Məhkəmə qərarları › İş №2(102)-5688/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5688/2019

13.09.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5688/2019 13.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlərdən Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, cavabdeh X1nun, cavabdehin vəkili X4 oğlunun iştirakı ilə, İddiaçı “xxxx” Klinik Xəstəxanası MMC-nin X1na qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 may 2019-cu il tarixli qətnaməsindən cavabdeh X1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məh kəməsinin 14 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hakim E.Rəhimov) İddiaçı-nin cavabdeh X1na, üçüncü şəxs X2 qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Həsənov, hakimlər X.Mərdanova və İ.Vəliyev) Səbail rayon Məhkəməsinin 14 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin qismən təmin olunması barədə iş üzrə yeni qətnamə çıxarılmış, X1ndan maddi ziyana görə 33199 (otuz üç min yüz doxsan doqquz) manat, dövlət rüsumlarına görə 47 (qırx yeddi) manat olmaqla cəmi 33 246 (otuz üç min iki yüz qırx altı) manat İddiaçı-nin xeyrinə tutulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin MK-nın 09 yanvar 20 19-cu il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Xələfov, hakimlər Q.Allahverdiyev və Ə.Şadiyev) Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən X.Cəmilova, hakimlər İ.Xəlilov və İ.Kərimli) Səbail rayon Məhkəməsinin 14 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, X1ndan maddi ziyana görə 33 199 (otuz üç min yüz doxsan doqquz) manat, dövlət rüsumlarına görə 47 (qırx yeddi) manat olmaqla, cəmi 33 246 (otuz üç min iki yüz qırx altı) manat İddiaçı-nin xeyrinə tutulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏR İ Cavabdeh X1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı “xxxx” Klinik Xəstəxanası MMC cavabdeh X1na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 39,278.66 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə “xxxx” Klinik Xəstəxanası MMC və X1 arasında 05.01.2015-ci il tarixində əmək müqaviləsi bağlanaraq X1 xəstəxanada aylıq maaş 500 (beş yüz) manat olmaqla həkim ümumi-cərrah vəzifəsinə işə qəbul edilmiş, onunla bağlanmış əmək müqaviləsinə 10 yanvar 2017-ci il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilmişdir. X1 tərəfindən 09 avqust 2016-ci il tarixində “xxxx” Klinik Xəstəxanası MMC-nin pasiyenti X1 üzərində “qida borusunun alt üçdə bir hissəsinin xora xəstəliyi, qida borusunun alt uc stenozu” ilə əlaqədar olaraq əməliyyat aparıldığı da işin mübahisələndirilməyən halıdır. Cavabdeh bildirir ki, cərrahi müdaxilələr, əməliyyatlar aparılarkən istənilən gözlənilməyən və ya gözlənilən fəsad və(və ya) ağırlaşmalara rast gəlinə bilər. Mühüm olan bunların öhdəsindən gəlməkdir. Onun bilik və təcrübəsi peşəkar olduğu ixtisası üçün kifayət edir. Dörd ildən artıq bir müddətdə istənilən müalicəni insanları sağaldaraq həyata keçirmişdir. Bu xəstədə də onun cərrahi üsulu ilə bağlı problem olmamış, lakin inkişaf edən ağciyər problemləri savadsız insanların əlində reanimasiya əməliyyatlarında dalana dirənmiş və xəstə bu qədər əziyyət çəkmişdir. Onun üzərinə düşən işlərdə nə qəsd, nə də ehtiyyatsızlıqla bağlı heç bir şey yoxdur. İddiaçı bildirir ki, Türkiyə Respublikasının vətəndaşı olan X1 01 may 2014-cü il tarixdən “xxxx” Klinik Xəstəxanası MMC ilə həmin xəstəxanada həkim-cərrah işləmək üçün əmək müqaviləsi bağlamış və ona Axərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən müxtəlif vaxtlarda iş izni verilməklə uzadılm ış, tərəflər arasında əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq tərəflərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən etmiş, bu müqavilə 10 yanvar 2017-ci il tarixə kimi qüvvədə olmuş, müqavilənin 3-cü paraqrafının 3.2.9-cu bəndinə əsasən X1 müalicə və əməliyyatlar keçirərkən tibbi normalardan düzgün istifadə etməyə görə şəxsən məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 09 avqust 2016-cı il tarixdə X3 ilə “xxxx” Klinik Xəstəxanası MMC arasında “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə uyğun olaraq tibbi yardım göstərmək haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən X1 qida borusunun alt üçdə bir hissəsinin xora xəstəliyi, qida borusunun alt uc stenozu ilə əlaqədar olaraq əməliyyat aparılmasına dair razılığa gəlinmi şdir. Müqavilə bağlanarkən müalicə həkimi olan Cavabdeh da iştirak etmiş və müqaviləni imzası ilə təsdiq edərək tibbi norma və standartların düzgün tətbiqinə dair öhdəlik götürmüşdür. Bundan sonra həkim-cərrah Cavabdeh tərəfindən X1 üzərində 09.06.2016-cı il tarixdə “İvor-Levis əməliyyatı” keçirilmiş, əməliyyat keçirilərkən tibbi norma və standartlar pozulduğundan bir neçə gün keçdikdən sonra X1 halı pisləşmiş, ümumi vəziyyətində mənfı dinamika yarandığından o, reanimasiyon şöbəyə yerləşdirilərək uzun müddət - 01 oktyabr 2016-cı il tarixə kimi müalicə tədbirləri həyata keçirilmişdir. Müəyyən olunmuşdur ki, həkim-cərrah Cavabdeh tərəfindən X1 üzərində cərrahiyyə əməliyyatı aparılarkən əməliyyatdan əvvəl, sonra və əməliyyat vaxtı zəncirvari səhvlərə, həmçinin cərrah tərəfindən texniki səhv lərə yol verilmiş, bu da son nəticədə xəstənin ağır kritik duruma düşməsinə səbəb olmuşdur. Bunun nəticəsində İddiaçı-yə tibbi xidmətin göstərilməsi, dərman təminatı və digər ödənişlərə görə 39 278,66 manat miqdarında ziyan dəymişdir ki, bu da Cavabdeh tibbi norma və standartların düzgün tətbiq etməməsi nəticəsində baş vermişdir. İş üzrə məhkəmə-tibbi ekspertizası keçirilmişdir. Ekspert rəyinə görə X1 09.08.2016-cı il tarixdə İddiaçına “qida borusunun alt uc stenozu” diaqnozu ilə daxil olduğu, aparılmış müvafiq müayinələrdən sonra diaqnozun öz təsdiqini tapdığı və diaqnoza uyğun operativ müalicə taktikası seçildiyi”, “əməliyyatönü hazırlıq aparıldığı və xəstənin razılığı alınaraq cərahiyyə əməliyyatının icrasına qərar verildiyi, əməliyyatın gedişi zamanı diafraqmal hiatusun dalaq və mədə c isminə birləşdiyi müəyyən edildiyindən, transabdominal qida borusunun alt ucu rezeksiyası əvəzinə “İvor-Levis” əməliyyatının icra edildiyi, xəstədə əvvəllər keçirilmiş cərrahi müdaxilələrdən sonra yaranmış daxili üzvlərin anatomik vəziyyətində dəyişiklik və pataloji vəziyyətin mürəkkəbliyi səbəbindən traksiya vaxtı toxuma deffekti meydana çıxdığı, bunun da hipovolemik ağırlaşma ilə nəticələndiyi”, “xəstənin ağırlaşmasına səbəbin hipovolemik şok olduğu”, “Samir Muradovun üzərində aparılmış “İvor-Levis” əməliyyatının taktiki cəhətdən düzgün seçildiyi və icra edildiyi”, “...əməliyyatın texniki icrası zamanı traksiya, yəni toxumaların ayrılması vaxtı toxumanın zədələnməsi səbəbindən xəstənin vəziyyətində ağırlaşma baş verdiyi, bu ağırlaşmanın müalicə müddətini uzatdığı və digər fəsadların inki şafına səbəb olduğu”, “Samir Muradovun üzərində icra edilmiş cərrahiyə əməliyyatından sonra vəziyyətinin ağırlaşması ilə əlaqədar ona həyati göstəriş əsasında müvafiq yardım və tibbi xidmət göstərildiyi, bunun nəticəsində xəstənin vəziyyətində stabilləşmə əldə olunduğu” aydınlaşdırılmışdır, əlavə tibbi ekspertizanın rəyində isə sözügedən hipovolemik şokun traksiya, yəni toxumaların ayrılması vaxtı həkim tərəfindən səhvən toxumanın zədələnməsi səbəbindən baş verdiyi, buna məsul şəxsin əməliyyatı icra edən həkim-cərrah olduğu qeyd edilmişdir İş üzrə mübahisə apellyasiya baxışında yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelliyasiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı həm Mülki Məcəllənin 1114.1-ci, həm də Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən müvafiq iddia tələbini irəli sürməkdə haqlı olmaqla yanaşı, onun tələbinin qanuni əsaslarının digər dispozitiv şərtlərinin mövcudluğu, yəni X1 üzərində əməliyyat apararkən cavabdehin tibbi normaları (standartları) pozmaqla zəncirvari (texniki) səhvlərə yol verdiyi və adı çəkilən şəxsin vəziyyətinin ağırlaşmasının onun təqsirli (hüquqa zidd) hərəkətlərinin nəticəsi olduğu öz təsdiqini tapmışdır. Belə ki, Əmək Məcəlləsinin 199-cu maddəsinə görə...əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, işçi vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci bəndinə əsasən isə əgər ziyan işçi tərə findən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı. Ona görə ki, apelliyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İşin hallarından göründüyü kimi apelliyasiya instansiyası məhkəməsi vurulmuş z ərərin tam tutulması hissəsində qəbul etdiyi qətnaməni cavabdehin tam maddi məsuliyyət daşıması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası işçinin, konkret halda X1nun tam maddi məsuliyyət daşıması ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri sayır. Əmək Məcəlləsinin 198-ci maddəsinə görə Əmək Məcəlləsinin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 199-cu maddəsinə görə işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək mü nasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgöt ürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Əmək Məcəlləsinin 200-cu maddəsinə görə istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olara q işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. ƏM-nin 200-cu maddəsinin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzv lərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi işçi o halda vurduğu ziyana görə tam maddi məsuliyyət daşıyır ki, bununla bağlı işəgötürənlə işçi arasında sonuncunun tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlasın. İşin hallarından göründüyü kimi tərəflər arasında belə bir məzununda müqavilə baqlanmamışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı işdə tərəflər arasında bağlanmış əmək müqaviləsinin 3.2.19-cu bəndində qeyd edilmiş X2ın müalicə və əməliyyatlar keçirərkən tibbi normalardan düzgün istifadə etməyə görə şəxsən məsuliyyət daşımasını öz üzərinə götürməsi barədə müddəa sonuncunun işəgötürənə vurduğu ziyana görə tam maddı məsuliyyət daşıması kimi qiymətləndirilə bilməz. Əvvəla, qanunverici Əmək Məcəlləsinin10-cu maddəsində digər əsaslarla yanaşı bu halın yəni işçinin işəgötürənə vurduğu ziyana görə məsuliyyət daşıması şərtinin məcburi şərt kimi əmək müqaviləsində göstərilməsini nəzərdə tutmuşdur və işçinin tam maddi məsuliyyət daşıması barədə ayrı-ayrı istisna hallarda bağlanan yazılı müqavilələrdən fərqli olaraq işçinin vurduğu ziyana görə ümumi qaydada məsuliyyət daşıması işçi ilə işəgötürən arasında bağlanan hər bir müqavilədə öz əksini tapmalıdır. İkincisi, işəgötürənlə işçi arasında bağlanan tam maddi məsuliyyət haqqında müqavilə tərəflər arasında bağlanan ayrıca yazılı müqavilədir və bu müqavilənin bağlanılması işçinin peşəsindən, gördüyü işin xarakterindən və sair amillərdən asılı ola bilər. Həmçinin bu cür müqavilə həm əmək müqaviləsi bağlanarkən, həm də sonradan əmək münasibətləri prosesində bağlanıla bilər. Beləliklə işin göstərilən halları onu təsbit edir ki, apelliyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419 -cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X1nun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 may 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar