Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5655/2021 29.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı-nin Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ziyan, qanuni təmsilçinin hüquqi şəxsə vurulmuş ziyana görə məsuliyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İddiaçının vəkili Vəkil4, Cavabdehin vəkili Vəkil3 Vladimiroviçin iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(006)2221/2020 nömrə li qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: "xxxx" MMC 11 mart 2010-cu il tarixdə “X3 Fermer” MMC, İddiaçı və Cavabdeh tərəfindən təsis olmuşdur. "xxxx" MMC əvvəllər “Aqro Yurd (Kəndli-Fermer)” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc qismində 43823,7 manat, faiz borcu qismində 9531 manat olmaqla, cəmi 53354,7 manat borcun, hüquqi xidmət haqqı qismində 2000 manat və dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun tutulmasını, “Aqro Yurd (Kəndli-Fermer)” isə "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 aprel 2010-cu il tarixli borc müqaviləsinin etibarsı z hesab edilməsini xahiş etmişdir. Həmin iddialar üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 10 noyabr 2016-cı il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin iddiasının təmin edilməsi, “Agro Yurd (Kəndli-Fermer)” MMC-dən əsas borc qismində 43823,7 manat, faiz borcu qismində 9531 manat olmaqla, cəmi 53354,7 manat borcun, hüquqi xidmət haqqı qismində 2000 manatın və dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun "xxxx" MMC-nin xeyrinə tutulması, “Agro Yurd (Kəndli-Fermer)” MMC-nin qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 mart 2017-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin 10 noyabr 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 19 iyul 2017-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 27 mart 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 noyabr 2017-ci il tarixli qətnaməsi ilə cavabdeh “Agro Yurd (Kəndli-Fermer)” MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 10 noyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddiaçı "xxxx" MMC-nin cavabdeh “Agro Yurd (Kəndli-Fermer)” MMC-yə qarşı əsas borc qismində 43823,7 manat, faiz borcu qismində 9531 manat olmaqla, cəmi 53,354.7 manat borcun, hüquqi xidmət haqqı qismində 2,000 manat və dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun tutulması tələbinə dair iddiasının təmin edilməməsi, “Agro Yurd (Kəndli-Fermer)” MMC-nin "xxxx" MMC-yə qarşı ilk iddianın rədd edilməsi və 16 aprel 2010-cu il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 mart 2018-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin X1 20 noyabr 2017-ci il tarixli 2-2(105)-88/2017 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının "xxxx" MMC-nin müdiri Pərviz Haqverdiyevin şikayətinə dair qərardadın surətindən görünür ki, Pərviz Haqverdiyevin şikayətinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsindən imtina edilmişdir. Həmin mülki iş üzrə yekun məhkəmə aktları onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC iddia tələbini irəli sürərkən tərəflər arasında bağlanmış olduğunu iddia etdiyi 16 aprel 2010-cu il tarixli borc müqaviləsinə əsaslanmış, lakin həmin borc müqaviləsinin həqiqətən mövcud olmasını təsdiq edə bilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş ziyan qismində 60000 manat pul məbləğinin tutularaq, "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilmə sini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı, Cavabdeh və "xxxx" (Kəndli Fermer) MMC ilə birlikdə 17 mart 2010-cu il tarixdə "xxxx" MMC-ni təsis etmiş, cavabdeh eyni zamanda təsis edilən yeni MMC-nin baş müdiri təyin edilmişdir. Bununla yanaşı cavabdeh həmin vaxtda “Agro Yurd (Kəndli Fermer)” MMC-də yeganə təsisçisi olmuşdur. 16 aprel 2010-cu il tarixdə "xxxx" MMC və “Agro Yurd (Kəndli Fermer)” MMC arasında borc müqaviləsi bağlanmış, müqavilə "xxxx" MMC-nin adından cavabdeh tərəfindən imzalanmişdir. Borc müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən “Agro Yurd (Kəndli Fermer)” MMC-yə 60000 manat məbləğində borc verilmişdir. "xxxx" (Kəndli Fermer) MMC həmin borcu 2011-ci ildən başlayaraq 2013-cü ilin birinci rübün sonunadək birdəfəlik və ya hissə-hissə ilə qaytarmalı idi. Bo rcun götürülməsində məqsəd “Agro Yurd (Kəndli Fermer)” MMC-nin Azərbaycan Beynəlxalq Bankına olan borcunun ödənilməsi olmuşdur. "xxxx" (Kəndli Fermer) MMC borc müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün "xxxx" MMC borcun qaytarılması məqsədilə məhkəməyə müraciət etmiş, "xxxx" (Kəndli Fermer) MMCdə öz növbəsində məhkəmədə borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ilə çıxış etmişdir. Ali Məhkəmənin 14 mart 2018-ci il tarixli qərarı ilə mübahisə üzrə yekun qərar qəbul edilmiş və hər iki iddia rədd edilmişdir. Həmin məhkəmə aktı nəzərdən keçirilərkən aydın olmuşdur ki, "xxxx" MMC tərəfindən “Agro Yurd (Kəndli Fermer)” MMC-yə borcun verilməsi cavabdeh tərəfindən düzgün sənədləşdirilmədiyi üçün, onun səhlənkarlığı və ya qərəzli davranışı nəticəsində "xxxx" MMC m əhkəmədə öz mövqeyini lazımı şəkildə müdafiə edə bilməmiş, iddiaçını mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Borcun geri alınması üçün "xxxx" MMC mümkün olan bütün hüquqi vasitələrdən istifadə etsə də, buna nail ola bilməmişdir. Nəticədə borcun “Agro Yurd (Kəndli Fermer)” MMC-dən geri qaytarılması hüququ onlara mümkünsüz olmuşdur. Bütün göstərilənlər cavabdehin təqsiri üzündən baş verdiyi üçün iddiaçı onun tərəfindən "xxxx" MMC-yə vurulmuş zərərin ödənilməsini tələb etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(006)2221/2020 nömrəli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə istinad edərək hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə borc müqav iləsinin əslinin mövcüd olmaması müəyyən edildiyindən, hazırki iddia rədd olunmalıdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(006)-2221/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(103)-3213/2021 nömrəli qətnaməsi ilə (hakim E.Ə.Mehdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər Ş.A.Məmmədovadan və X.Ə.Sarıyevdən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(006)-2221/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instan siya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 87.1, 1096.1, 1096.2 və 1097.1-ci, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddələrinə, “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 mart 2003-cü il tarixli 03 saylı qərarın 7-ci bəndində, “Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, iddiaçının hazırda maddi zərər kimi tələb etdi yi pul vəsaiti bundan əvvəl "xxxx" MMC tərəfindən “Agro Yurd (Kəndli Fermer)” MMC-dən 16 aprel 2010-cu il tarixli borc müqaviləsi üzrə borcun ödənilməsi barədə iddia qaldırılmaqla məhkəmədə mübahisələndirilmiş, lakin həmin iddia tələbi təmin olunmamışdır. Bundan sonra İddiaçı təsisçisi olduğu "xxxx" MMC-nin nizamnaməsinə əsaslanaraq həmin borc müqaviləsi bağlanan zaman "xxxx" MMC-nin qanuni təmsilçisi olan cavabdehin “X3 Fermer” MMC-nin hesabına 60000 manat məbləğində pul vəsaitini köçürərkən sənədləşməni vicdanla, peşəkar qaydada və məntiqlə aparmadığı üçün Cəmiyyətə ziyan vurulduğunu qeyd edərək buna görə həmin pul vəsaitinin cavabdehdən tutulması barədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, lakin cavabdehin maddi zərər vurmasında təqsirli olmasını, buna görə məsuliyyət daşı masını əsaslandıra və təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(103)-3213/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, işin faktiki halları düzgün müəyyən olunmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi MM-in 49.3-cü maddəsini üzgün tə tbiq etməmiş, iddia tələbinin əsasını təşkil edən halları sadalamaqla və qüvvəyə minmiş məhkəmə aktlarına istinad etməklə iddianı rədd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili Vəkil4 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin vəkili Vəkil3 Vladimiroviç kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansi yası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surət də hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç b ir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmam ası apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələbləri nə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verilərkən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasın da həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddianı rədd edən məhkəmələr mövqeyini onunla əsaslandırmışlar ki, "xxxx" MMC-nin iddiası rədd olunarkən, həmin MMC və “Aqro Yurd (Kəndli Fermer)” MMC arasında bağlanmış kredit müqaviləsinin əsli mövcud olmamışdır. Bununla da, məhkəmələr belə nəticəyə gəlmişlər ki, iddia sübut olunmur. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə əsassız olmuşdur. Belə ki, iddia ərizəsindən də göründüyü kimi, hazırki iddianın əsasını tərəflərin təsisçiləri olduqları MMC-lərin arasında olan kredit müqaviləsi deyil, cavabdehin "xxxx" MMC-nin qanuni təmsilçisi oldu ğu dövrdə sonuncuya ziyan vurulması ilə nəticələnən hərəkətlər etməsi təşkil edir. Belə olan halda "xxxx" MMC-nin iddiası üzrə qəbul edilən qətnamənin hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olmasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsassız olmuşdur. İş materiallarından müəyyən olunur ki, "xxxx" MMC-nin təsis yığıncağının 11 mart 2010-cu il tarixli protokolu ilə “Aqro Yurd (Kəndli Fermer)” MMC tərəfindən "xxxx" ASC-dən alınmış kreditin qaytarılması məqsədi ilə Cəmiyyətin dövlət qeydiyyatına alınmasından sonra Cəmiyyət tərəfindən “Aqro Yurd (Kəndli Fermer)” MMC-yə bağlanılacaq müvafiq faizsiz borc müqaviləsinə əsasən 60000 manat məbləğində borcun verilməsi qərara alınmışdır. Eyni zamanda "xxxx" ASC-nin Debet haqqında bildiriş adlı sənədinə əsasən "xxxx" MMC tərəfindən 16 aprel 2010-cu il tarixdə “X3 Fermer” MMC-nin aldığı kreditin qaytarılması üçün sonuncunun hesabına 60000 manat məbləğində vəsait mədaxil edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş yuxarıda qeyd olunan məhkəmə aktları ilə "xxxx" MMC-nin iddiası həmin MMC və “Aqro Yurd (Kəndli Fermer)” MMC arasında kredit münasibətlərinin olmaması əsası ilə deyil, kredit müqaviləsinin əslinin mövcud olmaması əsası ilə rədd edilmişdir. Yəni həmin məhkəmə aktları ilə tərəflər arasında kredit münasibətlərinin mövcud olması inkar olunmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd ki, həmin işdə “Aqro Yurd (Kəndli Fermer)” MMC kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia versə də, həmin iddia da rədd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin P lenumu “F.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 49-cu maddəsinin mənasına görə, hüquqi şəxs adından çıxış edən şəxsin hüquqi şəxs üçün arzuolunmaz nəticələrə səbəb olmuş hərəkətlərinin (hərəkətsizliyinin) vicdansızlığına və (və ya) qeyri-peşəkarlığına və məntiqsizliyinə dəlalət edən halların mövcudluğu sübuta yetirilməlidir.... Hüquqi şəxs adından çıxış edən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) vicdansızlığı aşağıdakı hallara əsasən sübuta yetirilmiş sayılır. Əgər hüquqi şəxs adından çıxış edən şəxs: - öz şəxsi maraqları ilə hüquqi şəx sin maraqları toqquşduğu halda hərəkət etmişsə; tərəfindən bağlanmış əqd haqqında məlumatı hüquqi şəxsin iştirakçılarından gizlətmişsə və ya qeyri-dəqiq məlumatlar vermişsə; əqdi, qanunvericinin və ya nizamnamənin tələb etdiyi hüquqi şəxsin orqanının müvafiq razılığı olmadan bağlamışsa; - hərəkətlərinin, törədildiyi anda hüquqi şəxsin maraqlarına cavab vermədiyini bilirdi və ya bilməli idisə, məsələn, əqdi hüquqi şəxs üçün aşkar surətdə əlverişsiz olan şərtlərlə və ya öhdəliklərini aşkar şəkildə yerinə yetirə bilməyəcək şəxslə bağlamışsa.... Hüquqi şəxs adından çıxış edən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) qeyripeşəkarlığı və məntiqsizliyi aşağıdakı hallara əsasən sübuta yetirilmiş sayılır. Əgər hüquqi şəxs adından çıxış edən şəxs: - ona məlum olan əhəmiyyətli məlumatı nəzərə almad an qərar qəbul etmişsə; - qərarın qəbulu üçün əhəmiyyətli və lazımi olan məlumatın əldə edilməsi üçün heç bir tədbir görməmişsə; - müqaviləni müvafiq hüquqi şəxsdə tələb olunan daxili prosedura riayət etmədən (hüquq şöbəsi ilə, mühasibatlıqla razılaşdırmadan) bağlamışsa. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, məhkəmələr hüquqi şəxs adından çıxış edən şəxsin hərəkətlərinin onun vəzifə səlahiyyətlərinə nə dərəcədə daxil olub-olmamasına qiymət verməli, hüquqi şəxs üçün arzuolunmaz nəticələrə səbəb olmuş həmin şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) qeyripeşəkarlığına və (və ya) vicdanlı, məntiqli olmasına dəlalət edən halları araşdırmalıdırlar. Hazırki iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı cavabdehin onların birgə təsis etdikləri "xxxx" MMC -nin qanuni nümayəndəsi olması ilə yanaşı, kredit alan “Aqro Yurd (Kəndli Fermer)” MMC-nin yeganə təsisçisi olmasını və bu səbəbdən sonuncu şirkətə verilmiş kreditin qaytarılmamasında maraqlı olmaqla, müvafiq kredit müqaviləsinin əslini MMC-də olmamasına görə məsuliyyət daşıdığını iddia etmişdir. Yəni iddiaçının mövqeyinə əsasən cavabdehin şəxsi maraqları təmsil etdiyi hüquqi şəxsin maraqları ilə toqquşmuş və bu səbəbdən əqd bağlanıldıqdan sonra vicdansızcasına hərəkət etmişdir. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə hazırki iddia üzrə araşdırmalı olan məsələlər cavabdehin "xxxx" MMC-nin qanuni təmsilçisi olub-olmaması, hansı dövrdə olması, həmin vəzifəyə təyin edilərkən və vəzifədən azad olunarkən MMCnin maliyyə sənədlərinin lazımi qaydada təhvil alınıb-verilməsi, mübahisə ləndirilən kredit müqaviləsinin MMC-nin hansı vəzifəli şəxsində saxlanılması, həmin sənədlər itirildiyi və ya məhv olunduğu halda, cavabdehin buna görə məsuliyyət daşıyıb-daşımaması və iddiaçının qarşısında mülki məsuliyyətinin yaranıb-yaranmaması olmalıdır. Lakin iş materiallarından müəyyən olunur ki, işin faktiki hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi göstərilən istiqamətdə araşdırma aparmamış, tətbiq etməli olduğu MM-in 49.3-cü maddəsini tətbiq etməmiş, əksinə hazırki iddiaya aidiyyəti olmayan MM-in 87.1-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll oluna n işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqument inin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(006)-2221/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5655/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5655/2021
29.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver