Apelyasiya instansiyası mə hkəməsinin qətnaməsinə əsasən (səh.3, abz.3) məhkəmə müəyyən etmişdir ki, “AR DİN-nin Baş İstintaq və X4 cinayətlərin istintaqı şöbəsinin müstəntiqi, polis kapitanı X1 xx.xx.2018-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında qərarından görünür ki, həmin iş cinayət işi materiallarının araşdırılması zamanı şahid qismində dindirilmiş Cavabdeh İddiaçı 413.870 ABŞ dolları borcu olduğunu etiraf etmişdir.... ” Beləliklə, apellyasiya instansiyası məhkəməsi, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Cavabdeh öz ifadələrində İddiaçı 413.870 ABŞ dolları borcu olduğunu etiraf etdiyini müəyyən etsə də, iddianı bu hissədə heç bir əsas göstərmədən rədd etmişdir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsində (səh.3, abz.10) məhkəmə hesab et mişdir ki, “hazırkı mübahisə üzrə məhkəməyə təqdim edilmiş cinayət işinin rədd olunması barədə xx.xx.2018-ci il tarixli qərar AR MPM-nin 82-ci maddəsinin tələbləri dairəsinə daxil olmadığından, yəni qanuni qüvvəsini almış məhkəmə aktı olmadığından, sübut qismində qiymətləndirilə bilməz....” Apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddia tərəfi sübut kimi məhkəməyə AR DİN-nin xx.xx.2018-ci il tarixli qərarını deyil, cavabdehin həmin qərarda əks olunan və DİN-də dindirmə və üzləşdirmə zamanı cavabdehin özünün imzası ilə təsdiq edilən şahid qismində vermiş olduğu ifadələrini sübut kimi təqdim etmişdir. Başqa sözlərlə müstəntiqin qərarı deyil, şahidin öz imzası ilə təsdiq etdiyi və müstəntiqin rəsmiləşdirdiyi şahid ifadələri Azərbaycan Respublikası MPM-nin 89-cu maddəsinin tələb ləri rəhbər tutulmaqla iş üzrə yazılı sübut kimi təqdim edilmişdir. Apelyasiya məhkəməsi iddia tələbinin digər hissəsində də ümumiyyətlə heç bir araşdırma aparmamış, iş üzrə mühüm əhəmiyyətə malik olan şahid ifadələrinə, iş materiallarında olan bir sıra sənədlərə heç bir diqqət yetirməmişdir. Apelyasiya məhkəməsi nəzərə almamışdır ki, şahid ifadələrinə və digər sübutlara əsasən İddiaçı öz vəsaiti hesabına dəyirmanda tikilmiş yem sexi, orada quraşdırılmış buğda çəni və elevator qülləsinə sərf olunmuş vəsaitlər cavabdeh tərəfindən ona qaytarılmamışdır. Həmin vəsaitlərin qaytarılması ilə bağlı cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə iclası zamanı sübutlara baxış keçirilməsi və sübutların təqdim edilməsinə dair şifahi və yazılı vəsatətlərin verilməsinə baxmayar aq, apelyasiya instansiyası məhkəməsi dəyirmanda tikilmiş yem sexi, orada quraşdırılmış buğda çəni və elevator qülləsinə baxış keçirilməsi üçün tədbirlər görməmiş, sübutlar təqdim edilməsi üçün iddia tərəfinə lazımi şərait yaratmamış, ekspertizalar təyin etməmişdir. Halbuki, iddia ərizəsində irəli sürülən tələblər kifayət qədər əsaslandırılmış və iddia tələblərinin əsaslı və qanuni olmasını təsdiq edən bütün zəruri sübutların mövcud olduğu, əvvəllər mübahisəli dəyirmanla əlaqədar məhkəmə araşdırmalarının olması məhkəməyə bildirilmişdir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi sübutları düzgün qiymətləndirməmiş, prosessual qanunvericiliyin tələblərini pozaraq, cavabdehin etirafedici ifadələrini sübut kimi nəzərə almamış, öhdəliklə bağlı Mülki Məcəllənin 385.1, 386.1 və digər maddələrin i düzgün tətbiq etməmiş, bununla da həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Göstərilənlərə əsasən onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-2217/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı v əkili Nümayəndə kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil1 Ramiz oğlu kasasiya şikayətinə etiraz edərək məhkəmədən şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-2217/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kasasiya i nstansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kasasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İddianın rədd edilməsi qənaətinə gələn apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası DİN Baş İstintaq və X4 cinayətlərin istintaqı şöbəsinin müstəntiqi, polis kapitanı X1 xx.xx.2018-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işinin icra atına xitam verilməsi haqqında qərarından görünür ki, həmin iş cinayət işi materiallarının araşdırılması zamanı şahid qismində dindirilmiş Cavabdeh İddiaçı 413.870 ABŞ dolları borcu olduğunu etiraf etmişdir. Həmin borcun 150.000 ABŞ dolları hissəsini sürücüsü vasitəsilə göndərərək ödədiyini bildirsə də, 150.000 ABŞ dolları borcu ödədiyinə dair mötəbər sübutlar təqdim etməmişdir. Buna baxmayaraq həmin qərarda göstərilmişdir ki, həmin pul vəsaiti onların sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmuş və aralarında borc münasibətləri olmamışdır. Apelyasiya kollegiyası qeyd etmişdir ki, hazırkı mübahisə üzrə məhkəməyə təqdim edilmiş cinayət işinin rədd olunması barədə xx.xx.2018-ci il tarixli qərar Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 82-ci maddəsinin tələbləri dairəsinə daxil olmad ığından, yəni qanuni qüvvəsini almış məhkəmə aktı olmadığından, sübut qismində qiymətləndirilə bilməz. İddiaçı isə əsaslandırdığı halları təsdiq edən hər hansı digər sübutu məhkəməyə təqdim etməmişdir. Görüdüyü kimi, cavabdehin iddiaçıya borcunun olması iş materialları ilə sübuta yetirilməmiş və iddiaçı istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Bu səbəbdən apelyasiya kollegiyası iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Kasasiya kollegiyası apellyasiya kollegiyasının mövqeyi ilə razılaşmayaraq bildirir ki, apelyasiya kollegiyası təqdim edilmiş xx.xx.2018-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında qərarının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələbləri dairəsinə daxil olmadığından sübut kimi qiymətləndirilə bilməməsinə, iddiaçının tələbini əsaslandırdığı hallarla bağlı sübut təqdim edə bilməməsinə istinad etsə də, apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddia tərəfi sübut kimi məhkəməyə AR DİN-nin xx.xx.2018-ci il tarixli qərarını deyil, cavabdehin həmin qərarda əks olunan və şahid qismində vermiş olduğu ifadəsinə sübut kimi istinad etmişdir. Belə ki, iş materiallarında olan AR DİN-nin xx.xx.2018-ci il tarixli qərarında öz əksini tapmış Cavabdeh ifadəsindən (səh 18) görünür ki, Cavabdeh bildirmişdir ki, “İddiaçı mənə 2017-ci ilin may ayına qədər 413870 ABŞ dolları vermişdir. Həmin pulun 300000 ABŞ dolları meyvə biznesi ilə əlaqədar Aslana 2011-ci il tarixdə verdiyi pul imiş. Qalan 113870 ABŞ dolları isə 2015-2017-ci illər ərzində ona məxsus Şəmkir rayonu Dəllər kəndində yerləşən işlətdiyi dəyirmandan gələn gəlir kimi vermişdir. Aslan X3 850000 manat borcla bağlı ona heç nə ödəməmişdir. Aslan yalan danışır. Aslanın ona ödədiyi 413870 ABŞ dollarının 150000 ABŞ dollarını sürücüsü vasitəsi ilə göndərərək ödəmişdir”. Bu halda cavabdehin xx.xx.2018-ci il tarixli qərar qəbul edilərkən şahid qismində vermiş olduğu ifadəsi sübut kimi araşdırılmalı və digər sübutlarla yanaşı qiymətləndirilməli idi. Bununla yanaşı, iddiaçının dəyirmanda tikilmiş yem sexi, orada quraşdırılmış buğda çəni və elevator qülləsinə sərf olunmuş vəsaitlə bağlı da heç bir instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırması həyata keçirilməmiş, apelyasiya məhkəməsi iddia tələbinin bu hissəsi üzrə iddiaçının apelyasiya şikayətinin dəlillərinə də hər hansı münasibət bildirməmişdi r. Göründüyü kimi, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli, tərəflər arasında mövcud olmuş münasibətlərə uyğun araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına, apelyasiya şikayətlərinin dəlillərinə və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikası na qarşı iş üzrə 2005ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Qeyd edilməlidir ki, ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərdə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, pr osessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci madd əsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin kasasiya şikayətində göstərilmiş və iş materialları üzrə tərəflər arasında mövcud olmuş münasibətlərin hallarının tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-2217/2020 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi M ülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)2217/2020 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən apelyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5591/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5591/2020
17.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver