Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5614/2021 22.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş X1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 iyul 2021-ci il i tarixli, 2(103)528 2/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(001)575/2021 nömrəli qətnaməsi ilə (hakim G.M.Abbasova) İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(001)-575/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 iyul 2021-ci il i tarixli, 2(103)-5282/2021 nömrəli qətnaməsi ilə (hakim T.S.Səmədovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.S.Şirinovdan və A.V.Tanrıverdiyevdən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2021ci il tarixli, 2(001)-575/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh 34000 ABŞ dolları və 26276 ABŞ dolları, ümumilikdə 60276 ABŞ dolları pulun (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə) və dövlət rüsumuna görə 30 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə rədd edilməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlillə ri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 iyul 2021-ci il i tarixli, 2(103)-5282/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) İddiaçının iddiadan imtina etməsi İddiaçı notariat qaydasında təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək, mübahisənin qarşılıqlı razılaşma yolu ilə həll olunmasını, bu səbəbdən Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən X1 qarşı 34000 ABŞ dolları və 26276 ABŞ dolları olmaqla, ümumilikdə 60276 ABŞ dollarının qaytarıldığı günə məzənnəyə uyğun olaraq tutulmasına dair iddia tələbindən imti na etdiyini göstərmiş və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil2 tərəflərin məhkəmədən kənar razılığa gəlmələrini bildirməklə, iddiaçının iddiadan imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəməyə gəlməmiş, vəkillərinin iştiraklarını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən həmin tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Re spublikasının Mülki Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkəti qəbul etmir. Belə halda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyası məhkəməsinin möv qeyi: Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən, iddiadan imtina etməsi onun həqiqi niyyətini əks etdirdiyindən, həmin imtina qanuna zidd olmadığından, habelə başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 iyul 2021-ci il i tarixli, 2(103)-5282/2021 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.4, 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı iddiadan imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2(103)5282/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş X1 qarşı “pul” tələbinə dair mülki işin icraatına iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5614/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5614/2021
22.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver