Məhkəmə qərarları › İş №2(102)-565/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-565/2020

28.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-565/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arf qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-xx/19) İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 MMC-yə, Maraqlı şəxs-yə qarşı “hərr acın nəticələri barədə protokolun etibarsız hesab edilməsi, hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin əsaslarla dövlət reyestrində aparılmış qeydin ləğvi” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski-sədrlik edən və məruzəçi, R.Eyvazovvə Z.Əliyev, iş № 2(103)-xx/19) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmas ını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1nə,Cavabdeh2 MMC-yə, Maraqlı şəxs-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-xx/16 nömrəli xx xxx 2016-cı il tarixli icra sənədinin icrasının ünvan 1 ünvanında yerləşən 21 saylı evin 15-ci mənzilinə borcun yönəldilməsinə möhlət verildiyi ərəfədə dayandırılmamasının qanunsuz hesab edilməsi və hərrac təşkilatının hərracın yekunları barədə 70 saylı protokolu, hərracın yekunları üzrə mübahisəli mənzilin “xxxx” ASC-nə satılması barədə xx xxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilə mülkiyyət hüququnun “xxxx” ASC-yə aid olmasına dair dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İ ş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbinin əsassız olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə “xxxx” MMC-dən kredit borcunun tutulub “xxxx” ASC-nin xeyrinə ödənilməsi və tutmanın ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan Ba kı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsində yerləşən 21 saylı evin 15-ci mənzilə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, hərraca çıxarılmış və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxx 2017-ci il tarixli müqaviləyə əsasən “xxxx” ASC-nin mülkiyyətinə keçmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2017-ci il tarixli qərardadı ilə qətnamənin həmin mənzilə tutmanın yönəldilməsi hissəsinin icrasına 6 ay möhlət verilmişdir. İddiaçının tələbi icra sənədinin icrasının borcun yönəldilməsinə möhlət verildiyi ərəfədə dayandırılmamasının qanunsuz hesab edilməsi və hərrac təşkilatının hərracın yekunları barədə 70 saylı protokolu, hərracın yekunları üzrə mübahisəli mənzilin “xxxx” ASC-nə satılması barədə xx xxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilə mülkiyyət hüququnun “xxxx” ASC-yə aid olmasına dair dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız saymış və rədd etmişdir. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331, 390, 405, 406, 407ci, MPM-nin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1, 53.2, 61.1, 61.2, 62.2ci, "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 5, 9, 10-cu, Mülki Məcəllənin 140, 182.1, 415, 416-cı, MPM-nin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 2 17.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayaraq bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halla rı özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam ba xdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə i şin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası m əhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(103)xx/19 saylı qətnaməsi həmin kassasi ya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar