Məhkəmə qərarları › İş №2(102)-5652/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5652/2021

09.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5652/2021 09.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Camal oğluna və Cavabdeh6 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinin təhvil verilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı və vəkili Vəkil2, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegi yasının 2(103)-4760/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 317 saylı 29 noyabr 2017-ci il tarixli “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” Bakı şəhəri İcra hakimiyyəti başçısının Sərəncamından görünür ki, Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarına və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02/05 saylı, 23.11.2017-ci il tarixli tikinti-planlaşdırma eskizini nəzərə alaraq, Nəsimi rayonu, Ak.Mir qasımov, Azadliq prospekti, İmran Qasımov və Süleyman Rüstəm küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Nəsimi rayon İcra Hakimiyyəti başçısının Q.S.İsmayılovun və "xxxx" MMC-nin direktoru Cavabdeh2 arasında bağlanılmış 31.01.2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli Qərarına əsasən Şirkət tərəfindən Nəsimi rayonu, Ak.Mi rqasımov, Azadliq prospekti, İmran Qasımov və Süleyman Rüstəm küçələrinin kəsişmələrində yaşayış binalarının tikintisi üçün qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi razılaşdırılmışdır. Müqavilənin 2.3-cü bəndinə əsasən Şirkət yeni binanın tikintisi başa çatanadək, sakinlər binaya köçənədək həmin sakinlərə yaxın ərazidə və razılaşdırılmış şəraitli müvəqqəti yaşayış yerləri üçün kompensasiya ödəməyi; 2.4-cü bəndinə əsasən binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin saki nlərini yeni tikilən binalarda sökülən mənzilin sahəsindən 15%-dən artıq sahəsi olan, təmirli və püşkatma ilə seçilmiş mərtəbələrdə mənzil sahəsi ilə təmin edilməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyini Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 14.11.2003-cü il tarixli reyestr kitabı № 2 qeydiyyat nömrəsi 001289 saylı Şəhadətnamədən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən dördmərtəbəli binanın zirzəmisindəki 34,7 kv.m olan qeyri-yaşayış sahəsinin qüvvədə olan qanunvericilik əsasında satın almışdır. Bu şəhadətnamə ilə rəsmiləşdirilən həmin 34,7 kv.m qeyri-yaşayış sahəsi alıcının mülkiyyətidir. "xxxx" MMC-nin 10 sentyabr 2020-ci il tarixli arayışından görünür ki, 10 sentyabr 2020-ci il tarixə "xxxx" MMC tərəfindən Ak.Mirqasımov 10 ünvanda inşa olunmuş “Yaşayış Kompleksi”ndə 3 №-li binanın 2-ci mərtəbəsində sahəsi 60.8 kv.m olan qeyri-yaşayış sahəsindən başqa özgəninkiləşdirilməmiş yaşayış və qeyri-yaşayış sahəsi mövcud deyildir. 05 noyabr 2020-ci il tarixli 1119 saylı Arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarına müvafiq olaraq, Nəsimi rayon İcra Hakimiyyəti başçısının 29 noyabr 2017-ci il tarixli 317 №-li Sərəncamı ilə Nəsimi rayonu, Ak.Mirqasımov, Azadlıq prospekti, İmran Qasımov və S.Rüstəm küçələrinin əhatəsində yerləşən yaşayış binasının sökülməsi, yerində yeni yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Sərəncama əsasən, qeyd olunan ərazidə yerləşən qəzalı vəziyyətdə olan yaşayış və qeyri-yaşayış sahələri sökülmüş, yerində yüksəkmərtəbəli “yaşayış kompleksi” tikilmişdir. Qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra “yaşayış kompleksi” tikilib istismara təhvil verilən ana qədər olan müddət üzrə “Əmlak mülkiyyətçi”lərinə kompensasiya ödənilmişdir. İmran Qasımov küçəsinə çıxışı olan, zirzəmidə yerləşən qeyri-yaşayış sahələrinin “Əmlak mülkiyyətçi”lərinə hər ay üzrə ödənilmiş kompensasiyanın məbləği 1 kv.m üçün 7.22 manat təşkil etmişdir və ödəmə müddəti 2018-ci ilin aprel ayından 2019-cu ilin noyabr ayı daxil olmaqla olan dövrü əhatə etmişdir. Nəsimi Rayon Prokurorluğunun 31 avqust 2018-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı şikayət ərizələri əsasında aparılmış materialı üzrə cinayət işinin başlanması "xxxx" MMC-nin rəhbərlərinin və işçilərinin hərəkətlərində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. 21.04.2018-ci il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında yerləşən qəzalı vəziyyətdə olan həmin dördmərtəbəli yaşayış binasını İ.Qasımov küçəsi tərəfindən vətəndaş İddiaçı məxsus 34,7 kv.m qeyri-yaşayış sahəsi vardır. Bildirir ki, İddiaçı tərəfindən tam boşaldılmış bu zirzəminin içərisində heç bir maddi dəyərli material, mülk və avadanlıqlar yoxdur. Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısının müavini Qurban İsmayılov tərəfindən imzalanmış 10.12.2019-cu il tarixli, 01 saylı tikinti obyektinin istismarına icazədən görünür ki, 10 dekabr 2019-cu il tarixindən Nəsimi Rayonu, Azadlıq prospekti, Ak.Mirqasımov, S.Rüstəm və İ.Qasımov küçələrinin kəsişməsində yerləşən "xxxx" MMC tərəfindən tikilmiş 5 binanı istismarına icazə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanında iddiaçının mülkiyyətində və sahibliyində olmuş 43,0 kv.m qeyri-yaşayış sahəsinin 20% əlavə olunmaqla əvəzi olaraq pilot layihənin tələblərinə uyğun qeyriyaşayış sahəsinin verilməsi, vurulmuş maddi ziyana görə 200000.0 manat, mənəvi ziyana görə 25000,0 manat və əldən çıxmış faydaya görə 250000.0 manat olmaqla ümumilikdə 475000.0 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, xüsusi mülkiyyətə, şəxsi əşyalara və əmlaka qəsd etməklə talan edərək dağıtmış şəxslərin məsuliyyətə cəlb olunmaları barədə xüsusi qərar çıxararaq araşdırılması üçün prokurorluğa təqdim edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2003-cü ildə ünvan 4 ünvanında yerləşən dördmərtəbəli yaşayış binasının yarım zirzəmisindəki 34.7 kv.m qeyri-yaşayış sahəsini İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentindən alqı-satqı yolu ilə almış, həmin zirzəmiyə xüsusi mülkiyyət hüququ 14 noyabr 2003-cü il tarixli şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Şəhadətnamədə zirzəminin sahəsi 34,7 kv.metr göstərildiyinə baxmayaraq, faktiki olaraq sahəsi təxminən 50 kv.m. olmuşdur. Həmin qeyri-yaşayış sahəsi uzun müddət 2017-ci il in sonlarınadək obyekt kimi fəaliyyət göstərmiş, ayrıca girişi, işıqlandırma üçün geniş pəncərəsi, ventelyasiyası və nəfəsliyi olan (fortoçkası), hər cür kommunal şəraitə malik tam təminatlı obyekt olmuşdur. Obyekt fəaliyyətdə olmuş iddiaçıya məxsus şəxsi əşyalar, qiymətli kağızlar, məsul əmlaklar obyektdə olmuş, sökülərkən dağıdılaraq talan edilmişdir. Lakin, Nəsimi RİHB-nin 27.11.2017-ci il tarixli sərəncamı və bağlanmış müqavilə əsasında MMC tərəfindən fəaliyyət dayandırılmışdır. Mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 4 mərtəbəli binanın birinci mərtəbəsi tam olaraq mənzillərdən ibarət olmuş və yaşayış məqsədləri üçün istifadə olunmuşdur. 2018-ci ilin mart-may aylarında "xxxx" MMC şirkətinin vəzifəli şəxsləri xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi müqab ilində uyğun olmayan sahə təklif etdiklərinə görə razılaşmamış və bu barədə dövlət orqanlarını rəsmi xəbərdar etmişdir. Lakin, 25 may 2018-ci il tarixdə mülkiyyətində olan obyekt dağıdılmış, ona məxsus əmlak dəyərli əşyalar məişət texnikası, o cümlədən JVC markalı televizor, siemens markalı qızdırıcı və məişət texnikası təmir məqsədilə yeni alınmış metlax və dekorativ tavan örtüyü, bir neçə çeşiddə tikinti materialları və ləvazimatları, şəxsi seyf, həmin seyfdə saxlanan ona məxsus qiymətli kağızlar və sənədlər, eləcə də pul vəsaiti naməlum şəxslər tərəfindən oğurlanmış, obyekt qanunsuz şəkildə sökülərkən qarət edilərək talanmışdır. Bununla da cavabdeh "xxxx" MMC tərəfindən ona maddi və mənəvi zərər vurulmuşdur. Ona vurulmuş maddi ziyana görə 200000.0 manat, mənəvi ziyana görə 25000,0 manat, əldən çıxmış faydaya görə 250000.0 manat olmaqla ümumilikdə 475000.0 manat məbləğinə vəsaitin cavabdehdən tutulmasını tələb edir. Bundan əlavə, o, ünvan 4 ünvanında yerləşən dördmərtəbəli yaşayış binasının yarım zirzəmisindəki 34.7 kv.m qeyriyasayış sahəsinin əvəzinə yalnız birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi ona verilməsini tələb edir. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-314/2021) iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, X1 10 ünvanında iddiaçının mülkiyyətində və sahibliyində olmuş 43 kv.m qeyri-yaşayış sahəsinin əvəzi olaraq həmin ünvanda "xxxx" MMC tərəfindən inşa edilmiş 3 nömrəli binanın 2-ci mərtəbəsind ə yerləşən 51.6 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı verilməsi, cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə 2500 (iki min beş yüz) manat mənəvi zərər və 7.451 (yeddi min dörd yüz əlli bir) manat əldən çıxmış fayda tutularaq ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı mülkiyyəti kimi qeyd olunan ümumi sahəsi 34 kv.metr qeyri-yaşayış sahəsi istifadəyə yararsız, qəzalı vəziyyətdə olmuş əmlakı yeni tikilmiş, müasir standartlara cavab verən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, Azadlıq prospekti, İmran Qasımov küçəsi və Süleyman Rüstəm küçələrinin əhatəsində yerləşən 3 nömrəli yaşayış binanın 2-ci mərtəbəsində yerləşən 51.6 kv.m əmlak sahəsi ilə əvəzləşdirilməsi qanunauyğun və ədalətlidir. Məhkəmə, iddia tələbi nin maddi ziyana görə 200000 manat, mənəvi ziyana görə 25000 manat və əldən çıxmış faydaya görə 250000 manat olmaqla ümumilikdə 475000 manat həcmində zərərin əvəzinin, 30.000 (otuz min) manat həcmində əldən çıxmış faydanın tutulması” hissəsi üzrə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də müəyyən edilmişdir ki, cavabdeh “Azadlıq Residence MMC”-nin qanunsuz hərəkətləri nəticəsində İddiaçı mülkiyyətində olan obyekt və ona məxsus dəyərli əmlak və əşyalar cavabdeh tərəfindən dağıdılmışdır. Göstərilənlər iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olan hallar olduğundan məhkəmə hesab edir ki, iddiaçıya mənəvi zərər dəymişdir. Belə olan halda iddiaçı cavabdehdən v urulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır və ona vurulmuş zərər cavabdeh tərəfindən ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin məbləğinin iddia tələbində 25.000 manat göstərilməsi çox olmaqla real qiymətləndirilmir və məhkəmə hesab edir ki, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkət nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmaqla dəymiş mənəvi zərərin 2500 (iki min beş yüz) manat məbləğində müəyyən edilməsi ağlabatan və ədalətli olar. Bundan əlavə, məhkəmə əldən çıxmış faydaya görə tələblə bağlı qeyd edir ki, həmin tələb qismən 7451 manat 04 qəpik məbləğ ində təmin olunmalıdır. Belə ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən dördmərtəbəli yaşayış binasının yarım zirzəmisindəki 43 kv.m və 20% əlavə etməklə cəmi 51,6 kv.m. təşkil edir. Həmin küçənin zirzəmisində yerləşən digər qeyri-yaşayış sahələrinin əmlak mülkiyyətçilərinə hər ay üzrə ödənilmiş kompensasiya məbləği hər bir kv.m üçün 7,22 manat təşkil etmişdir. Odur ki, 51,6 kv.m x 7,22 manat = 372,552 manat bir ay üçün vəsait təşkil edir. Nəzərə alınsa ki, İddiaçı ona məxsus zirzəmidən 20 ay (2018-ci ilin aprel ayından 2019-cu ilin dekabr ayının 1-dək olan dövr ücün) müddətində istismardan məhrum olunmuşdur, yəni 20 ay x 372,552 manat = 7451,04 manat məbləğində vəsait təşkil edir. Odur ki, iddia tələbi əldən çıxmış faydanın ödənilməsi hissəsində 7451 manat 04 qəpik hissəsin də təmin olunmalıdır. Məhkəmə iddia tələbinin vurulmuş maddi ziyanın ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ona vurulmuş maddi ziyanla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Camal oğlu, Cavabdeh6 maddi və mənəvi ziyanın tutulması barədə tələbin əsası və yaranma səbəbləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını x ahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Nəsimi rayon Məhkəməsi iddia ərizəsinə formal münasibət bildirməklə qismən təmin edilərək, "xxxx" MMC tərəfindən digər mülkiyyətçilərin hüquqlarının pozulması bəhanəsi ilə verilmiş təklifi heç bir araşdırma aparılmadan tam şəkildə olduğu kimi qəbul edərək, cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov 10 ünvanında yerləşən dördmərtəbəli yaşayış binasının yarımzirzəmisində 43,2 kv.m qeyri-yaşayış sahəsindəki obyektini heç bir xəbərdarlıq etmədən xüsusi mülkiyyətə qəsd etməklə tamamilə dağıdılmış daşınmaz əmlakının gələcək təminatı kimi binanın 2-ci mərtəbəsində yerləşən ümumi istifadədə olan, iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran sahənin məcburi verilməsi barədə qərar qəbul edilmişdir. Qərar qanunsuz və əsassız olduğuna görə, həmçinin də gələcəkdə məhkəmənin qəbul edəcəyi qərarın icrasının mümkünlüyü baxımından mübahisə predmeti olan əmlaka adekvat olmadığı səbəbindən qətnamə qüvvədə qala bilməz və ləğv edilməlidir. Belə ki, iddiaçı 2018-ci ilin mart-may aylarında "xxxx" MMC şirkətinin vəzifəli şəxsləri tərəfindən xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin söküləcəyi barədə dövlət orqanlarını rəsmi xəbərdar etmişdir. Lakin 25 may 2018-ci il tarixdə onun mülkiyyətində olan obyekt dağıdılmış, ona məxsus əmlak, dəyərli əşyalar məişət texnikası, o cümlədən “JVC” markalı televizor, “Siemens” markalı qızdırıcı və.s məişət texnikası, təmir məqsədilə yeni alınmış metlax və dekorativ tavan örtüyü, bir neçə çeşiddə tikinti materialları və ləvazimatları, şəxsi seyf, həmin seyfdə saxlanan iddiaçıya məxsus qiymətli kağızlar və sənədlər, eləcə də pul vəsaiti naməlum şəxslər tərəfindən oğurlanmış, obyekt qanunsuz şəkildə sökülərkən qarət edilərək talanmışdır. Pozulmuş hüquqlarının bərpa edilməsi və təqsirkar şəxslərin cəzalandırılaraq cinayət məsuliyyətinə cəlb olunması barədə iddiaçı tərəfindən aidiyyəti qurumlara müraciət olunmuşdur. Xüsusən diqqətə alınmalıdır ki, Azərbaycan Respublikası Prezident Administrasiyası tərəfindən verilmiş tapşırıq əsasında xüsusi səlahiyyətə məxsus yeganə dövlət orqanı olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılan araşdırmaların nəticəsinə dair məhkəməyə təqdim edilən sənədlərdə qeyd olunduğu kimi, Nəsimi rayonu Mir Qasımov 10 ünvanında xüsusi mülkiyyətimizdə olan qeyri yaşayış sahəsin in pilot layihə adı altında heç bir razılaşma olmadan qanunsuz şəkildə sökülərək dağıdılmaqla Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İV bəndinin, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının tələblərinin pozulması faktlarının rəsmi olaraq təsdiq olunmasını, eyni zamanda mülkiyyət hüquqlarının toxunulmazlığı və hətta "xxxx" MMC-nin məsələ ilə bağlı iddia qaldırmaq barədə subyektiv hüquqlarının olmaması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2019-cu il tarixli, 2(102)6888/2019 saylı qərarını hakim prossesual hüquqpozmalara yol verməklə nəzərə almamış, dolayısı ilə "xxxx" MMC-nin iddialarını təklif adı altında rəhbər tutaraq qətnamə çıxarmışdır ki, bütün bunlar yolverilməzd ir. İddia əsasında Nəsimi rayon Məhkəməsində işə mahiyyəti üzrə baxılarkən digər ciddi qanun pozulması hallarına da yol verilmiş, məhkəmə prossesual qanunları ciddi şəkildə pozmuşdur. Belə ki, İddiaçı tərəf olmağına baxmayaraq fikirləri və tələbləri tam dinlənməmiş, çıxış və replika hüquqları tam məhdudlaşdırılmış və hətta dəyərləndirilmələrlə bağlı əlavə təsdiqedici hüquqi sənədlərin növbəti məhkəmə iclasında təqdim ediləcəyi üçün möhlət verilməsi hüquqları tanınmadan qarşı tərəfin birtərəfli qaydada təqdim etdiyi əsaslanmamış, reallığı əks etdirməyən və iddiaçıya məlum olmayan hansısa sənədlər əsas götürülməklə tələsik və qanunsuz nəticəyə gəlinmişdir. Məhkəmə prosesi zamanı ayrı-ayrı qiymət və xidmət haqqları heç bir araşdırma aparılmadan yalnız birtərəfli qaydada "xxxx" MMC-nin qabaqca dan hazırladığı arayışlara əsaslanaraq nəzərə alınmışdır. Məhkəmə prosesi zamanı "xxxx" MMC-nin öz mənafeyi üçün hazırlayaraq məhkəməyə təqdim etdiyi sənədlərə adekvat olaraq iddiaçı tərəfindən müvafiq sənədlərin növbəti iclasda təqdim ediləcəyini bildirməklə növbəti məhkəmə iclası keçirilməsi tələbi hakimin diqqətinə çatdırılmağına baxmayaraq, tələsik qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Bütün bunlarla bərabər, iddia tələbi ilə bağlı "xxxx" MMC-nin imkanlarının məhdud olması hallarında prossesual qaydalara uyğun olaraq alternativ hüquqlarının və iddiada dəqiqləşmələr aparılması istəyinin olduğunu bildirməsinə baxmayaraq, hakim bunları nəzərə almamış, bunun üçün növbəti məhkəmə prosesi təyin etməli olduğu halda, məhkəmə prossesual qaydaları pozmaqla qanunsuz və heç bir əsası olm ayan bir qətnamə qəbul etmişdir. Məhkəmənin bu cür yanaşması tərəflər arasında mübahisənin mövcud qanunvericiliyin tələblərinə uyğun həll olunacağından daha çox mülkiyyətçini məcburetmə görüntüsü yaradır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 29 noyabr 2017-ci il tarixli, 317 saylı yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında sərəncamına görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarı rəhbər tutularaq, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 29 noyabr 2017-ci il tarixli, 317 saylı yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarı rəhbər tutularaq, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 23 noyabr 2017-ci il tarixli, 02/05-2007 saylı tikinti-planlaşdırma eskizini nəzərə alaraq, Nəsimi rayonu, Ak.M.Mirqasımov, Azadlıq prospekti, İmran Qasımov va Süleyman Rüstəm küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən ərazidəki mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir. Həmin sərəncama əsasən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə "xxxx" Məhdud Məsuliy yətli Cəmiyyəti arasında 31 yanvar 2018-ci il tarixdə müqavilə bağlanmış və müqavilənin predmetini şirkət tərəfindən Nəsimi rayonu, Ak.M.Mirqasımov, Azadlıq prospekti, İmran Qasımov və Süleyman Rüstəm küçələrinin kəsişmələrində yeni çoxmənzilli binaların (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina (yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin) layihələrinə razılığını, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi üçün müqavilələrin imzalanması təşkil etmişdir. Müqaviləyə əsasən Nə simi rayonu Ak.M.Mirqasımov, Azadlıq prospekti, İmran Qasımov və Süleyman Rüstəm küçələrinin kəsişmələrində tikiləcək binanın (yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin) İcra Hakimiyyəti tərəfindən layihələrinə razılığın həmin binaların yerləşdiyi ərazidəki, dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi həmin ərazidəki sakinlərlə "xxxx" MMC arasında razılaşmalar əldə olunduqda və müqavilələr imzalandıqdan sonra verilməsi nəzərdə tutulmuşdur. Həmçinin, iş materiallarına əlavə edilən fotoşəkillərə diqət yetirilərkən "xxxx" MMC-nin arayışında göstərilənlərin tam əsassız olması təsdiq olunur. Belə ki, üzərinə məhkəmənin qərardadı ilə həbs qoyulmuş qeyri-yaşayış sahələrinin şüşələrində və divarında eyni və əlaqəli nömrələrlə satılması və icarəyə verilməsi göstərilir. Buradan aydın olur ki, həmin qeyri-yaşayış sahəsinin sahibləri (telefon nömrələri "xxxx" MMC-nin əməkdaşlarına məxsusdur) özləri olmaqla əmlakları satmağa cəhd edilir. Bu səbəbdən də məhkəmənin başqa sahənin olmaması barədə mövqeyi əsassızdır. Odur ki, iddia tələbi təmin olunmayan hissədə tam təmin olunmalı, ayrıca giriş-çıxışı olmaqla tam şəraitli qeyri-yaşayış sahəsinin verilməsi (əsaslanmış şəkildə mümkün olmaması təsdiq olduğu təqdirdə ədalətli kompensasiya ödənilməsi öhdəliyinin qoyulması) təmin olunmalıdır. Həmçinin, qeyd olunan yaşayış binasının 1-ci mərtəbəsində ümumiyyətlə qeyri-yaşayış sahəsi olmamış və fəaliyyət göstərməmişdir. Yalnız, binanın zirzəmisində və yarımzirzəmisində iddiaçıya və digər iki nəfər şəxsə məxsus obyekt olmuşdur. Bu səbəbdən də məhkəmənin qəna əti əsassız olmaqla qəbuledilməzdir. Bundan başqa, iddiaçının xüsusi mülkiyyətində olan əmlakına qəsd etməklə dağıdan, sonradan bütün imkanlarından istifadə etməklə məhkəmə vasitəsilə hüquqi don geyindirməyə çalışan cavabdehin qanunsuz mövqeyinin məhkəmə tərəfindən müdafiə edilərək olduğu kimi qəbul edilməsi müəmmalıdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məmmədova, iş № 2(103)-4760/2021) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(006)314/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəm əsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil2) kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, kassasiya şikayətinin təmin edilərək, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4760/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsinin ləğv olunması və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri il ə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh "xxxx" MMC (nümayəndə və Vəkil1) kassasiya şikayətinə etiraz ərizəsi və etiraz ərizəsinə əlavə vermiş və etirazında göstərmişdir ki, iddiaçının əsassız kassasiya şikayəti rədd olunmalı Bakı Apellyasiya Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(103)4760/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə a raşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; 71-ci maddəsinə əsasən, heç kəs insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt)hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və yazərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarınıpozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci m addəsinə görə, mülki hüquq pozuntusu (delikt)nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqişəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tamhəcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsinöhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onla rdan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutla rla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2 -ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.2-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mənəvi zərərin tutulması hissəsində dəyişdirilərək mənəvi zərərin məbləği 10000 manat müəyyən edilməli, qətn amə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi digər hissələr üzrə (mənəvi zərərin tutulması hissəsi istisna olmaqla) düzgün nəticəyə gəlmiş, qeyd edilən hissədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilmir. Belə ki, iddiaçı sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinə verilməli olan sahənin bərabər olmaması və əldən çıxmış faydanın düzgün hesablanmamasına göstərmiş olsa da, lakin tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, bu barədə sübutları apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutlara əsaslanmaqla haqlı olaraq təklif olunan kompensasiyan ı (verilən qeyri-yaşayış sahəsinin yerini, sahəsini), qət olunmuş pul məbləğini ədalətli və ağlabatan hesab etmişdir. Qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş sübutlara əsasən iş üzrə qeyd edilən hissədə düzgün nəticəyə gəlmişdir. Bu hissədə iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin cavabdehdən mənəvi zərərin tutulma sı hissəsində maddi hüquq normalarını düzgün tətbiq etsə də, cavabdehdən 2500 manat mənəvi zərər tutulması hissədə işin hallarına düzgün qiymət verməmiş, tətbiq etdiyi maddi hüquq normalarını düzgün təfsir etməmişdir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 iyun 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 saylı Qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirl ərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (2-ci bənd). Həmin Qərarın 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qərarın 11-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi sökülmüş və uzun müddət mülkiyyət hüququnun müdafiəsinin bərpa olunmasını tələb etməkdədir. Bu hallar isə iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsinə şərait yaratmış və bu sarsıntı uzun müddət davam edir. Belə ki, bu baş vermiş hallar nəticəsində iddia çının məruz qaldığı mənəvi sarsıntı nəticəsində onun həqiqətən də çox ağır mənfi psixoloji reaksiyaya səbəb olması qaçılmazdır. Apellyasiya instansiyası məhkəməsi mənəvi zərərin miqdarını müəyyən edərkən iddiaçının keçirdiyi mənəvi izdirabların ağırlığını, zərərin baş verməsinə səbəb olmuş hadisəsinin ağırlığını kifayət qədər nəzərə almamışdır ki, bu da zərərin miqdarının az müəyyən edilməsinə gətirib çıxarmışdır. Məhkəmə kollegiyası mənəvi zərərin həddinin 10000 manat məbləğində müəyyən edilməsini işin hallarına uyğun və ağlabatan hesab edir. Mənəvi zərərə görə iddiaçının tələb etdiyi məbləğlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin müqabilində tələb edilən 25000 manatın iddiaçının xeyrinə tutulması, onun pozumuş hüquqlarının ədalətli şəkildə bərpasından çox onun zənginlə şməsinə xidmət etmiş olacaqdır ki, bu da mənəvi zərərlə bağlı institutun məqsədlərinə ziddir. Odur ki, məhkəmə kollegiyası mənəvi zərərlə bağlı hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməli olması nəticəsinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4760/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsi mənəvi ziyanın tutulması hissəsində dəyişdirilsin. Cavabdehdən tutulan mənəvi zərərin miqdarı 10000 (on min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə mini

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar