Məhkəmə qərarları › İş №2(102)-5593/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5593/2022

28.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5593/2022 28.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: dövlət əmlakının özəlləşdirilməsi, inzibati aktlar, icarə və alqı-satqı müqavilələrinin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “müqavilələrin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4948/2022 nömrəli, 22 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 28 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən 94.9 kvm qeyri-yaşayış sahəsi İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətindədir.

2. Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2012-ci il tarixli məktubu ilə həmin ünvanın zirzəmisində yerləşən 38 kv.metrlik qeyri-yaşayış sahəsinin X2 icarəyə verilməsinə və özəlləşdirilməsinə etiraz edilməmişdir.

3. X4 xx.xx.2014-cü il tarixli ərizə ilə Nərim anov rayon İcra Hakimiyyətinə müraciət edərək razılıq məktubunun iddiaçının adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. 4. xx.xx.2018-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən həmin ünvanın zirzəmisində yerləşən 36,3 kv.m qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh1 6 ay müddətinə icarəyə verilmişdir. 5. xx.xx.2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh1 8.500 manata satılmışdır.

6. Alqı-satqı müqaviləsinin əsasında qeyri-yaşayış sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və reyestrdən çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icra at

7. İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən ona məxsus 94.9 kv.m qeyri-yaşayış sahəsinin altında yerləşən ümumi sahəsi 38 (36.3) kv.m olan zirzəmi sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 Fariz oğlu arasında bağlanmış 11 yanvar 2018-ci il tarixli «Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında» 10004 nömrəli icarə müqaviləsinin, eyni tərəflər arasında bağlanmış «İcarəyə verilmiş əmlakın» xx.xx.2018-ci il tarixli 6855 nömrəli alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh1 Fariz oğlunun adına həmin zirzəmi sahəsinə dair daşınmaz əmlakın dö vlət reyestrində xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında Cavabdeh1 Fariz oğlunun adına verilmiş RX seriyalı, № ******* saylı çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mülkiyyətində olan qeyri-yaşayış sahəsinin zirzəmisində yerləşən mübahisəli qeyri-yaşayış sahəsi Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmuş və X1 istifadəsinə verilmişdir. X4 xx.xx.2014-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş və həmin qeyri-yaşayış sahəsinə dair Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 71-8 saylı, xx.xx.2012-ci il tarixli razılıq məktubunun iddiaçının adına keçirilm əsinə etiraz etmədiyini bildirmişdir. Göstərilən tarixdən etibarən qeyri-yaşayış sahəsi onun istifadə və sahibliyində olmuşdur. İddiaçı hazırda ərazidə tikinti-quraşdırma işləri aparan tikinti şirkəti ilə danışıqlar apararkən onun istifadəsində olan qeyri-yaşayış sahəsinin Cavabdeh1 Fariz oğlunun mülkiyyətində olduğunu və onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildiyini öyrənmişdir.

9. Birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X5 verdiyi izahatında iddia tələbini qəbul etməyərək, qeyri-yaşayış sahəsinin icra hakimiyyətinin qərarı əsasında Cavabdeh1 satıldığını bildirmiş və qeyd etmişdir ki, qeyri-yaşayış sahəsinin özəlləşdirilm əsi zamanı hər hansı hüquq pozuntusuna yol verilməmişdir.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 dekabr 2021-ci il tarixli, 2(005)-2459/2021 nömrəli qətnaməsi ilə (hakim: A.N.Novruzova) iddia təmin edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, çoxmənzilli binanın zirzəmisi mənzil fonduna daxildir və binanın kommunikasıya xətlərinin keçdiyi texniki xidmət sahəsi olmaqla ümumi paylı mülkiyyət hüququ ilə binanın tərkib hissəsinin mülkiyyətçilərinə mənsubdur; mənzil fondunun icarəyə verilməsi, yaxud özəlləşdirilməsi isə Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətinə aid edilməmişdir.

12. Məhkəmə iddiaçı tərəfindən sübut kimi təqdim edilmiş "xxxx" MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən müəyyən etmişdir ki, ünvan 2 ünvanında binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin istifadəçisi qismində iddiaçının göstərilməsi, qeyri-yaşayış sahəsinin Cavabdeh1 deyil, iddiaçıdan təhvil alınması Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 Fariz oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 6855 №-li icarəyə verilmiş əmlakın alqı-satqısı barədə müqavilənin formal xarakterli olduğunu və həmin müqavilə əsasında verilmiş çıxarışın əsassız olduğunu sübuta yetirir.

13. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 227, 337 və 339-cu maddələrinə, “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 sentyabr 1997-ci il tarixli, 629 nömrəli Fərmanına, «Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanununun 8.1-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.4-cü bəndinə, “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2.1-ci bəndinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyas iya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsi özəlləşdirilərkən Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında və dövlət mülkiyyətində olmuşdur. Adı çəkilən təşkilatlar xx.xx.2018-ci il tarixli, Ə-57 nömrəli məktubla Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edərək göstərilən qeyri-yaşayış sahəsinin boş və istifadəsiz olduğunu və həmin qeyri-yaşayış sahəsinin Cavabdeh1 icarəyə verilməsinə və özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. Komitə tərəfindən “İcarə haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 629 nömrəli, xx.xx.1997-ci il tarixli F ərmanına uyğun olaraq, həmin sahənin Cavabdeh1 icarəsinə verilməsi barədə xx.xx.2018-ci il tarixli, 05 nömrəli sərəncam verilmiş və onun əsasında xx.xx.2018-ci il tarixli, 10004 nömrəli icarə müqaviləsi bağlanmışdır. Sözügedən qeyriyaşayış sahəsinin özəlləşdirilməsi barədə Komitə tərəfindən xx.xx.2018-ci il tarixli, 19 nömrəli sərəncam verilmiş və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icarəçi Cavabdeh1 ilə Komitə arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 6855 nömrəli alqı-satqı müqaviləsi əsasında özəlləşdirilmişdir. Komitə tərəfindən icarəyə verilmiş əmlak 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 gün ərzində əmlakın dəyəri ni ödəyir. Göründüyü kimi qeyd edilən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə əlaqədar dövlət əmlakını özəlləşdirilməsinə dair qanunvericiliyin hər hansı normalarının pozulmasına Komitə tərəfindən yol verilməmişdir. Və iddiaçının həmin qeyri-yaşayış sahəsi üzərində hər hansı hüququ mövcud olmamışdır. Həmçinin qeyd olunmuşdur ki, məhkəmə qətnaməsində Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmə iclası barədə xəbərdar edilməsi barədə heç bir sübut olmadan əsassız olaraq məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərin lazımi qaydada xəbərdar edildiyi qeyd edilmişdir. Şikayətdə, həmçinin qeyd olunmuşdur ki, mübahisəli əmlakın özəlləşdirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati akt olan sərəncamı əsasında həyata keçirilmiş və həmin inzibati akt qüvvədə qaldığı təqdirdə onun ə sasında həyata keçirilmiş özəlləşmənin nəticələrinin etibarsız hesab edilməsi tələbi irəli sürülə bilməzdi. İddiaçı ilkin olaraq inzibati aktın mübahisələndirilməsi ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət edə, inzibati akt ləğv olunduğu təqdirdə onun nəticəsi olan hərrac protokolunun və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsızlığı ilə bağlı iddia ilə ümumi məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçı özəlləşməyə əsas olmuş inzibati akt ləğv olunmadan həmin inzibati aktın nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı iddia irəli sürmüşdür ki, belə bir tələb də təmin edilə bilməzdi.

16. Qətnamədən, həmçinin Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyas iya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə müvafiq subyektiv hüquqa malik olmamışdır. Belə ki, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi 4 ünvanında 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 94.9 kv.m olan qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olması həmin ünvandakı mübahisəli sahənin iddiaçıya icarəyə və mülkiyyətinə verilməsi anlamını vermir. Nərimanov Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmuş mübahisəli qeyri-yaşayış sahəsinin X2 verilməsinə dair Birliyinin 71-8 saylı, xx.xx.2012-ci il tarixli razılıq məktubu və X1 həmin məktubun iddiaçının adına keçirilməsinə etiraz etmədiyi barədə Nərimanov Rayon İcra Hakimiyyətinə verdiyi xx.xx.2014-cü il tarixli ərizə, o cümlədən də ü nvan 2 ünvanında binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin istifadəçisi qismində iddiaçının adının göstərildiyi, onunla "xxxx" MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə qanunda nəzərdə tutulmuş icarə müqaviləsi deyildir. Mübahisəli qeyri-yaşayış sahəsi qanunla müəyyən edilmiş müqavilə əsasında X2, istərsə də İddiaçı və ya "xxxx" MTK-ya icarəyə verilməmişdir. Həmin şəxslərin sözü gedən qeyri-yaşayış sahəsi üzərində sərəncam, istifadə və mülkiyyət hüquqları yoxdur. Bundan başqa, məhkəmənin gətirdiyi dəlillər bir-biri ilə ziddiyyət təşkil edir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 22 iyul 2022-ci il tarixli, 2(103)-4948/2022 saylı qətnaməsi ilə (hakimlər N.Cəfərov - sədrlik edən və məruzəçi, E.Mehdiy ev və X.Sarıyev) Cavabdeh1 apellyasiya şikayəti təmin olunmamış, cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iddia rədd olunmuşdur.

19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı həmin müqavilələri mübahisələndirmək səlahiyyətinə malik deyil, çünki qeyri-yaşayış sahəsi üzərində onun hər hansı hüququ və qanuni mənafeyi mövcud deyil. Mövcud olmayan hüququn və ya qanuni mənafenin pozulması mümkün deyil.

20. Məhkəmə ilk olaraq qeyd etmişdir ki, qeyri-yaşayış sahəsinə münasibətdə iddiaçının adına heç bir hüquq müəyyənedici sənəd yoxdur. İddiaçı başqa bir fiziki şəxsin – X3 Rayon İcra Hakimiyyətinə yazdığı xx.xx.2014-cü il tarixli ərizəyə istinad edir. Bu ərizədə həmin şəxs qeyd edib k i, qeyri-yaşayış sahəsinin ona verilməsinə dair icra hakimiyyətinin razılıq məktubunun iddiaçının adına keçirilməsinə etiraz etmir. Lakin qanunvericiliyə görə belə ərizə hüquq müəyyənedici sənəd sayılmır. Mülki Məcəllənin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

21. Daha sonra qeyd olunmuşdur ki, qeyri-yaşayış sahəsinin (binanın zirzəmisinin) iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin (binanın 1-ci mərtəbəsinin) altında yerləşməsi faktı öz-özlüyündə iddiaçının həmin qeyri-yaşayış sahəsinə hüququnun və ya qanuni mənafeyinin olduğunu təsdiq e tmir. Nəzərə alınmalıdır ki, iddiaçının özünün mülkiyyətində olan qeyri-yaşayış sahəsi (binanın 1-ci mərtəbəsi) də başqasının mülkiyyətində olan mənzilin (binanın 2-ci mərtəbəsinin) altında yerləşir. Belə halda, eyni məntiqlə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə də yuxarı mərtəbədə yerləşən mənzilin mülkiyyətçisinin hüququ və ya qanuni mənafeyi olmalıdır.

22. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia edir ki, qeyri-yaşayış sahəsi (zirzəmi) onun faktiki istifadəsində olub. Bu fakt həqiqi olub-olmadığından asılı olmayaraq qeyri-yaşayış sahəsinə iddiaçının hüququnun və ya qanuni mənafeyinin olduğunu təsdiq etmir. Qanunvericilikdə belə fakt (faktiki istifadə) daşınmaz əşyaya hüququn və ya qanuni mənafenin yaranmasının əsası kimi nəzərdə tutulmayıb. Bundan başqa, qeyri-ya şayış sahəsindən faktiki istifadə o mənanı verir ki, iddiaçı hüquqi əsas olmadan və heç bir əvəz ödəmədən ona aid olmayan daşınmaz əşyanın faydalı təbii xassələrini hasil edib. Ölkədə başqaları tərəfindən hüquqi əsas olmadan faktiki istifadə edilən çoxlu sayda daşınmaz əşyalar (torpaq sahəsi, tikili və s.) mövcuddur. Əgər faktiki istifadənin hüquq və ya qanuni mənafe yaratdığı qəbul olunarsa, belə halda həmin şəxslərin də istifadələrində olan əşyalara hüququnun və ya qanuni mənafeyinin yarandığı qəbul olunmalıdır.

23. İddiaçı iddia edir ki, zirzəmi - çoxmənzilli binanın ümumi əmlakı kimi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə məxsusdur. Özü həmin binada qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olduğuna görə hesab edir ki, zirzəmi paylı mülkiyyət hüququ ilə həm də ona məxsusdur. O, bunun hüquqi əsası kimi Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin göstərişinə istinad edir. Bu, yanlış mövqedir. Belə ki, Mənzil Məcəlləsinin 35.1-ci maddəsində “zirzəmilər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur” deyiləndə yaşayış sahəsinin mülkiyyətçiləri nəzərdə tutulur, çünki zirzəmi mənzil hüququnun həyata keçirilməsini təmin edir. Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə görə yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin binada iddiaçının yaşayış sahəsi olmadığına görə mənzil hüququ yoxdur, müvafiq olaraq, binanın zirzəmisinə paylı mülkiyyət hüququ da yoxdur. Ümumiyyətlə, Mənzil Məcəlləsində müəyyən olunmuş normalar hazırkı mübahisəyə tətbiq edilə bilməz, çünki iddiaçının mənzil hüququ yoxdur. Mənzil Məcəlləsinin 1.1-ci maddəsin in göstərişi də bunu təsdiq edir. Yuxarıda qeyd olunan izah Mülki Məcəllənin 227.1-ci maddəsinə də aiddir, yəni normada “yaşayış binasının tərkib hissəsi mülkiyyətçiləri” deyildikdə yaşayış sahəsinin mülkiyyətçiləri nəzərdə tutulur. Maddədə istifadə olunan “yaşayış binası” və “mənzilə xidmət edən” kimi ifadələr onu təsdiq edir ki, bu qayda ilə binada yaşayan şəxslərin mənafeləri müdafiə olunur. İddiaçı yaşayış binasında yaşayış sahəsinin mülkiyyətçisi deyil, o, qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir, odur ki, yaşayış binasının zirzəmisinə paylı mülkiyyət hüququ yoxdur. Beləliklə, iddiaçı qeyri-yaşayış sahəsinə (binanın zirzəmisinə) dair icarə və alqı-satqı müqavilələrini mübahisələndirmək səlahiyyətinə malik deyil. Hər hansı müqavilənin qanuniliyinin məhkəmə tərəfindən yoxlanılması üçün əvvəlcə iddiaçının müqaviləni mübahisələndirmək səlahiyyətinə malik olub-olmadığı müəyyən edilməlidir. Bu qayda Mülki Məcəllənin 337-ci maddəsinin və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4-cü maddəsinin müqayisəli təfsirindən irəli gəlir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş və maddi hüquq normasını pozmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 14.1-ci maddəsini düzgün təfsir və tətbiq etməmiş, mübahisəli qeyriyaşayış sa həsinin X2 icarəyə verilməsinə və özəlləşdirilməsinə etiraz olunmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış xx.xx.2012-ci il tarixli məktuba düzgün qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə istinad edərək iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi binada mənzili olmadığına görə həmin qeyri-yaşayış sahəsinə ümumi paylı mülkiyyət hüququnun da olmadığı, ümumiyyətlə Mənzil Məcəlləsində nəzərdə tutulmuş normaların hazırkı mübahisəyə tətbiq edilməməli olmasına dair çıxardığı nəticə də yanlışdır. Belə ki, əvvəla mübahisəli qeyri-yaşayış sahəsinin də tərkib hissəsi olduğu bina 2 (iki) mərtəbəli yaşayış evi olmuşdur. Həmin binanın 1-ci mərtəbəsində yerləşən və hazırda iddiaçının xüsusi mülkiyyətində olan qeyri-ya şayış sahəsi isə əvvəllər mənzil olaraq həmin binanın tərkib hissəsi olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 227.1-ci maddəsinə istinad edərək iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinin tərkib hissəsi olduğu binada yaşayış sahəsinin deyil, qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olduğuna görə yaşayış binasının zirzəmisinə paylı mülkiyyət hüququnun olmamasına dair çıxardığı nəticə də doğru deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdeh1 kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

27. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətində qeyd olunanlar formal mülahizələrə əsaslanmaqla heç bir əsası yoxdur. Mübahisəli qeyri-yaşayış sahəsi qanunl a müəyyən edilmiş müqavilə əsasında X2, istərsə də İddiaçı və ya "xxxx" MTK-ya icarəyə verilməmişdir. Həmin şəxslərin sözü gedən qeyri-yaşayış sahəsi üzərində sərəncam, istifadə və mülkiyyət hüquqları yoxdur. Mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh1 icarəsinə və mülkiyyətinə qanuni əsaslarla verilmişdir. Belə olan halda iddiaçının hansı hüquq və qanunla qorunan mənafelərinin pozulduğu məlum deyildir. İddiaçı sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi olmadığından kassasiya şıkayəti və iddia tələbi təmin edilməməlidir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübu t etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassas iya baxışının hədləri

33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Baxılan iş üzrə iddianın obyekti dövlət mülkiyyətində olan qeyri-yaşayış sahəsidir. İddiaçı həmin sahənin onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin altında yerləşdiyinə və uzun müddət oraya faktiki sahiblik etdiyinə əsaslanaraq həmin sahənin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh1 adına özəlləşdirilməsi (icarəyə verilməsi, satılması və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) prosesinin etibarsız hesab olunmasını xahiş etmişdir.

36. İddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin verdiyi apellyasiya şikayəti, həmçinin onunla əsaslandırılmışdır ki, mübahisəli sahənin ilkin olaraq Cavabdeh1 icarəsinə verilməsi barədə xx.xx.2018-ci il tarixli, 05 nömrəli sərəncam verilmiş və onun əsasında xx.xx.2018-ci il tarixli, 10004 nömrəli i carə müqaviləsi bağlanmışdır. Sözügedən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə Komitə tərəfindən xx.xx.2018-ci il tarixli, 19 nömrəli sərəncam verilmiş və icarəçi Cavabdeh1 ilə Komitə arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 6855 nömrəli alqı-satqı müqaviləsi əsasında özəlləşdirilmişdir. Mübahisəli əmlakın özəlləşdirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati akt olan sərəncamı əsasında həyata keçirilmiş və həmin inzibati akt qüvvədə qaldığı təqdirdə onun əsasında həyata keçirilmiş özəlləşmənin nəticələrinin etibarsız hesab edilməsi tələbi irəli sürülə bilməzdi.

37. Məhkəmə kollegiyası qeyd edir ki, dövlət əmlakının özəlləşdirilməsi prosesi həqiqətən də ilk olaraq əmlakın icarəyə verilməsi və özəlləşdirilməsi barədə inzibati aktların (müvafiq icra hakimiyyəti orqanın ın qəbul etdiyi sərəncamların) qəbulu ilə başlanır və həmin inzibati aktlar əsasında bağlanmış icarə və alqı-satqı müqavilələrinin bağlanması, müvafiq hüquq müəyyənedici sənədlərin tərtib olunması ilə yekunlaşır.

38. Dövlət əmlakının özəlləşdirilməsi prosesi ümumilikdə publik hüquq münasibətlərinə aid olmaqla dövlət əmlakının özəlləşdirilməsi barədə qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Publik hüquq münasibətlərə aid olan həmin qaydalarla dövlət əmlakının hansı qaydada, hansı subyektlərə satılması, həmin əmlakları əldə etməklə bağlı üstün hüquqlara malik şəxslərin dairəsi və s. məsələlər tənzimlənir.

39. Bu baxımdan özəlləşdirmə prosesinin əsasında duran inzibati aktlar ləğv edilmədən konkret dövlət əmlakını əldə etməyə üstünlük hüququna əsaslanaraq belə əmlaklara hüquqların əldə olunmasına dair icarə və alqı-satqı müqavilələrinin, onların əsasında aparılmış qeydlərin etibarsızlığı barədə tələbləri təmin oluna bilməz.

40. Eyni zamanda mülki məhkəmə icraatı qaydasında konkret dövlət əmlakını əldə etməyə üstünlük hüququna əsaslanan iddia tələblərinə həqiqətən də qeyd olunan subyektlərin belə bir hüquqa malik olub-olmadığı baxımından da qiymət verilməsi mümkün deyildir.

41. Qeyd olunan hallar dövlət əmlakının özəlləşdirilməsi prosesi ilə bağlı yuxarıda sadalanan inzibati aktların inzibati icraat və ya inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi çərçivəsində, müvafiq sahəni tənzimləyən publik hüququn tətbiqi əsasında mümkündür.

42. Hazırkı iş materiallarına mübahisəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi və özəlləşdirilməsi barədə Əmlak Məsələləri Döv lət Komitəsinin xx.xx.2018-ci il tarixli, 05 nömrəli; xx.xx.2018-ci il tarixli, 19 nömrəli sərəncamlarının təsdiq olunmuş surəti (i.v. 147149, İ cild) əlavə edilmiş, həmin Komitənin birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində yuxarıdakı sərəncamlara istinad edilmiş və onlar ləğv edilmədən hazırkı iddianın təmin olunmasının qeyri-mümkün olduğu qeyd edilmişdir.

43. İşə baxmış apellyasiya instansiyası məhkəməsi qaldırılan məsələ üzrə hər hansı hüquqi dəyərləndirmə aparmadan, apellyasiya şikayətinin dəlillərinə qiymət vermədən, iddiaçının icarə və alqı-satqı müqavilələrinin etibarsızlığını tələb etməklə bağlı subyektiv hüquqa malik olmadığı barədə publik hüquq münasibətlərinə aid məsələni həll etmiş və həmin əsasla iddianı rədd etmişdir.

44. Bununla da məhkə mə tətbiq edilməli olmayan maddi və prosessual hüquq normalarını mübahisəyə tətbiq etmiş, MPM-in 88-ci maddəsinin tələblərini pozaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Məhkəmə, həmçinin mübahisənin inzibati məhkəmə icraatı qaydasında qiymət verilməli olan hallarına qiymət verməklə məhkəmə aidiyyəti ilə bağlı qaydaları pozmuşdur.

45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində ifadə edilmiş hüquqi mövqeyə uyğ un hüquqi dəyərləndirmə aparılmaqla maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4948/2022 nömrəli mülki iş üzrə 22 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar