Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5621/2022 11.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx"xxxx"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı qarşı qarşılıqlı iddiasi barədə iş üzrə QƏRARİ (Açar sözlər: iddia müddətinin axımı, maddi zərər, öhdəliyin icrası müddəti, pul vəsaitindən qanunsuz istifadə) Hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx"xxxx"xxxx" MMC-nin İddiaçı qarşı vicdansızcasına əsassız iddia qaldırılması ilə əlaqədar pul tələbinə dair qarşılıqlı iddiası barədə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3332/2022 nömrəli iş üzrə 26 may 2022- ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. MMC-nin təsisçisi E.F.Quliyev tərəfindən imzalanmış 1 saylı, xx.xx.2010-cu il tarixli əmrdə qeyd olunmuşdur ki, X14 01 oktyabr 2010-cu il tarixindən MMC-nin direktor vəzifəsinə təyin edilir.
2. MMC-nin təsisçisi Yusubova S. tərəfindən imzalanmış xx.xx.2016-cı il tarixli əmrdə qeyd olunmuşdur ki, xx.xx.2016-cı il tarixdən Baş direktor X14 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən xitam verilmişdir.
3. MMC-nin təsisçisi Quliyev E.F. tərəfindən imzalanmış 12 saylı, xx.xx.2014-cü il tarixli əmrdə qeyd edilmişdir ki, xx.xx.2014-cü il tarixdən X12 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir.
4. MMC-nin təsisçisi Yusubova S. tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli əmrdə qeyd olunmuşdur ki, 24 may 2018-ci il tarixindən Eiubova Ramina MMC-nin direktor vəzifəsinə təyin edilmişdir.
5. MMC-nin təsisçisi Yusubova Sevda tərəfindən imzalanmış 41 saylı, xx.xx.2019-cu il tarixli əmrdə qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixindən X13 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir.
6. MMC-nin direktoru Eiubova Raminanın H/010-12-02 nömrəli, xx.xx.2019-cu il tarixli əmrində qeyd olunmuşdur ki, cəmiyyətin baş mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsi nin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən öz xahişi ilə 28 mart 2019-cu il tarixindən xitam verilmişdir.
7. MMC tərəfindən 2013-cü ilin dekabr ayı və 2014-cü il üçün tərtib olunmuş memorial orderlərində qeyd edilmişdir ki, iddiaçının adından şirkətin hesabına pulun mədaxil edilməsi və hesabından məxaric edilməsi müəyyən edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (bundan sonra – iddiaçı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – cavabdeh və ya MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 259.299.76 ABŞ dolları və 73.799.928 ABŞ dolları maddi ziyanın və ödədiyi 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmış dır ki, MMC-nin təsisçisi olmuş mərhum X15 ilə dostluq münasibətləri olmuşdur. Sonuncu ona bildirmişdir ki, MMC-də maliyyə çətinliyi var, cəmiyyətin fəaliyyətini genişləndirmək istəyir, bunun üçün də ona külli miqdarda vəsait lazımdır. Ona görə də təklif etmişdir ki, MMC-yə pul vəsaiti qoysun, buna görə ona qazancından pul verəcəkdir. İlham Eyyubov ondan dəfələrlə borc pul alıb, vaxtında qaytarmadığı üçün ona inanmışdır. Beləliklə, xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il tarixədək MMC-nin kassasına 412.066 ABŞ dolları pul mədaxil etmişdir. Pul vəsaitini manatla versə də, ABŞ dolları ilə hesablanmışdır. Həmin pul vəsaitinin MMCnin kassasına mədaxil edilməsi MMC-nin kompüterindən çıxarışla, həmçinin həmin çıxarışın üzərində cəmiyyətin hazırkı direktoru Raminanın, baş mühasibi X 3 imzaları ilə təsdiq edilmişdir. Pul vəsaitini MMC-nin kassasına mədaxil etməyi və hal-hazıra kimi pul vəsaitinin ona qaytarılmaması cəmiyyətin baş mühasibi Mehman Rəşidovun, baş direktoru vəzifəsində işləmiş X5 və direktor müavini işləmiş X1 Bakı Şəhəri Nəsimi rayon 22-ci Polis Bölməsində verdikləri izahatları ilə də təsdiq olunmuşdur. X15 öldükdən sonra onun həyat yoldaşı Əyyubova Sevda və qızları pulunun qaytarılması barədə vəd versələr də, pulunun bir qismini qaytarmışlar, lakin 259.299.76 ABŞ dollar hissəsini qaytarmamışlar. Həmin pul vəsaitini MMC-yə mədaxil edəndə pulunun təminatı kimi onu cəmiyyətdə işçi kimi qeydiyyata da almışlar. Beləliklə, külli miqdarda pul vəsaiti cavabdehdə qalmış və halhazıra kimi geri qaytarılmamışdır. Cavabdeh ona məxsus olan vəsaiti əsassız istifadə e tmiş və ondan fayda götürmüşdür. Ona görə də, cavabdeh ona 259.299.76 ABŞ dolları və həmin pula hesablanmış bank faiz uçot dərəcəsinə uyğun faizləri (259.299.76x5%= 12299.988x6=73.799.928), cəmi 333.099.688 ABŞ dolları pul vəsaitini və ödədiyi 30 manat dövlət rüsumunu qaytarmalıdır.
10. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, MMC-yə qarşı vicdansızcasına heç bir hüquqi əsasa söykənməyən pul tələbinə dair iddia qaldırdığı üçün iddiaçıdan MMC-nin və dövlətin xeyrinə ümumilikdə 100.000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddia əsassız olmaqla şər və böhtan xarakteri daşıyır. İddiaçının göstərdikləri həqiqətə uyğun deyildir və heç bir sübutla öz təsdiqini tapmır. MMC-nin kassa sənədlərindən gö rünür ki, MMC-yə xx.xx.2013-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək 412.066 ABŞ dolları məbləğində pul mədaxil olmamışdır. Bundan əlavə, nə mərhum X6 arvadı, nə də qızları iddiaçıya pul qaytarmamışlar. İddiaçının pul vəsaitini MMC-nin kassasına mədaxil etməsinin sübutu kimi MMC-nin kompüterindən çıxarışa istinad etməsi absurddur. İddia ərizəsinə əlavə olunmuş həqiqətə uyğun olmayan kompüter çıxarışında olan imza və yazılar mərhumun qızı Raminanın imzası və xətti deyil. Onun qızı MMC-yə aid olmayan, kassasına mədaxil edilməyən məbləğlər üzrə əsas borcun qalığını heç vaxt heç bir formada təsdiq edə bilməzdi, çünki 2013-2014-cü illərdə MMC-də maddi-məsul vəzifəli şəxs deyildi, 20142015-ci illərdə menecer vəzifəsində işləmişdir və səlahiyyətinə aid olmayan addım ata bilməzdi. Kompüter çı xarışının nə vaxt tərtib edilməsi aydın deyildir və MMC-nin direktorunun imzası və möhürü ilə təsdiq edilmədiyi üçün rəsmi sənəd hesab edilə və sübut kimi qiymətləndirilə bilməz. Kompüter çıxarışında olan imza və yazıların kimin tərəfindən icra olunması onlara məlum deyil. Əgər iddiaçı xətt və imzanın mühasib olmuş Mehmana aid olmasını iddia edirsə, belə halda qeyd olunmalıdır ki, Mehman xx.xx.2014cü ildən öz ərizəsi ilə işdən azad olunmuşdur. Belə olan halda, kompüter çıxarışında göstərilən xx.xx.2014-cü il tarixindən xx.xx.2014-cü il tarixə qədər olan müddət ərzində MMC-nin kassasına mədaxil olan məbləğləri təsdiq edə bilməzdi. Bu hal onu göstərir ki, iddiaçı heç bir rəsmi sübut olmadan, həqiqətə uyğun olmayan sənədlər düzəldərək, məhkəməyə sübut kimi təqdim etmiş və MMC-ni borclu çıxarı b, məhkəməni yanlış yola çəkərək, iddiasının təmin olunmasına nail olmaq istəyir. Bundan başqa, əgər MMC-nin iddiaçıya borcu var idisə, niyə o, bu illər ərzində, borcla bağlı heç bir yerə rəsmi olaraq müraciət etməmişdir. Onun polisə müraciət etməsi və orada guya araşdırma aparılması da sübut deyil. Çünki polis onları dəvət etməmiş, araşdırma barədə məlumatları olmamışdır. Ona görə də iddiaçının polisdə aparılmış araşdırmaya istinad etməsi tam əsassızdır və orada alınmış izahatlar sübut kimi qiymətləndirilə bilməz. Beləliklə, iddiaçı onlara qarşı əsası olmayan və iddia müddəti keçmiş iddia qaldırmışdır. İddiaçı MMC-də işçi olaraq aylıq əmək haqqı almış və onunla aralarında sırf işçi münasibətləri olmuşdur. İşin öhdəsindən gələ bilmədiyinə görə 2019-cu ilin mart ayında işdən çıxarılmış və M MC-yə məxsus “Honda City” markalı, ** AB *** dövlət qeydiyyat nömrəli avtomobil ondan geri alınmışdır. Bundan sonra tərəflərindən iddiaçıya qarşı MMC-yə vurduğu ziyanla bağlı iddia qaldırılmışdır. Məhz bu hallara görə iddiaçı onlara qarşı qərəzli mövqedə olmaqla, onlara rəqib olan firmaların rəhbərlərini, yəni “X24 Company” MMC-nin rəhbəri X5 və "xxxx" MMC-nin rəhbəri X1 vasitəsi və iştirakı ilə MMC-yə qarşı hazırkı iddianı qaldırmaqla onlara ziyan vurmağa və rəqib kimi onları iqtisadi cəhətdən sıradan çıxarmağa çalışmışdır.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, uzun müddət şirkətin təsisçisi olmuşdur. O, həm də MMC-də baş direktor vəzifəsində işləmiş, 2016-cı ildə işdən çıxmışdır. İddiaçını İlham Eyyubov vasitəsilə tanımışdır. İddiaçı şirkətə 350.000 ABŞ dolları pul vəsaiti qoymuş və həmin pulun 90.000 hissəsi mənzilə hesablanaraq ona verilmişdir. İddiaçının şirkətdə 259.000 pulu qalmışdır. İddiaçıya verilmiş mənzil onun adına olmuşdur. İddiaçının şirkətdə pul vəsaitinin olmasını və pulun qaytarılmasını şirkətdə çalışan hər bir şəxs bilmişdir. Həm də bilir ki, iddiaçının pulu hələ də ona qaytarılmamışdır. Pullar mərhum İlhama ödənilir, daha sonra onun tərəfindən kassaya mədaxil edilirdi. İddiaçı və İlham dost olmuşdurlar. İlhamın adından pul kassaya mədaxil edilə bilməzdi, çünki xarici vətəndaş olduğundan rəsmi olaraq şirkətə aidiyyəti olmamışdır. Pulların hansı məbləğlərdə şirkətə verilməsini xatırlamır. Eiubova Ramina şirkətdə kassir olmuşdur. Pullar onun tərəfindən kassaya mədaxil edilirdi. Kassaya mədaxil olunan zaman Mehman və Ramina tərəfindən blanklar tərtib olunurdu. Dəqiq sənədlər və hesabatlar Ramina tərəfindən aparılırdı. Pullar iddiaçı tərəfindən adətən onun, İlhamın, Mehmanın və başqalarının yanında verilirdi.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, iddiaçını tanıyır. MMC-də baş mühasib vəzifəsində çalışmış, şirkətin maliyyə işlərini aparmışdır. İlhamın ona etibarı olmuşdur. Şirkətə vəsait lazım olduğundan əlavə pullar cəlb olunurdu. İddiaçı şirkətə pul qoymuşdur. Pullar iddiaçı tərəfindən şirkətə müxtəlif məbləğlərdə verilmişdir. İddiaçı həmin şirkətin faktiki rəhbəri olan İlham Eyyubov ilə dost olmuşdur. İddiaçını İlham vasitəsi ilə tanımışdır. İddiaçı şirkətə 259.600 manat vəsait qoymuşdur. O, şirkətə bir neçə dəfə pul vəsaiti qoymuşdur. Son hesablamada onu n şirkətin kassasında 259.600 manat pulu qalmışdır. Bu faktı o və mərhum İlhamın qızı Raminə şirkətin kassasının kompüter çıxarışında imzaları ilə təsdiq etmişlər. Pullar banklara qoyulmuşdur. Pulların verilməsində müxtəlif vaxtlarda iştirak etmişdir. Kassaya pul İlhamın adından daxil edilirdi. Sonradan baş mühasib vəzifəsində səhhətinə görə işləyə bilməmişdir. Lakin şirkətin maliyyə əməliyyatlarına rəhbərlik etmişdir. İddiaçının adına Ramina tərəfindən tərtib edilmiş sənəd onun tərəfindən imzalanmışdır.
14. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-515/2020 nömrəli iş üzrə 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.C.Musayeva) hər iki iddia rədd olunmuşdur.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehə pul verd iyini və həmin məbləğdən cavabdeh tərəfindən 259.299,76 ABŞ dolları məbləğində pulun qaytarılmadığını iddia etsə də, buna dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, cavabdeh şirkətin iddiaçıya qeyd edilən məbləğdə borclu qaldığını təsdiq edən yeganə sübut iddiaçının adına “excel” kompüter proqramı vasitəsilə Eiubova Ramina tərəfindən tərtib edilmiş və şirkətin baş mühasibi vəzifəsində işləyən Mehman Rəşidov tərəfindən imzalanmış sənəd məhkəmə tərəfindən qiymətləndirilmiş, həmin sənədin iddiaçının istinad etdiyi halın, yəni tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasının sübuta yetirilməsi üçün kifayət etmədiyi müəyyən edilmişdir.
16. Məhkəmə hesab etmişdir ki, iddiaçının təqdim etdiyi sənəd qüsurlu olduğundan, yəni qanunveri ciliklə bu cür sənədlərin tərtibatı üçün nəzərdə tutulan qaydalara uyğun olmadığından, tərəflərin faktiki borc münasibətlərinə girdiklərini təsdiq edən sübut kimi qəbul edilə bilməz.
17. Məhkəmə gəldiyi qənaəti, həmçinin onunla əsaslandırmışdır ki, iddiaçının istinad etdiyi sənədin tərtib edildiyi zaman (xx.xx.2015-ci il) sənədin tərtibatında və imzalanmasında iştirak etmiş şəxslər Eiubova Ramina və Mehman Rəşidovun şirkətin adından hər hansı hüquqi hərəkətin edilməsinə, xüsusilə də şirkətin hesabına pulun mədaxil və məxaric edilməsinə səlahiyyətli olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, işdə olan materiallara əsasən müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixində Eiubova Ramina və Mehman Rəşidovun şirkətə hər hansı aidiyyəti olmamış, xx.xx.2010-cu il tarixdən x x.xx.2016-ci il tarixədək şirkətin fəaliyyətinə cari rəhbərlik etmək səlahiyyətinə malik olan cəmiyyətin direktoru vəzifəsini icra edən X14, xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək şirkətin baş mühasibi vəzifəsində çalışan isə X7 olmuşdur.
18. Məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş X14 və X3 tərəflər arasında pulun verilməsi və qaytarılmasına dair münasibətlərin olduğunu bildirən ifadələrə məhkəmə tənqidi yanaşmış və onları mötəbər sübut hesab etməmişdir.
19. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, şahidlərin göstərdiyi hallar iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmamışdır.
20. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizə ilə əlaqədar qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının subyektiv hüququnun pozulma sı müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının məhkəməyə müraciət etməsi pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını qorumaq məqsədilə öz məhkəmə müdafiəsi hüququndan istifadə etməsi kimi qiymətləndirilməlidir.
21. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 94B nömrəli evin 17 nömrəli mənzili ilə bağlı hərracların təşkili və keçirilməsi barədə bildiriş ona göndərilmiş və bunu təsdiq edən müvafiq poçt göndərişi mövcuddur. Eyni zamanda, qeyd edilən mənzillə bağlı hərracların təşkili və keçirilməs i barədə müvafiq elanlar qəzetdə dərc edilmişdir. Nəticədə həmin hərracların keçirilməsi barədə iddiaçıya məlumat verilmiş, bununla da MMC tərəfindən hərracın təşkili və keçirilmə qaydasının tələbləri pozulmamışdır.
22. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 372.1, 373.1, 377.1, 385.1, 386.1, 739, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 120, 217.3, 217.4-cü maddələrinə, “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq hesabat blanklarının tərtibi və tətbiqi” Qaydalarına istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
23. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilmə sini və ilk iddianın təmin edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o ümumiyyətlə kredit müqaviləsi bağlamamışdır. MMC-nin baş direktoru vəzifəsində işləmiş X14 məhkəmə iclasında təsdiq etmişdir ki, həqiqətən də tərəfindən həmin pul vəsaiti MMC-nin kassasına mədaxil edilmişdir. İş materialları ilə də sübut olunur ki, pul vəsaiti MMC-nin kassasına mədaxil olunan zaman X14 MMC-nin baş direktoru vəzifəsində işləmişdir. Onun pul vəsaitinin cavabdeh şirkətdə olmasını həmin cəmiyyətdə çalışan hər bir işçi bilmişdir. O cümlədən, onun və mərhum İlhamın qohumlarının hamısı onun pulunun şirkətdə olmasını bilmişlər. X3 əmək müqaviləsinə xx.xx.2014-cü il tarixdə xitam verilmişdir. Şirkətə tərəfindən xx.xx.2013-cü il tarixdə 89.172 ABŞ dolları mədaxil edilmişdir. Yəni, göstərilən məbləği mədaxil edərkən X3 əmək müqaviləsinə xitam verilməmişdir və o, həmin pul vəsaitini qəbul edə bilərdi. Bundan başqa, pul vəsaitinin ödənilməsinə dair sənədin ciddi hesabat blankı olmaması pul vəsaitinin verilməməsi anlamına gəlmir. O, pul vəsaitini verərkən həmin sənədi ciddi hesabat blankı kimi qəbul etmişdir.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7707/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və F.F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəmə sinin gəldiyi nəticə və əsaslandırma razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Ona görə də məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
27. İlk iddia üzrə iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti onunl a əsaslandırmışdır ki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi və apellyasiya kollegiyasının qətnaməsi tərəflərin qarşılıqlı münasibətlərinə uyğun deyil, işdə olan sübutlar obyektiv, qərəzsiz və hərtərəfli araşdırılmamış, işdə olan sübutlara düzgün qiymət verilməmiş və o cümlədən sübutetmə vəzifələrinin tərəflərin arasında bölüşdürülməsi prinsipinə əməl edilməmişdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2457/2021 nömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər – M.T.Əhmədova (sədrlik edən və məruzəçi), İ.K.Xəlilov və Ə.Ə.Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qətnaməsi qismən – ilk iddia hissəsində ləğv edi lmiş və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
30. Kassasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi sübutları, o cümlədən şahid ifadələrini düzgün qiymətləndirməmiş, işi tam və hərtərəfli araşdırmamış, tələb olunduğu halda məhkəmə ekspertizası təyin etməmişdir. ç)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
31. İddiaçı təkrar apellyasiya baxışı zamanı verdiyi izahatında əlavə olaraq göstərmişdir ki, o, mərhum İlhamın təklifi ilə cəmiyyətə pul verərkən, həmin pul İlhamın göstərişi əsasında kassir vəzifəsində işləyən qızı Ramina tərəfindən qəbul edilərək, kassaya mədaxil edilmiş, lakin İlhamla dost olduğu, aralarında inam və etibar olduğu üçün pulun verilməsi barədə hər hansı bir mühasibatlıq sənədi almamışdır. Cəmiyyətə bu cür pul vəsaiti başqa şəxslər tərəfindən də qoyulmuş və həmin şəxslər də İlhamın göstərişi əsasında pul vəsaitini onun qızı Raminaya vermiş, o da pulu kassaya mədaxil etsə də, pulun qəbul edilməsi barədə hər hansı bir sənəd verməmişdir. Cəmiyyətə verdiyi pulun müəyyən hissəsi ona 90.000 min manat dəyərində verilmiş iki otaqlı mənzillə kompensasiya edilmiş, bir hissəsi isə nağd şəkildə verilmişdir. Onun cəmiyyətdə qalmış pulunun məbləği kassir vəzifəsini yerinə yetirən mərhum İlhamın qızı tərəfindən tərtib edilmiş və MMC-nin baş mühasibi Mehman Rəşidov tərəfindən imzalanmış kompüterdən çıxarışla təsdiq edilir.
32. İddiaçı apellyasiya məhkəməsinin iclasında istinad etdiyi kompüterdən çıxarışı n MMC-nin möhürü ilə təsdiq edilmiş nüsxəsini məhkəməyə təqdim etmiş və qeyd etmişdir ki, sənədi birinci instansiya məhkəməsinə təqdim etməməsinin səbəbi həmin sənədi sonradan sənədlərin arasından tapmasıdır.
33. Apellyasiya icraatı zamanı tədqiq edilmiş həmin sənəddə qeyd olunmuşdur ki, xx.xx.2013-xx.xx.2014-cü illər üzrə dövrdə kassaya 412.166,00 ABŞ dolları pul vəsaiti mədaxil olunmuş, həmin məbləğdən 152.866,24 ABŞ dolları ona ödənilmiş, qalan məbləğ isə 259.299,76 ABŞ dolları təşkil edir. Sənəd "xxxx" adlı müəssisənin dairəvi möhürü ilə təsdiq edilmişdir.
34. İşin təkrar apellyasiya baxışı zamanı yenidən şahid qismində dindirilən X14 birinci instansiya məhkəməsində verdiyi izahatı təsdiq edərək, əlavə olaraq göstərmişdir ki, MMC-nin faktiki sahibi olan İlham öldükdən sonra o, MMC-nin təsis payını onun arvadının adına keçirmiş, bir müddət MMC-nin direktoru kimi işləmiş, iddiaçının və digər şəxslərin borclarının qaytarılması barədə İlhamın arvadı Sevda və qızı Ramina ilə dəfələrlə söhbətləri olmuş, əvvəllər pulun qaytarılmasına söz versələr də, sonradan imtina etdiklərindən aralarında narazılıq yaranmış və bu səbəbdən də o, MMC-dən işdən çıxmışdır. Mərhum İlham MMC-ni yaradanda cəmiyyətin fəaliyyətinin genişləndirilməsi üçün yaxın dostlarından, tanışlarından MMC-yə pul qoymalarını təklif etmiş, bu təklifə o da razılaşaraq MMC-yə 30.000 manata yaxın pul vəsaiti qoymuş, həmçinin iddiaçı, cəmiyyətin direktor müavini işləyən Tağıyev Şahin və digər şəxslər də cəmiyyətə pul vəsaiti qoymuşlar. İlham öldükdən sonra onun Rusiyada yaşayan dostu Fərhad Azərbaycana gələrək, MMC-ni n fəaliyyəti ilə maraqlanmış və onun tövsiyəsi və məsləhəti ilə o, MMC-də fəaliyyətini davam etdirmişdir. Fərhad İlhamın arvadı və qızına tövsiyə etmişdir ki, MMC-nin borclu olduğu şəxslərin vəsaitlərinin qaytarılmasını təmin etsinlər. Lakin Sevda və qızı bu tövsiyələrə əməl etməmiş və cəmiyyətə özlərinin rəhbərlik edəcəklərini bildirərək, onu MMC-nin fəaliyyətindən uzaqlaşdırdıqları üçün işdən çıxmışdır.
35. İşin təkrar apellyasiya baxışı zamanı yenidən şahid qismində dindirilən X12 birinci instansiya məhkəməsində verdiyi izahatı təsdiq edərək, əlavə olaraq bildirmişdir ki, cəmiyyətdə baş mühasib vəzifəsində işləmiş və müəssisənin maliyyə işlərinə rəhbərlik etmişdir. Cəmiyyətin faktiki rəhbəri İlhamın göstərişi ilə iddiaçı və digər şəxslər tərəfindən verilən pullar onun tərəfindən qəbul e dilərək, MMC-də kassir vəzifəsini icra edən mərhum İlhamın qızına verilmiş, o da kassaya mədaxil edərək, banklara qoymuşdur. Lakin pullar qəbul edilərkən pul verən şəxslərə hər hansı bir rəsmi kassa sənədləri verilməmişdir. Çünki, həmin şəxslərin mərhum İlhamla etibarlı münasibətləri olmuşdur. Cəmiyyətə pul qoymuş şəxslərin qoyduğu məbləğlər barədə hesablaşmalar aparılır, hesablaşmalar nəticəsində kompüterdə tərtib edilmiş blanklar kassir vəzifəsini yerinə yetirən Ramina tərəfindən kompüterdən çıxarılır və onun imzası ilə təsdiq edilərək, cəmiyyətin borclu olduğu şəxslərə verilirdi. Səhhəti ilə əlaqədar 2014-cü ildə MMC-də baş mühasib vəzifəsindən azad olunmuş və MMC-nin baş mühasibi vəzifəsinə X7 təyin edilsə də, cəmiyyətin maliyyə məsələlərinə özü rəhbərlik etmişdir. İddiaçının MMC-yə qo yduğu pul vəsaitinin bir hissəsi pul şəklində, bir hissəsi isə 90.000 manat məbləğində iki otaqlı evlə əvəz edilib qaytarılsa da, kompüterdən çıxarışda qeyd olunan, özünün imzası ilə təsdiq edilən 259.600 manat pul vəsaiti iddiaçıya qaytarılmamışdır. İlham öldükdən sonra özü və cəmiyyətin direktoru olan Emil tərəfindən aparılmış danışıqlar zamanı İlhamın arvadı və qızı iddiaçıya olan borcun qaytarılması barədə söz versələr də, sonda pulu qaytarmaqdan imtina etmişlər.
36. Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, cəmiyyətdə baş mühasib vəzifəsində işləmişdir. Özündən əvvəl baş mühasib vəzifəsində işləmiş Rəşidov Mehman müəssisədə rəsmi işləməsə də, maliyyə məsələlərinə köməklik etmişdir. İddiaçını müəssisədə işlədiyi vaxtdan tanıyır və onun cəmiyyə tə müəyyən məbləğdə pul vəsaiti qoyması barədə məlumatı olmuşdur. Müəssisədə işlədiyi vaxtlarda iddiaçı və digər şəxslər tərəfindən müəssisənin fəaliyyətinə köməklik üçün müxtəlif vaxtlarda pul vəsaitləri qoyulmuşdur. Həmin pullar müəssisənin sahibi İlhamın göstərişinə və tapşırığına əsasən qəbul edilirdi. Qəbul edilən pul vəsaitləri kassir vəzifəsini icra edən Raminaya verilirdi və o da kassaya mədaxil edirdi. Sonradan pul verən şəxslərin pulları barədə hesabat aparılır, aparılmış hesabat nəticəsində kompüterdə qalıq borcu təsdiq edən çıxarış hazırlanır və həmin çıxarışlar mühasib tərəfindən təsdiq edilərək verilirdi. Hazırda iddiaçının da cəmiyyətə qoyduğu pullardan müəyyən hissə qaytarılmamış, bu barədə müəssisənin sahibliyini həyata keçirən mərhum İlhamın arvadı və qızı ilə söhbətlər e dilmiş, əvvəl cəmiyyətin borclu olduğu şəxslərə pulun qaytarılmasına söz verilsə də, sonradan imtina edilmişdir.
37. Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, cəmiyyətdə direktor müavini vəzifəsində işləmiş, cəmiyyətin faktiki sahibi Eyyubov İlham olmuş, lakin cəmiyyətdə rəsmi olaraq hər hansı bir vəzifə tutmamışdır. Cəmiyyətin direktoru Emil Quliyev olmuş və cəmiyyətin 100% təsis payı Emilin adına olmuşdur. Cəmiyyətə faktiki rəhbərliyi İlham həyata keçirmişdir. İddiaçını İlhama görə tanımış, iddiaçı İlhamla dost olmuş, demək olar ki, hər gün bir yerdə olmuşlar. Cəmiyyətin fəaliyyətini genişləndirmək üçün İlhamın təklifinə əsasən iddiaçı, direktor Emil, o özü cəmiyyətə pul vəsaitləri qoymuşlar. İddiaçı da müxtəlif vaxtlarda MMC-yə 400.000 manatdan çox pul qoymuşdur. Verilən pullar İlhamın göstərişinə və tapşırığına əsasən kassir vəzifəsini icra edən qızı Raminaya verilir və o da pulları kassaya mədaxil edərək, banka köçürdürdü. İddiaçı və digər şəxslərə cəmiyyətə qoyduqları pullar barəsində hər hansı bir maliyyə sənədi verilmirdi. Cəmiyyətin gəliri və çıxarı barədə hesabatlar aparıldıqdan sonra cəmiyyətə pul vəsaiti qoymuş şəxslərin qoyduğu, qaytarılan və qalıq borcunun məbləği barədə mühasibatlıq tərəfindən kompüterdə tərtib edilmiş çıxarış hazırlanıb həmin şəxslərə təqdim edilirdi. Həmin çıxarışlar kassir vəzifəsini icra edən Ramina tərəfindən hazırlanıb, baş mühasibin imzası ilə təsdiq edildikdən sonra həmin şəxslərə verilir, bir nüsxəsi isə mühasibatlıqda saxlanılırdı. Cəmiyyət onun da müəssisəyə qoyduğu pul vəsaitinin qalığı barədə ona çıxarışlar vermiş və həmin çıxarışların hazırda özündə olan nüsxələrinin kserosurətini məhkəməyə təqdim edir. Təqdim etdiyi çıxarışda olan imzanı kassir vəzifəsini icra edən Ramina imzası ilə təsdiq etmişdir. İddiaçıya da cəmiyyətə qoyduğu pulun qalığı barədə çıxarış hazırlanaraq təqdim edilmişdir. Cəmiyyətin faktiki rəhbəri İlham 2016-cı ildə öldükdən sonra cəmiyyətə rəhbərlik onun arvadı və qızına keçmiş, onun, Emilin cəmiyyətdə olan pulları qaytarılsa da, iddiaçının pulu qaytarılmamışdır. Sonra pulun qaytarılması barədə mərhum İlhamın arvadı və qızı ilə dəfələrlə söhbətlər edilmiş, onlar əvvəllər pulu qaytaracaqlarına söz versələr də, sonradan imtina etmişlər.
38. Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X9 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, cəmiyyətd ə heç vaxt kassir vəzifəsində işləməmişdir. O, cəmiyyətdə müxtəlif zamanlarda menecer vəzifəsində işləmişdir. İddiaçı və şahidlərin onun haqqında dedikləri həqiqətə uyğun deyil. İddiaçı və ya digər şəxslərin cəmiyyətə pul verməsi, cəmiyyətin onlara pul borclu olması barədə hər hansı bir məlumatı yoxdur.
39. Apellyasiya icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş 39 saylı, 09 avqust 2021-ci il tarixli, direktor Sevda Yusifova tərəfindən imzalanmış məktubda qeyd olunmuşdur ki, "xxxx" MMC-də 2011-ci ildən hal-hazıradək xəzinədarkassir vəzifəsi (ştatı) olmamış və xəzinədar-kassir vəzifəsi üzrə hər hansı işçi çalışmamışdır.
40. Cavabdeh tərəfindən təqdim edilmiş 24 vərəqdən ibarət 2013-cü il dekabr - 2014-cü il dekabr dövrü üçün "xxxx" MMC-nin maliyyə fəaliyyətini əks etdirən mədaxil və m əxaric barədə məlumatlarda iddiaçı tərəfindən müəssisəyə hər hansı pul vəsaitinin mədaxil edilməsi müəyyən edilməmişdir.
41. Apellyasiya icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışlarla (cəmi 10 vərəqədə) müəyyən edilmişdir ki, cavabdeh MMC xx.xx.2010-cu ildə qeydiyyata alınmış və hazırkı vaxtda reyestrdə qeydiyyatda olmaqla fəaliyyət göstərir. Cəmiyyətin təsisçisi 100% payla X14 olmuş və o, eyni zamanda, MMC-nin qanuni təmsilçisi olmuşdur. xx.xx.2016-cı ildən cəmiyyətin təsis payının 75%-i Yusifova Sevdaya, 25%-i isə X10 məxsus olmaqla reyestrdə qeydiyyat aparılmış, xx.xx.2016-cı ildən cəmiyyətin təsis payı 100% Yusifova Sevdaya məxsus olmaqla, qeydiyyata alınmışdır.
42. Apellyasiya in stansiyası məhkəməsinin 2(103)-5874/2021 nömrəli iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia təmin olunaraq, MMC-dən 259.299,76 ABŞ dolları əsas borc, 73.799,928 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 333.099,688 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.
43. İşə apellyasiya qaydasında təkrar baxan məhkəmə kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan hüquqi mövqelərlə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddia üzrə mübahisənin həllinə maddi hüquq normalar ını düzgün tətbiq etməmiş, işdəki sübutları mülki prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirməmişdir.
44. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tələbinin təsdiqi kimi birinci instansiya məhkəməsinə onun adına “excel” kompüter proqramı vasitəsilə Eyyubova Ramina tərəfindən tərtib edilmiş və şirkətin baş mühasibi vəzifəsində işləyən Mehman Rəşidov tərəfindən imzalanmış sənədin əslini və kserosurətini təqdim etmiş, hazırkı apellyasiya icraatı zamanı isə həmin sənədin cavabdeh təşkilatın möhürü ilə təsdiq edilmiş nüsxəsini təqdim etmişdir.
45. Təqdim edilmiş həmin sənədin məzmunundan görünür ki, iddiaçı xx.xx.2013-cü ildən xx.xx.2014-cü il tarixə kimi cavabdeh müəssisəyə 412.166,00 ABŞ dolları məbləğində pul vəsaiti qoymuş, həmin məbləğdən 152.866,24 ABŞ dolları qaytarılmış, 259.299,76 ABŞ dolları borc qalmış və həmin borc cavabdeh müəssisənin baş mühasibinin imzası ilə, digər nüsxəsi isə cavabdeh müəssisənin möhürü ilə təsdiq edilmişdir. İddiaçının təqdim etdiyi həmin sənədin cavabdeh müəssisədə kassir vəzifəsini icra edən Eyyubova Ramina tərəfindən tərtib edilməsini, iddiaçının cavabdeh müəssisəyə pul vəsaiti qoymasını, qoyduğu pul vəsaitinin bir hissəsinin qaytarılmasını, bir hissəsinin qaytarılmadığını, müəssisənin faktiki rəhbəri İlham Eyyubovun ölümündən sonra müəssisəyə rəhbərliyi və idarəçiliyi həyata keçirən mərhum İlhamın arvadı və qızı tərəfindən əvvəl pulun qaytarılmasına söz verildiyini, lakin sonradan bundan imtina etmələrini iş üzrə şahid qismində dindirilmiş, cavabdeh təşkilatda direktor müavini işləmiş X8, cavabdeh təşkila tda baş mühasib vəzifəsində işləmiş X7, həm birinci instansiya məhkəməsində, həm də hazırkı apellyasiya baxışında şahid qismində dindirilmiş, cavabdeh təşkilatda direktor vəzifəsində işləmiş X14 və həmin müəssisədə baş mühasib vəzifəsində işləmiş X12 da təsdiq etmişlər. Bundan əlavə, hazırkı apellyasiya baxışında şahid X1 təqdim etdiyi sənədlərdə göstərilən faktlar qismən öz təsdiqini tapır.
46. İşə apellyasiya qaydasında baxan məhkəmə şahid qismində dindirilmiş X2 göstərdiklərini inandırıcı saymamış, eləcə də cavabdehin göstərdiklərini həqiqətə uyğun olmayan dəlillər hesab edərək, iddianın rədd edilməsi üçün əsas hesab etməmişdir.
47. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbində qeyd olunan pulun iddiaçıya qaytarılmaması sübuta yetirilmişdir və bu səbəbdən də tərəflər arasında borc münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.
48. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında borc müqaviləsinin bağlanması sübuta yetirildiyindən, aralarında Mülki Məcəllənin 386-cı maddəsi ilə nəzərdə tutulan öhdəlik münasibətləri yaranmış və bu səbəbdən də iddiaçının cavabdehə münasibətdə tələb hüququ, cavabdehin isə iddiaçının qarşısında borc müqaviləsindən irəli gələn pulun qaytarılmasına dair öhdəliyi yaranmışdır.
49. Odur ki, iddiaçının təqdim etdiyi “excel” kompüter proqramı vasitəsilə tərtib edilmiş, şirkətin baş mühasibi tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmiş sənəd Mülki Məcəllənin 882.5-ci maddəsinə əsasən borcun etirafı barədə müqavilə kimi qiymətləndirilməlidir.
50. Məhkəmə, həmçinin qeyd etmişdir ki, əsas borc sübuta yetir ildiyindən, Mülki Məcəllənin 445.7, 449.1-ci maddələrinə əsasən, iddia tələbi əsas borc məbləğinə münasibətdə əldən çıxmış fayda hissəsində də əsaslı hesab olunaraq təmin edilməlidir.
51. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəni əsassız hesab etmiş və bununla bağlı qeyd etmişdir ki, tərəflər arasında borc müqaviləsi münasibətlərindən irəli gələn mübahisə olduğundan, həmin münasibətlər üçün üç illik iddia müddəti müəyyənləşdirilmişdir.
52. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehə pul vəsaitini 2013-2014-cü illərdə versə də, həmin pul vəsaitinin qaytarılması üçün davamlı olaraq cavabdehlə danışıqlar aparmış və cavabdeh əvvəllər həmin pul vəsaitini qaytarmağa söz versə də, sonda pulun qaytarılmasından yayınmışdır. İddiaçı da pulun qaytarılmayacağı ndan əmin olduqdan sonra hazırkı iddia ilə 2019-cu ilin avqust ayında məhkəməyə müraciət etmişdir. Bu baxımdan iddiaçı tərəfindən iddia müddəti buraxılmamışdır.
53. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60, 125-ci, Mülki Məcəllənin 324.1, 331.2, 373.1. 377.1, 385.1, 386.1, 387.1, 389.1, 390.1, 425.1, 439.1, 442, 443.1, 445.1, 445.7, 449.1, 739.1, 882.5-ci, MPM-in 2.1, 2.2, 9.1, 10.1, 14.1, 14.2, 76.1, 76.2, 77.1, 77.3, 88, 104.1, 106.1, 420-ci maddələrinə istinadla əsaslandırmışdır. d)Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
54. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
55. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə Mülki Məcəllənin 6.1.5, 386.1, 390.1-ci maddələrini pozmuşdur. Belə ki, məhkəmədə sübuta yetirilmişdir ki, tərəflər arasında öhdəliyin yaranması üçün başlıca əsas olan müqavilə mövcud deyildir. Məhkəmə Mülki Məcəllənin 739-cu maddəsini tətbiq etmiş, lakin həmin maddənin şərtlərinin hazırkı mübahisəyə aidiyyətinin olmasını müəyyənləşdirə bilməmiş, borc münasibətlərinin olubolmamasını araşdırmamışdır. Məhkəmə Mülki Məcəllənin 882.5-ci maddəsinə istinadən belə zənn etmişdir ki, hazırkı işdə borcun etirafı barədə müqavilə vardır. Lakin həmin maddədə nəzərdə tutulan borcun hesablaşma (ödəniş) və ya razılaşma yolu ilə etiraf olunmas ı şərtinin mövcudluğunu unutmuş, belə bir etirafın hazırkı mübahisədə olmadığına qiymət verməmişdir. Məhkəmə ümumiyyətlə tərəflər arasında borc və ya borcun etirafı münasibətlərinin olmasını müəyyən edə bilməmiş, yuxarıda qeyd olunmuş maddələri mübahisəyə səhv tətbiq etmişdir. Bundan başqa, məhkəmə Mülki Məcəllənin 445.7 və 449.1-ci maddələrinə istinadən əldən çıxmış fayda üzrə pulun tutulması hissəsində qanunsuz və əsassız nəticəyə gəlmişdir. Belə ki, MMC borclu hüquqi şəxs statusu daşıya bilməz, onun iddiaçı qarşısında pul öhdəliyi mövcud deyildir. MMC iddiaçıdan pul vəsaiti almamış, onu qanunsuz saxlamamış, faydalanıb gəlir əldə etməmişdir. Məhkəmə Mülki Məcəllənin 372.1, 373.2, 375.2, 382-ci maddələrinə zidd olaraq iddia müddətinin ötürülməsinə düzgün hüquqi qiymət verməmişdir. İddiaçı nın MMC ilə danışıqlar aparması, pulun geri qaytarılmasına dair cavabdeh tərəfindən vəd verilməsi barədə işdə heç bir sübut yoxdur. Məhkəmə müddətin üzrlü səbəbdən ötürüldüyünü etiraf etmiş, lakin iddiaçının bu barədə ərizəsinin olmadığını nəzərə almamışdır. Şikayətdə daha sonra qeyd olunmuşdur ki, iddiaçının təqdim etdiyi sənəd “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq hesabat blanklarının tərtibi və tətbiqi” Qaydalarına uyğun deyildir, ona görə də sübut kimi qəbul oluna bilməz. Bundan başqa, məhkəmə yeni şahidləri dindirmiş, MPM-in 372.2-ci maddəsinin tələblərinə zidd olaraq həmin şahidlərin birinci instansiya məhkəməsində dindirilməsinin iddiaçıdan asılı olmayan səbəblərə görə mümkün olmamasını araşdırmamışdır. Məhkəmə birinci instansiya məhkəməsində dindirilmiş şahidləri yenidən dindirmiş və MPM-in 189, 195.5-ci maddələrini pozaraq bunun zəruriliyini əsaslandırmamışdır. Məhkəmə MPM-in 420-ci maddəsini pozmuş, kassasiya instansiyası məhkəməsinin qərarında yalnız MMC-də kassir vəzifəsində işləyən şəxsin dindirilməsi barədə göstərişin olmasına baxmayaraq, həm əlavə şahidləri dindirmiş, həm də iddiaçı tərəfindən təqdim olunmuş əlavə sübutları qəbul etmişdir. Şikayətdə, həmçinin qeyd edilmişdir ki, məhkəmə MPM-in 14.2, 77.1, 88, 217.4, 218.1-ci maddələrinə əməl etməmiş, şahid ifadələrinə düzgün qiymət verməmişdir. Şahidlər ifadələrində pulun MMC-yə verilməsini təsdiq edə bilməmişlər. Məhkəmə şahidlərin “hamı bilir ki, mərhum İlhamın Şakirə borcu var” kimi ifadələrini onun hüquqi şəxsin fəaliyyətinə pul vəsa iti qoyması kimi qiymətləndirmişdir. İddiaçı “excel” formatında cədvəl üzrə cavabdeh şirkətə pul vəsaitini müxtəlif tarixlərdə qoyduğunu göstərsə də, apellyasiya məhkəməsi həmin dövrlərdə MMCnin təsisçisi-direktorunun Emil Quliyev olmasına və mərhum İlham Eyyubovun MMC-yə ümumiyyətlə aidiyyətinin olmamasına, pul vəsaitinin mərhum İlham Eyyubova verildiyi fərz olunsa belə, nə üçün pulun şirkətdən tələb edilməsinə, pul vəsaiti verilən dövrdə təsisçidirektor Emil Quliyev olduğu halda, şirkətə mədaxil edilməyən pul vəsaitinə görə Emil Quliyevin hansı səbəbdən məsuliyyət daşımamasına heç bir hüquqi qiymət verməmişdir.
56. Kassasiya instansiya məhkəməsinin Mülki kollegiyasının 2(102)-815/2022 nömrəli iş üzrə 07 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər – A.Q.Hüseynov (sədrlik edən və məruzə çi), Z.Ə.Əliyev və Ə.G.Nurməmmədov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
57. Məhkəmə kollegiyası qeyd etmişdir ki, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə həm ilkin, həm də qarşılıqlı iddia rədd olunmuş, qətnamədən yalnız iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını, ilkin iddianın tam təmin olunmasını, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını ilkin iddianın təmin olunmayan hissəsində yoxlamalı idi və qarşılıqlı iddianın təmin olunm aması hissəsi apellyasiya baxışının predmetindən kənar olmuşdur. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi istinad olunan maddənin tələbini pozmuş, qətnaməni tam yoxlamış və ləğv etmişdir. Eyni zamanda məhkəmə qətnaməni tam ləğv etsə də, yalnız ilkin iddia tələbinə qiymət vermiş, ləğv olunmuş digər – qarşılıqlı iddiaya aid hissəyə ümumiyyətlə münasibət bildirməmişdir. Halbuki mülki prosesin çəkişmə və dispozitivlik kimi fundamental prinsiplərinin təmin edilməsi baxımından apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalı, mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Eyni zamanda tədqiq edilmiş sübutlar əsasında tərəflər arasında borc müqaviləsindən irəli gələn pulun qaytarılmasına dair öhdəliyin yarandığın ı və cavabdehin öz borcunu yazılı etiraf etdiyini müəyyən edən apellyasiya instansiyası məhkəməsi iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə münasibətdə hesab etmişdir ki, iddiaçı cavabdehə pul vəsaitini 2013-2014-cü illərdə vermiş, həmin pul vəsaitinin qaytarılması üçün davamlı olaraq cavabdehlə danışıqlar aparmış və cavabdeh əvvəllər pulu qaytarmağa söz versə də, sonda bundan yayınmışdır. İddiaçı da pulun qaytarılmayacağından əmin olduqdan sonra hazırkı iddia ilə 2019-cu ilin avqust ayında məhkəməyə müraciət etmişdir. Bu baxımdan iddiaçı tərəfindən iddia müddəti buraxılmamışdır. Halbuki Mülki Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Borclu öhdəliyini ağlabatan müddətdə icra etmədikdə, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirildikdə borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur. Məcəllənin 377.3-cü maddəsinə əsasən belə öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. Digər tərəfdən mülki qanunvericilikdə kreditorun borcun qaytarılması ilə bağlı borclu ilə danışıqlar aparması iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi əsası kimi müəyyən edilməmişdir. İddiaçı öz ərizəsində, məhkəmə baxışı zamanı verdiyi yazılı və şifahi izahatlarında iddia müddətinin axımının dayandırılmasını əsas verən, Mülki Məcəllənin 3 79-cu maddəsində nəzərdə tutulan hər hansı hala istinad etməmişdir. Həmçinin Mülki Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Qeyd olunmalıdır ki, qanunun mənasına görə kreditorun yalnız iddia müddəti bitmədən iddia qaldırması iddia müddətinin axımını kəsə bilər. Əgər iddia qaldıranadək artıq iddia müddəti bitibsə, həmin müddətin kəsilməsindən də söhbət gedə bilməz. Beləliklə, mülki qanunvericiliyin tələblərindən göründüyü kimi icra müddəti göstərilməyən öhdəliklər ağlabatan müddətdə icra edilmədikdə, əgər Mülki Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlmirsə borclunun öhdəliyi icra etmək vəzifəsi kreditorun icranı tələb etdiyi vaxtdan yeddi gün keçdikdən sonra başlayır. Bu andan etibarən hesab edilir ki, öhdəliyin icra vaxtı çatmışdır və öhdəlik pozulmuşdur. Kreditorun öz hüququnun pozulmasını bildiyi, yaxud bilməli olduğu bu andan etibarən iddia müddətinin də axımı başlayır. İddia müddətinin axımının davam etdiyi dövr ərzində borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə də iddia müddətinin axımı həmin andan yenidən başlanır. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarını mübahisəyə tətbiq etmədən, tərəflər arasında yaranmış münasibətlər üzrə iddia müddətinin axımının nə vaxtdan başladığı, yaxud kəsildiyi ilə bağlı araşdırma və hüquqi dəyərləndirmə aparmadan belə qənaətə gəlmiş dir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmamışdır.
58. Məhkəmə, həmçinin iddiaçının cavabdehdən pul vəsaitinin 6 il qanunsuz saxlanmasına görə maddi ziyan qismində 73799,928 ABŞ dolları tələbini də tam təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin hissədə tələbin təmin olunması üçün eyni anda həm Mülki Məcəllənin 445.7-ci, həm də 449.1-ci maddələrinə istinad etmişdir. Halbuki həmin maddələr hər biri iddia tələblərinin müstəqil qanuni əsasları kimi çıxış edir və fərqli dispozisiya şərtlərini müəyyən edir. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik bir qayda olaraq zərərin ödənilməsi tələbinin təmin olunması üçün tələb edən şəxs tərəfindən sübutların təqdim olunması qaydasını müəyyən etsə, başqa sözlə bununla bağlı sübutetmə yükünü iddiaçının üzərinə qoysa da, Məcəllənin 4 47.5-ci maddəsi həmin qaydadan istisna nəzərdə tutur. Bu istisnaya əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad edir.
59. Qeyd olunanlarla yanaşı, baxılan iş üzrə iddiaçı xx.xx.2019-cu il tarixdə qaldırdığı iddia ərizəsində ötən altı il üçün, yəni xx.xx.2013-cü il tarixdən başlayaraq tələb etdiyi pul vəsaitinin qanunsuz saxlanmasına görə cavabdehdən 73799,928 ABŞ dolları tələb etmişdir. Halbuki iddiaçı özü iddia ərizəsində borcu cavabdehə xx.xx.2013-xx.xx.2014-cü il tarixlərində hissə-hissə verdiyini, tək rar apellyasiya baxışı zamanı izahatında cavabdehə verdiyi pulun müəyyən hissəsinin ona 90.000 min manat dəyərində iki otaqlı mənzillə kompensasiya edildiyini, bir hissəsinin isə nağd şəkildə qaytarıldığını bildirmişdir. Buna baxmayaraq, işə baxmış apellyasiya instansiyası məhkəməsi yuxarıda da qeyd olunduğu kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməli olduğu anı, öhdəliyin icrasının pozulduğu müddəti müəyyən etmədən zərər tələbini tam təmin etmişdir. e)Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
60. Apellyasiya instansiyası məhkəməsi Mülki kollegiyasının 2(103)-3332/2022 nömrəli iş üzrə 26 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər M.V.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.
61. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişlərinə müvafiq araşdırma apararaq hesab etmişdir ki, şahid ifadələri ziddiyyətli olduğundan iddianın əsaslı hesab edilməsi üçün etibarlı sübut kimi qiymətləndirilə bilməz.
62. Məhkəmə qeyd etmişdir ki, mənzilin Emil Quliyevin mülkiyyətindən iddiaçının mülkiyyətinə keçməsini təsdiq edən müqavilə məhkəmələrə təqdim edilməsə də bəllidir ki, həmin müqavilə Emil Quliyev ilə iddiaçı arasında bağlanmış müqavilədir və cavabdeh MMC-nin iddiaçıya borcunun olmasını təsdiq edə biləcək sübut kimi qəbul edilə bilməz.
63. Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdeh MMC-yə qarşı irəli sürdüyü iddia tələbinin “borcun ödənilməsi məqsədi ilə cavabd eh MMC-dən 259.299,76 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsi barədə” hissəsi əsassızdır. Bu tələb əsassız olduğundan ondan irəli gələn “borc məbləğinin MMC tərəfindən qanunsuz olaraq saxlanılması nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq 73.799,928 ABŞ dolları məbləğində pulun MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə” tələb də əsaslı hesab edilə və təmin edilə bilməz.
64. Məhkəmə qeyd etmişdir ki, hazırki işin hallarından müəyyən edilir ki, cavabdeh MMC iddiaçıdan hər hansı pul məbləğini qəbul etməmişdir.
65. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdeh MMC-yə qarşı irəli sürülmüş iddia tələbi əsassız olduğundan iddia tələbinə iddia müddətinin tətbiq edilməsindən imtina edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya ş ikayətinin dəlilləri
66. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
67. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişlərini nəzərə almamış, iş üzrə yeni mövqe ortaya qoymuşdur. Məhkəmə gah iddiaçı tərəfindən pul vəsaitinin cavabdehə mədaxil edilməsi barədə sübutun olmamasını, gah təqdim edilmiş sübutların gecikdirilmiş sübutlar olmasını, gah saxta olmasını qeyd edərək anlaşılmaz ifadələrdən istifadə etmişdir. Məhkəmə cəmiyyətin təsisçisi və direktoru olmuş Emil Quliyevin ifadəsinə tənqidi yanaşmış və bunu heç nə ilə əsaslandırmamış, işdə olan sübutları öz formal mülahizələrinə görə şərh etmiş, qətnamə tərəflərin qarşılıqlı münasibətlər inə uyğun əsaslandırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
68. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə
69. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
70. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
71. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
72. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi əriz ə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
73. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
74. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
75. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəx s borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
76. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
77. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
78. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək və zifəsi irəli gəlməsin.
79. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
80. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
81. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdə liyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
82. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.
83. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
84. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pu la və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM
85. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
86. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
87. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
88. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni v ə əsaslı olmalıdır.
89. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
90. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
91. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
92. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
93. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
94. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
95. İşə üçüncü dəfə apelly asiya qaydasında baxan apellyasiya instansiyası məhkəməsi İddiaçı pul tələbinə dair iddiasının rədd olunmasını qanuni və əsaslı hesab edərkən cavabdeh "xxxx" MMC-nin İddiaçı hər hansı pul məbləğini qəbul etməməsini əsas göstərmiş və bu zaman maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1 və 739-cu maddələrinə istinad etmişdir.
96. Kollegiya aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, qətnamə ləğv olunmalı, iş yeni apellyasiya baxışına qaytarılmalıdır.
97. İddiaçıya görə o, 02 dekabr 2013-cü il tarixdən 03 noyabr 2014-cü il tarixədək MMC-nin kassasına 412.660 ABŞ dolları məbləğində pul keçirmiş, lakin MMC-nin təsisçisi olmuş mərhum X15 tərəfindən ona həmin məbləğin bir qismi qaytarılsa da, 259. 299,76 ABŞ dolları məbləğində hissəsi qaytarılmamışdır. MMC-nin yeni təsisçisi İ.E.Eyyubovun həyat yoldaşı Sevda Eyyubova həmin borcu ona qaytarmaqdan imtina etməsini əsas göstərməklə İddiaçı MMC-yə qarşı həm borcun, həm də borcun qaytarılmasının gecikdirilməsinə görə 73.799,928 ABŞ dollarının ona ödənilməsi barədə məhkəmədə iddia qaldırmışdır.
98. İşə sonuncu dəfə apellyasiya qaydasında baxılarkən iddia tələbini təsdiq və inkar edən aşağıdakı hallar müəyyən olunmuşdur.
99. İddiaçı tərəfindən məhkəmə instansiyalarına cavabdehin ona ödənilməmiş qalmış 259.299,76 ABŞ dolları məbləğində borcunun olmasına dair “kompüter çıxarışları” təqdim edilmişdir. Həmin çıxarışların biri işə baxan birinci instansiya məhkəməsinə (1cild,səh.127), ikinci isə apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş dir (2-cild, səh.17).
100. İş üzrə şahid qismində dindirilmiş MMC-də baş mühasib işləmiş M.Rəşidov, MMCdə direktor müavini işləmiş Ş.Tağıyev, MMC-də direktor vəzifəsində işləmiş E.Quliyev, MMC-də baş mühasib işləmiş A.İsrafilova məhkəmədə verdikləri ifadələrində iddiaçı tərəfindən MMC-yə pul mədaxil olunmasını və həmin pul məbləğinin əksəriyyətinin ona qaytarımamasını təsdiq etmişlər.
101. Onların ifadələrinə görə iddiaçı tərəfindən MMC-yə qoyulan pul vəsaiti MMC-də kassir vəzifəsini icra edən mərhum X4 Eyyubovaya verilmiş və onun tərəfindən kassaya mədaxil edilərək banka köçürülmüşdür.
102. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş kompüter çıxarışlarının biri-birindən fərqli olmaqla müvafiq qaydada təsdiq olunmamasını, mərhum İlham Eyyubovun həyat yoldaşı S.Eyy ubovanın və qızı R.Eyyubovanın iddiaçı tərəfindən MMC-yə pul vəsaiti qoyulmasını inkar etmələrini, şahidlərin ifadələrində iddiaçı tərəfindən MMC-yə ödənilən pulun məbləğinin miqdarı ilə bağlı ziddiyyətlərin olmasını, pulun ödənilməsinin iddia olunduğu dövrdə MMC-də kassir vəzifəsinin olmamasını əsas göstərmişdir.
103. Apellyasiya instansiyası məhkəməsi kompüter çıxarışlarını sübut kimi qəbul etməyərkən onların kompüterə nə vaxt, kimin tərəfindən daxil edilməsi və hansı səbəbdən səlahiyyətli vəzifəli şəxsin imzası və möhürü ilə təsdiq olunması yoxlanılmamış və kompüter çıxarışlarında əks olunan borcun məbləğinin şahid qismində dindirilmiş MMC-nin vəzifəli şəxslərinin (Sevda və Raminə Eyyubovalardan başqa) ifadələri ilə qismən təsdiq olunmasına lazımınca qiymət verilməmişdir.
104. İddiaçıya görə onun MMC-yə borc kimi verdiyi pul məbləğinin bir hissəsi ona nağd pul şəklində, 90.000 manatı isə mənzil şəklində verilmişdir.
105. Onun göstərdiklərini şahidlər E.Quliyev və M.Rəşidov təsdiq etmişlər.
106. Apellyasiya instansiyası məhkəməsi həmin mənzilin E.Quliyevin adına olmasına və onun tərəfindən iddiaçıya satılmasına əsaslanaraq iddiaçının və şahidlərin bununla əlaqədar göstərdiklərini rədd etmişdir.
107. İş materiallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 81 A saylı evin 4 saylı mənzili 04 may 1994-cü il tarixdə X11 adına qeydiyyatdan keçmiş, 09 noyabr 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzil onun tərəfindən Emil Quliyevə satılmış, 29 aprel 2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında isə İddiaçı satılmış və mənzil 05 may 201 6-cı il tarixdə sonuncunun mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.(2 cild, səh. 234-235).
108. Göstərilən vəziyyətdə apellyasiya instansiyası məhkəməsi iddiaçının və şahidlərin hansı əsaslara görə həmin mənzilin borcun bir qismi kimi iddiaçıya verilməsi kimi qiymətləndirmələrini aydınlaşdırmaq istiqamətində hər hansı bir araşdırma aparmamış, həmin mənzilin Emil Quliyevin mülkiyyətində olduğu dövrdə mənzildən faktiki olaraq kimin istifadə etməsi, mərhum İlham Eyyubovun mənzillə əlaqəsinin olub-olmamasını yoxlamamışdır.
109. İş materiallarından görünür ki, İddiaçı iddia tələbini təmin etmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 fevral 2022-ci il tarixli qərarı ilə ləğv edi lib iş yeni apellyasiya baxışına qaytarılarkən iddiaçı tərəfindən MMC-yə pul məbləğinin verilməsinə və onun tam qaytarılmasına dair apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallara münasibət bildirilməmiş, yalnız iddia müddətinin tətbiqi məsələsinin müzakirə olunmadan iddianın təmin edilməsi əsas göstərilməklə qətnamə ləğv edilmişdir.
110. İşdən görünür ki, MMC-yə 2013-2014-cü illərdə borc verməsini iddia etdiyi pulun qaytarılmamış hissəsini tələb edən iddiaçı məhkəməyə 2019-cu ilin avqust ayında müraciət etmişdir.
111. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən öhdəliyin icra edilməli olduğu anı müəyyən etməməklə apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.3, 379 və 380-ci maddələrinin tələblərinə əməl etməmişdir. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələbinin ziddinə olaraq kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl etməmiş və iddia müddətinin tətbiqi imkanını araşdırmaqdan imtina etmişdir.
112. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 26 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.