Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5634/2020 13.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X3 və iddiaçının vəkili Vəkil iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1032/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” MMC tərəfindən verilmiş kassa siya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat
1. Kreditor “xxxx” MMC ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh müəssisənin xeyrinə 2111,21 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun, ümumilikdə 2131,21 manat vəsaitin tutulması barədə məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı “xxxx” MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “xxxx” MMC arasında abunə müqaviləsi bağlanmış, müqavilə şərtlərinə əsasən cavabdehə 50 348 78 53 nömrə və “İphone 7” markalı mobil telefonu 24 ay müddətinə hə ay X1 nəzərdə tutulmuş qaydada ödəniş etmək şərti ilə verilmişdir. Abunə müqaviləsin in 4.1-ci bəndinə əsasən abunəçi xidmət haqqını, müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər ödəməlidir. Eyni zamanda Abunə müqaviləsinin 12.1-ci maddəsinə uyğun olaraq abunəçi tərəfindən bu müqavilə imzalandıqda və nömrədən istifadə başladıqda müqavilənin bütün müddəalarına və istifadə qaydalarına riayət etmək öhdəliyi qeyd-şərtsiz qəbul edilmiş sayılır. Abunə müqaviləsinin Əlavəsinin 3-cü bəndinə uyğun olaraq Abunəçi əldə etdiyi cihazın müqabilində hər ay ƏDV daxil olmaqla 99 manat aylıq haqq ödəməlidir. Hər hansı səbəbdən cihazdan istifadə dayandırıldıqda, abunəçi həmin əlavə ilə müəyyən edilmiş cərimə məbləğini ödəyəcəkdir. Lakin cavabdeh əlavənin qeyd edi lən şərtlərini pozaraq ödənişləri etməmiş və tərəflər arasında olan müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin 2111,21 manat borcu yaranmışdır.
3. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli əmrinə əsasən kreditorun tələbi təmin edilmiş, borclu Cavabdeh həmin əmrdən narazı qaldığına görə etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli əmri həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadına əsasən ləğv olunaraq baxılması üçün iş materialları iddia icraatına keçirilmişdir. 4.Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)-205/2019 saylı qərardadı ilə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 23015 saylı ekspert rəyi alınmışd ır. 5.Lənkəran Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(049)-205/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim Rəşad Məmmədov) iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası təmin edilməmişdir. 6.Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan x xxxxxx 2017-ci il tarixli ********* nömrəli abunə müqaviləsinin və x xxxxxx 2017-ci il tarixli mobil cihazların güzəştli kredit şərtləri ilə satışına dair abunə müqaviləsinə əlavənin də cavabdeh tərəfindən imza olunmadığı müəyyən edilir. 7.Qətnamədən narazı qalan iddiaçı “xxxx” MMC tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 8.İş üzrə Şirvan Apellyasi ya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(106)-1032/2020 saylı qətnaməsi ilə iddiaçı “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Lənkəran Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(049)-205/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. 9.Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarına əlavə edilmiş və tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli Abunə Müqaviləsinin Cavabdeh tərəfindən imzalanmaması onun iddiaçı “xxxx” MMC qarşısında hər hansı qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətlərinin yaranması halı kimi qiymətləndirilə bilməz. 10.Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385. 1, 386.1, 425.1, 427.3, 442, 448.1-cü maddələrinə istinad edərək əsaslandırmışdır. 11.İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X5 və iddiaçının vəkili Vəkil kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(106)1032/2020 saylı qətnaməsinin ləğv edilib, işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 12.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi hüquqi dəlillərə lazımi hüquqi qiymət verməmiş, onları lazımi qaydada araşdırmamış və bunun nəticəsində hüquqi cəhətdən yanlış qətnamə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin əsas dəlilinə hüquqi qiymət verməməklə mülki prosesdə sübutların qiymətləndirilməsi ilə bağlı hüquq normalarını pozmuşdur. Ekspertiza keçirilməsi üçün cavabdehin lazım olan imza nümunələri götürülməmişdir. Hesab edirlər ki, tədqiqatın obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanmadan, təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatı aparılmadan verilmişdir və o qoyulmuş suallar üzrə əsaslandırılmamış, qeyri-obyektivdir. Birinci instansiya məhkəməsi əsaslı olmayan ekspertiza rəyini nəzərə alaraq əlavə heç bir araşdırma aparmadan cavabdehin etirazını əsaslı hesab etmişdir. Məhkəmə tərəfindən müstəsna əhəmiyyətə malik olan hallar araşdırılmamış, apellyasiya məhkəməsi də eyni y anaşmanı nümayiş etdirmişdir. 13.Cavabdeh iddiaçı tərəfin kassasiya şikayətinə etiraz göndərərək qeyd etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsində işə baxılarkən iş üzrə bütün hallara düzgün hüquqi qiymət verilmişdir. Bu səbəbdən Cavabdeh iddiaçı “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları 14.Məhkəmə iclasında iddiaçının vəkili Vəkil hazırki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi B.Məhərrəmov vəkilin çıxışı ilə razı olduğunu bildirdi. 15.Məhkəmə iclasının yeri və vax tı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 16.Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 17.Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 18.Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əs aslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 19.Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 20.Maddə 76.3 Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 21.Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 22.Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 23.Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 24.Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 25.Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 26.Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 27.Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 28.Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§24). 29.Kassasiya instansiyası məhkə məsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§25). 30.Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§24). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 31.İş üzrə “xxxx” MMC-nin nümayəndəsi X5 və iddiaçının vəkili Vəkil kassasiya şikayəti v erərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini istədiyindən və bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 32.Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23015 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin 94-cü vərəqəsində “xxxx” MMC ilə Cavabdeh adına olan x xxxxxx 2017-ci il tarixli ********* nömrəli abunə müqaviləsində “Abunəçi” qrafasındakı imza və 95-98-ci vərəqlərində olan x xxxxxx 2017-ci il tarixli mobil cihazların güzəştli kredit şərtləri ilə satışına dair abunə müqaviləsinə əlavənin 4-cü vərəqəsində “Abunəçi Cavabdeh” qrafasındakı imza- Cavabdeh tərəfind ən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 33.Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş materiallarına əlavə edilmiş və tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli Abunə Müqaviləsinin Cavabdeh tərəfindən imzalanmaması onun iddiaçı “xxxx” MMC qarşısında hər hansı qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətlərinin yaranması halı kimi qiymətləndirilə bilməz. 34.Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələr işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuşdur. Belə ki, Cavabdeh iddiaçı “xxxx” MMC qarşısında öhdəliyinin əmələ gəlməsi üçün tərəflər arasında müqavilənin mövcud olması müəyyən edilmir. Qanunvericiliyin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsas sız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 35.Məhkəmə kollegiyası kassasiya şikayətinin işə baxılarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§24). 36.Məhkəmə kollegiyası iş üzrə keçirilmiş məhkəmə xə ttşünaslıq ekspertizası ilə bağlı kassasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, məhkəmə tərəfindən təyin edilərək alınmış ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. O da qeyd edilməlidir ki, ekspert rəyinin verilməsi zamanı kassasiya şikayətində qeyd edilənlərin əksinə olaraq, sərbəst və eksperimental imza nümunələri götürülərək, onların tədqiqi həyata keçirilməklə rəy verilmişdir. 37.Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə qənaətə gəlir ki, məhkəmənin iddianın rədd edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür. Belə ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, kassasiyada qeyd edilənlər iş materialları ilə təkzib edilir, kassator həmin dəlillərlə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. 38.Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (§26). 39.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 40.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1032/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.