Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5689/2019 08.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)3695/2019 nömrəli iş üzrə 16 aprel 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nizami rayon məhkəməsinin 26 iyul 2017-ci il tarixli 2(007)-3578/2017 saylı qətnaməsi ilə iddi a təmin edilmiş, İddiaçı tərəfindən Cavabdeh 5000 manat məbləğində kompensasiya verilməklə, Cavabdeh azyaşlı uşağı, 2009-cu il təvəllüdlü X16 ilə birlikdə İddiaçı sahibliyində olan Bakı şəhəri, ******************* küçəsindəki Bakı şəhəri Nizami rayon məhkəməsinin 16 iyul 2012-ci il tarixli qətnaməsi ilə əldə etdiyi köçürülmək hüququna (yaranmış istifadə etmək imkanına) xitam verilməsi və Cavabdeh məxsus yataq dəsti, stol-stul, şkaf-qorka və soyuducudan ibarət əmlakların həmin evdən çıxarılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının (sədrlik edən Xəyal Sarıyev, hakimlər Məmməd Məmmədov və Elmira Nağıyeva) 29 noyabr 2017-ci il tarixli, 2(103)11097/2017 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nizami rayon məhkəməsinin 26 iyul 2017-c i il tarixli 2(007)-3578/2017 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 19 aprel 2018-ci il tarixli, 2(102)-2552/2018 saylı qərarı ilə (sədrlik edən Ənvər Şadıyev, hakimlər Qəhrəman Allahverdiyev və İlqar Xələfov) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının (sədrlik edən Fuad Talışınski, hakimlər Sənan Hacıyev və Rafael Eyvazov) 23 iyul 2018-ci il tarixli, 2(103)-7412/2018 saylı qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsi (kompensasiya məbləği hissəsində) dəyişdirilərək kompensasiya məbləği 6000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının (sədrlik edən Ələsgər Əliyev, hakimlər Aslan Kalbalıyev və Gündüz Quliyev)14 dekabr 2018-ci il tarixli, 2(102)-7963/2018 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – İlham Kərimli sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, İsmayıl Xəlilov) 16 aprel 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsi kompensasiya məbləği hissəsində dəyişdirilmiş, İd diaçı tərəfindən Cavabdeh 13000 manat məbləğində kompensasiya verilməklə Cavabdeh azyaşlı uşağı 2009-cu il təvəllüdlü X16 ilə birlikdə İddiaçı sahibliyində olan Bakı şəhəri, *************************** küçəsindəki Bakı şəhəri Nizami rayon məhkəməsinin 16 iyul 2012-ci il tarixli qətnaməsi ilə əldə etmiş olduğu köçürülmək hüququna (yaranmış istifadə etmək imkanına) xitam verilməsi və Cavabdeh məxsus yataq dəsti, stol-stul, şkaf-qorka və soyuducudan ibarət əmlakların həmin evdən çıxarılması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və əşyaların çıxarılması tələbinə dair iddiası Bakı şəhəri Nizami рayon мəhkəməsinin 26 iyul 2017-ci il tarixli 2(007)-3578/20 17 saylı qətnaməsi ilə təmin edilmiş, İddiaçı tərəfindən Cavabdeh 5000 (beş min) manat məbləğində kompensasiya verilməklə, Cavabdeh azyaşlı uşağı 2009-cu il təvəllüdlü X16 ilə birlikdə İddiaçı sahibliyində olan Bakı şəhəri, ***************** küçəsindəki Bakı şəhəri Nizami рayon мəhkəməsinin 16 iyul 2012-ci il tarixli qətnaməsi ilə əldə etdiyi köçürülmək hüququna (yaranmış istifadə etmək imkanına) xitam verilməsi və Cavabdeh məxsus yataq dəsti, stolstul, şkaf-qorka və soyuducudan ibarət əmlakların həmin evdən çıxarılması qət edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 16 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İddiaçı hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir, çünki o, mübahisəli evə üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, evя münasibətdə cavabdehlə eyni statusa malik şəxs olmuşdur. Bu isə o deməkdir ki, cavabdehin həmin evə kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini tələb etmək barədə iddianı tələb hüququ olmayan şəxs olaraq verdiyinə görə iddiaçının subyektiv hüququ yaranmamışdır. İddiaçının subyektiv hüququnun olmadığı halda onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çü nki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddia təmin edilə bilməz. Digər tərəfdən nəzərə alınmalıdır ki, qanunvericlik özbaşına tikiliyə istifadə hüququnun tanınmasını nəzərdə tutmur və əks yanaşma mülki qanunvericliyin daşınmaz əmlaka hüquqların yaranmasını tənzimləyən normalarынa ziddir. Tərəflərin izahatları: Cavabdeh və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı gəlmədiyi üçün və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3 -cü maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası m əhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdehi və onun vəkilini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 16 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəliyinin 03 may 2017-ci il tarixli 939 saylı arayışına görə ünvan 1 ünvanında İddiaçı, X11, X17, X18, Cavabdeh və X16 qeydiyyatdadırlar. 25 yanvar 1989-cu il tarixli etibarnamələrdən görünür ki, İddiaçı Ermənistanın Spitak rayonunun ******* kəndində olan şəxsi mülkündə köçüb yaşaması üçün ünvan 2 ünvanında yaşayan X22, sonuncu isə özünə məxsus ünvan 3 ünvanında yerləşən 2 otaqlı evinə iki oğlu və həyat yoldaşı ilə birlikdə köçüb yaşaması üçün İddiaçı etibarnamə vermişlər. Bakı şəhəri, ******************** saylı evin texniki pasportunda da X20 adı qeyd edilir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 22 avqust 2012-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə görə X17 ilə X19 arasında 30.10.2007-ci il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan olan 04.09.2009-cu il təvəllüdlü Bahar X1 yanında qalması müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 noyabr 2013-cü il tarixli AZ-İ №179175 saylı nikahın pozulması haqqında şəhadətnaməyə əsasən X17 ilə X9 nikahları nın ləğv edilməsi qeydə alınmışdır. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 21 dekabr 2015-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə görə iddiaçı Cavabdehlər X5 və X12 qarşı şərəf və ləyaqətin ləkələnməsi nəticəsində vurulmuş zərərin ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 28 mart 2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 21 dekabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 09 yanvar 2009-cu il tarixli hökmü ilə X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə təqsirli bilinib, 200 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Hökmün məzmunundan görünür ki, iş üzrə zərərçəkmiş şəxs E6 qaynanasıdır, ailə münasibə tləri zəminində yaranmış mübahisə zamanı o, qaynanasını döymüşdür. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin 21 aprel 2012-ci il və 28 aprel 2012-ci il tarixli qərarları ilə Cavabdeh ərizəsi əsasında toplanmış materiallar üzrə X10 təqsirliliyi sübuta yetirilmədiyindən cinayət işinin başlanılması rədd edilmiş, ailə daxilində gələcəkdə baş verə biləcək hər hansı cinayətin qaşısının alınması üçün profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə 23-cü PB-nin rəisinə raportla məruzə olunması qərara alınmışdır. Bakı şəhəri Nizami rayon məhkəməsinin 11 mart 2011-ci il tarixli hökmünə əsasən X17 X2 qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri yetirdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, islah işləri növü ndə cəzaya məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 13 may 2011-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs X9 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 11 mart 2011-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin 16 iyul 2012-ci il tarixli qərarı ilə Cavabdeh, X4 və İddiaçı qarşılıqlı ərizələri əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmiş, ailə daxilində gələcəkdə baş verəcək hər hansı cinayətin qarşısının alınması üçün profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə 23-cü PB-nin rəisinə raportla məruzə olunması qərara alınmışdır. Bakı şəhəri Nizami rayon məhkəməsinin 06 dekabr 2012-ci il tarixli qətnaməsi ilə iddiaçı X9 cavabdeh X12 və qeyrilərinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə iddia tələbi təmin edilməmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 16 iyul 2012-ci il tarixli qətnaməsi ilə iddiaçı X9 cavabdeh X12 və qeyrilərinə qarşı mənzilə köçürülmə barədə iddiası təmin edilib, X9 azyaşlı uşağı ilə birlikdə ünvan 2 saylı mənzilə köçürülməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 12 dekabr 2012-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinin 16 iyul 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 13 aprel 2017-ci il tarixli qərarı ilə İddiaçı və X7 qabaqlayıcı tədbir kimi cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığına yol verməmələri barədə xəbərdarlıq edilməklə Cavabdeh qabaqlayıcı təd bir kimi 17 aprel-17 may 2017-ci il olmaqla 30 gün müddətinə qısa müddətli mühafizə orderi verilmişdir. Müstəqil qiymətləndirici “xxxx” MMC-nin rəyində ünvan 2 saylı fərdi yaşayış evinin bazar dəyəri 27000 manat, likvid dəyəri 24000 manat məbləğində qiymətləndirilmişdir. “xxxx” MMC-nin mübahisəli mənzilin yerləşdiyi ərazi üzrə daşınmaz əmlak bazarının monitorinqinin aparılması və təhlili əsasında tərtib etdiyi 20.11.2017-ci il tarixli rəydə ünvan 4 ünvanı və yaxın ətraf ərazidə iki otaqlı köhnə təmirli ümumi sahəsi 50 kv. metr təşkil edən özbaşına tikililərdəki fərdi yaşayış evlərinin orta aylıq kirayə haqqının 20 noyabr 2017-ci il tarixinə 120-150 manat təşkil etdiyi göstərilmişdir. Apellyasyia instansiyası məhkəməsi daha sonra müəyyən etmişdir ki, Cavabdeh İddiaçı keçmiş gəlinidir. Cavab deh iddiaçının oğlu E6 ilə ailə qurduqdan (2007-ci ildən) sonra Bakı şəhəri, ************************* yerləşən evə köçmüş və orada yaşamış, tərəflər arasında münaqişələr baş verdiyindən cavabdeh məhkəmə qərarı əsasında həmin evə köçürülmək hüququ (yaranmış istifadə etmək imkanı) əldə etmiş, məhkəmənin həmin qərarı icra edilmişdir. Hər iki tərəfin izahatlarından və işdə olan sübutlardan bəlli olur ki, tərəflər arasında olan münasibətlər daha da kəskinləşmiş, onların birgə yaşaması mümkün deyildir. Cavabdeh apellyasyia şikayətində iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmadığını vurğulamış, onun istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsinə razı olmadığını bildirmişdir. İşin müəyyən edilmiş faktiki hallarına əsasən apellyasyia məhkəməsi qeyd etmişdir ki, m übahisənin düzgün həlli üçün ilk növbədə iddiaçının və cavabdehin mübahisəli mənzillə bağlı hüquqi statusunun müəyyən edilməsi zəruridir. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (bax: İatridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999-İİ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (bax: Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il). “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, “...d aşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur”. Apellyasyia instansiyası məhkəməsi öz qətnaməsində daha sonra göstərmişdir ki, mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından özbaşına tikili hesab edilsə də, İddiaçı əmlaka sahiblik edən şəxs kimi mülkiyyət hüququ əldə etməyə qanuni gözlənti hüququna malik olan şəxsdir. Başqa sözlə onun mülkiyyətçi statusu olmasa da, əmlaka qanuni sahiblik edən şəxsdir. Əvvəlki qanuni sahib tərəfindən yaşayış evi ilə bağlı iddiaçıya verilən etibarnamə mübahisələndirməmiş, İddiaçı yaşayış evinin qanuni sahibi olmasının və onun həmin evə mülkiyyət hüququnun real və gözlənilən olmasının əksini sübut etmək üçün cavabdeh heç bir dəlil təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mül kiyyətçi ilə bağlanan notarial qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına əsasən kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu vermə sə də, o yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Yaşayış sahəsinə mülkiyyət hüququna qanuni gözləntiyə malik olan şəxsin həmin yaşayış sahəsində yaşayan, yaşayış sahəsindən istifadə edən şəxsin hüququna kompensasiya verməklə xitam verilməsi barədə dəqiq müəyyən edilən hüquq norması mövcud olmasa da, qanunvericilikdə qanunun analogiyasına yol verilir. Həmçinin iddiaçının potensial mülkiyyətçi kimi belə hüququ mövcuddur. Bundan əlavə, iş materiallarından görünür ki, işə kassasiya qaydasında baxmış Ali Məhkəmənin Mülki Kollegiyasının qərarlarında İddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olması inkar olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli, 2(102)7963/2018 saylı qərarından görünür ki, kassasiya instansiyası məhkəməsinin hazırkı mülki iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərarı ilə razılaşmadığı yeganə məqam təklif olunan kompensasiyanın məbləği ilə bağlıdır. İddiaçı hazırda müraciət edərək təklif etdiyi kompensasiya məbləğini artırmış, cavabdehə 13000 manat kompensasiya təklif etmişdir. Cavabdeh isə məhkəmə kollegiyasının iclasında heç bir kompensasiya məbləğinə razı olmadığını bildirmişdir. Göründüyü kimi, hazırda təklif olunan kompensasiya məbləği əvvəl təklif edilən məbləğdən iki dəfədən çoxdur. İşdə olan mütəxəssis rəyinə əsasən evin bazar qiyməti 27000 manat, l ikvid qiyməti 24000 manat müəyyən edilmişdir. Belə olan halda təklif edilən məbləğ evin dəyərinin yarısını təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, kompensasiya məbləğinin müəyyən edilməsi üçün əlavə qiymətləndirici rəyi almağa zərurət yoxdur. Bundan başqa mövcud iqtisadi vəziyyəti, eyni şəraitli mənzillər üçün müəyyən edilmiş kirayə haqqı da nəzərə alınarsa, təklif edilən kompensasiya cavabdehin mənzildən istifadə etmək imkanına xitam verilməsi üçün kifayətdir. Cavabdeh evin real qiymətinin bundan iki dəfə artıq olduğunu bildirsə də, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya qaydasında işə baxan məhkəmə ko llegiyası həmçinin hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qərarında şərh olunan göstərişləri də nəzərə alır. İşə bundan əvvəl baxan və apelyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edən Ali Məhkəmə istinad olunan qərarında göstərmişdir ki: “Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında kompensasiya məbləğinin təyini üçün “əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı” meyarını müəyyənləşdirmişdir. Buradakı “əvvəlki mənzildə ona xas olmuş şərait” dedikdə, mənzilin hüquqi statusu (konkret halda, özbaşına tikili olması) deyil, mənzilin ümumi şəraiti (təmir səviyyəsi, otaqların sayı və s.) başa düşülməlidir. İşdə olan qiymətləndirmə rəyi isə yalnız özbaşına tikili ol an yaşayış sahələri diqqətə alınmaqla tərtib edilmişdir. Halbuki, Konstitusiya Məhkəməsinin məlum qərarındakı sözügedən ifadənin bu şəkildə dar çərçivədə başa düşülməsi üçün heç bir əsas yoxdur. Digər tərəfdən, belə bir yanaşma Cavabdeh ödəniləcək kompensasiya məbləğinin əsassız olaraq azaldılmasına da gətirib çıxara bilər. Belə ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Bu səbəbdən, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yaşayış sahələrinə nisbətən özbaşına tikililərin kirayə haqqının daha aşağı olma ehtimalı böyükdür.” Şərh olunanlara əsasən apellyasyia instansiyası məhkəməsi hesab etmişdir ki, bi rinci instansiya məhkəməsini qətnaməsində müəyyən edilən kompensasiya azdır, ona görə də iddiaçının apellyasyia məhkəməsində təklif etdiyi 13000 manat məbləğ işin hallarına uyğun olmaqla Cavabdeh müəyyən müddət daxilində hazırkı mübahisənin prelmeti olan yaşayış evindəki şəraitə uyğun yaşayış sahəsində davamlı surətdə yaşamaq imkanı verir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər, xüsusilə İddiaçı yaşayış evinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığına görə hazırkı iddia tələbini irəli sürmək üçün subeyktiv hüquqa malik olmaması barədə dəlillər apellyasyia instansiyası məhkəməsinin əvvəlki iki qətnaməsindən verilmiş kassasiya şikayətlərində də irəli sürülmüş, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəmə Mülki Kollegiyasının 19 aprel 2018-ci il tarixli və 14 dekabr 2018-ci il tarixli qərarlarında, habelə apellyasyia instansiyası məhkəməsinin qətnaməsində həmin dəlillərə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının bu barədə normalarının təfsiri ilə əlaqədar Avropa İnsan Hüquqları Məh kəməsinin qərarlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına istinda edilməklə hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 16 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3695/2019 nömrəli iş üzrə 16 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5689/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5689/2019
08.08.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver