Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5648/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Ömərov Rəcəb Abakar oğlunun Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5648/20 (Açar sözlər: məhkəmə hökmünə əsasən pul tələbi) Bakı şəhəri, 24 noyabr 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), X8 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı Ömərov Rəcəb Abakar oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020 il tarixli 2(107)542/2020 nömrəli qətnaməsindən Cavabdeh k assasiya şikayətinə 24 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 2012-ci ilin may ayında Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində iddiaçının mülkiyyətində olan 4 otaqlı yaşayış evi ciddi dağıntılara məruz qalmış və halhazırda da həmin vəziyyətdədir.
2. Zəlzələdən dərhal sonra Fövqəladə Hallar Nazirliyinin komissiyası evə baxış keçirərək evin bərpasına ehtiyac olmasına dair rəy vermişdir.
3. Cavabdeh da orada iştirak etmişdir. Zəlzələdən təxminən bir il keçdikdən sonra Cavabdeh iddiaçının evinə gələrək evin tikilməsi üçün FHN-nin əməkdaşlarına 6000 manat pul verilməli olduğunu bildirmişdir.
4. Cavabdeh Cavabdeh iddiaçının qohumudur.
5. İddiaçı inanaraq cavabdehə 6000 manat pul vermişdir.
6. Bir ne çə gün sonra cavabdeh yenidən gələrək iddiaçının oğlunun da evinin tikilməsi üçün 7000 manat pul istəmiş və iddiaçı 7000 manat, ümumilikdi cavdbehə 13000 manat pul vermişdir.
7. Sonradan məlum olmuşdur ki, cavabdeh iddiaçını aldatmış, onun pulunu mənimsəmişdir. Cavabdeh aldığı puldan 1000 qaytarmışdır. a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12000 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək özünün əsl iddiaçı Ömərov Rəcəb Abakar oğlu ilə əvəz edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdeh iddiaçını aldadaraq 13000 manat pullarını mənimsəmişdir. İdidaçı cavabdehdən həmin pulu tələb etmişlər.
11. Cavabdeh isə həmin puldan yalnız 1000 manatını qaytarmış, qalan pulu, 12000 manatı isə qaytarmamışdır.
12. İddiaçı Zaqatala RPŞ-yə müraciət etmişdir.
13. Zaqatala rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 4500 manat cərimə cəzasına məhkum olunmuşdur. Lakin cavabdeh məhkəmə hökmündən sonra da iddiaçının pulunu ödəməmişdir.
14. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinə istinad etmişdir.
15. Birinci instansiya məhkəməsində Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, o, əvvəllər 2010-cu ilin yanvar ayından 2014-cü ilin iyun ayına kimi Zaqatala rayon Muxax kənd Bələdiyyəsində vergi müfətişi vəzifəsində işləmişdir. 16. 2012-ci ilin may ayın da Muxax kəndində zəlzələ hadisəsi baş vermişdir. Zəlzələ nəticəsində kəndlərində çoxlu sayda fərdi yaşayış evləri ziyan görmüşdür. Həmin vaxt həmkəndlisi və qohumu olan Ömərov Rəcəb Abakar oğlunun və onun oğlu Rasim Ömərovun evləri də zəlzələdən ziyan görmüşdür. 17.İddiaçıdan onun və oğlunun qəzalı evinin Azərbaycan Respublikası FHN-in xətti ilə tikdirilməsindən ötrü 13000 manat pulu alıb, həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Cəmi 1000 manat qaytarmışdır.
18. İddiaç, cinayət işi üzrə zərərçəkmiş şəxs kimi ərizə yazaraq ona dəymiş ziyanın ödənilməsini və ondan şikayətinin olmadığını bildirmişdir. Nə qədər ki, iddiaçı tərəf ərizə yazaraq pulun tam ödənilməsini bildirmişdir, onun iddiaçıya borcu yoxdur.
19. Zaqatala Rayon Məhkəməsinin 2(033)-1084/2019 saylı, 12 noyabr 2019-cu il ta rixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 12000 (on iki min) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı Ömərov Rəcəb Abakar oğluna verilməsi, iddiaçı Ömərov Rəcəb Abakar oğlunun iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. (hakim Tural Hsənov)
20. Birinci instansiya məhkəməsi iş materiallarında olan Zaqatala rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 1(033)-18/2018 nömrəli hökmünə əsasən müəyyən etmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 4500 (dörd min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum olunmuşdur.
21. Həmin hökmlə müəyyən edilmişdir ki, iddi açı Ömərov Rəcəb Abakar oğlu oğlu Cavabdeh evinin tikilməsi üçün 13000 manat pul vermiş, həmin pulu Cavabdeh özünün aldığını etiraf etmişdir.
22. Cavabdeh iddiaçıdan aldığı puldan 1000 manatını qaytarmış, onun iddiaçıya 12000 manat borcu qalmışdır.
23. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılarkən hökmdə zərərçəkmişə məhz təqsirli şəxsin əməli nəticəsində maddi zərər dəyməsi və zərərin məbləği bütün hallarda öz əksini tapır. Bu səbəbdən də mülki iddiaya mülki icraat qaydasında baxılarkan çıxarılacaq qətnamədə nə mülki iddiaçıya dəyən ziyanın məhkum tərəfindən yetirilib-yetirilməməsi, nə də vurulan ziyanın məbləği kimi məsələlər yenidən mübahisələndirilə bilməz.
24. Məhkəmə hesab etmişdir ki, bir tərəfdən Ömərov Rəcəb Abakar oğlu d igər tərəfdən isə Cavabdeh arasında 2014-cü ilin noyabr ayında öhdəlik münasibətləri yaranmış, borclu Cavabdeh öhdəliyini tam yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuşdur.
25. Birinci instansiya məhkəməsi cinayət işinə baxılarkən iddiaçının ziyanını ödənilməsi barədə ərizə verməsi barədə cavabdehin dəlilini əsasız saymışdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, həmin cinayət işi üzrə iddiaçının ona dəymiş ziyanın ödənilməsi barədə ərizəsi olmasına baxmayaraq, hazırki məhkəmə iclasında cavabdeh özü 12000 manat pulu iddiaçıya qaytarmadığını etiraf etmişdir.
26. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 425.1, 442, 443.1, 445.2.1, 445.3, 448.1, 739.1, 740-cı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 82.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
27. Cavabdeh apelyasiya şikayəti verib, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
28. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 1(033)-18/2018 nömrəli hökmündə qeyd olunur ki, zərəçəkmiş şəxsə dəymiş ziyan Cavabdeh tərəfindən ödənilmişdir.
29. İddiaçı ərizə yazıb bilditib ki, onun Cavabdeh qarşı şikayəti və və tələbi yoxdur, onunla barışmışdır.
30. Bundan əlavə, həmin hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxs Cavabdeh 13000 manat maddi ziyanı zərərçəkmiş şəxs Ömərov Rəcəb Abakar oğluna ödəməsi nəzərə alınsın.
31. Buna görə də nə qədər ki, iddiaçı tərəf ərizə yazaraq pulun tam ödənilməsini bildirmişdir, ona görə də onun iddiaçıya borcu yoxdur.
32. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020 il tarixli 2(107)542/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək, Cavabdeh 12000 (on iki min) manat məbləğində pul alınaraq iddiaçı Ömərov Rəcəb Abakar oğluna verilməsi qət edilmişdir. (hakimlər X1 (sədrlik edən və məruzəçi), X6 oğlu və X7 oğlu)
33. Apelyasiya məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlsə də, tətbiq edilməli olan maddi hüquq normasının təfsirində səhvə yol vermişdir.
34. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş maddi hüquq normasına, yəni Mülki Məcəllənin 739.1-ci və 740-cı maddələrinin tətbiqinə də tənqid i yanaşaraq qeyd edib ki, işə baxan məhkəmə həmin maddi normanın təfsirində səhvə yol vermişdir. Əvvəla ona görə ki, işin müəyyən edilmiş hallarından da göründüyü kimi iddiaçı mübahisələndirdiyi pul məbləğini cavabdehə borc kimi deyil, iş icraçısı kimi (razılaşdırılmış işin icrası üçün) vermişdir. Buradan da göründüyü kimi, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik deyil, işin görülməsi, xidmətin göstərilməsi kimi öhdəliklərdən irəli gələn münasibətlər yaranmış, pul da həmin məqsədlə verilmiş, cavabdeh də məhz həmin öhdəlik üçün qeyd olunan pulu iddiaçıdan götürmüşdür. Lakin göründüyü kimi verilmiş pul təyinatı üzrə sərf olunmadığından, iddiaçı öz iradəsindən asılı olmayan səbəbdən maddi zərər qarşılığında qalmışdır.
35. Apelyasiya instansiyası qeyd etmişdir ki, iddiaçı Ömə rov Rəcəb Abakar oğlu evinin tikilməsi üçün Cavabdeh 13000 manat pul vermiş, həmin pulu Cavabdeh özünün aldığını etiraf edir, lakin iddiaçıdan aldığı puldan 1000 manatını qaytarmış, onun iddiaçıya 12000 manat borcu qalmışdır. İddiaçı 12000 manat pulu tələb edir. Cavabdeh isə iddiaçının ona pulun ödənilməsi barədə ərizəsi olduğundan iddianı qəbul etmir.
36. Apelyasiya məhkəməsi hesab etmişdir ki, apelyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvinə səbəb olsa da, iddia tələbinin rədd olunması üçün əsas vermir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
37. İddia tələbinin faktiki halları tələbin maddi ziyanla bağlı qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğundur.
38. Apelyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh törətmiş olduğu cinayət əməlinə görə məsuliyyətə cəlb olunmuş və həmin hökm üzrə hazırki iş üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin istintaqı zamanı zərərçəkmiş şəxs (iş üzrə iddiaçı) təqsirlənd irilən şəxsə qarşı mərhəmətlilik göstərərk pulun öna ödənilməsi barədə” ərizə vermiş, lakin cavabdeh tərəf bundan sui-istifadə edərək hazırki vaxtadək sonuncunun pulunu qaytarmamışdır.
39. Apelyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 386.1, 439.4, 1091.1- 1091.2, 1092.1, 1093.1 və 1095-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
40. Cavabdeh Cavabdeh qətnamədən kassasiya şikayəti verib.
41. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun belə əsaslandırılıb ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 1(033)-18/2018 nömrəli hökmündə qeyd olunur ki, zərəçəkmiş şəxsə dəymiş ziyan Cavabdeh tərəfindən ödənilmişdir. b) Kassasiya şikayəti nə qarşı tərəfin etirazının dəlilləri
42. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
43. Cavabdeh oğlu məhkəmə kollegiyasında vəkilsiz iştirak etdiyi üçün MülkiProsessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi.
44. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Buna görə də məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vu rulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəy yənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu d üzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, kollegiya qtənaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kolle giyası apelyasiya məhkəməsinin gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına uyğun hesab etmir.
48. İddianı təmin edən apelyasiya məhkəməsi iş materiallarındakı Zaqatala rayon Məhkəməsinin 1(033)-18/2018 nömrəli, xx xxxxx 2018-ci il tarixli hökmlə cavabdehin iddiaçıdan 13000 manat pulu almaqla dələduzluq cinayəti törətməsinin təsdiq edilməsinə, həmin məbləğdən 1000 manat pulun cavabdeh tərəfindən iddiaçıya qaytarılmasına, bununla da cavabdehin iddiaçıya 12000 manat zərər vurmasına istinad etmişdir.
49. Halbuki apelyasiya məhkəməsinin istinad etdiyi həmin hökmdə hazırki iş üzrə iddiaçı olan (cinayət işi üzrə zərərçəkmiş şəxs kimi) Ömərov Rəcəb Abakar oğlu cavabdeh (cinayət işində təqsirləndirilən şəxs olmuş) Cavabdeh ona dəmiş ziyanı tam ödədiyini, bu səbəbdən Cavabdeh qarşı heç bir şikay ət və tələbinin olmadığnı bildirmişdir.
50. Hökmdən görünür ki, cinayət işində təqsirləndirilən şəxs olmuş Cavabdeh zərərçəkmiş şəxsə (Rəcəb Ömərova) vurduğu ziyanı tam ödəməklə sonuncu ilə barışıq əldə etməsi Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmış və təqsirləndirilən şəxsə daha yüngül cəza olan cərimə cəzası təyin edilmişdir.
51. Bundan əlavə, hökmün nəticə hissəsində də təqsirləndirilən şəxs Cavabdeh 13000 manat maddi ziyanı zərərçəkmiş şəxsə ödəməsinin nəzərə alınması qeyd edilmişdir.
52. Apelyasiya məhkəməsi işin qeyd edilən bu halını nəzərə almamış, hazırki iddianı təmin etməklə qanuni qüvvəyə minmiş məhkəmə hökmünü şübhə altına almış, həmin hökmlə təqsirləndirilən şəxsə daha yüngül cəza verilməsinin məhz hazırki iş üzrə iddiaçının zə rərin ödənilməsi ilə bağlı ifadəsinin əsas olmasına diqqət yetirməmişdir.
53. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
54. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
55. Göründüyü kimi, məhz cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi və bu səbəbdən təqsirləndirilən şəxslə barışıq əldə edilməsi sosial ədalətin bərpası olan cəza təyininə öz təsirini göstərmişdir.
56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi yuxarıda göstərilənlərə əsasən rədd edilməlidir.
57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edisin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020 il tarixli 2(107)542/2020 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Ömərov Rəcəb Abakar oğlunun Cavabdeh qarş ı pul tələbinə dair iddiası rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.