Məhkəmə qərarları › İş №2(102)-567/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-567/2023

31.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-567/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyan) 31.01.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6273/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 31 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X2 cavabdeh təşkilatın işçisi olduğu vaxt əmək funksiyalarının icrası zamanı öz xidməti vəzifəsini yerinə yetirməyərək cinayətkarcasına etinasızlıq etməklə, lazımi diqqət və ehtiyatlılıq göstərməmiş, bu səbəbdən küçə paylayıcı qaz xəttinin yeraltı hissəsindən təbii qazın sızaraq iddiaçının yoldaşı Əli Osmanlıya məxsus evin kürsü (yarızirzəmi) hissəsinə, oradan da evin otağına dolması və partlayış konsentrasiyası həddinə çatması nəticəsində 1 mart 2020-ci il tarixdə saat 7 radələrində həmin evdə partlayış baş vermişdir, həmin partlayış hadisəsi nəticəsində evdə olan İddiaçı sağlamlığına ziyan dəymişdir, o, sağlamlığının bərpa olunması məqsədilə müalicə almışdır (həmçinin əməliyyat olunmuş), iztirab - fiziki əzab çəkmiş, maddi zərərə (müalicə, müayinə və s. xərclər) məruz qalmışdır, hadisə zərərçəkəndə əlilliklə nəticələnməmişdir.

2. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(037)-3/2021 saylı hökmü ilə X2 Cinayət Məcəlləsinin 314.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməklə təqsirli bilinərək 3000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə İsmayıllı Rayon Məhkəməsinin həmin hökmü ləğv olunmuş və N.Məmmədov Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Amnistiya aktı təqbir olunmaqla cəzadan azad edilmişdir.

3. Cinayət işinə apellyasiya instansiyası məhkəməsində baxılarkən cavabdeh tərəfindən iddiaçıya mülkiyyətinə dəymiş ziyana görə 23814 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bundan başqa iddiaçının əri X1 1000 manat, 2000 manat və 3000 manat olmaqla, cəmi 6000 manat ödəniş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi ziyana görə 19000 manat, mənəvi ziyana görə 80000 manat, dövlət rüsumunun ödənilməsinə görə 387 manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə İsmayıllı rayonu Quşencə kəndində yerləşən fərdi yaşayış evində partlayış hadisəsi baş vermişdir, partlayış nəticəsində iddiaçı özü, həyat yoldaşı, oğlu xəsarətlər almışlar və mülkiyyətlərində olan fərdi yaşayış evi qaz partlayışı nəticəsində məhv olaraq ümumilikdə mülkiyyətlərinə 23814 manat məbləğində ziyan dəymişdir, baş vermiş partlayış nəticəsində sağlamlığını uzun müddətə itirmişdir, sağlamlığının tam bərpa olunması mümkün deyildir, müayinə, müalicə xərcləri özü tərəfindən ödənilmişdir, xəstəxanada stasionar müayinə və müalicəsinə 16000 manat, ümumilikdə müalicə xərclərinə 19000 manat məbləğində vəsait sərf olunmuşdur, partlayış nəticəsində sağlamlığına ağır ziyan dəyməsi ilə yanaşı ailə üzvlərinin də ağır xəsarət almaları ilə əlaqədar onları itirmək qorxusu ilə bağlı ağır sarsıntı, iztirab keçirmiş, uzun müddət xəstəxanalarda stasionar və ambulator müalicə olunmuşdur, baş vermiş hadisə ilə əlaqədar İsmayıllı rayo n prokurorluğu tərəfindən cinayət işi başlanılmış və hadisənin cavabdehin işçilərinin təqsirli hərəkətləri səbəbindən baş verməsi istintaq zamanı tam sübuta yetirilmişdir. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə X2 Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə İsmayıllı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ləğv edilmiş, X2 AR CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, Şəki Apellyasiya Məhkəməsində məhkəmə icraatı zamanı cavabdeh tərəfindən mülkiyyətinə dəymiş ziyan olan 23814 manat məbləğində pul ödənilmiş, ona dəymiş maddi (xəstəxana xərcləri və s.) və m ənəvi ziyan ödənilməmişdir. Cavabdeh şirkət tərəfindən onlara hissə-hissə olmaqla 6000 manat pul ödənilmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Şəhriyar Əliyev) 2(011)-3305/22 saylı iş üzrə 01 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən maddi ziyanın əvəzi qismində 1524 manat, mənəvi ziyanın əvəzi qismində 15000 manat olmaqla, cəmi 16524 manat və dövlət rüsumunun əvəzi qismində 135 manat alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh iddiaçıya (sağlamlığına) birbaşa zərər vurulması ilə nəticələnən mülki hüquq pozuntusu törətmiş, iddiaçı sağlamlığına vurulmuş ziyanın aradan qaldırılması, sağlamlığının bərpası məqsədilə xərc çək mişdir. Məhkəmə iddiaçı tərəfindən iş materiallarına əlavə olunmuş sübutlar (qəbzlər) nəzərə almaqla vurulmuş maddi ziyanın həcmi 1524 manat (80+190+80+590+7,67+400+175,651524 manat) həddində müəyyən etmiş, mənəvi ziyanı isə 15000 manat qiymətləndirmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1099.1, 1115, 1117, 1118.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, həmin hissədə iddianın tam təmin olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ancaq sol bud sümüyündə n metal fiksatorun xaric edilməsi ilə bağlı cərrahi əməliyyat zamanı çəkdiyi xərcləri nəzərə almışdır. Məhkəmə nəzərə almamışdır ki, cavabdehin işçilərinin səhlənkarlığı səbəbindən həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid xəsarətlər də alıb. Çəkdiyi xərcləri ( cərrahi əməliyyatların keçirilməsi, dərman və digər zəruri ləvazimatların alınması üçün çəkilən xərclər) ekspertiza keçirməklə müəyyən etmək olardı. Partlayış nəticəsində çəkdiyi iztirab, sarsıntıların dəyəri heç milyonlarla da ölçülə bilməz. X3 partlayışdan sonra epilepsiya xəstəliyinə tutulması və həmin xəstəliyin sağalmaz olması ona bir ana kimi əzab verir.

11. Həmçinin cavabdeh də apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti o nunla əsaslandırılmışdır ki, məhkəmə maddi ziyan olaraq iddiaçıya və ailə üzvlərinə ödənilmiş 6000 manat pul məbləğini nəzərə almamışdır. Məhkəmə mənəvi ziyanın hansı meyarlarla müəyyən edilməsini əsaslandırmamışdır. Məhkəmə İddiaçı Şəki Apelyasiya Məhkəməsinə təqdim etdiyi Cavabdeh İB-dən heç bir şikayət və tələbinin olmaması və apelyasiya şikayətindən imtina etməsi ilə bağlı ərizəsini və iddiaçıya və ailə üzvlərinə Cavabdeh İB tərəfindən 29814 manat məbləğində ödəniş edilməsini nəzərə almamışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və E.C.Kazımov) 2(103)-6273/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin rədd edilməsi, Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 01 iyul 2022-ci il tarixli qətnaməsinin Cavabdehndən İddiaçı xeyrinə mənəvi zərərin əvəzi kimi 15.000 manat tutulması hissəsində dəyişdirilməsi, həmin məbləğin 10.000 (on min) manat müəyyən edilməsi və qətnamənin apellyasiya şikayətləri üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. İddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müalicə üçün çəkilən xərclər tibb müəssisəsi tərəfindən verilmiş ödəniş qəbzləri ilə təsdiq olunur. Bu səbəbdən müalicəyə çəkilən xərcləri müəyyən etmək üçün hər hansı ekspertiza keçirilməsinə zərurət yoxdur.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində gəldiyi nəticə ilə ümumən razılaşsa da, tutulmuş pul vəsaitinin miqdarını törədilmiş əmələ mütənasib saymayaraq hesab etmişdir ki, həmin məbləğ yüksək olduğundan azaldılmalıdır.

16. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, qeyd edilənlər, o cümlədən cinayət işinə baxılarkən zərərçəkmişə mülkiyyətinə dəymiş zərərin əvəzi kimi 23814 manat və əlavə olaraq ərinə 6000 manat ödənilməsi, hadisə nəticəsində iddiaçı və ailə üzvlərinin həyatını itirmədiyi, iddiaçının ailə üzvü olan digər zərərçəkənlərin ayrıca iddia qaldırdıqları, habelə işin digər diqqətəlayiq halları nəzərə alınmaqla mənəvi zərərin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə cəmi 10 000 manat məbləğində pul tutulması ədalətli və məqsədəmüvafiqdir.

17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllən in 21.1, 21.2, 1096.1, 1096.2, 1099.1, 1115, 1117, 1118.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

18. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilərək Cavabdehndən maddi ziyana görə 19.000 manat, mənəvi ziyana görə 80.000 manat, dövlət rüsumunun ödənilməsinə görə 387 manat pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi ziyanın tam təmin edilməməsini iddiaçının xəsarətlərlə bağlı çəkdiyi xərcləri təsdiq edən sənədlərin olmaması ilə bağlı əsaslandırmışdır. Halbuki, iddiaçının çəkdiyi xərcləri (cərrahi əməliyyatların keçirilməsi, dər man və digər zəruri ləvazimatların alınması üçün çəkilən xərclər) ekspertiza keçirməklə müəyyən etmək olardı. Mənəvi ziyanın qismən təmin olunması hissəsində məhkəmə iddiaçının aldığı xəsarətləri, uzun müddətli müalicə almağını, partlayış nəticəsində uzun müddət yaşayışa yararsız vəziyyətdə olan şəraitdə yaşamağını, həyat yoldaşının, oğlunun aldığı xəsarətlə bağlı çəkdiyi əziyyətləri, iztirabları düzgün qiymətləndirməmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı heç bir araşdırma aparmadan, işə səthi baxaraq apellyasiya şikayətinin təmin olunmaması, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması barədə qətnamə qəbul etmişdir. Məhkəmə işin obyektiv, hərtərəfli araşdırılması üçün iş üzrə mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış, iş üzrə iddiaçı ya dəymiş maddi və mənəvi ziyanın miqdarını düzgün təyin etməmişdir.

20. Həmçinin cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prossesual hüquq normaları pozulmuşdur. Apellyasiya instansiya məhkəməsi qətnamə qəbul edərkən mənəvi ziyanın hansı meyarlarla müəyyən edilməsini, iddiaçının iztirab, sarsıntı keçirməsini heç bir mötəbər sübutla əsaslandırmamış, əsassız olaraq apellyasiya şikayətini qismən təmin edərək Cavabdeh İB-dən mənəvi ziyanın əvəzi olaraq 10.000 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etmişd ir. Apellyasiya instansiya məhkəməsi İddiaçı Şəki Apellyasiya Məhkəməsinə təqdim etdiyi Cavabdeh İB-dən heç bir şikayət və tələbinin olmaması və apellyasiya şikayətindən imtina etməsi ilə bağlı ərizəsini və iddiaçıya və ailə üzvlərinə Cavabdeh İB tərəfindən 29.814 manat məbləğində ödəniş edilməsini nəzərə almamışdır. Halbuki, qeyd olunan ərizə iddia tələbinin tamamilə əsassız olmasını təsdiq edir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 2

4. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

25. Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

26. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

27. Maddə 1099.1. Hüquqi və fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

28. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

29. Maddə 1117. Müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir.

30. Maddə 1118.1. Fiziki şəxsə xə sarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Mülki Prosessual Məcəllə

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

35. Maddə 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin fak tiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı və cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzi mləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

44. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

45. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6273/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar