Məhkəmə qərarları › İş №2(102)-5680/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5680/2021

29.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5680/2021 29.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Maraqlı şəxs1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.07.2021-ci il tarixli, 2(104)568/2021 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahi sə ümumi əmlakdan payların naturada ayrılması tələbi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Maraqlı şəxs1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi mülkiyyətdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 14 aprel 2009-cu il tarixdə verilmiş Çıxarışda göstərilən Tovuz rayonu Abulbəyli kəndində yerləşən 0,7071 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində olan ümumi sahəsi 3521 kv.metr olan qeyri-yaşayış binasından ibarət ümumi əmlakdan onun mülkiyyətində olan 1/14 hissənin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Tovuz Rayon Məhkəməsinin (hakim Qafi l Baxşıyev) 09.06.2020-ci il tarixli, 2(062)-64/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmiş və 100 (yüz) manat məbləğində ekspertiza xərcinin İddiaçı1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-L.Süleymanov (sədrlik edən və məruzəçi), A.Hüseynzadə və Ş.Rzaquliyev) 18.03.2021-ci il tarixli, 2(104)-568/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı1 həmin qətnamədən kassasiya şikayəti vermişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakim A.Hüseynov) 2(102)4249/2021 nömrəli, 25 iyun 2021-ci il tarixli qərardadı ilə Gən cə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.03.2021-ci il tarixli, 2(104)-568/2021 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsindən imtina edilərək, iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Qərardad belə əsaslandırılmışdır ki, kassasiya şikayəti işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə əsaslandırılmışdır. Şikayətdə bəzi prosessual hüquq normalarının mətninə istinad edilsə də, maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması ümumiyyətlə göstəri lməmişdir.

8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-L.Süleymanov (sədrlik edən və məruzəçi), R.Muradov və A.Hüseynzadə) 09.07.2021-ci il tarixli, 2(104)-568/2021 nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.03.2021-ci il tarixli, 2(104)-568/2021 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

9. Qərardad belə əsaslandırılmışdır ki, qanunvericiliyin tələblərinə əsasən kassasiya şikayəti verən iddia tərəfindən şikayətdə qeyd olunan hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədiyindən, kassasiya şikayəti Azərbaycan Respublikasının MPMnin 407.1-ci maddəsinin tələblərinə cavab vermədiyindən geri qaytarılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhk əmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı1 həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv olunmasını, kassasiya şikayətinin qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qərarında, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılmayıb, bütün hallar sübut edilməyi və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə icla sına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 407.1.4. Kassasiya şikayətində kassasiya şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir.

15. Maddə 408.1.1 və 408.1.5. Kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərin cavab vermirsə, habelə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə geri qaytarılır.

16. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

17. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilmə məlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

19. İş materiallarından görünür ki, İddiaçı1 kassasiya şikayətinin icraata qəbul edilməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakiminin 25 iyun 2021-ci il tarixli qərardadı ilə imtina edilərək, şikayətin geri qaytarılması məsələsinə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

20. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 09.07.2021-ci il tarixli qərardadı ilə kassasiya şikayətini geri qaytararkən kassasiya instansiyası məhkəməsinin qərarına da istinad etməklə göstərmişdir ki, kassator şikayətdə qeyd olunan hüquq normalarının pozulmasının nədən ibarət olmasını göstərmədiyindən kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 407.1.4-cü maddəsinin tələblərinə cavab vermir. Ona görə də şikayət geri qaytarılmalıdır.

21. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, kassasiya şikayətinin geri qaytarılması şəxsi şikayət vermə hüququndan məhrum etmir, çünki Azərbaycan Respublikası MPM-nin 408.5-ci maddəsinə görə bu Məcəllənin 408.1.1-408.1.6-cı maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.

22. Kollegiya iş materiallarını və yuxarıda göstərilən prosessusal hüquq normalarını nəzərdən keçirərək bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı qanunvericiliyə uyğundur, onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

23. Göstərilənlərə əsasən və MPM-in 417 -419 və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.07.2021-ci il tarixli, 2(104)568/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Aqil Abbasov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar