Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5698/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Xələfov İlqar Rəhim oğlunun məruzəsi ilə, Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı bazar dəyərinin qiymətləndirilməsi haqqında hesabatın etibarsız hesab edilməsi və mövcud bazar qiymətinə uyğun yenidən qiymətləndirilməsi təl əbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3387/2022 nömrəli, 19 may 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra-iddiaçı) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra-cavabdeh) qarşı iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə) ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivi ünvanda yerləşən X1 aid fərdi yaşayış evinin 26 iyul 2016-cı il tarixinə bazar dəyərinin qiymətləndirilməsi haqqında hesabatın etibarsız hesab edilməsi və həmin hesabata əsasə n sənədlərdə “A” tikilisi kimi qeyd olunan və ümumi sahəsi 141.76 kv.m olan İddiaçı məxsus evin mövcud bazar qiymətinə uyğun yeni qiymətinin müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Ülkər Yusifova) 2(007)-1509/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat
3. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
4. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra- üçüncü şəxs) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbi nin rədd edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova, iş № 2(103)-3387/2022) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir.
6. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırda iddiaçının mübahisələndirdiyi qiymətləndirmə aktı birbaşa olaraq onun hər hansı hüquq və maraqlarına toxunmadığından, iddiaçının həmin aktı mübahisələndirməsi yolverilməz olmuşdur.
7. İddiaçı tərəfindən irəli sürülmüş tələblərin müstəqil iddia kimi iddia icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq kollegiya h esab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
8. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin 19 may 2022-ci il tarixli qərardadının ləğv olunması, işin baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsaslanaraq işə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılması üçün əsasın olmaması nəticəsində gəlməsi yanlışdır.
10. Məhkəmə qərardadında icraata xitam verilməsi qeyd edilsə də məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 11. 3-cü şəxs kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19.5.2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
12. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
13. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
14. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Kassasiya baxışının hədləri
15. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkə mələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
16. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını xahiş edildiyindən, qərardad tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kassasiya şikayətində qeyd etdiyi hallar apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
19. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
20. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3387/2022 nömrəli, 19 m ay 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.