Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-568/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı2 Məhəmməd oğlu və İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi, Qax rayon İlisu kənd İƏD-si üzrə nümayəndəsi, Cavabdeh2 və üçüncü şəxslər X3, X6 və X4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1789/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı2 Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçılar İddiaçı2 Məhəmməd oğlu və İddiaçı1 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək X2 adına işlənmiş torpağın mülkiyyətinə verilməsinə dair JN-036A, KOD 40308028 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı2 Məhəmməd oğlu və İddiaçı1 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək X2 adına işlənmiş Torpağın mülkiyyətinə verilməsinə dair JN-036A, KOD 40308028 nömrəli Şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını x ahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-207/2020 saylı qərardadı ilə (hakim M.İ.Qarayev) iddiaçılar İddiaçı2 Məhəmməd oğlunun, İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi, Qax rayon İlisu kənd İƏD-si üzrə nümayəndəsi, Cavabdeh2 və üçüncü şəxslər X3, X6 və X4 qarşı “X2 adına işlənmiş torpağın mülkiyyətinə verilməsinə dair JN-036A, KOD 40308028 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. İddiaçı2 Məhəmməd oğlu həmin qərardaddan şikayət vermişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-207/2020 saylı qərardadı ilə (hakim M.İ.Qarayev) İddiaçı2 Məhəmməd oğlu tərəfindən verilmiş şikayət təmin edil məmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı2 Məhəmməd oğlu həmin qərardaddan şikayət vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1789/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər M.A.Əsədli–sədrlik edən və məruzəçi, Ə.T.Məcidov və A.A.Mahmudov) İddiaçı2 Məhəmməd oğlu tərəfindən verilmiş şikayət təmin edilməyərək, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-207/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı2 Məhəmməd oğlu kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və mülki işin aidiyyatı üzrə göndərilməsi barədə qərar qəbul olunmasını xahi ş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının şikayətində göstərdiyi hallara münasibət bildirməmiş, prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qərardadı qəbul etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçılar İddiaçı2 Məhəmməd oğlu, İddiaçı1, cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəi, Qax rayon İlisu kənd İƏD-si üzrə nümayəndəsi, Cavabdeh2 və üçüncü şəxslər X3, X6 və X5 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 415.3-cü maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxxxxxx 2010-cu il tarixli qərarına əsasən qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı2 Məhəmməd oğlu və İddiaçı1 “X2 adına işlənmiş torpağın mülkiyyətinə verilməsinə dair JN-036A, KOD 4030802 8 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə” iddia tələbi inzibati məhkəməyə aiddir. Belə ki, X2 və ailə üzvlərinin adına işlənmiş torpağın mülkiyyətinə verilməsinə dair JN036A, KOD 40308028 nömrəli şəhadətnamənin verilməsi üçün əsas olmuş sənəd yerli aqrar islahat komissiyası, yəni inzibati orqan tərəfindən qəbul edilmiş qərarlar olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 31.1-ci maddəsinə istinad edərək İddiaçı2 Məhəmməd oğlu tərəfindən verilmiş şikayəti tə min etməmişdir. Buna görə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1789/2020 nömrəli,xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-568/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-568/2021
09.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver