Məhkəmə qərarları › İş №2(102)-5671/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5671/2022

29.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5671/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC” cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər,Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC-ni cəlb etməklə Cavabdeh qarşı "pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2534/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən veril miş kassasiya şikayəti üzrə işə 29 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı "xxxx" MTK-nın təsisçilərindən biridir və mənzillərin tikilib, satılması fəaliyyəti ilə məşğuldur. 2015-ci ildə arvadı N.İsmayılovaya məxsus qeyri-yaşayış sahəsini "xxxx" MMC-yə icarəyə vermiş və bu barədə Cəmiyyəti idarə edən şəxslərdən biri Cavabdeh ilə razılığa gəlmişlər.

2. Daha sonra "xxxx" MMC Azərbaycanda işlərini dayandırmaq qərarına gəlmiş, həmin vaxt Cəmiyyətin iddiaçının arvadına məxsus qeyri-yaşayış sahəsində yerləşən anbarında 216000 ABŞ dolları həcmində satılmamış malı qalmışdır. Cavabdeh əmlak satıldıqca onun dəyərinin ödənilməsi şərtilə 216000 ABŞ dolları dəyərində əmlakı iddiaçıya verərək Türkiyəyə getm işdir.

3. İddiaçı pulu Cavabdeh vasitəçisi olan X3 verməli, Amid Rəhimov da həmin pulu Cavabdeh, sonuncu isə "xxxx" MMC-yə çatdırmalı olmuşdur.

4. İddiaçı cavabdeh X3 qarşı qaldırdığı 31.175 ABŞ dolları məbləğində pulun tələbinə dair mülki iş üzrə iddianın rədd edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2021-ci il tarixli qətnaməsi 2(105)-2434/2020 nömrəli qətnaməsi qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC-ni cəlb etməklə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MMC ilə biznes münasibətlərində olmuşdur. Həmin biznes mün asibətlərindən irəli gələn pul öhdəliklərinin icrasını qarşılıqlı razılıq əsasında Azərbaycan Respublikasının vətəndaşı X3 verərək onun vasitəçiliyi ilə Türkiyyə vətəndaşı Ersan Cavabdeh çatdırmalı və Ersan Cavabdeh isə həmin pulları sonunda "xxxx" MMC-yə çatdırmasını təmin etməli idi. Beləliklə, iddiaçı bu formada qurulmuş vasitəçiliklə "xxxx" MMC-yə 80 000 ABŞ Dolları göndərmişdir. Sonuncu dəfə X4 iddiaçıdan 31175 ABŞ Dolları alaraq onu Türkiyə vətəndaşı Ersan Cavabdeh verməli, sonuncu isə onu "xxxx" MMC-yə ödəməli idi. Müəyyən müddətdən sonra iddiaçıya məlum olmuşdur ki, sözügedən məbləğ 31175 ABŞ dolları X4 tərəfindən Türkiyə vətəndaşı Ersan Cavabdeh verilməmişdir və bunun nəticəsi olaraq sonuncu həmin məbləği “Ekiphan Az" MMC-yə çatdırmamışdır. Bununla bağlı iddiaçı Sumqayıt şəhər məh kəməsinə iddia ərizəsi ilə müraciət edərək X1 həmin məbləği tələb elmişdir. İlkin proseslərdə cavabdeh X4 pulu aldığı qəbul etməsə də, ekspertiza aparılması nəticəsinə imzaların ona məxsus olması təsdiqlənmişdir. Uzun sürən məhkəmə çəkişməsindən sonra Sumqayıt məhkəməsi iddianı təmin etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi qətnaməni dəyişdirilmədən saxlamış, cavabdeh tərəfindən Ali Məhkəməyə verilmiş kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş və iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi işi araşdıraraq müəyyən etmişdir ki, Ersan Cavabdeh İddiaçı tərəfindən ona göndərilmiş 31175 ABŞ dollarında pul məbləğini almışdır. Halhazırda bu işlə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəsinin almış 2(105)2434/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi var. Belə ki, Türkiyə vətəndaşı Ersan Cavabdeh Ali Məhkəməsində və Sumqayıt Apellyasiya Məhkəməsinə izahat verərək bildirmişdir ki, o, X2 31175 ABŞ dolları məbləğində pul vəsaitini almış və lazım olan yerə vermişdir, eyni zamanda həmin pulun 80000 ABŞ dolları ilə bağlılığının olmamasını qeyd elmişdir. Qeyd edilirki ki, iddiaçı Ersan Cavabdeh başqa niyyətlə pul verməmişdir. X7 Tolqaya 31175 ABŞ Dollarını verməkdə niyyəti həmin pulu “Ekiphan AZ" MMC-yə çatdırması olmuşdur.

7. Sonradan iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 31175 ABŞ dolları əsas məbləğ və ona dair faiz qisminə hesablanmış 15648 ABŞ dolları icra gününə olan mərkəzi bankın məzənnəsi ilə, 30 AZN dövlət rüsumunu, etibarnaməyə sərf edilmiş 11,50 AZN məbləğlərini cavabd ehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(006)-420/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim: Ramin Xəlilov) ilə iddia təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsi işin faktiki hallarına əsasən müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh bir-biri ilə tapşırıq müqaviləsi münasibətində olmuşlar.

10. Həmçinin, məhkəmə qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin iclasında dindirilən Cavabdeh iddiaçıya 31175 ABŞ dolları məbləğində pul borclu olduğunu etiraf etmişdir. Lakin faiz məbləği ilə bağlı qeyd etmişdir ki, cavabdehdən 15648 ABŞ dollarının tutulmasını əsaslı və qanunidir. Belə ki, münasibətlər kredit müqaviləsi münasibəti olmasada faiz hi ssəsində uyğunluq təşkil etdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün həmin günə bank uçot dərəcəsi ilə müəyyən edilmiş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan hesablanmış 15648 ABŞ dolları borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.7, 448.1, 449.1, 777.1, 777.2, 783.1, 783.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 121.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına istinad edə rək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək birinci instnsiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instasiya məhkəməsi) 16 iyun 2022-ci il tarixli, 2(103)-2534/2022 saylı qətnaməsi ilə (hakimlər Tanrıverdiyev Anar (sədrlik edən və məruzəçi), Şirinov İkram və Həmidov Həmid) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilməsi, cavabdehdən 14.927.33 (on dörd min doqquz yüz iyirmi yeddi dollar otuz üç sent) ABŞ dolları məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması qət edilmişdir.

14. M əhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq qeyd etmişdir ki, işə baxılan zaman cavabdeh izahatında iddiaçıya heç bir borcunun olmadığını və həmin borcu nə olursa olsun ona ödəməyəcəyini bildirmişdir. Belə ki, cavabdehin bu izahatı onun borcu ödəməkdən qərəzli şəkil boyun qaçırmasını göstərir. Halbuki, cavabdeh daha əvvəl Sumqayıt Apellyasiya Məhkəməsində izahatında iddiaçıya 31175 ABŞ dolları borcunun olmasını etiraf etməsinə baxmayaraq, hazırda borcunun olmasını inkar edir və həmin məbləği heç vaxt ödəməyəcəyini bildirir. Qeyd edilən hallar cavabdehin həmin pul vəsaitindən uzun müddətdir ki, qanunsuz olaraq faydalana bilməsini deməyə əsas verir.

15. Həmçinin, apellyasiya instasiyası məhkəməsi bildirmişdir ki, cavabdehin iddiaçıya 31175 ABŞ dolları məbləğində ə sas borcunun olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.

16. Məhkəmə kollegiyası faiz borcu ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq Ali Məhkəmənin son zamanlar formalaşdırdığı hüquqi mövqeyə əsaslanmaqla qeyd etmişdir ki, əsas borca görə hesablanan faiz məbləği Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən hesablanmalıdır.

17. Bundan başqa, apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarsınında Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən 31.175 ABŞ dollarının xx.xx.2016-cı ildən xx.xx.2021-ci il tarixinədək (məhkəməyə müraciət edildiyi tarix) hesablanan faiz məbləğinin nə qədər təşkil etməsi ilə bağlı sual qoyulmuşdur.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mə hkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən 31.175 ABŞ dolları pul vəsaitinə görə Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən hesablanan faiz məbləği 14.927.33 ABŞ dolları (25.376.47 manat) müəyyən olunmuşdur.

19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ekspert rəyinin mötəbərliyinə şühə yaradan hər hansı hal aşkar edilmədiyindən həmin rəyə faiz məbləğinin müəyyən edilməsində istinad edilməli, sadalanan hallara, ekspert rəyinə və Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən, cavabdehdən iddiaçının xeyrinə 14.925.33 ABŞ dolları məbləğində pul tutulmalıdır.

20. Məhkəmə kollegiyası etibarnaməyə sərf edilmiş 11,50 AZN məbləğində pulun tutulması hissəsi üzrə qeyd etmişdir ki, iddiaçının iddia tələbi təmin edildiyindən həmin məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.

21. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iş materiallarında olan poçt xəbərnmələrindən (i.v. 28, 35), reyestrlərdən və SMS bildirişlərdən göründüyü kimi, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlı olmuş və birinci instansiya məhkəməsi cavabdehin iştirakının təmin edilməsi ilə bağlı hər hansı prosessual pozuntuya yol verməmişdir.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 449.1, 777.1, 777.2, 783.1, 783.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin b əzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

24. Kassator şikayətini onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi cavabdehin məhkəmə iclasında iştirakını təmin etmədiyi, bu barədə ona qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərmədiyi üçün, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəni təqdim edə bilməmiş, Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarına istinad etməklə apellyas iya mərhələsində iddia müddətinin tətbiqi barədə ərizə versə də, apellyasiya instansiyası məhkəməsi həmin ərizəyə hər hansı münasibət bildirməməklə, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına da əhəmiyyət verməmişdir.

25. Həmçinin, kassator bidirmişdir ki, işə baxan hakimin işin nəticəsində maraqlı olması barədə bizdə kifayət qədər şübhələr olduğundan məhkəmə tərkibinə etiraz təqdim etdik lakin, işdə bilavasitə marağı olan, (həmin maraq məhkəmənin qanunsuz qətnaməsi və iddia müddətinə dair hər hansı münasibət bildirməməsi ilə də təsdiq olunur)məhkəmə tərkibi tərəfindən baxılmamış saxlanıldı.

26. Bundan başqa kassator qeyd etmişdir ki, həm birinci instansiya məhkəməsi, həm də həmin məhkəmənin qanunsuz qətnaməsini qüvvədə saxlayan apellyasiyaməhkəməsi E.Tolqa ilə İddiaçı bir-biri ilə t apşırıq müqaviləsi münasibətində olduqlarını göstərməklə qanunsuzluğa yol vermişdir. Belə ki, iddiaçının verdiyi izahatdan eləcə də, cavabdehin izahatından da görünür ki, qeyd olunan pulu Ekiphan.az şirkətinə verilməsi üçün bilavasitə E.Tolqaya verilməmiş, Amid Rəhimova verilmiş və tapşırıq münasibəti Amidlə Vahib arasında yaranmışdır. Amid Rəhimov ona tapşırılmış pulu E.Tolqaya vermiş Tolqa isə lazım olan yerə yəni, Ekiphan.az şirkətinə çatdırmışdır. Birinci instansiya məhkəməsinin qanunsuz qətnaməsində olduğu kimi, apellyasiya məhkəməsinin qətnaməsində də E.Tolqanın Sumqayıt Apellyasiya Məhkəməsinin iclasında verdiyi izahat təhrif edilmişdir.

27. Kassator MPM-nin 77.1-ci maddəsini rəhbər tutaraq bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddia müddətinin tətbiqi barədə ərizəyə v ə apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməmiş, qanunsuz şəkildə iş ekspertizaya göndərilmiş, məhkəmə tərkibinə verilən etiraz qanunsuz şəkildə baxılmamış saxlanılmış, qüvvədə olan məhkəmə qərarlarının preyudisiallığına əhəmiyyət vermədən, qərardakı izahatı təhrif etməklə, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozamaqla, məsələyə gah tapşırıq müqaviləsi gah da, kredit müqaviləsi mövqeyindən yanaşmaqla qanununsuz və əsassız qətnamə qəbul etmişdir.

28. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1, 368, 372, 373, 374.1, 375, 377, 777.1, 777.2-ci, MPM-in 76, 77.1, 88, 217, 418, 421-2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001 -ci il tarixli və L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. İddiaçı kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2534/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

30. Hazırki kassasiya şikayətində q ətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 27 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

32. Belə ki, kassasiya yoxlaması nəticəsində işdən görünən hal ondan ibarətdir ki, İddiaçı "xxxx" MTK-nın təsisçilərindən biridir və mənzillərin tikilib, satılması fəaliyyəti ilə məşğuldur. 2015-ci ildə arvadı N.İsmayılovaya məxsus qeyri-yaşayış sahəsini "xxxx" MMC-yə icar əyə vermiş və bu barədə Cəmiyyəti idarə edən şəxslərdən biri Cavabdeh ilə razılığa gəlmişlər. Müəyyən müddət sonra MMC-nin göstərdiyi biznes fəaliyyətində problemlər yarandığından, bu səbəbdən də icarə haqqını ödəyə bilmədiyindən Cəmiyyət Azərbaycanda işlərini dayandırmaq qərarına gəlmişdir. Həmin vaxt Cəmiyyətin iddiaçının arvadına məxsus qeyri-yaşayış sahəsində yerləşən anbarında 216000 ABŞ dolları həcmində satılmamış malı qalmışdır. Daha sonra Cavabdeh əmlak satıldıqca onun dəyərinin ödənilməsi şərtilə 216000 ABŞ dolları dəyərində əmlakı iddiaçıya verərək Türkiyəyə qayıtmışdır. Bundan sonra İddiaçı malların satışından daxil olan 80000 ABŞ dolları məbləğində pulu Cavabdeh vermiş, o da izahatında bunu qəbul etdiyini, lakin "xxxx" MMC-yə verdiyini bildirmişdir.

33. Daha sonra İddiaçı Cavab deh çatdırılması məqsədilə X3 verdiyi 31.175 ABŞ dolları məbləğində pulun Amid Rəhimov tərəfindən mənimsənildiyini əsas gətirərək, həmin pulun qaytarılmasını tələb etmiş və ona qarşı məhkəmədə iddia qaldırmışdır. Sumqayıt şəhər məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilsə də, mübahisəyə apelyasiya və kassasiya instansiyası məhkəmələrində baxılmış, yekun olaraq Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

34. Həmin qətnamə ilə işin müəyyən olunmuş halları əsasında iddiaçı hazırki iddianı qaldırmışdır.

35. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, X6 məhkəmə iclasında Amid Rəhimov tərəfindən 31000 ABŞ dol ları civarında pulu alıb lazım olan yerə vermişdir.

36. Hazırki iş üzrə isə birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq təmin olunmuş pul və faiz məbləğinin həcminin dəyişdirilməsi barədə qətnamə qəbul edən apelyasiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman cavabdeh izahatında iddiaçıya heç bir borcunun olmadığını və həmin borcu nə olursa olsun ona ödəməyəcəyini bildirmişdir. Cavabdehin bu izahatı onun borcu ödəməkdən qərəzli şəkildə boyun qaçırmasını göstərir. Cavabdeh daha əvvəl Sumqayıt Apellyasiya Məhkəməsində izahatında iddiaçıya 31175 ABŞ dolları borcunun olmasını etiraf etməsinə baxmayaraq, hazırda borcunun olmasını inkar edir və həmin məbləği heç vaxt ödəməyəcəyini bildirir. Qeyd edilən hallar cavabdehin hə min pul vəsaitindən uzun müddətdir ki, qanunsuz olaraq faydalana bilməsini deməyə əsas verir.

37. Kassasiya kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmayaraq qeyd edir ki, cavabdehin borcu etiraf etməsi, borcun ödənilməsindən yayılması halı nə əvvəlki məhkəmə araşdırmaları zamanı, nə də hazırki iş üzrə məhkəmə iclasının protokollarında öz əksini tapmamışdır.

38. Cavabdeh həm apelyasiya şikayətinin dəlillərində, həm də kassasiya şikayətinin dəlillərində borcu etiraf etməmiş, ona Amid Rəhimov tərəfindən verilən 31.175 ABŞ dolları məbləğində pulu lazımi yerə çatdırdığını bildirmişdir.

39. Belə olan halda, apelyasiya məhkəməsi tərəfindən apelyasiya dəlilləri əsasında ətraflı araşdırılma aparılmadan, yalnız iddiaçının mülahizələrinə əsaslanmaqla düzgün olmayan maddi və pros essual hüquq normalarının pozulması ilə müşahidə olunan qətnamə qəbul edilmişdir.

40. İddiaçı ərizəsində qeyd etmişdir ki, Amid Rəhimovun 31175 ABŞ dollar məbləğində pulu Erşan Cavabdeh vermədiyi, sonuncunun da "xxxx" MMC-yə ödəmədiyi ona məlum olmuşdur.

41. İşdən göründüyü kimi cavabdehin pulu "xxxx" MMC-yə çatdırmaması, həmçinin "xxxx" MMC-nin həmin pul məbləğini qəbul etməməsi ilə bağlı iddiaçıdan tələb etməsi halları açıq-aşkar mülki iş materialları ilə istisna olunur və bu hallar hazırki iş üzrə tərəflər arasında borc hüquqi münasibətlərin olması anlamına gəlməyə əsas vermir.

42. Apelyasiya məhkəməsi işə baxarkən qeyd olunan təzadlı məqamlara aydınlıq gətirməmiş, iddiaçının tələbinin əsasları, pulu tələb etmə hüququ olan şəxsin hər hansı pretenziyasının olub-olmaması və iddiaya cavab verməli olan şəxsin dəqiq müəyyənləşdirilməsi barədə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Halbuki, Konstitusiyanın 125-ci maddəsinin Vİİ bəndinin, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələblərinə görə, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bunun üçün məhkəmə, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, işdə iştirak edən şəxslərə prosessual hüquqlarını həyata keçirmələrinə bilavasitə kömək göstərməlidir.

43. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin yalnız iddiaçının bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab etməsi yuxarıda sadalanan prosessual n ormaların tələbləri baxımından əsaslı sayıla bilməz.

44. Bundan başqa kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi 01 aprel 2022-ci il tarixdə məhkəmə-mühasibatlıq ekspertizası təyin edərkən ekspert qarşısında “Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən 31.175 ABŞ dollarının xx.xx.2016-cı ildən xx.xx.2021-ci il tarixinədək (məhkəməyə müraciət edildiyi tarix) hesablanan faiz məbləğinin nə qədər təşkil etdiyi” barədə sual qoymuşdur.

45. Halbuki, nə iş materiallarında, nə də sözügedən qərardadda Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən pul vəsaitinin qanunsuz saxlanıldığı müddətin başlanğıcının xx.xx.2016-cı il tarixdən hesablanması qənaətinə hansı əsasla gəldiyi məlum deyil.

46. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları kassasiya şikayətinin iddia müddətinin tətbiqi ilə bağlı dəlilləri ilə əlaqələndirərək qeyd edir ki, apellyasiya məhkəməsi borcun verildiyi və ya pul vəsaitinin qanunsuz saxlanıldığı dəqiq tarixi müəyyən etsəydi belə, cavabdeh tərəfin 21 fevral 2022-ci il tarixdə elektron qaydada verdiyi iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirməmiş, bununla da kobud maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir.

47. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaql a kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

48. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. 49. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub.

50. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azər baycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.

51. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “08” “iyul” “2022”-ci il tarixli 2(103)-2534/2022 saylı qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar