Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5632/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-5632/22 (Açar sözlər: iddia müddəti; pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Ələsgər Əliyev Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və İsmayıl Xəlilov Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1913/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdak ı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Cavabdeh qızıl-zinət əşyaları vermiş, Cavabdeh da həmin zinət əşyalarını müxtəlif şəxslərə sataraq əldə etdiyi pulu iddiaçıya ödəməyi öhdəliyə götürmüşdür.
2. Nəsimi RPİ İŞ-nin 25 avqust 2016-cı il tarixli qərarına əsasən vətəndaş İddiaçı şikayəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra mətndə-iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8000 (səkkiz min) ABŞ dolları və 8000 (səkkiz min) manat əsas məbləğ, 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona 8000 (səkkiz min) ABŞ doları və 8000 (səkkiz min) manat borcludur. Cavabdeh ona borclu olduğu 8000 (səkkiz min) ABŞ dolları və 8000 (səkkiz min) manat məbləğində qızıl-zinət əşyalarını müxtəlif vaxtlarda satmaq üçün ondan almış və qızıl-zinət əşyalarını satıb pulunu ona qaytaracağına söz versə də, indiyə kimi buna əməl etməmiş və nə pulu qaytarmış, nə də qızıl-zinət əşyalarını. Dəfələrlə cavabdehə həmin məbləğin verilməsi əlaqədar müraciət etsə də, o, müxtəlif bəhanələrlə ona borclu olduğu pulu qaytarmaqdan boyun qaçırır. O, pulun verilməsi barədə müvafiq orqanlara dəfələrlə müraciət etsə də, bunun m əhkəməyə aid olduğu bildirilmişdir. Bütün bunlar onun maddi vəziyyətinin və səhhətinin pisləşməsinə gətirib çıxarmışdır. O, bunları əsas gətirərək məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
5. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 53-cü maddəsinə uyğun olaraq iddia ərizəsinə dəqiqləşdirmə verərək cavabdeh tərəfindən üzərinə düşən öhdəliklərin icra edilməsi və ona məxsus 24000 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların bazar dəyərinin, yəni 24000 manat məbləğində pulun və dəymiş maddi ziyana görə 15000 manat məbləğində pulun onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsində göstərilir ki, cavabdeh “mənə borclu o lduğu 8000 (səkkiz min) ABŞ dolları və 8000 (səkkiz min) manat məbləğində qızıl-zinət əşyalarını müxtəlif vaxtlarda satmaq üçün məndən almış və qızıl-zinət əşyalarını satıb pulunu mənə qaytaracağına söz versə də, indiyə kimi buna əməl etməmiş, nə pulu qaytarmış və nə də qızıl-zinət əşyalarını”. İddiaçı sonra məhkəməyə yeni ərizə vermiş və göstərir ki, 24650 manatlıq qızıl-zinət əşyaları borcludur. Qızıl-zinət əşyalarının geri qaytarılmasını və ya pulunun ödənilməsini xahiş edir. Hesab edir ki, iddianın heç bir əsası yoxdur. Ona görə də, məhkəmə işə mahiyyəti üzrə baxaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarmalıdır. İddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyildir. Belə ki, o, uzun illər öncə iddiaçı ilə tanış olmuşdur. Həmin vaxt o, pal-paltar alıb satırmış. İddiaçı ilə tanış olduqdan sonra ondan qızıl əşyalar götürür və satıb pulunu verirmiş. Amma çox vaxt qızılları nisyə satırmış. Və qızılları verdiyi şəxslər bir müddət sonra qızılların pulunu ona verirmiş, o da aparıb iddiaçıya çatdırırmış. Qızıl əşyalarını Aida adlı bir xanıma da nisyə satmışdır. Aida adlı xanıma ayrı-ayrı vaxtlarda 20000 manatadək qızıl əşyalar satmışdır. O, əvvəl qızıl-zinət əşyalarının pullarını vaxtlı-vaxtında verirmiş. Amma qızılın-zinət əşyaların dəyəri olan 4500 manatı hələ də qaytarmamışdır. Hansı ki, o, pulu iddiaçıya verməli imiş. İndi iddiaçı həmin 4500 manatı istəyir. Onu da Aida ona qaytardığı halda, o da pulu iddiaçıya qaytaracaqdır. İddia ərizəsində göstərilən digər şəxslərlə bağlı deyilənləri qəbul etmir. Deyilənlərin heç biri həqiqətə uyğun deyildir. Qeyd edilənlər ə əsasən iddiaçının qızıl zinət əşyalarının və ya onların pulla dəyərinin tələbinə dair iddiasının rədd edilməsini xahiş edir. 7. 28 oktyabr 2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərmişdir ki, o, qızılları Zeynəb xanımdan almışdır. Sonra isə qızılların pullarını hissə-hissə qaytarırmış. 8000 manatlıq mal almış, 3500 manat ödəniş etdikdən sonra 4500 manat borc pulu qalmışdır. Qızılları Zeynəb xanımdan alıb bacısı Rənaya verirmiş. Rəna ona pul verdikcə qızılın pulunu Zeynəb xanıma qaytarırmış. Sonra bacısı Rənanın həyat yoldaşı vəfat etdiyi üçün ödəniş edə bilməmiş, hazırda miras əmlakı bölündükdən sonra qalan 4500 manat borcu geri qaytaracaqdır. Qızı Aytən qızıl götürmüş və geri də qaytarmışdır. Qızı Aytənin borcu qalmamışdır. Qızılı dollarla de yil, manatla götürmüşdür. Pulların hamısını Zeynəb xanıma vermişdir. Ödənişlərlə bağlı hər hansı bir sübutu yoxdur. Bundan başqa, Aytənin yerinə nə isə deyə bilməz. Zeynəb xanımın pulu verdiyi zaman özündə qeyd edirmiş. 6-7 il olar ki, bu hadisə olmuşdur. 4500 manat borcu qalmışdır. O, pulu ancaq Zeynəb xanıma verirmiş. Hətta pulu verdiyini qonşuları da görürmüş.O, Mahirə xanıma pul verməmişdir. Mahirə xanım bir dəfə onun evinə gəlmiş, onun üstünə hücm çəkib pulu qaytarmağını bildirmişdir. Sadəcə olaraq pulu verməyini bildirmişdir. Ona ümumi məbləği deməmişdir. O, Könül adlı şəxsi tanımır. 8. 28 oktyabr 2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək göstərmişdir ki, qızılları Zeynəb xanımdan almışlar. O, pulu göndərirmiş bacısı Aidə xanım verir, bacısı da pulu Zeynəb xanıma verirmiş. Təxmini 4000 manat borcları qalmışdır. Əslinə qalmış bu qızılları almışdır. Həm bacısı, həm də Zeynəb xanım pul verildikcə qeyd edirmişlər. Aytənin borcu qalmamışdır. Aytənin yanında olmamış, amma bilir ki, ödəniş edilmişdir.
9. Məhkəmə iclasında tədqiq edilmişdir ki, Nəsimi RPİ İŞ-nin 25 avqust 2016-cı il tarixli qərarına əsasən, vətəndaş İddiaçı şikayəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.
10. Cavabdeh iddia müddətinin keçməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçının iddia tələbi üzrə iddia müddəti keçmişdir.
11. Ərizədə göstərilmişdir ki, iddiaçı cavabdehə və digər şəxslərə qızıl-zinət əşyalarını 2009-2010- cu il tarixlərində vermiş və iddiaçıya edilmiş ödənişlər 2012-ci ildə başa çatmışdır.
12. İcraat zamanı iddia tələbi üzrə cavabdeh tərəfindən mübahisələndirilən əsas hal məhz sözügedən tələb üzrə iddia müddətinin keçməsidir.
13. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı öz mövqeyini belə əsaslandırmışdır ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi həmçinin, məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəliklə rin icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Bundan əlavə, iddia müddəti, tələbin aradan uzun bir müddət keçməsinə baxmayaraq istifadə edilməməsi, öhdəliyin ya daha əvvəl icra edilməsini, ya da ümumiyyətlə belə öhdəliyin meydana gəlmədiyini ehtimal verməyə haqlı bir əsas yaradır, habelə öz tələb hüququna qarşı uzun müddət laqeyd qalan kreditorun hüququnun qorunmağa daha az layiq olduğu mülahizəsinə əsaslanır.
14. Məhkəmə qeyd etm işdir ki, hazırkı mülki iş üzrə tərəflər arasında münasibətlər müqavilə xarakterli münasibət olduğu üçün qeyd edilən tələbə üç illik iddia müddəti şamil edilməlidir.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, müqavilə xarakterli öhdəliklərdən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.
16. Belə ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar Mülki Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
17. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında qızıl-zinət əşyalarının satışı ilə bağlı münasibətlərin təxminən 2009-cu ildən yarandığı müəyyən edilir. Cavabdeh tərəf zinət əşyalarının satışını 2012-ci ildən dayandırıldığını bildirmişdir. İddiaçı tərəf isə bunu inkar etməmiş, cavabdehə vermiş olduğu qızılları, ya da onların dəyərinin ödənilməsi ilə bağlı iddia ilə 17 iyul 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Həmçinin qeyd etmək lazımdır ki, iddiaçı daha əvvəl də cavabdehə qarşı eyni tələblə xx.xx.2019-cu il tarixdə müraciət etmiş və həmin iddia tələbi məhkəmə tərəfindən baxılmamış saxlanılmışdır. Odur ki, iddiaçı göstərilən tarixdə iddia irəli sürməklə qanunla müəyyənləşdirilmiş 3 illik iddia müddətini ötürmüşdür. Bu baxımdan, məhkəmə, iddiaçının tələbi üzrə iddia müddətinin keçdiyini nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı “cavabdeh tərəfindən üzərinə düşən öhdəliklərin icra edilməsi və ona məxsus 24000 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların bazar dəyərinin, yəni 24000 manat məbləğində pulun və dəymiş maddi ziyana görə 15000 manat məbləğində pulun onun xeyrinə ödənilməsi” tələbi təmin edilə bilməz.
18. Məhkəmə öz mövqeyi ilə bağlı həmçinin qeyd etmişdir ki, ümumiyyətlə iddia tələbində göstərilən məbləğlər məhkəmədə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəməyə iddiaçı tərəfindən tərtib edilmiş yazılı qeyd təqdim edilmişdir ki, həmin qeydlərdə müxtəlif adlı qızıl-zinət əşyaların adları sadalanmış, lakin onların dəyəri, dəyərindən nə qədər ödənildiyi, borcun nə qədər olduğu, həmçinin qızılların məhz cavabdehə verilməsi halı öz təsdiqini tapmamışdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçı qızıl-zinət əşyalarının alveri ilə məşğul olan zaman təkcə cavabdehlə deyil, bir çox şə xslərlə əməkdaşlıq etmiş və onlar barəsində də Bakı şəhər Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində də araşdırma aparılmışdır. Belə ki, iddiaçı cavabdehin ona 24000 manat borcunun olduğunu qeyd etsə də, cavabdehə nə qədər qızıl-zinət əşyası verdiyini, nə qədər ödəniş edildiyinə dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab etmişdir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir.
19. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim X4) 29 noyabr 2021-ci il tarixli 2(007)-3312/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
20. Məhkəmə qət etdiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 373.3, 375.1, 375.2, 377.1, 377.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 373.2-ci və 384-cü maddələrinin şərh edilməsinə” dair 3 iyun 2013-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, beynəlxalq məhkəmə təcrübəsinə (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli qərarı), MPM-in 14.2, 88, 217.3 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Qətnamədən iddiaçının nümayəndəsi - vəkili apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı ona qarşı edilmiş qanunsuz əməllərə görə cinayət işinin açılması üçün dəfələrlə polis orqanlarına müraciət etmişdir. Bakı şəhəri Nizami RPİnin İŞ-nin müstəntiqi R.Əliyev tərəfindən 19 mart 2020-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarı ona təqdim edildikdən sonra məhkəməyə müraciət etmişdir.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra mətndə – apellyasiya instansiya məhkəməsi) 2(103)-1913/2022 nömrəli iş üzrə 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Babayev (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Rafael Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdiri lmədən saxlanılmışdır.
24. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qət etdiyi nəticə və əsaslandırma ilə razılaşaraq, şikayətin dəlillərinə münasibətdə vurğulamışdır ki, iddiaçı pozulduğu hüquqlarının bərpası üçün ilk dəfə hüquq mühafizə orqanına 2016-cı il tarixdə müraciət etmişdir. İbtidai istintaq orqanının araşdırması nəticəsində 25 avqust 2016-cı il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Kollegiya hesab etmişdir ki, iddia müddəti iddiaçının hüquqlarının pozulması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etdiyi andan hesablansa belə yenə də qanunvericiliklə müəyyən olunmuş iddia müddəti ötürülmüşdür
25. Apellyasiya icraatı zamanı İddiaçı şikayəti əsasında qəbul edilmiş qərarın (25 avqust 2016-cı il tarixdə cinayət işinin başlanması rədd edilməs i barədə) hazırda qüvvədə olub-olmaması barədə sorğu verilmiş və Bakı şəhəri Nizami RPİ-dən daxil olmuş. xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, İddiaçı şikayəti əsasında toplanmış rədd materialı saxlanma müddəti bitdiyi üçün məhv edilmişdir. Bundan başqa, kollegiya qeyd etmişdir ki, iddiaçı eyni tələblərlə daha öncədən yəni xx.xx.2018 və xx.xx.2019-cu il tarixlərdə məhkəməyə müraciət etsə də, iddia müddətinin axımı dayanmamışdır. Belə ki, həmin iddialar üzrə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan başqa, kollegiya qeyd etmişdir ki, iddiaçı eyni tələblərlə daha öncədən yəni xx.xx.2018 və xx.xx.2019-cu il tarixlərdə məhkəməyə müraciət etsə də, iddia müddətinin axımı dayanmamışdır. Belə ki, həmin iddialar üzrə iddia ərizəsi baxılmamış saxlanılmışdır.
26. Məhkəmə kollegiy ası qət etdiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 373.3, 375.1, 375.2, 377.1, 377.2-ci maddələrinə, beynəlxalq məhkəmə təcrübəsinə (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı) MPM-in 14.2, 77.1, 385.2, 382, 384, 392, 393-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi Mülki Məcəllənin 385.1, 385.2-ci maddələri ilə zidiyyət təşkil edir.
29. Belə ki, Cavabdeh istinad olunan no rmalara əsasən 8000 ABŞ doları və 8000 manat məbləğində borcludur. Cavabdeh qeyd olunan məbləğdə qızıl-zinət əşyalarını müxtəlif vaxtlarda satmaq üçün ondan almış və qızıl-zinət əşyalarını satıb pulunu ona qaytaracağına söz versə də, indiyə kimi buna əməl etməmiş və nə pulu qaytarmış, nə də qızıl-zinət əşyalarını. Dəfələrlə cavabdehə həmin məbləğin verilməsi ilə əlaqədar müraciət etsə də, o, müxtəlif bəhanələrlə ona borclu olduğu pulu qaytarmaqdan boyun qaçırır. O, pulun verilməsi barədə müvafiq orqanlara dəfələrlə müraciət etsə də, bunun məhkəməyə aid olduğunu bildirmişdir. Bütün bunlar onun maddi vəziyyətinin və səhhətinin pisləşməsinə gətirib çıxarmışdır.
30. Kassasiya şikayəti həmçinin onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi sözügedən qətnaməni qəbul edərkən prosessual pozuntulara yol vermiş, sübutları düzgün qiymətləndirməmişdir.
31. Belə ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlar əsasında müəyyən edilir ki, iddiaçı kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə cavabdehə qızıl-zinət əşyaları vermiş, cavabdeh də həmin zinət əşyalarını müxtəlif şəxslərə sataraq əldə etdiyi pulu iddiaçıya ödəmiyi öhdəsinə götürmüşdür. Qeyd edilənləri həm tərəflər, həm də məhkəmədə şahid kimi dindirilmiş şəxslər də təsdiq etmişlər. Ona görə də göstərilənlər işin mübahisəsiz hallarıdır. Qeyd olunanlara əsasən iddiaçı bildirir ki, məhkəmə iclasında şahid qismində iştirak edən Aidə Adıgözəlova və onun bacısı Rəna cavabdehə qızıl-zinət əşyalarını aldıqlarına görə ödənilməmiş borcları olduğunu etiraf etmişlər. Lakin məhkəmə kollegiyası bunları nəzərə almamış, qiymət verməmişdir. Aidənin 5800 manat, Aidənin qızı Aytənin 1000 manat borcu qalmışdır. Aidə bildirmişdir ki, pulu bacısı Rənaya Dubayda iş qurmağı üçün verib. Rəna da həyat yoldaşı vəfat etdiyi üçün vərəsəlik işinə görə işini qura bilməmiş pulu da hazırda qaytara bilmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
33. Maddə
372. İddia müddəti anlayışı 34. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 35. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 36. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşy alarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 37. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
38. Maddə
375. İddia müddətinin tətbiqi 39. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 40. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
41. Maddə
377. İddia müddətinin başlanması 42. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 43. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Prosessual Məcəllə
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara y ol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelly asiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1913/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.