Məhkəmə qərarları › İş №2(102)-5679/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5679/2019

30.08.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5679/2019 30.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, “xxxx” ASC-nin vəkili Seyidzadə Vüqar Fazil oğlunun iştirakı ilə, İddiaçı2 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı2 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti ve rərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı2 cavabdeh «xxxx» MMC-yə (Nəsimi Rayon İcra Şöbəsi və “xxxx” ASC 3-cü şəxs olan) qarşı «qiymətləndirmə rəyinin və çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən N.Bağırov, iş 2(009)-140/2018) iddia təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən 05.05.2016-cı il tarixdə verilmiş 2(006)- 125/2015 saylı icra vərəqəsinin icrası qaydasında İddiaçı1 məxsus ipoteka predmeti olan Bakı şəhəri, ünvan 1 ünvanında mülkiyyətdə olan 0,02195 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 40 nömrəli evdə yerləşən 3 mərtəbəli 6 otaqlı ümumi sahəsi 5 51.8 kv.m, yaşayış sahəsi 100.8 kv.m olan fərdi yaşayış evinin satılmasına dair «xxxx» MMC-nin tərtib etdiyi Hərracın nəticələri haqqında 02.11.2015-ci il tarixli №Y435 saylı yekun Protokol, «xxxx» MMC ilə «xxxx» ASC arasında bağlanmış«Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə» 02 noyabr 2015-ci il tarixli Müqavilə və «xxxx» ASC-nin adına Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ******* №-li RX seriyalı Çıxarışın etibarsız hesab edilməsi, iddia qaldırılması üçün ödənilmiş 11 (on bir) manat dövlət rüsumunun cavabdeh «xxxx» MMC-dən tutulub iddiaçı X4 ödənilməsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-xəttşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 133 (yüz otuz üç) manat pul vəsaitinin cavabde h «xxxx» MMC-dən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının18 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanovavə F.Babayev, iş № 2(103)-1511/2019) “xxxx” ASC-nin apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-140/2018 saylı iş üzrə 23 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış,İddiaçı1 “xxxx” MMC-nə qarşı “hərracın nəticələri barədə protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələblərinə dair iddiasının təmin olunmaması, iddia ərizəsinin verilməsi üçün ödəmiş olduğu dövlət rüsumunun məbləğinin iddiaçıya aid olunması; apellyasiya şikayətinin verilməsi üçün “ xxxx” ASC-nin ödədiyi dövlət rüsumunun əvəzi qismində 15,40 (on beş manat 40 qəpik) manatın İddiaçı1 alınaraq “xxxx” ASC-nə, ekspertiza tədqiqatlarının dəyəri qismində 373 (üç yüz yetmiş üç) manatın isə ondan alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən lərin izahatları: “xxxx” ASC-nin vəkili Seyidzadə Vüqar Fazil oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələbləri nə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “xxxx” ASC-nin İddiaçı2, X5, X3, X2 və X7 qarşı “tələbin ipoteka predmetinə yönəldilməsi, kreditin və kredit faizinin ödənilməsi” tələbinə dair iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2015-ci ıl tarixli qətnaməsi, ilə qismən təmin edilərək, İddiaçı1 700 000 ABŞ dolları əsas, 92 966,02 ABŞ dolları faiz, 311,11 ABŞ dolları artırılmış faiz borcu olmaqla cəmi 793 277.13 ABŞ dollarının məzənnə nəzərə alınmaqla manat hesabı ilə bankın xeyrinə tutulması, tutmanın ipotekaya qoyulmuş Bakı şəhəri, ünvan 1 ünvanında mülkiyyətdə olan 0,02195 ha torpaq sahəsi və həmin torpaq sahəsin də yerləşən 40 nömrəli evdə yerləşən 3 mərtəbəli 6 otaqlı ümumi sahəsi 551,8 kv.m, o cümlədən yaşayış sahəsi 100,8 kv.m olan fərdi yaşayış evinə yönəldilərək həmin evin açıq hərracda satılması, ilkin satış qiymətinin 1 100 000 manat müəyyən edilməsi, satışdan əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, satışdan əldə olunan artıq məbləğin ona qaytarılması, ev satıldıqdan bir ay sonra cavabdehlərin ən geci bir ay ərzində həmin evdən çıxarılması, dövlət rüsumunun əvəzi qismində 31 manatın İddiaçı1 bankın xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qeyd edilən qətnamə 10 iyun 2015-ci il tarixdə icraya yönəldilmiş, bundan sonra icra sənədinin icrası proseduruna başlanılmış, hərracın yekunları barədə 02.11.2015-ci il tarixli Y-435 saylı protokola əsasən Ba kı şəhəri, ünvan 1 ünvanında mülkiyyətdə olan 0,02195 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 40 nömrəli evdə yerləşən 3 mərtəbəli 6 otaqlı ümumi sahəsi 551,8 kv.m, yaşayış sahəsi 100,8 kv.m olan fərdi yaşayış evi 701 250 manata (təkrar hərracdakı satış qiymətindən 25% aşağı) “xxxx” ASC-nə satılmışdır. Həmin əmlak Daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış əsasında 25.02.2016-cı il tarixdə “xxxx” ASC-nin adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda ipoteka predmetinə tutmanın yönəldilməsinin həm məhkəmədən kənar, həm də məhkəmə qaydası nəzərdə t utulmuş (Qanunun 35-39-cu maddələri), məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun icra məmuru tərəfindən həyata keçirilərək ipoteka predmetinin hərracda satılması, icra məmurunun hərracın keçirilməsini əmtəə birjasının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verməsi, sifarişin “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunmaqla və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirməsi, hərracın isə açıq auksion formasında keçirilməsi öz əksini tapmışdır (Qanunun 41.2-ci, 41.3-cü və 41,5-ci maddələri). Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44- cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir. Mülki Məcəllənin 415.2-ci maddəsində isə göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. “İpoteka haqqında” Qanunu n 43.1-ci və 43.2-ci maddələrinə əsasən hərracın təşkilatçısı, hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracın iştirakçısı olmadıqda, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc, etdirir. Qeyd edilən hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Həmin Qanunun 43.3-cü maddəsinə görə hərracın baş tutmaması ba rədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.” İddiaçı2 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalanması ilə kifayətlənmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki halların sadalanması və kassatorun mülahizələri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansi yası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiy ası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar