Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5682/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh1, Cavabdeh2 İddia tələbi: payın müəyyən edilməsi, mənzildən istifadə hüququnun tanınması Açar sözlər: mülkiyyət hüququnu təsdiq edən sənəd, sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açı q məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəmələrində icraat xx xxxxxx 2019-cu il tarixdə İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, XXXdən ona düşən payın verilməsi və həmin mənzildən istifadə hüququnun tanınması dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavadehlər onun valideynləri olmaqla, mübahisəli ev isə onun hazırda yaşadığı evdir. Lakin hazırda həmin evdə yaşaması mümkünsüzdür. Hətta atası Cavabdeh1 onu xəstəxanaya yerləşdirəcəyini bildirir. Bu baxımdan həmin evdən ona düşən pay müəyyən edilməlidir. Cavabdeh1 iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı onun 3 övladından biridir və onun səhhətində problemlər var, iddiaçının həmin evdə yaşamas ı üçün isə heç bir problem yoxdur. Mübahisəli ev isə dövlət qeydiyyatına alınmamışdır. Digər Cavabdeh2 bildirmişdir ki, iddiaçı onun qızı, digər cavabdeh isə onun keçmiş əridir, mübahisəli evdə birgə yaşayırlar. Atası iddiaçının səhhətində problem olduğu üçün onu xəstəxanaya yerləşdirəcəyini bildirir, ona görə evdə mehriban yaşaya bilmirlər. Məhəkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı XXXdə qeydiyyatda olmaqla yaşayır, 2007-ci ildə Ruhi-əsəb X1 şizofreniya kolabanik forma diaqnozu ilə qeydiyyata alınmışdır. Tərtər Rayon Məhkəməsinin 2(061)-1583/2019 nömrəli iş üzə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.A.Bayramov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi ümumiyyətlə əsaslandırılmamışd ır, iddiaçı mübahisəli evdən payının ayrılmasını tələb etsə də, həmin evin mülkiyyət sənədi yoxdur, iddiaçı həmin evdə qeydiyyatla olmaqla yaşayır və cavabdehlərin buna etirazı yoxdur. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın təmin edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1197/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.İ.Məmmədov, R.Ş.Muradov, R.Z.Mamedov) cavabdehin apelyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi qənaəti Mülki Məcəllənin 139.1 və 139.2-ci maddələrinin tələbləri ilə əsaslandırmış və hesab etmişdir ki, iddiaçı payının ayrılmasını tələb etdiyi evin onun özünə və ya cavabdehlərə məxsus olmasını təsdiq edə bilən heç bir mülkiyyət sənədi işdə mövcud deyildir. Bu baxımdan birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, təqdim edilmiş sübutlar düzgün qiymətləndirməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə məlumatlandırılmış tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Kassasiya baxı şının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozu lması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən, daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə üzrə hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya in stansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri isə formal mülahizələr olmaqla, apelyasiya məhkəməsi tərəfindən konkret hansı pozuntuya yol verilməsinə ümumiyyətlə istinad edilməmiş, şikayət ümumi ifadələrlə əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Proessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi
Məhkəmə qərarları › İş №2(102)-5682/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5682/2020
25.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver