Məhkəmə qərarları › İş №2(102)-5631/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5631/2022

29.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5631/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X6, Cavabdeh2 və X10 (maraqlı şəxs Abşeron rayon 1 saylı Notariat ofisi, Sumqayıt şəhəri 3 saylı notariat ofisi, Sumqayıt Asan Xidmət Mərkəzinin Notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: etibarnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər X6, Cavabdeh2 və X10 (maraqlı şəxs Abşeron rayon 1 saylı Notariat ofisi, Sumqayıt şəhəri 3 saylı notariat ofisi, Sumqayıt Asan Xidmət Mərkəzinin Notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi) qarşı etibarnamələrin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-778/2022 nömrəli iş üzrə 19 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh X10 tərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakin Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi, X14 küçəsi ev 21 ünvanında yerləşən, ümumi sahəsi 302.99 kv.m olan fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmuşdur.

2. İddiaçı tərəfindən X6 xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci ilədək verilmiş və Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən 7E 1529 reyestr sayla qeydə alınmış etibarnamə əsasında X9 etibarnaməni etibaretmə qaydasında ona verilmiş səlahiyyətlərini Sumqayıt Asan Xidmət mərkəzində notariat ofisində 7E-1819 reyestr sayla qeydə alınmış 09 mart 2021-ci il tarixli etibarnamə ilə X7 vermiş, bundan sonra X10 həmin etibarnamə ilə Sumqayıt Asan Xidmət mərkəzində notariat ofisində 4Ə- 430 reyestr saylı, xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi ilə İddiaçı məxsus Abşeron rayon, Saray qəsəbəsi, X14 küçəsi, ev 21 ünvanında yerləşən, ümumi sahəsi 302.9 kv.m olan fərdi yaşayış evini X6 bağışl amış və sonuncunun mülkiyyət hüququ xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır.

3. İddiaçı xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər X6 və Cavabdeh2 (üçüncü şəxslər Abşeron rayon 1 saylı Notariat ofisi və X10) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 xx.xx.2021-ci il tarixində Abşeron rayon 1 saylı Notariat Ofisində verilmiş 1529 reyestr nömrəli, xx.xx.2021-ci il tarixində Cavabdeh2 Sumqayıt şəhəri 3 saylı notariat ofisində verilmiş 1344 reyestr nömrəli və Sumqayıt Asan Xidmət Mərkəzinin Notariat X2 verilmiş 7E-1819 reyestr nömrəli etibarnamələrin etibarsız hesab olunması, xx.xx.2021-ci il tarixli, 4Ə-430 reyestr nömrəli daşın maz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilənin əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın və verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X9 iddiaçının oğlu, digər cavabdeh X10 isə nəvəsidir. Cavabdeh X9 2021-ci ilin əvvəllərindən ona fiziki və mənəvi işgəncələr verməyi artırmışdır. O, mart ayında onu Abşeron rayon 1 saylı Notariat Ofisinə aparmış, notariusda olarkən oğlu oradakı əməkdaşlarla nəsə danışdıqdan sonra ona bir sənəd göstərilmiş və oğlu guya onun qüsurlu olduğunu bildirərək öz oğlunun həmin sənədə onun əvəzindən qol çəkməsini bildirmişdir. O isə sənədin nə sənəd olduğunu və nə üçün istədiyini soruşduqda ona “sən imza at, narahat olma” demişdir. Bundan bir neçə müddət sonra iddiaçı qızından və evə gəlib-gedən şəxslərdən öyrənmişdir ki, oğlu ona məxsus evi satmaq istəyir. Onun evini satmaq üçün şübhələndiyindən qızından həmin sənədlərin nə sənəd olduğunu dəqiqləşdirməsini istəmişdir. Bu məqsədlə qızı onu da götürüb Sumqayıtda yerləşən “Asan Xidmət” Mərkəzinə getmişdir. Həmin vaxt ona Elektron notariat X1 Çıxarış təqdim edərkən ona məlum olmuşdur ki, oğlu Sumqayıt şəhəri 3 saylı notariat ofisində Cavabdeh2 və Abşeron rayon 1 saylı Notariat Ofisində isə özünə etibarnamə yazdırmışdır. Həmin çıxarışda isə onu cismani qüsuru olan şəxs kimi qeyd etmiş və əvəzindən öz oğluna etibarnaməyə imza etdirmişdir. Cavabdeh bundan əlavə də ona hansısa sənədlərə qol çəkdirmişdir. Cavabdeh X6 Abşeron rayon 1 saylı Notariat Ofisində və Sumqayıt şəhəri 3 saylı notariat ofisində Cavabdeh2 verdiyi etibarnamə onun iradəsi ilə və hər hansısa məqsədlə verilmədiyindən etibarnamənin verilmə tarixindən sonrakı andan adından edilən bütün hərəkətlər qanunsuz və əhəmiyyətsizdir. Sorğu zamanı məlum olmuşdur ki, cavabdeh X9 iddiaçının ona verdiyi etibarnamədən istifadə edərək oğlu X7 xx.xx.2021-ci ildə Sumqayıt Asan Xidmət Mərkəzinin Notariat Ofisində etibarnamə vermiş, X10 isə həmin etibarnamədən istifadə edərək xx.xx.2021-ci il tarixli, 4Ə-430 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlamaqla iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 302.9 kv.m olan fərdi yaşayış evini cavabdeh X3 mülkiyyətinə keçirmişdir. Həmin bağışlanma müqaviləsi görünüş üçün bağlandığına görə uydurma əqddir. Belə ki, iddiaçının cavabdeh X6 etibarnamə verməsindən də görünür ki, onun öz mənzilini cavabdeh X6 hədiyyə etmək niyyəti olmamışdır. Beləliklə, cavabdeh X6 Abşeron rayon 1 saylı Notariat Ofisində, Sumqayıt şəhəri 3 saylı notariat ofisində Cavabdeh2 və Sumqayıt Asan Xidmət Mərkəzinin Notariat X2 verilmiş 7E-1819 reyestr nömrəli etibarnamələr iddiaçının iradəsi ilə və bağışlanma müqaviləsi bağlanması məqsədi ilə verilmədiyindən etibarnamələrin verilmə tarixindən sonrakı andan iddiaçının adından edilən bütün hərəkətlər qanunsuz və əhəmiyyətsizdir

6. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X9 iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı onun atasıdır. Atası ilə aralarında heç bir problem olmamış və hal-hazırda da yoxdur. Verilmiş etibarnamə atasının iradəsi əsasında verilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir.Atası öz iradəsi ilə notariat orqanına getmiş, etibarnamə verməsinin nəticələri ona izah edilmiş, tez-tez başqa sənədləşmələrdə əziyyət olmasın deyə bütün səlahiyyətləri ona vermişdir. Verilmiş iddia ərizələri də atasının iradəsindən kənar tərtib edilir, ümumiyyətlə onun məhkəmədən məlumatı belə yoxdur. Bunu edən bacısıdır ki, onun da başqa maraqları var. Əslində isə atası evi əsil sahibinə qaytarıb. Belə ki, həmin torpaq sahəsini cavabdeh olaraq o, bacısının həyat yoldaşı Rzayev Əlyardan almış və üzərində tikini tikmişdir. Rzayev Əliyar həm bacısının həyat yoldaşı, həm də divar qonşusudur. O vaxt heç bir sənədləşmə aparmadan torpaq sahəsini almışdı.Evi tikib qurtardıqdan sonra atası ilə anası yaşlı adamlar olduğu üçün onları bu evə gətirmişdır.Bakıdakı evlər isə plana düşdüyü üçün bacısı Kamilə hansı yollarlasa pullarını alıb mənimsəmiş, onlara bir qəpik də olsa verməmişdir. 2012-ci ildə mübahisəli torpaq sahəsini və evi sənədləşdirmək qərarına gəlmiş, ona görə də Rzayev Əliyarın adından çıxış edən dostu Quluzadə Ədalət ilə atası arasında alqı-satqı bağlanmışdır. O, Rusiya Federasiyasının vətəndaşı olduğu üçün torpaq sahəsini atasının adına sənədləşdirmişdir. 2015-ci ildə reyestr xidmətinə müraciət edərək, evi öz adına rəsmiləşdirmək istədikdə, sənədlərdə çatışmamazlıq olduğu üçün, həmçinin torpaq sahəsinin koordinatları düz otuzdurulmadığı üçün sənədləşdirə bilməmişdir. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırır ki, torpaq sahəsi atasının adına keçdikdən sonra xx.xx.2013-cü ildə atası ona bütün səlahiyyətləri üzrə etibarnamə ve rmişdir. Atası 2018-ci ilə qədər Bakı şəhərində yerləşən evində qeydiyyatda olmuşdur. 2018-ci ilə qədər evdə yalnız o və oğlu qeydiyyatda olmuşlar. Atası 2018-ci ildə qeydiyyata düşüb. Qardaşı oğlu Elvin evləndikdən bir müddət sonra onun həyat yoldaşı Elnarə onun razılığı və icazəsilə həmin evə köçüb. Anasının vəfatından sonra da atasına yaxşı baxıb. Onun da bir əli həmişə atasının və onların üzərində olub. Lakin, 2020-ci ilin sonlarında eşitdi ki, Elnarə xanım evi öz adına keçirtmək istəyir Bunu necə baş verəcəyini aydınlaşdırdıqda ona məlum oldu ki o, atasının adından etibarnamə alıb. Həmin etibarnamə xx.xx.2021-ci ildə atası tərəfindən ləğv edilib. Elnarə də ona qarşı bu məkrli oyunu ifşa olunduğunu gördüyü üçün mənzili tərk etmiş, bir neçə gün sonra isə anası, qardaşı və bir neçə digər qohumlarının iştirakı ilə əmlaklarını yığıb onun bu evindən getmişdir. O, bu sənədləşmələr aparılarkən həmçinin, artıq dializ xəstəsi olduğu üçün uzun müddət burda qalmışdır. Atasına da baxmaq üçün ona xidmət edən şəxs tutmuş, çox mehriban yaşamışlar. Həmin evdə müxtəlif məclislər keçirilmiş, evin onun adına keçirilməsindən ailə üzvlərinin hamısının məlumatı olmuşdur. Lakin o, yenidən Rusiya Federasiyasına gedən kimi bacısı Kamella gəlib atasının öz evinə aparmış, hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, atasını isə onlardan gözlədir. O əminliklə deyir ki, atasının bu iddia ərizəsindən xəbəri belə yoxdur, iddianı şəxsən imzalamayıb. 2021-ci ilin oktyabr ayında o, Rusiyaya gedəndən sonra bacısı atanı özü ilə aparmış, bundan sonra onlardan gizlətmişdir. Bunun da səbəbi indi üzə çıxır k i, bacısı Bakı şəhərində yerləşən evlərdən qazandığı pulları xərcləyib qurtanb, indi də göz dikib onun evinə. Hətta özünə heç vaxt münasibəti olmadığı qardaşının gəlini Elnarəni də yardımçı kimi istifadə edir. Göründüyü kimi o, əslində özünə məxsus olan evi öz adına rəsmiləşdirmişdir. İddiaçının dəlilləri əsassızdır və təmin edilməməlidir.

7. Məhkəmə iclasında cavabdeh X10 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında digər Cavabdeh2 iddia tələbinə etiraz verərək bildirmişdir ki, həmin iddia tələbinin ona aid olan hissəsini qəbul etmir, onu qanunsuz və əsassız hesab edir. Belə ki, o, 2018-ci il tarixdən vəkil kimi Xırdalan Şəhər Vəkil Bürosunda fəaliyyət göstərir. Lakin iddia ərizəsində adları göstərilən şəxslər İddiaçı, cavabdeh X9, üçüncü şəxs X10 ad lı şəxslər adı gedən işlə bağlı onun işlədiyi ofisdə olmamış, ona müraciət etməmiş və onunla müqavilə bağlamamışlar. İddiaçı tərəfindən 21 yanvar 2021-ci il tarixdə Sumqayıt şəhəri 3 saylı Notariat ofisində onun adına Etibarnamənin verilməsindən də xəbəri yoxdur. Həmin tarixdə o Sumqayıt şəhərində yerləşən həmin ofisdə olmamışdır. Bunu yoxlamaqda olar. Belə bir etibarnaməni görməmişdir, belə bir etibarnamə ona təqdim olunmamışdır və belə bir etibarnamə ilə kiminsə adından kiminsə xeyrinə və ya kiminsə ziyanına heç bir iş görməmişdir. Ola bilsin ki, bu adamların adından hansısa, bir qohumu nə vaxtsa, müəyyən işin görülməsi və ya müəyyən hüquqi məsləhətlərin alınmasından ötrü ona müraciət etmişdir. Vəkillərə bir qayda olaraq, məhkəmələrdə onu verən şəxsin adından çıxış etmək üçün etibarnaməl ər verilir. Həmin etibarnamələrlə məhkəmədən kənar heç bir iş görmək olmur. Onun adına verilmiş etibarnamə ilə hər-hansı bir işin görüldüyünü müəyyən etmək istəsələr bunu çox asanlıqla aşkar edə bilərlər. Onun adına verilmiş Etibarnamə 30 sentyabr 2021-ci il tarixdə ləğv edilmişdir. Bütün bu yuxarıda göstərilənlərə əsasən ona qarşı irəli sürülmüş iddia tələbini əsassız və qanunsuz hesab edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Elnarə Ağaməmmədova ifadələrində bildirmişdir ki, o, 2005-ci ildə həmin evə gəlin gəlmişdir. 2021-ci ilin martın 1dək orada yaşamış, Ağammədov Elşən onu evdən qovmuşdur, 2015-2016-cı illərdə iddiaçı onun oğlu Məhəmmədin adına vəsiyyətnamə vermiş, ona isə etibarnamə vermişdir. Əlövsət həmişə Rusiyada yaş amış, qonaq kimi gəlib-getmişdir. Əlövsətlə münasibəti həmişə yaxşı olub, ancaq vəsiyyətnamə ortaya çıxandan sonra aralarında mübahisə yaranmışdır. Əlövsət martın 1-də Rusiyadan gəlmiş, sentyabra kimi burada qalmış, sonra yenidən Rusiyaya qayıtmışdır. Evin təmirini iddiaçının heyvanlarını sataraq etdirmişlər. 2010-cu ildə qaynanası vəfat etmişdir. Vəsiyyətnamə olduğu üçün heç vaxt narahat olmamışdır.

10. Abşeron Rayon Məhkəməsinin (hakim C.Səfiyeva) 21 dekabr 2021-ci il tarixli, 2(012)-6445/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı tərəfindən cavabdehlərə verilmiş etibarnamələr, onun iradəsinə uyğun verilmiş etibarnamələr olmaqla, həmin etibarnamələrin və bu etibarnamə əsasında aparılmış bağışl anma müqaviləsinin etibarsızlığının qanuni əsasları müəyyən edilməmişdir.

12. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 359, 362, 324, 666, 667, 668, 337, 339 və 340-cı maddələri, Mülki Prosessual Məcəllənin 14, 77 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmiş, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, tətbiq etdiyi maddi hüquq normalarını isə səhv təfsir etmişdir. Belə ki, məhkəmə Mülki Məcəllənin 359.1, 359.2-ci maddələrini tətbiq etsə də, tətbiq edilməli olan 359.3-cü maddəsini tətbiq etməmişdir. Mülki Məcəllənin 359.3-cü maddəsinə görə, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Hazırki işdən göründüyü kimi, cavabdeh ona verilmiş etibarnamə əsasında səlahiyyəti öz oğluna ötürməklə, sonradan oğlu ilə özü arasında iddiaçının mülkiyyətinin özünə bağışlanmasına dair bağışlama müqaviləsi bağlamışdır. Bununla da o, faktiki olaraq təmsilçi kimi təmsil edilənin adından özü üçün əqd (bağışlama müqaviləsi) bağlamışdır. Həmin müqavilə Mülki Mə cəllənin 359.3-cü maddəsinin tələblərinə əsasən etibarsızdır. Şəxsə əqd bağlamaq üçün etibarnamə verilməsi, etibarnamə verənin (təmsil olunanın) istənilən əqdi bağlamağa razılıq verməsi kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə almaq lazımdır ki, iddiaçı aldadılma nəticəsində etibarnamə verdiyini təsdiq edir. Buradan açıq aydın görünür ki, cavabdeh öz atasının yaşlı olmasından istifadə edərək, onu aldatmış, onun adından öz adına etibarnamə almış və daha sonra atasından etibarnamə ilə aldığı səlahiyyəti etibar edilmişi etibar etmə qaydasında öz oğluna ötürərək, yəni atasının adından oğluna etibarnamə verərək, sonra da oğlu ilə öz arasında bağışlama müqaviləsi bağlamışdır. Göründüyü kimi, bu əməl təkcə mülki hüquq pozuntusu olmayıb, burada həm də qabaqcadan əlbir olan bir qrup şəxs ha lında külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin tərkibi də vardır. Əgər həqiqətən də iddiaçının öz evini cavabdehə bağışlamaq niyyəti olsaydı elə etibarnamə vermək üçün getdiyi notariat kontorunda bunu edə bilərdi. Cavabdehlərin uzun-uzadı, dolayı yollarla hərəkət etməsi, onların kriminal niyyətindən və iddiaçının evi bağışlamaq niyyətinin olmamasından xəbər verir. Birinci instansiya məhkəməsi qeyd olunan hallara düzgün hüquqi qiymət verməmiş və iddiaçının konstitusion hüquqlarını pozmuşdur. Sadalanan hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən məhkəmə qətnaməsi ləğv edilməli iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ş.R.Abasov (sədrlik edən və məruzəçi), S.A.Qafa ri və T.Q.Məmmədov) 2(105)-778/2022 nömrəli, 19 iyul 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-6445/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qətnaməsi qismən, xx.xx.2021-ci il tarixli, 4Ə-430 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilənin əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın və verilmiş çıxarışın ləğvinin təmin edilməməsi hissəsində ləğv olunmuş, həmin hissədə yeni qətnamə qəbul edilərək, Sumqayıt Asan Xidmət mərkəzində notariat ofisində 4Ə-430 reyestr saylı, xx.xx.2021-ci il tarixli İddiaçı adından etibarnamə ilə çıxış edən nümayəndəsi X10 ilə X9 arasında bağlanmış Abşeron rayonu, Saray qəsəbəsi, X14 küçəsi, ev 21 ünvanında yerl əşən, ümumi sahəsi 302.9 kv.m olan fərdi yaşayış evinin bağışlanmasına dair müqavilə etibarsız hesab edilsin. Həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində Abşeron rayonu, Saray qəsəbəsi, X14 küçəsi, ev 21 ünvanında yerləşən, ümumi sahəsi 302.99 kv.m olan fərdi yaşayış evinin X3 adına xx.xx.2021-ci ildə aparılmış qeydiyyat və onun əsasında verilmiş çıxarış ləğv edilmiş, qətnamə cavabdeh X6 xx.xx.2021-ci il tarixində Abşeron rayon 1 saylı Notariat Ofisində verilmiş 1529 reyestr nömrəli, xx.xx.2021-ci il tarixində Cavabdeh2 Sumqayıt şəhəri 3 saylı notariat ofisində verilmiş 1344 reyestr nömrəli və Sumqayıt Asan Xidmət Mərkəzinin Notariat X2 verilmiş 7E-1819 reyestr nömrəli etibarnamələrin etibarsız hesab olunmasının təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmış, idd ia ərizəsinin verilməsi üçün ödənilmiş 10,40 manat dövlət rüsumu, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun 10 manatı, cəmi 15,40 manat cavabdehlər X9 və X4 müştərək qaydada tutularaq İddiaçı hüquqi varisi X5 ödənilməsi qət edilmişdir.

16. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli əmlaka dair bağışlama müqaviləsi bağlanarkən Mülki Məcəllənin tələbləri pozulmuş, nəticədə şəxs mülkiyyət hüququ ilə ona məxsus əmlakından məhrum olmuşdur. Ona görə də həmin əqd etibarsızdır. İşə baxan birinci instansiya məhkəməsi maddi hüquq normalarının kobud şəkildə pozulmasına əhəmiyyət verməmiş, iş üzrə tətbiq edilməli normaları sadalamaqla kifayətlənmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, tətbiq edilməli olmaya n maddi hüquq normasını tətbiq etmiş, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, tətbiq etdiyi maddi hüquq normalarını isə səhv təfsir etmişdir.

17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 359 və 337-ci maddələrinə, “Notariat haqqında” AR Qanununun 45-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh X10 (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayətinin əsası kimi qeyd olunmuşdur ki, İddiaçı cavabdeh X6 etibarnamə verərkən öz azad iradəsi ilə notariat ofisinə getmiş, verdiyi etibarnamənin məzmunu ilə tanış olmuş və imzalamışdır. Etibarnamə verilərkən həqiqi niyyə t də, faktiki cavabdeh X9 tərəfindən alınmış və tikilmiş torpaq sahəsi və üzərindəki əmlakın onun mülkiyyətinə verilməsi ilə bağlı olmuşdur. Etibarnamə verilərkən cavabdehlər tərəfindən iddiaçıya heç bir mənəvi və ya fiziki təzyiq göstərilməmişdir. İş materiallarında olan və iddiaçı tərəfindən cavabdehə 2013-cü il tarixdə verilmiş etibarnamə də bunu sübut edir ki, iddiaçı ilə cavabdeh arasında heç bir münaqişə olmamış və əvvəllər də oxşar məzmunlu etibarnamələr iddiaçı tərəfindən cavabdehə verilmişdir. İddiaçının ümumiyyətlə hazırki mülki məhkəmə işindən və onun adından verilmiş iddia tələbindən məlumatı olmamış, məhz bu səbəbdən iddiaçı sağ olarkən birinci instansiya məhkəməsinə gətirilməmiş, sonradan iş apelyasiya baxışında olarkən isə iddiaçı vəfat etdiyinə görə, hüquqi varislərdən X8 b ir növ öz iddia tələbini, əsl İddiaçı adından verməkdədir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

21. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

22. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.

23. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır.

24. Maddə 324.1. Əqd mülki hüquq m ünasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

25. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

26. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

27. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

28. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəf indən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

29. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.

30. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlanma etibarlıdır.

31. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

32. Maddə 339.1. Hakimiyyətdən sui-is tifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

33. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətlənd irilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

34. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Mülki Prosessual Məcəllə

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Ma ddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aş ağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdu r.

45. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

46. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-778/2022 nömrəli iş üzrə 19 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar