Məhkəmə qərarları › İş №2(102)-5690/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5690/2019

05.09.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5690/2019 05.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəm məd oğlu (sədrlik edən və məruzəçi), Mirzəliyev Əsəd Abdulla oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı1 vəkili X3 cavabdeh İddiaçı2 vəkili X4 iştirakları ilə, İdiaçı İddiaçı1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2019cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 noyabr 2018-cı il tarixli, 2(009)3312/2018 saylı qətnaməsi ilə (hakim N.A.Bağırov) iddia tələbi qismən təmin edilərək, 135.000 manat və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi, cəmi 135.015 (bir yüz otuz beş min on beş) manat məbləğində pul vəsaitinin İddiaçı2 tutulub İddiaçı1 ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 aprel 2019-cu tarixli qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi), A.Ə.Hüseyn və R.Ə.Qurbanov, 2(103)-4716/2019) İddiaçı1 apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh İddiaçı2 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı1 cavabdeh İddiaçı2 qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pulun tut ulması” tələbinə dair iddiası rədd edilmişdir. İşin halları İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək, əsassız varlanma nəticəsində əldə edilmiş 135.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması və ya onun əvəzi olaraq Bakı şəhəri, ************, ***************************** saylı mənzilin cavabdehdən alınaraq ona geri qaytarılması, 23.02.2017-ci il tarixdən hal-hazıradək 135.000 manat məbləğinin üzərinə gələn faiz olaraq 22.500 manat məbləğin cavabdehdən onun xeyrinə tutulması və əldən çıxmış fayda olaraq 10000 manat məbləğin cavabdehdən onun xeyrinə tutulması və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun tərəfindən cavabdehin adına 23.02.2017-ci il tarixdə dəyəri 135.000 manat məbləği olan Bakı şəhəri, ******** *********************** saylı mənzil alınmışdır. Mənzil onun vəsaiti hesabına alınsa da, həmin mənzil cavabdehin adına rəsmiləşdirilmişdir. Onunla cavabdeh arasında nikah 10.05.2003-cü il tarixdə bağlanılmışdır və Səbail Rayon Məhkəməsinin 24.09.2010-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Sonradan isə elə cavabdehin və onun bacısının xahişi ilə ailə həyatının bərpa edilməsi üçün onlar yenidən birgə yaşamağa başlamışlar və rəsmi olmasa da, faktiki olaraq ailələrini bərpa etmişlər. Bu səbəbdən də o əvvəlcədən cavabdehlə şifahi olaraq razılıq əldə edərək, öz vəsaiti hesabına evin alınmasını planlaşdırmışlar. Evin cavabdehin adına alınmasının məqsədi yenidən ailə həyatlarını bərpa edib, həmin evdə yaşamaq və gələcəkdə uşağın həyatını tə min etmək idi. Bu səbəbdən də cavabdeh əvvəlcədən niyyəti aldatma olsa da, bunu ailələri və qızı üçün etdiyini bildirmişdir. O deyirdi ki, ev məhz onun adında olsa ailə daha bərk olar və qızları ailələrinin bərpasına daha da çox inanar. Bu səbəbdə də cavabdeh buna inanaraq, külli miqdarda pul xərcləyərək cavabdehin adına ev almışdır. Yalnız sonradan cavabdehin əsl niyyəti üzə çıxmışdır. O, Bakı şəhər Prokurorluğuna müraciət edərək onu evi almaqla, cavabdehi özünə asılı vəziyyətdə saxlamaq niyyətinin olmasını göstərmişdir və onun barəsində Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə təqsirli bilinməsi üçün əlindən gələni etmişdir. Özü özünə qəsd edərək, onun cavabdehi bu vəziyyətə gətirib çıxarmasında günahlandırmışdır. Bundan elə çıxır ki, əvvəldən ailə həyatının bərpasını istəməmişd ir, yalnız onun vəsaitindən istifadə edərək özünün maddi vəziyyətini yaxşılaşdırmağa çalışmışdır. Elə indi də cavabdeh adı çəkilən mənzili kirayə verərək hər ay ondan pul məbləği qazanır və ailə həyatının bərpasından ümumiyyətlə heç düşünmür. Bütün bunlar yalnız ona ev aldırmaq idi. İddia ərizəsinə əlavə etdiyi ittiham aktının, Səbail Rayon Məhkəməsinin 1(009)-77/2018 saylı 11.05.2018-ci il tarixli hökmünün və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-934/2018 saylı iş üzrə 16.07.2018-ci il tarixli qərarının sürətlərindən də görünür ki, mübahisəli mənzil məhz iddiaçı tərəfindən alınmışdır. Bunu elə cavabdehin özü də təsdiq etmişdir. Təqdim etdikləri sübutlardan da görünür ki, iddiaçı mənzili 135000 manata almışdır. İddiaçının evi məhz cavabdehin adına alınmasında məqsədi ailəsini bərpa etmək id i. Yalnız əlavə etdiyi sənədlərdən də görünür ki, ailə bundan sonra bərpa edilə bilməz və cavabdehin məqsədi yalnız iddiaçının vəsaiti hesabına özünün adına ev aldırmaq, sonradan isə onun cinayət məsuliyyətinə cəlb etdirib azadlıqdan məhrum etmək idi. Çünki Səbail Rayon Məhkəməsi tərəfindən iddiaçıya sınaq müddəti təyin edilməklə, şərti azadlığa buraxılıb və həmin hökmdən cavabdeh şikayət verərək, ona şərti yox, ictimaiyyətdən təcrid olunmaqla, azadlıqdan məhrum edilməsini istəmişdir. Bu isə onun məqsədlərini bir daha sübut edir. Bu səbəbdən də hesab edir ki, 135.000 manat pul məbləği və ya onun əvəzi olaraq həmin pul məbləğinə alınmış mübahisəli mənzil cavabdeh tərəfindən ona qaytarılmalıdır. Digər tərəfdən iddiaçının əldən çıxmış fayda tələb etmək hüququ var. Cavabdeh tərəfindən mübahisə li mənzil kirayə verilir. Həmin ərazidə əmlakın aylıq icarə məbləği ən azı 500 manat təşkil edir. Aylıq icarə haqqını 20 ay üzrə, yəni 23.02.2017-ci il tarixindən 25.09.2018-ci il tarixinədək müəyyən edəndə 10000 manat məbləğ edir, bu isə əldən çıxmış faydadır. Göstərilənləri nəzərə alaraq iddia tələblərinin təmin edilməsi xahiş olunmuşdur. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, əsassız varlanma nəticəsində əldə edilmiş 135.000 manat məbləğində pulun cavabdehdən tutulması, digər tələblərin isə dəqiqləşdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi bar ədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 60, 127, maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9, 14, 88, 217, 217, 218.1-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı1 və vəkili X5 kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh İddiaçı2 vəkili Vəkil kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi fak tiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdəno cümlədən iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11.05.2018-ci il tarixli 1(009)-77/2018 saylı hökmü ilə İddiaçı1 CM-nın 125-ci maddəsi ilə (başqa şəxsi özünü öldürməyə cəhd həddinə çatdırmaq) təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, üzərində qəti olaraq 3 il 9 gün azadlıqdan məhr um etmə cəzası saxlanılmış və həmin cəza CM-nın 70-ci maddəsinə əsasən şərti hesab edilərək 2 il sınaq müddəti təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-934/2018 saylı 16.07.2018-ci il tarixli qərarı ilə Səbail Rayon Məhkəməsinin 11.05.2018-ci il tarixli 1(009)-77/2018 saylı hökmündən verilmiş apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş və İddiaçı1 barəsində çıxarılmış hökm dəyişdirilmədən saxlanılmışdır. ƏMDK DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 05.09.2018-ci il tarixli məktuba əsasən İddiaçı2 adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi 7B saylı evin, 29 nömrəli mənzili 02.03.2017-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. ƏMDK DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 04.09.2 018-ci il tarixli məktuba əsasən 2 sayl ASAN Xidmət mərkəzinin 23.02.2017- ci il tarixli********** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, **************************** saylı mənzil 02.03.2017-ci il tarixdə İddiaçı2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 08.12.2017-ci il tarixli ********* saylı cinayət işi üzrə müstəntiq tərəfindən aparılmış X1 ilə İddiaçı1 üzləşdirmə dindirmə protokolundan görünür ki, L8 Badamdar qəsəbəsindəki evin pulunun Ə6 tərəfindən verilməsini göstərmişdir. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh 10.05.2003-cü il tarixdə rəsmi nigaha daxil olaraq ailə qurmuşlar və onların birgə nigahından bir uşağı anadan olmuşdur. Sonradan tərəflər arasında münasibətlər p ozulduğundan Səbail rayon məhkəməsinin 24.09.2010-cu il tarixli qətnaməsi ilə onlar arasında nigah pozulmuşdur. Tərəflər arasında nigah pozulduqdan bir müddət sonra onlar arasında qeyri-rəsmi ailə münasibətləri yenidən bərpa edilmiş və iddiaçı, cavabdeh və uşağı ilə birlikdə yenidən yaşamağa başlamışlar. Buna baxmayaraq onlar arasında yenidən nigah bağlanmamışdır. Buna baxmayaraq iddiaçı 23.02.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ailəsi üçün Bakı şəhəri,************************************ saylı mənzil almış və mənzil 02.03.2017-ci il tarixdə cavabdeh İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyatdan keçmiş və hal-hazırda İddiaçı2 mülkiyyətindədir. Həmin mənzil iddiaçının vəsaiti, yəni iddiaçı tərəfindən verilən pul hesabına alınmışdır. Belə olan halda cavabdeh İddiaçı2 əsassız varlanması barədə nəticəsinə gəlmək üçün əsas ola bilən hallar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçının apellyasiya şikayətini əsassız hesab etmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə isə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qətnamə qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. İş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi düzgün ola raq hesab etmişdir ki, birinci instansiya məhkəməsi, gəldiyi bu nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırmamış və məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir, birinci instansiya məhkəməsi eyni zamanda maddi hüquq normasını düzgün tətbiq etməmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstər ilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 08 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar