Məhkəmə qərarları › İş №2(102)-5680/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5680/2020

16.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5680/2020 16.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X3 qızına, Cavabdeh2 və na qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb olunması və mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X9 və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili X7 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1878/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər X3 qızı, Cavabdeh2 və tərəfindən verilm iş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Şəmkir Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(076)-123/2017saylı qətnaməsindən görünür ki, xx xxxx 2014-cü il tarixli, **********31914/İP/01 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş, ilkin satış qiyməti 35000 manat qiymətləndirilmiş və mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətində olan Şəmkir şəhəri, H.Aslanov küçəsində istifadədə olan 0,0573 ha torpaq sahəsində yerləşən 48 nömrəli, 1 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbədə yerləşən 58,26 kvadrat metr ümumi, 40,53 kvadrat metr yaşayış, 17,73 kvadrat metr yardımçı sahədən ibarət, 2 otaqlı, 2 nömrəli mənzilə (bundan sonra – mübahisəli mənzil) tutmanın yönəldilməsi, xx xxxx 2014-cü il tarixli, **********31914 nömrəli kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 11351,62 ABŞ dolları əsas kredit borcu, 3271,33 ABŞ dolları faiz borcu, 96 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 14718,95 ABŞ dolları borcun ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi üzrə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı “xxxx” ASCnin (bundan sonra – iddiaçı və ya bank) xeyrinə tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 müştərək qaydada 30 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi, Cavabdeh1 aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məhkəmə xə rcinin alınıb, “xxxx” MMC-nin hesabına köçürülməsi və Cavabdeh1 banka qarşı kredit və ipoteka müqavilələrinin etibarsız hesab olunması tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. “xxxx” MMC-nin“Hərracın nəticələrin haqqında” xx xxxxxx 2019-cu il tarixli 17/02 nömrəli protokoluna və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx xxxxxx 2019-cu il tarixli müqavilədən görünür ki, mübahisəli mənzili bank 22312,50 manata satın almışdır. xx.xx.2019-cu il tarixli, **********29-05101-093002 reyestr nömrəli,********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, mübhisəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının adına qeyd edilmişdir. xx. xx.2019-cu il tarixli, 174 nömrəli bildirişdən görünür ki, bank tərəfindən Cavabdeh1 mənzili 30 gün müddətindən gec olmayaraq tərk etmələri barədə xəbərdarlıq göndərilmişdir. Cavabdeh2 və X8 tərəfindənxx.xx.2014-cü il tarixdə notarial qaydada yazılmış razılıq ərizələrindən görünür ki, onlar, mübahisəli mənzilin ipoteka ilə yüklü edilməsinə etiraz etməmiş, həmin mənzilə tutma yönəldikdə, onu dərhal tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər na, Cavabdeh2 və na qarşı əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb olunması və mənzildən çıxarılma tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil hazırda bankın mülkiyyətindədir. Məhkə mə tərəfindən çıxarılmış qətnaməyə, keçirilmiş hərracın yekunlarına dair protokola əsasən iddiaçı bank həmin mənzil üzərində mülkiyyət hüququ əldə etməsinə baxmayaraq, cavabdehlər sözügedən mənzili boşaltmaqdan və mənzildən çıxmaqdan imtina etmişlər. Bu hal isə bankın mülkiyyət hüquqlarını pozur. Belə ki, iddiaçı bank faktiki olaraq mülkiyyətində olan əmlakdan istifadə edə bilmir. İddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb, həminmənzildə cavabdehlərin və onların digər ailə üzvlərinin heç bir qanuni əsas olmadan yaşaması, həmin əmlaka qanunsuz sahiblik və əmlakdan istifadə etmələridir. Cavabdehlərin ipoteka predmetinə tutma yönəldikdə mənzili dərhal tərk etmələri barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələrinə, habelə bank tərəfindən cavabdehə, mənzili 30 gün müddətind ən gec olmayaraq tərk etməsi barədə bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər mənzili boşaltmamışlar. Cavabdeh X3 qızı birinci instansiya məhkəməsinə təqdim etdiyi yazılı etirazında və iştirak etdiyi məhkəmə iclası zamanı verdiyi izahatında irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, mübahisəli mənzildə onlarla birlikdə cavabdeh Sona Namazovanın 3 nəfər azyaşlı uşaqları da yaşayır. Onların başqa yaşayış sahələri yoxdur. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçı banka olan borcunu vaxtında ödəmişdir. Lakin o, kredit götürən zamanı dolların məzənnəsi aşağı olduğu halda, sonradan infilyasiya baş vermiş və dolların məzənnəsi qalxmışdır. İddiaçı bank isəödəməni yeni məzənnə ilə tələb etmişdir. Bu səbəbdən qalan borcu ödəyə bilməmiş və həmin borc yaşadığı mənzilə yönəld ilmişdir. Hesab edir ki, onların başqa yaşayış sahəsi olmadığından, hazırki iddia təmin edilə bilməz. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2020-ci il tarixli, 2(076)-222/2020 saylı qətnaməsi ilə (hakim Nemət Paşayev) iddia tələbi qismən təmin edilmiş, iddiaçının mülkiyyətində olan, mübahisəli mənzildən cavabdehlər X3 qızı, Cavabdeh2 və nın çıxarılması, mənzilin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun cavabdehlərə aid edilməsi, cavabdehlər X3 qızından, Cavabdeh2 və ndan ödənilmiş 10 manat dövlət rüsumu və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə çəkilmiş xərclərin əvəzi olaraq 15 manat məbləğində pulun alı nıb iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil tam şəkildə iddiaçı bankın mülkiyyətindədir. Cavabdehlər isə həmin mənzildən çıxmamış və ondan istifadə edirlər. Odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirdə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilm əsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qətnamədən narazı qalan cavabdehlər X3 qızı, Cavabdeh2 və apelyasiya şikayəti verərək,qətnamənin iddianın təmin olunmuş h issəsində ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Azər Bayramov sədrlik edən və məruzəçi, Rəşad Mamedov, Əlizamin Abdullayev) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddia tələbinin təmin edilmiş hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdən göründüyü kimi, iddiaçı bank mübahisəli mənzilinmülkiyyətçisidir. Cavabdehlərin mübahisəli mənzil üzərində dövlət tərəfindən tanınan və qorunan heç bir hüquqları qalmamışdır. Belə ki, cavabdehlər mü bahisəli mənzili kreditin qaytarılması üçün ipoteka qoymuşlar. İpoteka müqaviləsi bağlanarkən digər cavabdehlər həmin mənzilə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlər. Kredit müqaviləsi üzrə yaranmış öhdəlik lazımınca icra edilmədiyi üçün məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında tutma ipoteka predmeti olan mənzilə yönəldilmişdir. Məhkəmə qətnaməsinin icrası qaydasında ipoteka predmeti olan mənzil satılması üçün açıq hərraca çıxarılmış, bank tərəfindən əldə edilmişdir. Həmin vaxtdan da cavabdehlərin həmin mənzil üzərində mövcud olmuş mülkiyyət və digər əşya hüquqları itirilmişdir. Ona görə də iddiaçı-bankın mülkiyyətində olan mənzil üzərində mülkiyyət və istifadə hüquqlarından könüllü imtina etdikləri üçün cavab dehlərin sahibliyi qanunsuzdur. Cavabdehlərin mübahisəli mənzilin üzərində qanundan və ya müqavilədən irəli gələn heç bir hüquqları yoxdur. Göründüyü kimi, iddiaçı tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulan qaydada mübahisəli mənzilin mülkiyyətçisidir. Cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə istifadə hüquqlarının qalmaları sonuncunun öz mülkiyyətindən maneəsiz istifadə hüququnu qanunsuz məhdudlaşdırmaqla, onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion hüquqlarını kobud şəkildə pozur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən araşdırılan halları, qəbul edilən qətnamənin maddi və prosessual hüquq normalarına əməl edilməsi baxımından qanuni və əsaslı hesab etmişdir. Bbirinci instansiya məhkəməsi mülki mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdehlər X3 qızı, Cavabdeh2 və (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası m əhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, iddia predmeti olan yaşayış sahəsi onların tək yaşayış evidir. Yaşamağa digər evləri yoxdur. İddiaçı onları hazırda yaşadıqları evdən çıxarmaqda haqlı deyildir. Məhkəmə bu halları nəzərə almayaraq iş düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X11 məhkəmə kollegiyasının iclasında kas sasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə

13. İ hissə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152-ci Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiy i kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddia tələbinin rədd edilən hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Apelyasiya instansi yası məhkəməsi cavabdehlərin apelyasiya şikayətinə əsasən qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişlər. Ona görə də, apelyasiya instansiyası məhkəməsi qətnaməni cavabdehlərin apelyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə yoxlamışdır. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin onların yeganə yaşayış yeri olan evə yönəltmənin əsassız olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu hal tələbin borclunun yeganə yaşayış evi olan ipoteka predmetinə yönəldilməməsi üçün əsas olan hal deyildir. Belə ki, “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 89 №-li qərarında qeyd edilmişdir ki, bu siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ai ləsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Həmin qərarın qeyd hissəsində göstərilmişdir ki, bu siyahı ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə girov və ipoteka ilə yüklü edilmiş əmlaka şamil edilmir. Göründüyü kimi, ipoteka ilə yüklü edilmiş əmlak tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinə aid deyildir. Digər tərəfdən həmin mənzil hərrac vasitəsi ilə satılmış və hazırda bankın mülkiyyətindədir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların ay dınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər X3 qızı, Cavabdeh2 və tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1878/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə min

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar