Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5664/2019 11.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı və müstəqil tələblər irəli sürən “xxxx” MMC-nin vəkili Hacıyev Namiq Sərkar oğlunun, Cavabdeh oğunun və “xxxx” X3 vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “porşenli hava kompressorunun tərkib hissələri olan avadanlıqların 2 000 000 (iki milyon) ABŞ dolları məbləğdə dəyərinin ödənilməsi”, habelə müstəqil tələblər irəli sürən “xxxx” MMC-nin “xxxx” X4 və Cavabdeh qarşı “KjAr 2-1 havaayrıcı qurğunun və qurğunun tərkib hissələri olan digər avadanlıqların cavabdehlərin qanunsuz sahibliyindən alınaraq qaytarılması və xüsusi qərardad çıxarılması” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli 2(103)-2211/2019 saylı qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Hacıyev X6 İlyaz Usub oğluna qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 15 sentyabr 2011-ci il tarixli alqısatqı müqaviləsinə əsasən “6BM-16-140/200 porşenli hava kompressoru”nun tərkib hissələri olan avadanlıqların və ya onların dəyəri olan 2 000 000 ABŞ dollarının Cavabdeh alınar aq ona verilməsi barədə qətnamə qəbul olunmasını, habelə Cavabdeh barəsində xüsusi qərardad çıxarılmaqla prokurora bu barədə məlumat verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2011-ci ilin oktyabr-noyabr aylarında Rusiya Federasiyasından onun adına göndərilmiş və özünə məxsus Dövlət Gömrük Komitəsi tərəfindən qeydə alınmış “6BM-16-140/200 porşenli hava kompressorunun tərkib hissələri olan avadanlıqları şifahi razılaşma əsasında ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh məxsus Bakı şəhəri, 111 ünvanında yerləşdirilmiş, lakin Cavabdeh aralarında olan şifahi razılaşmanın şərtlərini pozaraq ona heç bir ödəniş etməmiş, avadanlıqların təcili surətdə və qeyri-şərtsiz ona qaytarılması və ya dəyərinin ödənilməsi barədə Cavabdeh etdiyi xəbərdarlıqların da heç bir nəticəsi olmamışdır. Rusiya Federasiyasının Dağıstan Respublikasında fəaliyyət göstərən “xxxx” MMC-nin Baş Direktoru YYYun 22 sentyabr 2017-ci il tarixli arayışından ona məlum olmuşdur ki, “Direktor N.B Hacıyev şəxsində “xxxx" MMC (Azərbaycan Respublikası) - “xxxx" MMC ilə yüklü KjAr-2-1 Hava qızdırıcı qurğusunu, KK 095100 000 seolitlərdə kompleks təmizləmə blokunu göndərmək üçün 2012-ci ilin martın 15-də müqavilə bağlanmış, bu müqavilə üzrə öhdəlikləri “xxxx" MMC tam həcimdə yerinə yetirmiş, “xxxx" MMC “xxxx” X5 ilə 01/011 saylı 01.11.2011-ci il tarixli, 001 saylı 26.12.2012-ci il tarixli müqavilələr bağlamamış, həmçinin hər hansı digər müqavilə münasibətləri olmamışdır. “xxxx” MMC-nin hesabına “xxxx” X5 tərəfindən heç vaxt pul vəsaitləri daxil olmamış, “xxxx” MMC “xxxx” X3 direktoru Cava bdeh 14.10.2014-cü il tarixli məktub verməmişdir. Beləliklə, “xxxx” MMC və “xxxx” X5 ilə 01/011 saylı 01.11.2011 tarixli, 001 saylı 26.12.2012-ci il tarixli saxta müqavilələr vasitəsilə Cavabdeh ona məxsus “6BM -16-140/200 porşenli hava kompressoru”nun tərkib hissələri olan avadanlıqları qeyri-qanuni yolla cinayət etməklə mənimsəmişdir. “xxxx” MMC isə “xxxx” X4 və Cavabdeh qarşı müstəqil tələblər irəli sürərək, “xxxx” MMC-nə məxsus “KjAr 2-1” havaayrıcı qurğu (əlavə 1-ə əsasən) və qurğunun tərkib hissələri olan digər avadanlıqların Cavabdeh və YYY” İKF-nın qanunsuz sahibliyindən alınaraq “xxxx” MMC-nə qaytarılması və xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. “xxxx” MMC-nin iddia tələbi belə əsaslandırılmışdır ki, onunla OAO “Voljsk azot-oksigen zavodu” arasında bağlanmış 24 iyun 2008 -ci il tarixli 346|06-08 №-li alqı-satqı müqaviləsinə əsasən 30 mart 2008-ci il tarixdə ilkin ödəniş 1 600 360 (bir milyon altı yüz min üç yüz altmış) rubl ödəməklə keçirilən tenderdə iştirak etmiş, tenderin qalibi olaraq “KjAr 2-1” havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqlar alınmışdır. “xxxx” MMC-nə məxsus “KjAr 2-1” havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqların Azərbaycan Respublikasına gətirilərək “xxxx” X3 ərazisində müvəqqəti saxlanılmasına icazə verilməsi barədə həm şifahi şəkildə, həm də 19 mart 2012-ci il tarixli 03 saylı məktubla “xxxx” X3 Direktoru Cavabdeh müraciət edilmiş, razılığa əsasən və nəticə olaraq “KjAr 2-1” havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqlar “xxxx” X3 ərazisində - Bakı şəhəri, 111 ü nvanında müvəqqəti saxlanılması üçün yerləşdirilmişdir. Eyni zamanda Cavabdeh ilə 2011-ci ilin iyul ayında əldə olunmuş şifahi razılaşmaya əsasən, “KjAr 2-1” havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqların 1 (bir) il müddətində pulu ona ödənildikdən sonra aralarında rəsmi alqı-satqı müqaviləsi bağlanmalı olmuş və bundan sonra “KjAr 2-1” havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqların quraşdırılmasının X8 hesabına və tərəfindən başlanılması, bundan sonra birgə fəaliyyət göstərəcəkləri razılaşdırılmışdır. Sonradan “xxxx” MMC-nə məxsus həmin avadanlıqların “xxxx” X3 X2 tərəfindən qeyri-qanuni olaraq istifadəsi və onun razılığı olmadan quraşdırılması onlara məlum olmuşdur. Qeyd edilən hərəkətlərin dayandırılmasını dəfələrlə teleqram və məktublarl a “xxxx” X3 X1 qəti surətdə tələb etməsinə, əks halda aidiyyəti üzrə müvafiq orqanlara və məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını bildirməsinə baxmayaraq heç bir nəticə olmamış, əksinə “xxxx” X3 X2 onu aldadaraq, yalan vədlər verərək hər dəfə Banklardan kredit-pul götürəcəyini və qurğunun pulunu ona ödəyəcəyinə söz vermiş, hətta “Access Bank”dan kredit xətti açdırması barədə müqavilənin surətini də təqdim edərək onu inandırmışdır. Rusiya Federasiyasının Dağıstan Respublikasında fəaliyyət göstərən “xxxx” MMCnin Baş Direktoru YYYun 22 sentyabr 2017-ci il tarixli arayışından məlum olmuşdur ki, Direktor N.B.Hacıyev şəxsində “xxxx” MMC (Azərbaycan Respublikası)-“xxxx” MMC ilə “KjAr-2-1” Hava qızdırıcı qurğusunu, KK 095100 000 seolitlərdə kompleks təmizləmə blokunu göndərmək üçün 201 2-ci ilin martın 15-də müqavilə bağlanmış, bu müqavilə üzrə öhdəlikləri “xxxx” MMC tam həcimdə yerinə yetirmişdir. “xxxx” MMC “xxxx” X5 ilə 01/011 saylı 01.11.2011 tarixli, 001 saylı 26.12.2012-ci il tarixli müqavilələri bağlamamış, həmçinin hər hansı digər müqavilə münasibətləri olmamışdır. “xxxx” MMC-nin hesabına “xxxx” X5 tərəfindən heç vaxt pul vəsaitləri daxil olmamış, “xxxx” MMC “xxxx” X3 direktoru Cavabdeh 14.10.2014-ci il tarixli məktub verməmişdir. Göründüyü kimi, “xxxx” MMC ilə “xxxx” X5 arasında 01/011 saylı 01.11.2011 tarixli, 001 saylı 26.12.2012-ci il tarixli heç vaxt bağlanmamış saxta müqavilələr vasitəsilə Cavabdeh “xxxx” MMC-nə məxsus “KjAr 2-1” havaayrıcı qurğu (əlavə 1-ə əsasən) və qurğunun tərkib hissələri olan digər avadanlıqları qeyri-qanuni yolla cinayət etməklə məni msəmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim İmran Burcayev) 11 yanvar 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbinin rədd, “xxxx” MMC-nin iddia tələbinin təmin olunması, “KjAr 2-1” havaayrıcı qurğunun (əlavə 1-ə əsasən) və qurğunun tərkib hissələri olan digər avadanlıqların Cavabdeh və YYY” İKF-nın qanunsuz sahibliyindən alınaraq “xxxx” MMC-nə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Elnur Həsənovun sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Fuad Babayev) 12 mart 2019-cu il tarixli 2(103)-2211/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-792/2018 saylı iş üzrə 11 yanvar 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən (müstəqil tələb irəli sürən üçüncü şəx sin iddia tələblərinin təmin edilməsi ilə bağlı) hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli qətnaməsinin qismən müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” MMC-nin iddiasının təmin edilən hissəsində ləğv edilərək həmin hissədə iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, iş üzrə İddiaçı Cavabdeh qarşı ilk iddia ərizəsindən və ona verdiyi əlavədən görünür ki, mübahisə predmeti “6BM-16- 140/200 porşenli hava kompressoru'’nun tərkib hissələri olan avadanlıqlardır. Müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” MMC-nin iddia ərizəsində “KjAr 2-1 hava ayrıcı qurğu (əlavə 1ə əsasən) və qurğunun tərkib hissələri olan digər avadanlıqlar”-ın cavabdehlər - Cavabdeh və YYY” İKF-nın qanunsuz sahibliyindən alınaraq qaytarılması xahiş olunmuşdur. Göründüyü kimi, “xxxx” MMC tərəfindən təqdim edilmiş iddia ərizəsi mübahisə predmeti barəsində deyildir. İş materiallarında olan sənədlərdən də (müqavilələr, hesab fakturalar və gömrük bəyannamələrindən) müəyyən edilir ki, kompressorun tərkib hissələri olan avadanlıqların “KjAr 2-1 havaayrıcı qurğusuna və qurğunun tərkib hissələri olan digər avadanlıqlar'a aidiyyəti yoxdur, həmin avadanlıqlar ayrı-ayrı avadanlıqlardır. Məhkəmə ən azından ona diqqət yetirməmişdir ki, ilk iddia üzrə mübahisə predmeti olan “6BM-16-140/200 porşenli hava kompressoru”nun tərkib hissələri olan a vadanlıqların ilk partiyası 01/011 saylı, 01.11.2011-ci il tarixli müqaviləyə əsasən Azərbaycan Respublikasına 27.12.2011-ci ildə daxil olduğu halda (gömrük sənədləri işdə var), üçüncü şəxsin iddia ərizəsinin predmeti olan “KjAr 2-1 havaayrıcı qurğu (əlavə 1-ə əsasən) və qurğunun tərkib hissələri olan digər avadanlıqlar”la bağlı 2012-ci ilin martın 15-də hələ Rusiya Federasiyasından Azərbaycan Respublikasına gətirilməsi üçün müqavilə bağlanması iddia olunur. Belə olan halda, ilk iddia ərizəsində və üçüncü şəxsin iddia ərizəsində mübahisə predmetinin eyni qurğu olması barədə məhkəmənin gəldiyi nəticə anlaşılmazdır. MPM-nin 55.1-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarış a bilərlər. Lakin üçüncü şəxs “xxxx” MMC “xxxx” İKF-ya qarşı iddia irəli sürmüşdür ki, sonuncu ilk iddia üzrə bu işdə tərəf olmamışdır. Məhkəmə “xxxx” MMC-nin müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində təqdim etdiyi iddia ərizəsini icraata götürməklə Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsi düzgün tətbiq etməmişdir. Bundan başqa məhkəmə iddia müddətləri ilə bağlı bir sıra hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Üçüncü şəxs “xxxx” MMC-nin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2011-ci ilin iyul ayında şifahi razılaşmaya əsasən “KjAr 2-1 havaayrıcı qurğu (əlavə 1-ə əsasən) və qurğunun tərkib hissələri olan digər avadanlıqlar”-ın 1 (bir) il müddətində pulu “xxxx” MMC-nə ödənildikdən sonra arada rəsmi alqı-satqı müqaviləsi bağlanmalı idi. İddia ərizəsi məh kəməyə 18 dekabr 2017-ci ildə, 6 il 5 aydan sonra daxil olmuşdur. İş üzrə iddia müddətinin tətbiq edilməsi barədə konkret xahişi özündə əks etdirən ayrıca yazılı ərizə məhkəmənin dəftərxanasına 25 dekabr 2017-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə həmin ərizəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə istinad etməklə əsassız və qanunsuz olaraq təmin etməmişdir. Məhkəmə iş üzrə ziddiyyətli sübutlara istinad etməklə "6B\1-16-140/200 porşenli hava kompressoru”nun tərkib hissələri olan avadanlıqların alqı-satqısı ilə bağlı "xxxx" MMC və “xxxx” İKF arasında 01/011 saylı, 01.11.2011-ci il tarixli və 001 saylı 26.12.2012-ci il tarixli müqavilələrin və digər sənədlərin saxta olması nəticəsinə gəlmişdir. Məhkəmənin əsas istinad etdiyi sübut olan Rusiya Federasiyası Dağıstan Respublikasında fəaliyyət göstərən “xxxx” MMC-nin baş direktoru YYYun 22 sentyabr 2017-ci il tarixli, 07 saylı çıxış üzrə arayışında göstərilmişdir: “...“xxxx" MMC “xxxx” İKF ilə 01/011 saylı, 01.11.2011-ci il tarixli və 001 saylı, 26.12.2012-ci il tarixli müqavilələri bağlamamış, həmçinin hər hansı digər müqavilə münasibətləri olmamışdır. “xxxx” MMC-nin hesabına “xxxx” İKF tərəfindən heç vaxt pul vəsaitləri daxil olmamışdır. “xxxx” MMC “xxxx” İKF-nın direktoru Cavabdeh 14.10.2014-cü il tarixli məktub verməmişdir...'". Halbuki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş “xxxx” MMC-nin direktoru həmin YYY göstərmişdir: "...01/011 saylı, 01.11.2011-ci il tarixli və 001 saylı, 26.12.2012-ci il tarixli müqavilələrdəki imzalar mənim imzama oxşayır, lakin belə bi r müqavilə bağlanmasını xatırlamır...” Şahid qismində dindirilərkən verdiyi izahatında YYY müqavilədəki imzaların ona məxsus olmasını inkar etməmiş, əksinə imzaların onun imzasına oxşadığını, lakin belə bir müqavilə bağlanmasını xatırlamadığını göstərmişdir. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində şahid qismində “xxxx” MMC-nin direktoru YYY dindirildiyi halda, onun izahatına yalnız xüsusi qərardadda istinad edilmiş, qətnamədə isə onun ifadəsi əks olunmamış, digər sübutlarla birgə sadalanaraq tədqiq olunmamışdır. Məhkəmə iş materiallarında olan çoxsaylı sənədlərdə “xxxx” MMC-nin direktoru YYYa aid imzaların və həmin MMC-nə məxsus möhürün əkslərinin tədqiq olunması üçün ekspertiza təyin etməmişdir. Məhkəmə isə prosessual hüquq normalarının tələbini pozaraq xüsusi bilik tələb edən suallara ziddiyyətli sübutlar əsasında cavab vermişdir və sənədlərin saxtalığı nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, birinci instansiya məhkəməsi üçüncü şəxsin iddiasını təmin edərkən, hər iki cavabdehin üzərinə avadanlığın qaytarılması vəzifəsini qoymuşdur ki, bununla da qeyri-müəyyənlik nümayiş etdirmiş və iddiaya cavab verməli olan və qətnaməni hansı hissədə kimin icra etməli olmasını müəyyənləşdirə bilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində istinad edilən hüquq normasının tələbi pozularaq, cavabdehlərə münasibətdə qeyri-müəyyən qətnamə çıxarılmışdır. Məhkəmə iş üzrə mühüm əhəmiyyətli faktiki hallarını düzgün müəyyən etməmiş, sübutları qanuna uyğun şəkildə qiymətləndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını işə düzgün tətbiq etməmiş, nəticədə ədalətə söykənməyən, obyektiv həqiqəti əks etdirməyən, mübahisəni həll etməyən qətnamə qəbul etmişdir. Bundan başqa, cavabdeh FFF tərəfindən həmin qurğunun bir hissəsi Bakı şəhərinə gətirilib firmanın ərazisinə yerləşdirildikdən sonra məlum olmuşdur ki, qurğunun bir sıra hissələri yoxdur, bu səbəbdən də onun işlək vəziyyətə gətirilməsi mümkün olmamışdır. FFF tərəfindən öhdəliklərini lazımınca yerinə yetirilməməsi ilə əlaqədar vurduğu maddi ziyanın ödətdirilməsi üçün iddia ərizəsi ilə 2016-cı ilin oktyabr ayında Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 2(007)-750/2017 saylı və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 201 8-ci il tarixli, 2(103)-7685/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəsini almış 19 iyun 2019-cu il tarixli, 2(102)-4363/2019 saylı qərarı ilə də müəyyən olunmuşdur ki, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibətləri mövcud olmuş, "xxxx" İKF işlək vəziyyətdə olan qurğunun gətirilməsi barədə FFFna şifahi tapşırıq (vəkalət) vermiş, lakin sonuncu müqavilə öhdəliklərinin icrasını lazımınca təmin etmədən qurğunun işləməsi üçün zəruri olan hissələr olmadan qurğunu təhvil vermiş və nəticədə 37.983 manat məbləğində ziyan vurmuşdur. Mülki iş üzrə qarşılıqlı iddia verən FFF (yaxud "xxxx" MMC) hazırki iş üzrə cavabdehlərə qarşı nə pul tələbi, nə də qurğu ilə bağlı hər hansı iddia irəli s ürməmişdir, heç bir dəfə də FFF avadanlığa görə ona borclu olmasını iddia etməmiş və bu barədə tələbi olmasını bildirməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında Cavabdeh və “xxxx” X3 vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və müstəqil tələblər irəli sürən “xxxx” MMC-nin vəkili Hacıyev Namiq Sərkar oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-c ü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Kollegiya qeyd edir ki, kassasiya baxışının hədləri “xxxx” MMC-nin iddia tələbinin təmin edilməsi hissəsində “xxxx” X3 kassasiya şikayətinin dəlilləri üzrədir. Belə ki, İddiaçı iddia tələbi rədd edilmiş və o, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən isə kassasiya şikayəti verməmişdir. Apelyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 157.8, 165.1-ci madd ələrinə istinad etməklə işin materialları üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, mübahisə mövzusu olan KjAr-2-1 hava ayırıcı qurğusu avadanlığının cavabdehlərdə olduğunun iddiaçı tərəfindən sübut edilməsinə ehtiyac yoxdur. Belə ki, tərəflər “Kjar 2-1” havaayırıcı qurğu və onun tərkib hissələri olan digər avadanlıqların Rusiya Federasiyasının Voljsk şəhərindən alınaraq Azərbaycan Respublikasına gətirildiyini və Cavabdeh təsisçisi direktoru olduğu “xxxx” İKF-nin istifadəsində olan ərazidə yerləşdirildiyini mübahisələndirmirlər, həmçinin işin qeyd edilən faktiki halı iş materialları ilə təsdiq olunur. Hazırkı işin müəyyən olunan halları baxımından “xxxx” MMC ilə “xxxx” İKF arasında sözügedən avadanlığın alqı-satqısına dair 01.11.2011-ci tarixli müqavilənin bağlandığı qənaət inə gəlmək ümumiyyətlə mümkün deyildir. Belə ki, Rusiya Federasiyasının Dağıstan Respublikasında fəaliyyət göstərən “xxxx” MMC-nin iş materiallarına əlavə olunmuş 22 sentyabr 2017-ci il tarixli 07 nömrəli arayışında “xxxx” MMC ilə YYY” İKF arasında 01/011 saylı 01.11.2011-ci il tarixli və 001 saylı 26.12.2012-ci il tarixli müqavilələrin bağlanmadığı, həmçinin hər hansı digər müqavilə münasibətlərinin olmadığı, YYY” İKF-dan “xxxx” MMC-nin hesabına heç vaxt pul vəsaitlərinin daxil olmadığı göstərilmiş, o cümlədən “xxxx” MMC-nin YYY” İKF-nın direktoru Cavabdeh 14.10.2014-cü il tarixli məktub vermədiyi xüsusi olaraq qeyd edilmişdir. İşin qeyd edilən hallarını “xxxx” MMC-nin birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş rəhbəri Tahir Əmirbəyov da bir daha təsdiq etmiş, həmçinin gös tərmişdir ki, YYY” İKF-nın direktoru Cavabdeh 14.10.2014-cü il tarixdə güya onun tərəfindən ünvanlandığı bildirilən məktubu imzalamamışdır, bu məktubu onun adından kimsə saxtalaşdırmışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi məhz qeyd edilən xüsusatlarla əlaqədar 11 yanvar 2018-ci il tarixli xüsusi qərardad çıxarmış, xüsusi qərardad üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılma aparılmış, CM-nin 178.3.2-ci və 320.1-ci maddələri ilə 07.05.2018-ci il tarixdə cinayət işi başlanılmış, cinayət işi üzrə ibtidai istintaqın aparılması Baş İdarənin İstintaq idarəsinə həvalə edilmişdir. Əksinə işin materiallarına əsasən, Rusiya Federasiyasının “xxxx” ASC tərəfindən “xxxx” MMC-nin direktoru FFFə mübahisə mövzusu olan KjAr-2-1 hava ayırıcı qurğusu avadanlığının hərracında iştirak etmək təklifinin edildiyi, həmin hərracda iştirak hüququ əldə etdikdən sonra tərəflər arasında 24.06.2008-ci il tarixli alqı-satqı müqaviləsinin bağlandığı, müqaviləyə əsasən “xxxx” MMC-nin həmin zavodun hesabına 16 917 600 rubl pul vəsaiti köçürdüyü, lakin avadanlığın demontaj edilərək (sökdürərək) Azərbaycana gətirilməsi mümkün olmadığına görə həmin tərəflər arasında əmlakın saxlanılmasına dair 11 iyul 2011-ci il tarixli müqavilə bağlanaraq qurğunun zavodun ambarında saxlanıldığı, 15 mart 2012-ci il tarixli müqaviləyə əsasən onun (“xxxx” MMC-nin direktoru FFFin) KjAr-2-1 hava ayırıcı qurğusunun Azərbaycana göndərilməsi ilə bağlı “xxxx” MMC ilə razılıq əldə etdiyi, YYY” İKFnin direktoru Cavabdeh ünvanladığı 19 mart 2012-ci il tarixli məktubla isə həmin qurğusunun və on un tərkib hissələri olan avadanlıqların “xxxx” İKF-nın ərazisində müvəqqəti saxlanılmasına icazə verilməsini xahiş etdiyi və həmin avadanlığın hal-hazırda da “xxxx” İKF-nın ərazisində saxlanıldığı müəyyən edilmişdir. Mübahisə mövzusu olan KjAr-2-1 hava ayırıcı qurğusu avadanlığının məhz “xxxx” MMC-nin direktoru FFF tərəfindən hələ 24.06.2008-ci ildə alqı-satqı yolu ilə əldə edidiyi Nizami rayon prokurorluğunun icraatında olmuş ********* nömrəli cinayət iş üzrə qəbul edilmiş qərarla da öz təsbitini tapmaqdadır. Həmçinin də, apellyasiya instansiyası məhkəməsi bu qənaətə də gəlmişdir ki, hətta “xxxx” MMC ilə “xxxx” İKF arasında bağlanmış müqavilələrin saxtalaşdırılmadığı qəbul edilsə belə, fərqli nəticəyə gəlmək mümkün deyildir. Belə ki, mübahisə mövzusu olan KjAr-2-1 hava ayırıcı qurğusu ava danlığının “xxxx” MMC-nə deyil, “xxxx” ASC-yə məxsus olduğu, digər tərəfdən “xxxx” MMC-nin mülki dövriyyədə bir qayda olaraq yük daşınması münasibətlərinin iştirakçısı kimi daşıyıcı/yük göndərən qismində çıxış etdiyi müəyyən edilmişdir. Bu qənaətə gələrkən apellyasiya instansiyası məhkəməsi həmçinin nəzərə almışdır ki, “xxxx” İKF ilə “xxxx” MMC (və ya Cavabdeh ilə FFF) arasında sözügedən alqı-satqıya dair müqavilənin bağlandığı və ən əsası “xxxx” İKF tərəfindən həmin avadanlığa görə “xxxx” MMC-nin hesabına hər hansı ödəniş edildiyi ümumiyyətlə müəyyən olunmamışdır; əksinə, iş materiallarına əlavə edilmiş Azərbaycan Beynəlxalq Bankının 28 dekabr 2017-ci il tarixli, 19/1782 saylı ilə arayışında “xxxx” MMC-nin hesabına 01.01.2009-cu il tarixdən 27.12.2017-ci il tarixədək heç bir təşkilatdan v ə heç bir fiziki şəxsdən vəsait daxil olmadığı göstərilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Cavabdeh birinci instansiya məhkəməsində avadanlığa görə pulu FFFin əvəzinə onun borclu olduğu şəxslərə (kreditorlarına) ödədiyini göstərsə də, bunu dair hər hansı sübut təqdim edə bilməmişdir; Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticələrə əsasən isə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli qətnamələri ilə mübahisə mövzusu olan avadanlığın “xxxx” İKF tərəfindən alındığının, FFFin şifahi tapşırıq müqaviləsinə əsasən avadanlığın alınaraq ölkəyə gətirilməsini öhdəsinə götürdüyü, buna görə FFFə 1 353 574 ABŞ dolları ödənildiyinin müəyyən edilməsi” ilə bağlı apellyasiya şikayətinin arqumentləri həmin qətnamələr qanuni qüvvəsi almadığı üçün hazırki iş üzrə preyudisiyal əhəmiyyətə malik deyillər. Həmçinin, həmin işə baxan məhkəmələr “xxxx” MMC ilə YYY” İKF arasında bağlanmadığı bildirilən 01/011 saylı 01.11.2011-ci il tarixli və 001 saylı 26.12.2012-ci il tarixli müqavilələrə əsaslanmaqla müvafiq nəticəyə gəldikləri halda, hazırkı işin araşdırılması zamanı yuxarıda da göstərildiyi kimi “xxxx” MMC ilə YYY” İKF arasında 01/011 saylı 01.11.2011-ci il tarixli və 001 saylı 26.12.2012-ci il tarixli m üqavilələrin bağlanmadığı, həmçinin hər hansı müqavilə münasibətləri olmadığı və YYY” İKF-dan “xxxx” MMCnin hesabına heç vaxt pul vəsaitlərinin daxil olmadığı müəyyən edilmişdir. Buna görə də, apellyasiya instansiya məhkəməsi “KjAr 2-1” havaayrıcı qurğunun (əlavə 1-ə əsasən) və qurğunun tərkib hissələri olan digər avadanlıqların Cavabdeh və YYY” İKF-nın qanunsuz sahibliyindən alınaraq “xxxx” MMC-nə qaytarılması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmuş və bunun nəticəsində düzgün olmayan qətnamə qəbul edilmişdir. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli, 2(103)-7685/2018 sa ylı qətnamələri ilə mübahisə mövzusu olan avadanlığın “xxxx” İKF tərəfindən alındığının, FFFin şifahi tapşırıq müqaviləsinə əsasən avadanlığın alınaraq ölkəyə gətirilməsini öhdəsinə götürdüyü, buna görə FFFə 1 353 574 ABŞ dolları ödənildiyinin müəyyən edilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin qətnamələrin mövcudluğunu qəbul edərək onların qanuni qüvvəsi almadığına istinad etməklə həmin qətnamələrin hazırki iş üzrə preyudisiyal əhəmiyyətə malik olmamasını, əksinə hazırkı işin araşdırılması zamanı “xxxx” MMC ilə YYY” İKF arasında 01/011 saylı 01.11.2011-ci il tarixli və 001 saylı 26.12.2012-ci il tarixli müqavilələrin bağlanmadığı, həmçinin hər hansı müqavilə münasibətləri olmadığı və YYY” İKF-dan “xxxx” MMC-nin hesabına heç vaxt pul vəsaitlərinin daxil olmadığı müəyyən edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə apellyasiya icraatı qaydasında baxarkən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, baxış zamanı mübahisə ilə əlaqədar digər məhkəmə qətnamələrinin mövcudluğunu bilərək onların qanuni qüvvəsini almasını gözləmək üçün öz təşəbbüsü belə Azərbaycan Respublikasının MPMnin 254-cü maddəsinin tələblərinə uyğun işin icraatının dayandırılmasının zəruriliyini müzakirə etməmiş, qəbul edilmiş məhkəmə qətnamələri ilə müəyyən edilmiş hallara zidd olaraq eyni iş üzrə digər bir nəticələrə gəlməklə qeyri-müəyyənlik yaratmışdır. Kassatorun kassasiya şikayətinə əlavə etdiyi Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 19.06.2019-cu il tarixli 2(102)-4363/2019 s aylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin hazırki iş üzrə olan 28.09.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan RespublikasınınKonstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvə yə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, iş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsip i baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesinin səmərəsizliyini yaradır. Məhkəmə təcrübəsində iddia vermək hüququndan suiistifadə halları qanunvericiliyin tələblərindən yayınmağa xidmət edir. Hal-hazırkı mübahisə üzrə tərəflər iddia vermək hüququndan istifadə edərək eyni vaxtda fərqli məhkəmə icraatı prosesində fərqli nəticələr əldə etmişlər. Məhkəmə təcrübəsində bu cür hallar hüquqi müəyyənlik prinsipinə xələl gətirərək sonda məhkəmə aktlarının icrasını mümkünsüz edir. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı dır. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə tərəflərinin, yəni, «xxxx” MMC-i ilə YYY” İKF-nın hüquqi şəxs olmalarına, iddia üzrə cavabdeh kimi göstərilən Cavabdeh isə YYY” İKF-nın direktoru olmasına və ona qarşı başqa tələbin olmamasına, 2 hüquqi şəxs arasında “KjAr 2-1” havaayrıcı qurğunun və qurğunun tərkib hissələri olan digər avadanlıqların qaytarılması barədə yaranmış mübahisənin onların sahibkarlıq fəaliyyətindən irəli gəldiyinə diqqət etməmiş, mübahisənin məhkəmə aidiyyətinin düzgün müəyyən edilməməsinə hüquqi qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 24.1-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd olunan maddənin birbaşa mənasından başa düşülür ki, məhkəmələr məhkəmə aidiyyətını müəyyən edərkən üç əsas xüsusiyyəti-işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakterini mübahisənin hansı hüquq münasibətindən yaranması, (məs. Mülki, ailə, iqtisad və.s.) yoxlamalıdır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasənidarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiz iki şəxslər arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. Qanun normalarının məzmunundan göründüyü kimi, qanunvericilik mülki işlərin İnzibatiİqtisad məhkəmələrində baxılmalı olmasının əsası kimi işdə iştirak edən şəxslərin subyektiv tərkibini, yəni, işdə iştirak edən şəxslərin hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər olmasını müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməli olsa da, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə, eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli 2(103)2211/2019 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5664/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5664/2019
11.09.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver