Məhkəmə qərarları › İş №2(102)-5680/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5680/2019

30.08.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5680/2019 30.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-xx/18) İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” təl əbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh dəymiş maddi zərərə görə 2.791 manat məbləğində pulun tutularaq, İddiaçı ödənilməsi, Cavabdeh keçirilmiş ekspertizanın xərci olaraq 100 manat məbləğində pulun dövlət nəfinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov-sədrlik edən və məruzəçi, E.Nəbiyev və E.Şamayev, iş № 2(103)-xx/19) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülk i Kollegiyasının iş üzrə xx xxx 2019-cu il qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş maddi zərər kimi 12500 manatın, mənəvi zərər kimi 10000 manatın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehin vəkili F.Cəfərov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edə rək onun təmin olunmasını xahiş etdi və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil F.Cəfərovun izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təm in edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın qismən əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi işin mübahisəsiz halı kimi müəyyən etmişdir ki, Bakı şəhəri, ev1 isə cavabdehin mülkiyyətindədir. İddiaçı bildirir ki, 2003-cü ildən məcburi köçkün kimi Zəngilan rayonundan Bakı şəhərinə gələrək müvafiq icra hakimiyyəti orqanı tərəfindən Bakı şəhəri, ev1 məskunlaşdığı zaman cavabdeh yaşadığı ünvan 1aylı evin 11 saylı mənzilini təmir etdirmək adı ilə usta və fəhlələri i şə cəlb etməklə mənzilin dam örtüyünü sökərək yeni dam örtüyü inşa etdirməyə başlamış, sonradan isə təmir yarımçıq saxlanılmışdır. Beləliklə, iddiaçının yaşadığı yaşayış sahəsinin üstü açıq qalmış və bütün atmosfer çöküntüləri onun mənzilinə tökülməyə başlamışdır. Nəticədə isə mənzilin həm tavanı, həm də döşəməsi yararsız hala düşmüşdür. Sonradan cavabdehi tapa bilmədiyindən məcbur olub mənzilin tavanını və döşəməsini yenidən düzəltdirmiş, həmçinin cavabdehin mənzilinin dam örtüyünü də öz hesabına təmir etdirmişdir. Təmirin həyata keçirilməsinə 5000 manata yaxın xərci çıxmışdır. Ümumilikdə isə ona vurulan maddi zərərin məbləği 12500 manata yaxın hesablanır. Cavabdeh iddiaya etiraz etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş v ə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxx 2018-ci il tarixli 11600 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Bakı şəhəri, ev1 üstündə yerləşən 11 saylı mənzilin olduğu, su sızmanın səbəbinin isə 11 saylı mənzilin uzun müddət təyinatı üzrə istifadə olunmaması, mənzilin təmirsiz ya yaşayış üçün yararsız vəziyyətdə olması müəyyən edilmişdir. Həmçinin, suyun sızması nəticəsində Bakı şəhəri, ev2 əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2791 manat məbləğində müəyyən edilmişdir. Həmin məhkəmə ekspertizası rəyinə əsaslanaraq və Mülki Məcəllənin 21.2, 1096.1, 1097.1, 1115-ci maddələrinə istinad edərək birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi və cavabdehdən maddi zərərin əv əzi olaraq 2791 manat məbləğində pul vəsaitinin tutulması nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış və gəldiyi nəticəni əsaslandırarkən Mülki Məcəllənin 1096.2, 1097.1, 1111.2-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 1096.2 və 1097.1-ci maddələrinə əsasən iddiaçı ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Çünki cavabdehə məxsus mənzildən iddiaçının mülkiyyətində olan və mənzil kimi istifadə etdiyi sahəyə su sızma halları baş vermiş və bunun nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Mülki Məcəllənin 1111.2-ci maddəsinə görə isə həmin zərərin əvəzinin ödənilməsi vəzifəsi cavabdehə aiddir. Eyni zamanda dəymiş zərərin məbl əği iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası rəyinə əsasən müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının istifadəsində olan və mənzil kimi istifadə etdiyi qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. Həmin sahənin qanuni və ya qanunsuz yolla iddiaçının mülkiyyətinə keçməsi isə hazırkı mübahisənin həllinə təsir etmir. Belə ki, hətta iddiaçının adına olan mülkiyyət hüququ haqqında qeyd ləğv və etibarsız hesab edildiyi halda da iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır. Çünki iddiaçının mənzil kimi istifadə etdiyi sahə onun məcburi köçkün kimi məskunlaşdığı sahədir və o, həmin sahəyə su sızma nəticəsində vurulmuş zərəri tələb etmək hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsi e yni zamanda qeyd etmişdir ki, ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud olmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Bundan başqa məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqat obyektinə baxış keçirilməklə verilmişdir. Cavabdehə öz mənzilinin təmir edilməsinə icazə verilməməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etm işdir ki, cavabdeh bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Cavabdehin Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 06.03.2018-ci il tarixli məktubuna istinad etməsi isə əsassızdır. Belə ki, həmin məktubdan müəyyən olunur ki, cavabdeh özünə məxsus mənzildə təmir işlərinin aparılmasına icazə verilməsi ilə bağlı deyil, qonşuların cəlb edilməsi və təmir işləri başa çatdırılacaq vaxta qədər mənzillərin möhürlənməsi barədə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Eyni zamanda həmin məktubda cavabdehə bildirilmişdir ki, cavabdehin mənzili uzun müddət istifadəsiz və nəzarətsiz, eləcə də təmir-bərpa işləri aparılmadığından dam ört üyü qəzalı vəziyyətə düşmüş, həmin dam örtüyünün bərpa olunması ilə əlaqədar olaraq MKİS-in işçiləri tərəfindən dəfələrlə onunla əlaqə yaratmağa cəhdlər olunmuş, lakin nəticəsiz qalmış, bu səbəbdən də yağışlar yağan zaman atmosfer suları ona məxsus mənzildən keçərək aşağı mərtəbədəki mənzillərə axmışdır. Həmçinin qeyd olunmuşdur ki, ona məxsus mənzil xüsusi mülkiyyətdə olduğundan, mövcud mənzil qanunvericiliyinə əsasən həmin mənzillərdə (evlərdə) aparılan bütün təmir-bərpa işləri vətəndaşların öz şəxsi vəsaiti hesabına yerinə yetirilməlidir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 29.3-cü maddəsinin tələblərinə görə qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzil dirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Həmin Məcəllənin 29.4-cü maddəsində isə təsbit olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı işdə Mülki Məcəllənin 1111.2-ci maddəsində göstərilən “amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiy i hallar istisna təşkil edir” şərti mövcud deyil və cavabdehin məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apell yasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən müfəssəl və düzgün hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi müba hisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm d ə tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, b ir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesa b edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(103)-xx/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar