Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5678/2019 13.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı və onun vəkili X2 oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.04.2019-cu il tarixli, 2(103)4089/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamışdır. Bakı Apelly asiya Məhkəməsi Mülki Kollegiyasının 09.04.2019-cu il tarixli, 2(103)4089/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13.04.2018-ci il tarixli, 2(009)-1573/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC-nin 13.11.2017-ci il tarixli əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, 30 yanvar 2017-ci il tarixdə MMC-nin X1 şöbəsinə sürücü vəzifəsinə işə götürülmüş, hava limanı xətti üzrə hərəkət edən “Ekspress” marşurutda işə başlamışdır. 23 sentyabr 2017-ci il tarixdə səhər tezdən qrafik üzrə işə getmiş, səhər saat 05:10-da şöbə müdiri Tariel adlı şəxs xəbərdarlıq etmişdir ki, “bu gün Bakı şəhərində mitinq var, əgər işçilərdən kimsə mitinqdə iştirak etsə sabahdan işə gəlməsin”. Bildirmişdir ki, “iş vaxtı 14:00-da bitir, mitinq isə saat 15-də başlayır, o konstituson hüququndan istifadə edib işdən sonra mitinqdə iştirak edəcəkdir”. Elə həmin gün işə buraxılmamış, səhərisi gün, yəni 24 sentyabr tarixində də onu işə buraxmamışlar. 25 sentyabr 2017-ci il tarixdə İnsan Hüquqları üzrə Müvəkkilə rəsmi müraciət etmiş, həmin gün MMC-nin rəhbərliyi onu işə dəvət edib izahat almış, izahatında da bild irmişdir ki, işə buraxılmamasının səbəbi mitinqdə iştirak etməsi ilə bağlı fikirləridir. Ayın 25-də gecə növbəsində işə buraxılmış, sentyabr ayının 27-də yenidən MMC-yə dəvət olunmuş, ona bildirmişlər ki, işə buraxacaqlar, lakin izahatını dəyişməlidir. Onlar israrla təkid etmişlər ki, mitinqlə bağlı izahatda heç nə yazmasın, buna baxmayaraq mitinqdə iştirakını yeni izahatında da qeyd etmişdir. 4 gün işlədikdən sonra yenidən işə buraxılmamış, bundan sonra yenidən ondan izahatı dəyişməsini, özlərinin yazdığı izahata imza atmasını istəmişlər. Buna razı olmadığından, məcbur qalıb izahatın bir hisssəni ağardıcı ilə pozub onun sözlərini əlavə etmişlər. Ona həm də demişlər ki, ombudsmana yazdığı ərizəni geri götürsün. Buna görə də Ombudsmana yenidən müraciət etmişdir ki, MMC ilə bağlı müraciəti nin icraatı müvəqqəti dayandırılsın. 3-4 gün işə buraxıldıqdan sonra yenə işə buraxılmamış, buna görə də yenidən ombudsman aparatına müraciət etmiş, onlar işi Əmək Müfəttişliyinə göndərmiş, Əmək Müfəttişinin nümayəndəsi ilə birlikdə MMC-yə gəlmişlər. Orada şirkətin baş direktorunun müavini Azər Qasımov, kadrlar şöbəsinin rəis müavini Elşən adlı şəxs, MMC-nin adını bilmədiyi hüquqşünası qəbul etmiş, ona başqa iş təklif etsələr də bundan imtina etmişdir. Bundan sonra hər gün işə getsə də, adına yol vərəqi yazılmadığı üçün işə buraxılmamışdır. 2017-ci il noyabrın 14-də günün birinci yarısı Respublika Həmkarlar İttifaqına müraciət etmiş, günün ikinci yarısı saat 15-də onu MMCyə dəvət edib MMC-nin Avtobus xidməti şöbəsinin rəis müavini, Kadrlar Şöbəsini rəisi Zəminə xanım və onun müavini Elşən, birdə hüquşunas hazır qərarla işdən çıxarıldığını elan etmişlər. Dekabrın 18-də bir aydan artıq müddət keçdiyi üçün MMC-nin inzibatı binasına gedib əmrin surətini tələb etmiş, lakin onlar yalnız əmək kitabçasını qaytarmaq istəmişlər. Əmək kitabçasını götürməyib işdən çıxarılma əmrinin surətini istəmiş, kadrlar şöbəsinin rəis müavini Elşən adlı şəxs əmrin surətini verməkdən imtina etmişdir. Elə həmin gün məktubla həm ombudsmana, həm də MMC-yə müraciət ünvanlanmış, bir neçə gündən sonra isə Əmək Məcəlləsinin 70 “ç” maddəsi ilə işdən çıxarıldığı barədə əmri almışdır. Əmrə görə guya 22 oktyabr 2017-ci il tarixdə bir gün işə çıxmamışdır, halbuki həmin gün onun iş günü olmamış, işlədiyi dövr ərzində onun üzərinə düşən öhdəlikləri artıqlaması ilə yerinə yetimişdir. İntizam tənbehinin verilməsi, işçinin hərəkət və hərəkətsizliyi nəticəsində vəzifələrini yerinə yetirməməsi və ya hüquqlarından sui- istifadə etdilməsi və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsi nəticəsində və bu kimi digər hallarda işəgötürən tərəfindən adekvat olaraq qanunvericliklə istifadə edə biləcəyi hüquqları ehtiva edir. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İzahatın tələb edilməsi, intizam xətasının baş verib verilməməsini, səbəb və şəraitinin aydınlaşdırılmasını, habelə işçinin təqsiri varsa belə onun dərəcəsinin müəyyən edilməsi üçün mühüm əhəmiyyətə malikdir. Əmrə əlavə edilən və Əmək Məcəlləsinin tələbləri baxımından əsas hesab edilməyən şikayətlərin doğrudan olub-olmaması, olsa belə reallığı əks-etdirib etdirməməsi araşdırılmadan işəg ötürən səhv qənaətə gəlmiş, əmək təcrübəsinə və uğurlu karyerasına kölgə salınmışdır. Həmçinin nəzərə alınmalıdır ki, əmək müqaviləsinə xitam verilməsi haqqında müraciəti əsasında 04.01.2018-ci il tarixdə ona rəsmən təqdim edildiyindən iddia müddətinin axımı məhz bu tarixdən hesablanmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə baxışında İddiaçı izahatın ona məxsus olmadığını bildirib. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi izahatın surəti əsas kimi götürülüb. Həmin izahatın əslinin məhkəməyə təqdim edilməsi və ekspertizaya göndərilməsi barədə şifahi vəsatət təmin olunmayıb. Bundan başqa, iddiaçının yol vərəqəsini cırıb atmasını təsdiq edən hər hansı bir sübut yoxdur. İddiaçı bununla bağlı kamera görüntülərinin tələb edilməsi ilə bağlı vəsatət verilsədə, heç bir əsas olmadan təmin edilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X2 oğlu kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkilinin dediklərinə uyğun izahat vermişdir. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmə miş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 09.04.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı 30 yanvar 2017-ci il tarixli əmək müqaviləsi və “xxxx” MMC-nin eyni tarixli İRİŞ-194 saylı əmri ilə 2 ay sınaq müddəti olmaqla 3 ay müddətinə sürücü vəzifəsinə işə qəbul edilmiş, cavabdeh müəssisənin 13 noyabr 2017-ci il tarixli əmri əsasında Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. 23.09.2017-ci il tarixdə ** JH *** dövlət nömrə nişanlı avtobusla H1 №-li xətt üzrə xidmət aparan iddiaçı, mübahisə edərək xəttə çıxmaqdan imtina etmiş, bununla bağlı verdiyi izahatında bildirmişdir ki, “23.09.2017-ci il tarixdə H1№-li xətt üzrə xidmətə başlamaq məqsədilə yol vərəqəsi alıb avtobusu qəbul etmək üçün mexanik-nəzarətçiyə yaxınlaşmış, mexanik-nəzarətçi ona ** JH *** d.n.n avtobusu təqdim etmiş, buna etiraz edərək ** JH *** d.n.n avtobusun ona verilməsini istəmişdir. Baş mexanik A.Rəşidov bu avtobusun sürücü F.Qafarova verildiyini bildirmiş, buna əsəbləşərək yol verəqəsini cırmış və dispetçer otağına getmişdir. Orada baş dispetçer T.Həbibov yeni yol vərəqəsi yazdıraraq sürücüyə vermiş və sürücü F.Qafarova zəng vuraraq ** JH *** dövlət nömrə nişanlı avtobusun açarlarını ona verməsini tapşırmışdır. Yeni yol vərəqəsini götürərək ** JH *** dövlət nömrə nişanlı avtobusa yaxınlaşdıqda baş mexanik A. Rəşidovla mübahisə edərək dispetçer otağına qayıtmış, yol vərəqəsini orada qoymuş və iş yerini tərk etmişdir.Səhərisi gün işə çıxmamış, 25.09.2017-ci il tarixdə ona zəng edərək gecə növbəsinə işə çıxmağını təklif etmi şlər.... Yol vərəqəsini cırmaqla səhv etmişdir, əsəbi olmuşdur, səhərisi gün əsəblərini cilovlaya bilmədiyi üçün işə çıxmamışdır. Səhv etdiyini anlayır, təlimatı pozduğunu etiraf edir. Söz verir ki, bir daha belə hallara yol verməyəcək”. İş materiallarından aydın olur ki, iddiaçının yol verdiyi qeyd olunan pozuntuya, yəni iş yerini icazəsiz tərk etməklə və üzrsüz səbəbdən işə gəlməməklə cəmiyyətin daxili təlimatını kobud şəkildə pozduğuna görə, “xxxx” MMC-nin direktorunun 16.10.2017-ci il tarixli İRİŞ-1521 №-li əmrinə əsasən ona Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən “töhmət” elan edilmişdir. “Qaynar xətt” xidmətindən daxil olan məlumata əsasən 04.10.2017-ci il tarixində ** JH *** dövlət nömrə nişanlı avtobusla H1 №-li xətt üzrə xidmət aparan iddiaçı, avt obusla hərəkət zamanı mobil telefonla danışaraq öz marşrut xəttindən çıxmış, daha sonra telefonda danışdığı şəxslə görüşmək üçün avtobusdan aşağı düşərək 4 dəqiqəyə yaxın söhbət etmiş və başqa yolla hava limanına gəlmiş, bununla bağlı verdiyi izahatda “04.10.2017-c il tarixində saat 19:30 radələrində xidmətdə olarkən mobil telefonla bir şəxslə danışaraq özünə çatacaq əşyanı götürmək üçün H.Əliyev prospektində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında görüş təyin etdiyini, yanacaqdoldurma məntəqəsinə çatanda avtobusu saxlayaraq kabinədən düşdüyünü və həmin şəxslə bir neçə dəqiqə söhbət etdiyini, sonra ona çatacaq əşyanı götürüb yenidən marşrut yoluna qayıdaraq Hava Limanı istiqamətinə hərəkətini davam etdirdiyini” bildirmiş, “online izləmə” sistemi vasitəsilə aparılan araş dırma zamanı da öz təsdiqini tapan yol verdiyi həmin pozuntuya görə ona, 16.10.2017-ci il tarixli İRİŞ-1522 №-li əmrlə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” elan edilmişdir. İş materiallarında olan, “xxxx” MXİŞ-in müdir müavini, baş mütəxəssisi və dispetçer koordinatoru tərəfindən tərtib edilmiş 23.10.2017-ci il tarixli və 26.10.2017-ci il tarixli aktlardan aydın olur ki, iddiaçı 22.10.2017-ci il tarixdən heç bir səbəb göstərmədən işə gəlməmiş, telefon zənglərinə (070 942 20 09) cavab verməmişdir. “xxxx” MMC-nin Həmkarlar İttifaqı Komitəsinin 10.11.2017-ci il tarixli qərarına əsasən, İddiaçı iş vaxtı ərzində, bilavasitə iş yerində vəzifə təlimatı ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozduğuna görə onunla bağlan mış əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi qərara alınmışdır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş və onun əmək və icra intizamını pozaraq Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallara yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfi ndən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, işçinin, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması belə halların sırasında göstərilmişdir. Məcəllənin 186-cı və 187-ci maddələrinə görə isə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili inti zam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehi verə bilər. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, İddiaçı 23.09.2017-ci il və 04.10.2017ci il tarixlərdə əmək intizamını pozduğuna və işinə məsuliyyətsiz yanaşdığına, həmçinin üzrsüz səbəbdən işə çıxmadığına görə 16.10.2017-ci il tarixində iki intizam tənbehi verilmiş, iddiaçı izahatlarında həmin pozuntulara yol verdiyini etiraf etmiş, 22.10.2017-ci il tarixindən isə işə gəlməmişdir. İddiaçıya əvvəlcə töhmət və şiddətli töhmət, sonradan isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmək qanunvericiliyi nin tələblərinə əməl edilmiş, bu zaman əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş olması, üzürlü səbəb olmadan işə gəlməməsi, habelə əvvəllər də intizam tənbehi aldığı əsas götürülmüşdür. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının tətbiqində yol verilmiş səhvlərlə bağlı dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. K assasiya şikayətində istinad edilən işin faktiki halları ilə bağlı dəlilə münasibətdə isə kollegiya işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından həmin sübutların məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.04.2019-cu il tarixli, 2(103)-4089/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5678/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5678/2019
13.09.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver