Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5701/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı QƏRARİ Açar sözlər: maddi və mənəvi ziyan 22.11.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Həsənov Vüqar Təvəkkül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (Məmmədova Fatimə Akif qızı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) maddi və mənəvi ziyan tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-48/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məmmədova Fatimə Akif qızı tərəfindən verilmiş kassasiya şikayətinə 22 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)- 7449/2017 nömrəli qətnaməsi ilə Məmmədova Fatimə Akif qızının X12 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair ilkin iddiasının rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, X19 ilə İddiaçı arasında ünvan 1 ünvanında yerləşən binanın birinci mərtəbəsindəki ümumi sahəsi 77,9 m² olan qeyri-yaşayış sahəsinin alqısatqısına dair 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Məmmədova Fatim ə Akif qızı ilə İddiaçı arasında Bakı şəhəri 53 saylı Notariat Kontorunda bağlanmış, reyestrdə 4Ə-101 nömrə ilə qeyd edilmiş, AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixri alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, çıxarışın verilməsinə əsas olmuş reyestrdəki Məmmədova Fatimə Akif qızının adına olan qeydiyyatın ləğv olunması qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-3867/2018 nömrəli qətnaməsi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2 (005)-7449/2017 nömrəli qətnaməsindən iddiaçı Məmmədova Fatimə Akif qızı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, sözügedən qətnamənin dəyişdirilməsi, İddiaçı 111.300 manat pul vəsaitinin tutularaq Məmmədova Fatimə Akif qızına ödənilməsi qət edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-6501/2018 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-3867/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
4. Təqsirləndirilən şəxslər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 320.1 və 178.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair bir neçə epizod üzrə cinayət işinin istintaqı aparılmışdır.
5. Bakı şəhə ri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Ş.Nəcəfov tərəfindən qəbul olunmuş xx.xx.2018-ci il tarixli (toplanmış materialın aidiyyəti üzrə göndərilməsi barədə) qərarına əsasən İddiaçı şikayət ərizəsi üzrə toplanmış materialın Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilərək istintaq aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır.
6. Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun böyük müstəntiqi İ.Abiyev tərəfindən qəbul olunmuş xx.xx.2018-ci il tarixli (zərər çəkmiş şəxs kimi tanınma haqqında) qərarına əsasən İddiaçı Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 308.1, 320.1 və 178.3.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınması qərara alınmışdır.
7. RX seriyalı ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 77,9 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2010-cu il tarixdən X5 adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır.
8. RX seriyalı ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 2 ün vanında yerləşən ümumi sahəsi 77,9 kv.m. olan qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixdən İddiaçı adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. 9. xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən X19 özünə məxsus ünvan 1 ünvanında yerləşən binanın birinci mərtəbəsindəki ümumi sahəsi 77,9 kv.m. olan qeyri-yaşayış sahəsini 65.000 manata İddiaçı satmışdır. Alqı-satqıda satıcı qismində X5 əvəzinə etibarnamə əsasında Cavabdeh2 iştirak etmişdir. 10. xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı özünə məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 77,9 kv.m. olan qeyri-yaşayış sahəsini 111.300 manata Məmmədova Fatimə Akif qızına satmışdır. Alqı-satqıda alıcı qismində Məmmədova Fatimə Akif qızının əvəzinə etiba rnamə əsasında X25 iştirak etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ona vurulmuş maddi ziyana görə 111.300 manat məbləğində və mənəvi ziyana görə 5.000 manat məbləğində, cəmi 116.300 manat məbləğində pulun tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, təxminən 2016-cı ilin son aylarında tanışı Abbasın vasitəsi ilə Cavabdeh1lə tanış olmuşdur. Həmin vaxtı sonuncu ona bildirmişdir ki, onun Ukraynada yaşayan Bayram adlı qohumuna təcili pul lazım olduğundan ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki ümumi sahəsi 77,9 kv.m. olan qeyr i-yaşayış sahəsini 65.000 manata satmaq istəyir. O, həmin qeyri-yaşayış sahəsinə baxış keçirərək, onu bəyənmiş və bunu Cavabdeh1 bildirmişdir. Bir neçə gün sonra, Cavabdeh1 ona bildirmişdir ki, obyektin mülkiyyətçisi onun dayısının adına etibarnamə vermiş və hazırda alqı-satqı etmək üçün notariusa getmək olar. xx.xx.2017-ci il tarixdə Bakı “ASAN Xidmət” Mərkəzində yerləşən notariusda obyektin mülkiyyətçisi X6 adından çıxış edən Cavabdeh1 dayısı Cavabdeh2 ilə xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlayaraq, mülkiyyət hüququnu təsdiq edən çıxarış almışdır. Bundan sonra o, Əlirza Mediyevdən obyektin açarını istəmiş, lakin sonuncu müxtəlif bəhanələr gətirərək açarı verməkdən yayınmışdır. Bundan sonra, o, ümumi tanışları olan Abbasla Cavabdeh1 yanına gəlib açarları tələb edərkən, Cavabdeh1 onlara bildirmişdir ki, obyektin mülkiyyətçisi olan Ukraynadakı qohumu obyekti çox ucuz satdığına görə narazılığını bildirmişdir. Cavabdeh1 ona izah etmişdir ki, obyekti baha qiymətə satıb onun pulunu qaytaracaq, o isə öz növbəsində narazılığını bildirdikdə, sonuncu təkidlə obyekti geri qaytarmasını tələb etmiş, qaytarmayacağı təqdirdə onu və ailəsini hədələmiş, o da məcbur qalıb buna razılıq vermişdir. Bir neçə gün sonra Cavabdeh1 obyektə yeni alıcı tapmış və xx.xx.2017-ci il tarixdə o, notariat kontorunda obyektin alqı-satqı müqaviləsini imzalamış, obyekt 111.300 manat qiymətlə satılmış, pul bankdan çıxarılan zaman, həmin puldan Əlirza 65.000 manat məbləğində pulu ona qaytarmış, pulun ona qaytarılması onların ümumi tanışları olan Abbasın və digər 5-6 nəfərin yanı nda həyata keçirilmişdir, yerdə qalan məbləği isə Cavabdeh1 özü götürmüşdür. Üstündən bir neçə ay keçdikdən sonra, ona qarşı məhkəmə qətnaməsinin çıxarılması barədə xəbər almış, bundan sonra ona məlum olmuşdur ki, Cavabdeh1 və Cavabdeh2 adlı şəxslər vətəndaşlara məxsus əmlaklarını ələ keçirmək məqsədi ilə həmin əmlakları saxta etibarnamələr əsasında bir neçə şəxslərə, o cümlədən ona sataraq pulu mənimsəmişlər. Hazırda həmin şəxslər haqqında cinayət işi başlanmış, iş Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun icraatındadır. Həmin iş üzrə onun zərərçəkmiş qismində tanınması barədə qərar qəbul edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Məmmədova Fatimə Akif qızının X12 qarşı mənzildən çıxarılması tələbinə dair ilkin iddia tələbi rədd edilmiş, X5 Məmmədova Fatimə Akif qızına, X14 və ona qarşı alqı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbi təmin edilmişdir. İddiaçı Məmmədova Fatimə Akif qızı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilmişdir. Məmmədova Fatimə Akif qızı apellyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, yəni ondan etibarsız hesab edilmiş əqd üzrə 111.300 manat məbləğin tutulub ona qaytarılması barədə müddəanın əlavə edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Məmmədova Fatimə Akif qızının apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilərək ondan 111.300 manat tutulub Məmmədova Fatimə Akif qızına ödənilməsi qət edilmişdir. Onun tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hesab edir ki, cavabdehlərin qeyriqanuni hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan vurulmuşdur. Belə ki, cavabdehlərlə bağlanmış əqd üzrə o, vicdanlı alıcı olmaqla yanaşı, göstərilən məbləğdə pul onun sahibliyindən çıxmışdır. Cavabdehlər aldatma və hədə qorxu yolu ilə onunla formal müqavilə bağlayıb, pulunu mənimsəmək istəmişlər, nəticədə yuxarıda qeyd etdiyi ona qarşı qaldırılmış iddia tələbi təmin edilməklə, cavabdehlər tərəfindən mənimsənilən pul vəsaitlərini faktiki olaraq o, ödəməli olur. Bu xüsusatları şahidlər təsdiq edə bilərlər. Cavabdehlərin qeyri-qanuni hərəkətləri nəticəsində o, mənəvi sarsıntı və psixoloji stress keçirmiş və hal-hazırda da həmin vəziyyətdədir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir.
13. Bundan sonra Məmmədova Fatimə Akif qızı məhkəməyə ərizə ilə müraciət edərək onun hazırki iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir.
14. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə onun X12 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair ilkin iddiası rədd edilmiş, X5 ona və İddiaçı qarşı alqı-satqı müqavilələrinin və reyestrdən çıxarışların etibarsız hesab olunmasına dair qarşılıqlı iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onların apellyasiya şikayətlərini təmin etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsini qismən dəyişərək əqd üzrə İddiaçı ödənilmiş 111.300 manat pulun Ruslandan tutularaq ona qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi icraya yönəldilsə də, İddiaçı qətnaməni icra etməkdən yayını r. Ruslan bu günlərdə isə icra şöbəsinə məktubla müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində guya sözügedən qətnamə ilə bağlılığı olan iddia irəli sürdüyünü bildirməklə qətnamənin icrasının dayandırılmasını xahiş etmişdir. Ona məlum olmuşdur ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ona vurulmuş maddi ziyana görə 111.300 manat məbləğində və mənəvi ziyana görə 5.000 manat məbləğində, cəmi 116.300 manat məbləğində pulun tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi xx.xx.2017-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətna mələrindən görünür ki, Ruslan, mübahisə predmeti olan qeyri-yaşayış sahəsini cavabdehlərdən 65.000 manata alaraq daha sonra 111.300 manata ona satmış, ödəniş bank yolu ilə həyata keçirilmişdir.
15. Məhkəmə, Məmmədova Fatimə Akif qızının ərizəsini təmin edərək onu iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.
16. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, o, İddiaçı tanıyır. Cavabdeh1 onun qonşusu olmuşdur. İddiaçılə Abbas Cəlilov vasitəsi ilə tanış olmuşdur. Qeyd olunan obyektin alqı-satqısı zamanı Cavabdeh1lə İddiaçı danışmışdırlar. Onlar alqı-satqı etmişlər, sonra Cavabdeh1 demişdir ki, qiymət obyektə uyğun deyil, obyektin sahibi narazılıq edir. Hətta Cavabdeh1 obyektin açarını da Ruslana verməmişd ir. Bu səbəbdən də aralarında mübahisə yaranmışdır. Sonradan Cavabdeh1 İddiaçı bildirmişdir ki, obyekti digər şəxsə satıb onun pulunu qaytaracaqdır. Alqı-satqı təxminən 100.000 manatdan yuxarı qiymətə olmuşdur. Həmin vaxt pulu Ruslan götürməmişdir. Pulu İsmayıl və Əlirza götürmüşdür. Ruslan ancaq notariusda sənədlərə qol çəkmişdir. Onlar notariusdan çıxandan sonra restorana getmişlər. Restoranda olanda da pul torbada Əlirzanın əlində olmuşdur.
17. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, İddiaçı tanıyır, Akifi isə tanımır. İddiaçı Surac Hümbətovla o tanış etmişdir. Surac Hümbətov ona bildirmişdir ki, dayısının bir obyekti var, onu satmaq istəyirlər. O, isə öz növbəsində bu məsələni İddiaçı bildirmişdir. X24 razılaşıb “ASAN Xidmət” mərkəzindəki notarius a gedərək orada alqı-satqı etmişlər. Sonradan Cavabdeh1 obyektin açarlarını İddiaçı verməkdən imtina etmiş, aralarında bununla bağlı mübahisə yaranmışdır. Cavabdeh1 bildirmişdir ki, obyekt dəyərindən ucuz satıldığından dayısı narazılığını bildirir. Akiflə Ruslan arasında alqı-satqı olan zaman o və Surac Ruslanla birlikdə notariusa getmişdir. Həmçinin bildirdi ki, ikinci alqı-satqı zamanı İddiaçı pul verilməmişdir. Pulu Əlirza və İsmayıl götürmüşdür. İddiaçı əvvəl ödədiyi 65.000 manat pulu ikinci alqı-satqıdan bir gün əvvəl almışdır.
18. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, iddiaçı Məmmədova Fatimə Akif qızının X12 qarşı iddiasına baxılarkən o, həmin iş üzrə İddiaçı müdafiəçisi olmuşdur. Alqı-satqı müqavilələrindən sonra məlum olmuşdur ki, hazırki iş ü zrə cavabdehlər tərəfindən saxta etibarnamədən istifadə edilməklə alqı-satqı həyata keçirilmişdir. Akif onun özünə də dəfələrlə bildirmişdir ki, tərəfindən ödənilmiş pul məbləğinin Ruslan tərəfindən alınmadığını və Ruslanın da bu işdə aldadıldığını bilir, o, əvvəldən Ruslanı tanımamış, onu ilk dəfə notariat kontorunda görmüş, obyekti ona Əlirza göstərmiş və obyektlə bağlı bütün məsələləri, o cümlədən qiymətini də Əlirza ilə razılaşdırmışdır. Həmçinin, əvvəlki işə baxılanda Akif onlara bildirmişdir ki, Ruslan da bu işdə aldadıldığından Akif onun qızına ödənilməli pula görə Ruslanı çox sıxışdırmayacaqdır.
19. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 ifadəsində bildirmişdir ki, İddiaçı tanışıdır. O, X15 notariusda görmüşdür. Bir gün görüş zamanı İddiaçı ona bildirmişdir ki, bir obyekt var onu almaq istəyir. O, Ramin və Ruslanla birlikdə həmin obyektə gedərək baxmışdır. Daha sonra Ruslan həmin obyekti almışdır. Ruslan o obyekti alsa da, Əlirza obyektin açarlarını Ruslana verməmişdir. Daha sonra Əlirza Ruslana bildirmişdir ki, obyekt ucuz satıldığından dayısı obyektin qaytarılmasını tələb edir. Bu məsələ ilə bağlı Ruslanla Əlirza arasında mübahisə də yaranmışdır. Sonra Ruslan həmin obyekti Əlirzaya qaytarmışdır. Ruslan Əlirzaya ödədiyi pulu alqı-satqıdan bir gün əvvəl almışdır. Daha sonra Ruslan notariusa gedərək həmin obyekti başqa şəxsin adına keçirmişdir və müqavilədə qeyd olunan pul məbləğini almamışdır.
20. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 ifadəsində bildirmişdir ki, Ruslan onun tanışıdır. Akif Məmmədovu notariusda olan zaman görmüşdür. İddiaçı ona bildirmişdir ki, obyekt satırlar o isə həmin obyekti almaq istəyir. O, Ruslanla birlikdə obyektə baxmağa getmişdir. Bu zaman həmin obyekti onlara Əlirza və Abbas göstərmişdir. Ruslan obyekti bəyəndiyindən həmin obyekti almışdır. Lakin Əlirza sonradan bildirmişdir ki, dayısı bu qiymətə obyektin satılmasına narazıdır. Əlirza Ruslandan obyektin geri qaytarılmasını tələb etdikdə, onların arasında mübahisə yaranmışdır. Ruslan əvvəl obyekti qaytarmaq istəməsə də, sonradan fikrindən daşınmış və obyekti aldığı qiymətə Əlirzaya qaytarmağa razılaşmışdır. Ruslan Akiflə notariusda alqı-satqı edən zaman pul götürməmişdir. Çünki Ruslana qaytarılmalı pul əvvəlcədən Ruslana verilmişdir.
21. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məmmədova Fatimə Akif qızının nümayəndəsi X13 və satəti əsasında şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, Əlirza və İsmayılı əvvəlcədən tanıyır. Ruslanı isə sonradan tanımışdır. Akifi isə uzun müddətdir tanıyır. Akif ona bildirmişdir ki, əgər satışda obyekt olarsa ona bildirsin. Əlirza ona bildirmişdir ki, dayısının obyekti var, onu satmaq istəyir. O, bu məsələni Akifə bildirdikdə, Akif oranı almaq istədiyini demişdir. Alqı-satqı 2 gün olmuşdur. Birinci günü beh verilmiş, növbəti gün isə alqı-satqı olmuşdur. O yalnız beh verilən gün notariusda olmuşdur. Səhəri gün isə notariusa getməmişdir. Ruslan pulu beh verilən gün almışdır. Daha sonra şahid R.Qasımov məhkəmə iclasında ona verilmiş suallara fərqli və ziddiyyətli cavablar verməklə yanaşı, verilmiş cavablarını da yaddaşının yaxşı olmaması və yaddaş pozuntusu ilə əlaqəl əndirmişdir.
22. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin (X33) 2(005)-1894/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 111.300 (yüz on bir min üç yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
23. Məhkəmə qeyd etmişdir ki, iddiaçı və cavabdehlər arasında əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz cavabdehlərin əsassız varlanması kimi qiymətləndirilməlidir.
24. Məhkəmə hesab etmişdir ki, iddia maddi ziyanın tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 111.300 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.
25. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən yeganə sübut vasitəsi şahid ifadələridir ki, həmin şahid ifadələri də baş vermiş və mövcud hadisələrin axarını aydın və müfəssəl təsvir etmiş və hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirildiyi üçün mötəbər sübutlar kimi qiymətləndirilməlidir.
26. Məhkəmə həmçinin qeyd etmişdir ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. Məhkəmə bu ifadələri mötəbər sübut kimi qiymətləndirməklə hesab etmişdir ki, İddiaçı cavabdehlərə qarşı qaldırdığı maddi ziyanın ödənilməsi tələbinə dair iddianın kökündə həqiqətən də mövcud olmuş hadisələr və məhkəməyə bildirilmiş faktiki hallar durur.
27. Məhkəmə iclasın da şahid qismində dindirilmiş X8 ifadəsinə dair məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, şahid məhkəmə iclasında ziddiyyətli ifadə verməklə yanaşı, verilmiş suallara fərqli cavablarını da yaddaş pozuntusu ilə əlaqələndirmişdir. Belə olan halda, məhkəmə, X8 ifadəsini mötəbər sübut kimi qəbul etmir. Belə ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında qeyd olunduğu kimi, sübutlar çox inandırıcı olmalı və onların mötəbərsizliyi riski olmamalıdır.
28. Məhkəmə, iddia tələblərinə hüquqi qiymət verərək bildirmişdir ki, Cavabdeh1 münasibətdə də iddia tələbinin vurulmuş maddi ziyanın ödənilməsinin əsaslı olması faktı məhkəmə baxışı zamanı öz təsdiqini tapmış və məhkəmə hesab etmişdir ki, iddia ona münasibətdə də əsaslı sayılmalıdır.
29. Məhkəmə iddianın mənəvi zərərin ödən ilməsi hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir.
30. Məhkəmə qeyd etmişdir ki, İddiaçı iddia tələbində cavabdehlərin hərəkətləri nəticəsində mənəvi sarsıntı və psixoloji stress keçirdiyini göstərsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, vurulan mənəvi ziyana gör ə maddi təzminatın 5.000 manat miqdarında hesablanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab etmişdir ki, iddia tələbi mənəvi ziyan hissəsində təmin edilməməlidir.
31. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 125, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarına, Mülki Məcəllənin 6.2, 14.1,2.7, 21, 23, 157.6, 157.7, 385.1, 38 6.1, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1094-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 76.1, 76.2,78.1,80, 218.1-ci maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat
32. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2, bundan başqa mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məmmədova Fatimə Akif qızı apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
33. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə iclasında onların iştirakları təmin edilməmiş və onlar həmin məhkəmənin gedişatından artıq 3-cü məhkəmə baxış iclası vaxtı xəbər tutmuşlar. Belə kı, İddiaçı onların istintaq orqanı tərəfindən tutulduğunu, 3 saylı İstint aq Təcridxanasında saxlandıqlarını, məhkəmənin kassa məxaric orderinə formal imza etdirsələr də, hesabdan pul çıxmamışdır. Belə ki, onlar əvvəlcədən aralarında razılaşmışlar ki, bu alğı-satqı formal xarakter daşıyır və həmin pul məbləği növbəti gün yenidən əvvəlki hesaba qaytarılmışdır (bu hal da məhkəmə tərəfindən araşdırılmamışdır). Bundan sonra Əlirza tərəfindən tapılmış müştəri kimi, obyekt Akif Məmmədova satılmalı idi. Obyekt İddiaçı xüsusi mülkiyyətində olduğundan alğı-satqı onlar arasında olmuş, pulu kassadan İddiaçı götürmüş və əvvəlcədən razılaşmalarına əsasən pul aralarında bölünməli idi. Alğı-satqı baş verdikdən sonra Akif Məmmədov yeni aldığı obyektin qonaqlığını vermək üçün onları restorana dəvət etmiş və onlar hamısı ora yollanmışlar. Cavabdeh1 ilə İddiaçı aralarındakı hesabl aşmanı etmək üçün kənara çəkilmişlər, lakin İddiaçı Əlirzaya pul verməyəcəyini deyib, onu şantaj etmişdir ki, onun barəsində və etdiyi saxtakarlıq barəsində hamıya deyər və onun barəsində hüquq mühafizə orqanlarına şikayət edər. Əlirza da Ruslana onsuz da o pulu ondan alacağını bildirərək kor-peşman masaya qayıtmışdır. Bundan sonra İddiaçı oranı tərk etmişdir. Sonradan onların barəsində axtarış olduğuna görə İddiaçı ilə aralarındakı məsələni həll edə bilməmişlər. Bundan başqa, İddiaçı onunla, yəni Cavabdeh1 ilə üzləşmə zamanı bildirir ki, guya o, sonuncuya obyektin açarını vermiş, sonuncu həmin obyektə gedib, işıq pulunu yığan həmin obyektin başqa şəxsə məxsus olmasını bildirib, sonuncu da onun üstünə gəlib ki, obyekti qaytarır, o da sonuncuya pulunu qaytarır. Digər bir ifadəsində bildirir ki, guya o, sonuncuya hədə-qorxu gələrək ailəsinin başına oyun ayacağını bildirdiyindən sonuncu qorxaraq həmin obyekti qaytarmışdır. Bir ifadəsində bildirir ki, pulu alğı-satqıdan bir gün əvvəl almış, digər ifadəsində bildirir ki, alğı-satqıdan sonra almışdır. Əslində bu ziddiyətli ifadələri məhkəmə araşdırmamış, işə formal yanaşaraq, iddiaçının özünü müdafiə xarakteri daşıyan, yalan və heç bir hüquqi əsası və sübutu olmayan iddia ərizəsini təmin etmişdir. İddiaçı tərəfindən dəvət edilmiş şahidlər cavabdehlərin vəkili olmadan dindirilmiş və onların ifadələri mötəbər sübut kimi qiymətləndirilmişdir. Bu halın özü qətnaməni qəbul etmiş hakimin işə baxılmasında qərəzinin olmasının bariz nümunəsidir. Bundan başqa, iddiaçı iddia ərizəsinin yeganə hüquqi əsası kimi Mülki Məcəllənin 1114.1- ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Bu halın özü məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, imperativ olaraq Məcəllə tələb edir ki, vurduğu zərərin əvəzini ödəmiş şəxs tərəfindən həmin məbləğ reqress qaydada tələb edilə bilər. Bundan başqa, işin faktiki halları digər iddia tələbi üzrə araşdırılmış və pulun İddiaçı tərəfindən alındığı öz təsdiqini tapsa da, X33 həmin qərarın preyudisiallığını nəzərə almayaraq qətnamədə qeyd edir ki, pul İddiaçı tərəfindən alınmamışdır. Bütün bu hallar, İddiaçı saxta sənədlərlə mübahisəli obyektin satılmasında birbaşa iştirakının olması və alğı-satqıdan əldə edilmiş pul məbləğinin İddiaçı tərəfindən təkbaşına mənimsənilməsi hazırki iddia ərizəsinin əsassız və qanunsuz olmasına bariz nümunədir.
34. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məmmədova Fatimə Akif qızı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, atası X30 rayonu, Həsənoğlu küçəsi 9 ünvanda yerləşən yaşayış binasının birinci mərtəbəsində 77,9 m² ölçüdə qeyri-yaşayış sahəsini onun üçün almaq qərarına gəlmiş və yerin İddiaçı məxsus olmasını öyrənmişdir. Ruslanın adından danışıqları Cavabdeh1 və Cavabdeh2 aparmışlar. Obyektin 111300 manata alınmasına razılaşmışlar. 25 yanvar 2017-ci il tarixdə 53 saylı Notariat Kontorunda alğı-satqı həyata keçirilmişdir. Atası 111300 manatı bank vasi təsilə satıcı İddiaçı ödəmiş və elə həmin zaman satıcı İddiaçı pulu şəxsən alaraq qeyri-yaşayış sahəsinə aid olan açarı atasına vermişdir. 14 iyul 2017-ci il tarixdə atası alınmış qeyri-yaşayış sahəsinə getmişdir. Həmin yerə çatdıqda görmüşdür ki, qapının üstünə elan vurulub ki, yer satılır və icarəyə verilir. Atası bu hala çox təəccüblənmişdir. Sonra açarla qapını açmaq istədikdə görmüşdür ki, qapı açılmır. Bu zaman elanda göstərilən telefon nömrəsini yığdıqda özünü Bayram kimi təqdim edən şəxs bildirmişdir ki, həmin yer 2010-cu ildən ona məxsusdur və ona aid olması barədə əlində çıxarışı vardır. Atası da qarşılığında bildirmişdir ki, bu yeri 25 yanvar 2017-ci ildə İddiaçı alğı-satqı yolu ilə qızı üçün almışdır. Lakin, Bayram yerin ona məxsus olduğunu və Ruslan adlı şəxsi tanımadığını, hə mçinin həmin yeri ona satmadığını bildirmişdir. Bundan bir neçə gün sonra isə Bayram şəhərə gəldikdə atası ilə görüşmüşdür və bildirmişdir ki, həmin yer 2010-cu ildən ona məxsusdur və həmin yeri 2016-cı ilin noyabr ayından İsmayıl və Əli adlı şəxslərə icarəyə vermiş, ancaq satmamışdır. Sonra isə yerin əvvəlki sahibi İddiaçılə əlaqə saxlayaraq bu barədə ona məlumat verdikdə Ruslan demişdir ki, həmin yeri 2017-ci ilin yanvar ayının 14-də 1 saylı ASAN Xidmət Mərkəzində alğı-satqı yolu ilə almışdır. Nərimanov Rayon Məhkəməsi X5 onunla İddiaçı arasında obyektin alğı-satqısına dair 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin, eləcə də onunla İddiaçı arasında Bakı şəhəri 53 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli al ğı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab olunmasına dair 21 dekabr 2017-ci il tarixdə qətnamə qəbul etmişdir. Məhkəmə həmçinin müəyyən etmişdir ki, barələrində prokurorluqda Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi istintaq olunan Cavabdeh1 və Cavabdeh2 tərəfindən X5 şəxsiyyət vəsiqəsi saxtalaşdırılmış, ölkədən kənarda saxta şəxsiyyət vəsiqəsi əsasında alınmış etibarnamə vasitəslə qeyri-yaşayış sahəsi İddiaçı satılmışdır, yəni sözü gedən obyekt X5 iradəsinə zidd olaraq mülkiyyətindən çıxmışdır. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onların apellyasiya şikayətlərini təmin etmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsini qismən dəyişərək, əqd üzrə İddiaçı ödənilmiş 111.300 manat pulun sonuncudan tutularaq ona qaytarılması qət olunmuşdur. Ali Məhkəmənin xx.xx.2018-cı il taixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Məhkəmə qətnaməsi icraya yönəldilsə də, İddiaçı qətnaməni icra etməkdən yayınmış, daha sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiasında cavabdehlərdən 111.300 manat maddi və 5000 manat mənəvi ziyan tutularaq ona verilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə o, həmin iş üzrə 3-cü şəxs kimi işə cəlb edilmişdir. İddiaçı iddiasına görə guya «satıcılar» Cavabdeh1 və Cavabdeh2 ona satılmış obyekti ucuz verdikləri üçün geri tələb etmişlər və o da razı olub və sonunculardan pulunu tələb etdikdə sonuncular tərəfindən əmlak ona satılmışdır. İddiaçı hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 1114.1-ci maddəsinə istinad edir. Həmin maddədən göründüyü kimi, başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göründüyü kimi, qanunun bu müddəası başqa şəxsin vurduğu zərərin əvəzini artıq ödəmiş şəxsin hüquqlarına dair müddəadır. İddiaçı ondan bank köçürməsi vasitəsi ilə 111.300 alması iş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunur. Həmin mötəbər sübutlara qarşı İddiaçı öz dost və tanışlarını «şahid» kimi məhkəməyə təqdim etməklə ona hələ də qaytarmadığı 111300 manatı Cavabdeh1 və Cavabdeh2 üzərinə qoymaq i stəyir. Məhkəmə cavabdehlərin həbsdə olduğunu əsas götürərək onların məhkəməyə gətirilərək dindirilməsinə dair vəsatəti təmin etməmişdir. Bu halı məhkəmənin çəkişmə prinsipini pozması kimi qiymətləndirir. Məhkəmənin belə mövqeyi təəssüf və təəccüb doğurur. İddiaçın faktiki olaraq heç bir maddi ziyan çəkmədiyi halda sonuncunun cavabdehlər Cavabdeh1 Fəxrədcin oğluna və Cavabdeh2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair» iddia ərizəsini əsassız varlanma cəhdi kimi qiymətləndirir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz. Nərimanov Rayon Məhkəməsi qətnamənin qanuniliyi və əsaslılığı, eləcə də qətnamə çıxarılarkən həll edilməli məsələlərə dair Azərbaycan Respublikası MPM-nin 217 və 218-ci maddələrinin tələblərini kobud şəkildə pozmuş, həmin Məcəllənin 385-ci maddəsində nəzərdə tutulan məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslara yol vermişdir. Yəni qətnamə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün taktiki halların araşdırılmaması ilə çıxarılmışdır.
35. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası (hakimlər X22 (sədrlik edən və məruzəçi), X9 və X28) 2(103)-48/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
36. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, cavabdehlər qeyd edilən cinayət əməli nəticəsində əsassız varlandıqlarına və iddiaçıya zərər vurduqlarına görə birinci instansiya məhkəməsi onlardan maddi zərər məbləğini tutmaqda haqlı olmuşdur.
37. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı mübahisələndirilən hissədə təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır.
38. Kollegiya öz mövqeyini əsaslandırarkən MM-in 21.1, 21.2, 1091.1, 1091.2ci maddələrinə, MPM-in 82.4-cü maddəsinə, «Azərbaycan Respublikası Mülki Məcəl ləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
39. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 2(103)-48/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məmmədova Fatimə Akif qızı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ona vurulmuş maddı ziyanı ödəmədən reqres qaydasında o məbləği 3-cü şəxslərdən tələb edə bilməzdi.
41. Kassa tor bildirmişdir ki, məhkəmə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 prosesdə iştirakını təmin etməmiş, həmin şəxslərin cəzaçəkmə müəssisəsində cəza çəkdiklərini bildiyi halda onların məhkəməyə gətirilmələrini təmin etmək üçün Penitensiar Xidmətə müraciət etməmişdir. Məhkəmə İddiaçı barəsində onun CM-nin 178.3.2.-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsində hazırda işə baxıldığını bildiyi halda həmin işin hazırkı mülki işlə bilavasitə bağlılığı olduğu halda cinayət işi üzrə yekun məhkəmə qərarı qəbul edilənədək işin icraatını dayandırmalı olduğu halda bunu etməmişdir.
42. Kassator bildirmişdir ki, atası X30 rayonu, Həsənoğlu küçəsi 9 ünvanda yerləşən yaşayış binasının birinci mərtəbəsində 77,9 kv.m. ölçüdə qeyri-yaşayış sahəsini onun üçün almaq qərarına gəlmiş və y erin İddiaçı məxsus olmasını öyrənmişdir. Ruslanın adından danışıqları Cavabdeh1 və Cavabdeh2 aparmışlar. Obyektin 111.300 manata alınmasına razılaşmışlar. 25 yanvar 2017-ci il tarixdə 53 saylı Notariat Kontorunda alğı-satqı həyata keçirilmişdir. Atası 111300 manatı bank vasitəsilə 2 dəfəyə (avans və əsas məbləğ) satıcı İddiaçı ödəmiş və elə həmin zaman satıcı İddiaçı pulu şəxsən alaraq qeyri-yaşayış sahəsinə aid olan açarı atasına vermişdir. Sonradan vətəndaş X19 həmin qeyri-yaşayış sahəsinə dair Dövlət Reyestrindən çıxarışı təqdim edərək atası tərəfindən onun üçün alınmış sahənin əsil mülkiyyətçisi olduğunu iddia etmişdir. Daha sonra Nərimanov Rayon Məhkəməsi saxta sənədlər əsasında X5 adından İddiaçı ilə obyektin alğı-satqısına dair 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzinin Qeydiyyat şöbəsi ndə bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin, eləcə də onunla İddiaçı arasında Bakı şəhəri 53 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab olunmasına dair 21 dekabr 2017-ci il tarixdə qətnamə qəbul etmişdir. Məhkəmə həmçinin müəyyən etmişdir ki, barələrində prokurorluqda Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi istintaq olunan Cavabdeh1 və Cavabdeh2 tərəfindən X5 şəxsiyyət vəsiqəsi saxtalaşdırılmış, ölkədən kənarda (Ukrayna Respublikasında) saxta şəxsiyyət vəsiqəsi əsasında alınmış etibarnamə vasitəsi ilə qeyri-yaşayış sahəsi İddiaçı satılmışdır. Ona bildirmişlər ki, guya X11, oradan çıxışı qadağan edildiyi üçün əmlakının satılmasına etibarnamə vermişdir. Beləl iklə, sözügedən obyekt X5 iradəsinə zidd olaraq mülkiyyətindən çıxmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qismən dəyişilərək, əqd üzrə İddiaçı ödənilmiş 111.300 manat pulun sonuncudan tutularaq onlara qaytarılması qət olunmuşdur. Ali Məhkəmənin xx.xx.2018-cı il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Məhkəmə qətnaməsi icraya yönəldilsə də, İddiaçı qətnaməni icra etməkdən boyun qaçırmış, daha sonra faktiki olaraq heç bir ziyan çəkmədiyi halda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə mürac iət etmişdir. İddiasında cavabdehlərdən 111300 manat maddi və 5000 manat mənəvi ziyan tutularaq ona verilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə marağlarına toxunduğu üçün həmin iş üzrə 3-cü şəxs kimi işə cəlb edilmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə İddiaçı 111.300 manatın tutularaq ödənilməsinə dair icra işinin icraatı sonuncunun ərizəsi əsasında məhkəmə qərardadı ilə dayandırılmışdır.
43. Kassator daha sonra qeyd etmişdir ki, İddiaçı iddiasına görə «satıcılar» Cavabdeh1 və Cavabdeh2 ona satılmış obyekti (cinayət yolu ilə əldə edilmiş əmlakı) ucuz verdikləri üçün geri tələb etmişlər və sonunculardan pulunu tələb etdikdə razılaşıb obyekti 3-cü şəxsə - Akif Məmmədova satmışlar. İddiaçı iddiasının hüquqi əsası kimi Azərbaycan R espublikası Mülki Məcəllənin 1114.1-ci maddəsinə istinad etmişdir. Həmin qanun normasının məzmunundan göründüyü kimi, başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göründüyü kimi, qanunun bu müddəası başqa şəxsin vurduğu zərərin əvəzini artıq ödəmiş şəxsin hüquqlarına dair müddəadır. İddiaçı atası Akif Məmmədovdan bank vasitəsi ilə 111300 manat alması iş materiallarına əlavə edilmiş notarial sənədlərlə təsdiq olunur. Həmin mötəbər sübutlara qarşı İddiaçı öz dost və tanışlarını «şahid» kimi məhkəməyə təqdim etməklə atasına hələ də qaytarmadığı 111300 manatı Cavabdeh1 və X1 üzərinə qoymağa cəhd göstərir. Apellyasiya Məhkəməsi mülki prosesin təməl prinsipi olan «Çə kişmə prinsipini» pozmuş, işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxmış, onların cəzaçəkmə müəssisəsində olduğunu bildiyi halda, prosesdə iştirakını təmin etməmiş, qətnamədə qeyd etmişdir ki, «məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər( ???). Kollegiya işə cavbdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir ». Həqiqət isə ondan ibarətdir ki, İddiaçı əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi üçün əmlaka görə ödədiyi 65000 manat pul vəsaitini və çəkdiyi əlavə xərcləri geri qaytarmaq xatirinə bu xüsusatları atasından gizlətmiş, cəmi 4 gün ərzində (xx.xx.2017-ci il tarixdə) əmlakın yeni mülkiyyətçisi olmasına dair çıxarışı əldə edərək onun te zliklə (xx.xx.2017-ci il tarixdə) atası Akif Məmmədova satılaraq öz vəsaitinin geri qaytarılmasına nail olmuşdur. İddiaçı faktiki olaraq heç bir maddi və mənəvi ziyan çəkmədiyi halda sonuncunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair» iddia ərizəsini əsassız varlanma və artıq icrası məcburu olan məhkəmə qətnaməsinin icra etməmək cəhdi kimi qiymətləndirir. Mülki işdəki sənədlərdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 1(101)-75/2021 saylı hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2,29,178.3.2, 320.1, 320.2 və 326.1-ci maddələri və Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinmişlər. Həmin məhkəmə hökm ü ilə müəyyən edilmişdir ki, Cavabdeh1 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Cavabdeh2 və İddiaçı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib, X5 mülkiyyətində olmaqla özünün saxta sənəd əsasında dayısı Cavabdeh2 vasitəsilə İddiaçı dələduzluq yolu ilə əmlakını ələ keçirmək məqsədilə satdıqları ünvan 1 Məmmədovaya 111.300 manata satılması ilə əlaqədar İddiaçılə etibarnamə əsasında nümayəndə qismində çıxış edən atası Akif Məmmədov arasında bağlanmış eyni tarixli alqı-satqı müqaviləsi əsasında, sonuncu tərəfindən, beh müqaviləsi üzrə ödəniş (37.100 manat) nəzərə alınmaqla, 74.200 manat pul vəsaiti həmin notariusun qeyd edilən depozit hesabına yerləşdirildikdən sonra həmin gün İddiaçı vasitəsilə qeyd edilən məbləği də həmin hesabdan çıxarıb götürməklə, əldə etdikləri cəmi 111300 manat məbləğində pul vəsaitinin 69.835 manatını İddiaçı özünə götürdükdən sonra qalan 41465 manatı ondan alıb Cavabdeh2lə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, onlara məxsus 111300 manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər.
44. Kassator həmçinin bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxslər Cavabdeh1, Cavabdeh2 və X4 müdafiəçisi tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 1(101)-75/2021 saylı hökmündən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, zərəçəkmiş İddiaçı tərəfindən verilmiş apellyasiy a şikayəti qismən təmin edilərək, hökm Cavabdeh2 İddiaçı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girməsi” hissəsində dəyişdirilmiş, “Cavabdeh2 İddiaçı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib” epizodu ittihamdan xaric edilmiş, bununla əlaqədar olaraq hökmdə nəzərdə tutulmuş həmin epizod “Cavabdeh2 qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə giribcümləsi kimi oxunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, cinayət işi materiallarından və birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi birinci instansiya məhkəməsi cinayət işi üzrə zərərçəkmiş şəxs İddiaçı həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsini qarşılıqlı şəkildə araşdıraraq belə nəticəyə gəlmişdir ki, Cavabdeh2 İddiaçı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girmişdir. Məhkəmə kollegiyası ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin zərəçəkmiş şəxs İddiaçı təqsirləndirilən şəxs Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək əlbirlik etməsinə dair qeyd edilən mövqeyi ilə razılaşmayaraq bildirir ki, İddiaçı hazırki iş üzrə zərərçəkən şəxs statusu verilmiş şəxsdir, ittiham aktında və birinci instansiya məhkəməsinin hökmündə onun təqsirləndirilən şəxs Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməsini qeyd edərək əlbirlik etməsinin gö stərilməsi, onun zərərçəkən şəxs stasusunu şübhə altına almış olur. Hazırki vəziyyətdə məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusunu müqayisəli şəkildə qiymətləndirərək belə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən qeyd olunan cinayət işi üzrə Cavabdeh2 İddiaçı ilə qeyd edilən epizodda əlbirliyinin göstərilməsi nəticəsinə gəlinməsi cinayət qanunvericiliyinin tələblərinə uyğun olmamışdır. Fikrimizcə, Apellyasiya Məhkəməsinin bu qənaəti heç bir halda İddiaçı cinayətin iştirakçısı olmasını istisna etmir və onun mülki və cinayət məsuliyyətdən yayınması üçün əsas ola bilməz. Aydındır ki, eyni cinayət işi üzrə icraatda zərəçəkən kimi keçən İddiaçı həm də növbəti digər epizod üzrə təqsirləndirilən şəxs kimi tanınması cinayət prosesual qanunvericiliklə yolverilməz hesab edil diyindən onun barəsindəki cinayət təqibinə dair iş materialları haqlı olaraq istintaq orqanı tərəfindən başqa icraata ayrılmışdır. Qeyd edilməlidir ki, İddiaçın məhkum olunmuş həmin şəxslərlə əlbir olaraq X17 qarşı dələduzluq əməli törədərək ona 111300 manat maddi ziyan vurması ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi hazırda eyni məhkəmənin (məruzəçi hakim İlham Mahmudov) icraatındadır. Həmin cinayət işinin ilkin istintaqı zamanı İddiaçı şahid qismində dindirilərkən dəfələrlə verdiyi izahat və ifadələrdə də göstərmişdir ki, 2017-ci ilin yanvar ayının ortalarında qeyri-yaşayış sahəsinin qarşısında "xxxx" ASC-nin Nərimanov RETSİ-nin nəzarətçi-mühəndisi qismində ərazidə xidmət göstərən X2 rast gəlmiş, söhbət zamanı so nuncudan obyektin əsil sahibinin Bayram Abbasov olduğunu bilmiş, X32 və İsmayılın dediyi kimi, heç də ölkə xaricində (Ukraynada) olmadığını öyrənmiş, aldadılmaqla obyektin ona satıldığını başa düşərək pulunu geri tələb etmiş, bu məqsədlə cinayət yolu ilə əldə edilmiş əmlakın öz növbəsində 3-cü şəxsə etibarnamə əsasında məni təmsil edən Akif Məmmədova satılmasına razılıq verərək ondan əsil həqiqəti gizlədərək cinayətin törədilməsinə yardım etmişdir. X10 və X19 da istintaqa İddiaçı həmin hissədə ifadəsini təsdiq edən ifadələr vermişdir. Məlumdur ki, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə icraat dayandırılması imperativ normadır ( MPM-nin 254.1.4.-ci maddəsi). Lakin Bakı Apellyasiya Məhkəməsi qanunun bu tələbinə əməl etməyərək İddiaçı təqsirləndirilməsinə dair cinayət işinə nəticə verilməsini gözləməmək qərarına gəlmiş, bununla da məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, həmin prosessual hüquq normasının tətbiq edilməməsi düzgün qətnamə qəbul edilməməsinə yol açmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazında göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsini n dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
46. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın
47. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
48. Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabı na əmlak əldə etsin
49. Maddə 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
50. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
51. Maddə 1114.2. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğu n məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
52. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər.https://www.e-qanun.az/framework/46945
54. Maddə 57.2. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddian ın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
57. MPM-nin 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-ol maması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
58. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
59. Maddə 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraatı dayandırmalıdır.
60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
61. Maddə 416.1. Kassasiya in stansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəm ələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı kassasiya şikayətində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məmmədova Fatimə Akif qızı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, maddi hüqu q normaları düzgün təfsir edilməmişdir.
66. MPM-in 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər.
67. İşin hallarından aydın olur ki, birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər və həmin məhkəmə tərəfindən cəlb edilmiş, hazırkı kassasiya şikayəti verən 3-cü şəxs apellyasiya şikayəti vermişlər. F.Məmmədova birinci instansiya məhkəməsi tərəfindən müstəqil tələblər i rəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş və onun apellyasiya şikayəti icraata qəbul edilərək mahiyyəti üzrə baxılmışdır.
68. Qeyd edilməlidir ki, üçüncü şəxs birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində dəlil olaraq göstərmişdir ki, İddiaçı iddiasının hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 1114.1-ci maddəsinə istinad etmişdir. Həmin qanun normasının məzmunundan göründüyü kimi, başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göründüyü kimi, qanunun bu müddəası başqa şəxsin vurduğu zərərin əvəzini artıq ödəmiş şəxsin hüquqlarına dair müddəadır.
69. Baxılan işin halları baxımından aydın olunur ki, qanuni qüv vədə olan qətnamə ilə iddiaçıdan tutulmalı olan məbləğ İddiaçı tərəfindən F.Məmmədovaya ödənilmişdir. Belə olan halda məhz 3-cü şəxsin həm apellyasiya və həm də kasassiya şikayətində göstərdiyi dəlilin (alğı-satqı müqaviləsinin icrası ilə bağlı ödənilmiş məbləğ 3-cü şəxsə geri ödənmədiyindən iddiaçı tələb irəli sürülməsi üçün subyektiv hüquqa malik deyil) əsaslı olması müəyyən olunur.
70. Qeyd edilməlidir ki, digər apellyasiya şikayətinin dəlilləri ilə eyni olan 3-cü şəxsin dəlilinin araşdırılması təmin olunmalı olduğu halda apellyasiya instansiyası məhkəməsi bununla bağlı heç bir araşdırma aparmamış və birinci instansiya məhkəməsinin gəldiyi nəticəsini təkrarlamaqla kifayətlənmişdir.
71. Bununla yanaşı qeyd edilməlidir ki, baxılan iş üzrə iddiaçı olan İddiaçı barəsində cinayət işi ayrılmı ş və cinayət işinə məhkəmədə baxılmaqdadır. Cavabdeh1 və Cavabdeh2 barəsində olan cinayət işi məhkəmənin icraatında olduğu üçün baxılan işin icraatı həmin iş üzrə məhkəmə aktının qanuni qüvvəyə minməsinədək dayandırılmışdır.
72. Müəyyən olunduğu kimi İddiaçı və digərlərinin barəsində olan cinayət işi artıq yekunlaşmış cinayət işindən ayrıldığından və həmin cinayət işi üzrə müəyyən olunacaq hallar (iddiaçının subyektiv hüququnun olması, artıq qanuni qüvvədə olan məhkəmə aktı ilə ödənilmiş məbləğin İddiaçı tərəfindən ödənilib-ödənilməməsi, alqısatqı müqaviləsi üzrə ödənilmiş məbləğin kimin tərəfindən götürülməsi və saxlanması) baxılan iş üçün əhəmiyyətlidir.
73. Cinayət işi üzrə yekun məhkəmə aktının qanuni qüvvəyə minməsinədək baxılan işin dayandırılması ilə bağlı dəlilə münasibətdə qeyd ed ilməlidir ki, apellyasiya icraatı zamanı vəsatət müzakirə olmuş, lakin işə baxan məhkəmə verilmiş vəsatətlə bağlı hər hansı bir qərar qəbul etməmiş, vəsatəti həll olunmamış saxlanmışdır.
74. Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. 75. “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında gös tərilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar).”
76. Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, “məhkəmə” üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır.
77. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1114.1-cü maddəsini göstərmiş, işə baxan məhkəmələr də həmin normaya istinad etmişlər. Həmin normaya görə, başqa şəxsin (qulluq, m ənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
78. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlər nəzərə alınmaqla işə baxan məhkəmə iddiaçı tərəfindən pul məbləğinin 3-cü şəxsə ödənilibödənilməməsini müəyyən edilməli və bundan sonra həmin normanın dispozisiya şərtlərinin mövcud olub-olmamasına qiymət verməlidir. Bu qiymətləndirməyədək isə iddiaçı barəsində digər məhkəmənin icraatında olan cinayət işi üzrə qəbul olunacaq məhkəmə aktının qanuni qüvvəsini alanadək baxılan işin icraatının dayandırılması mümkünlüyü müzakirə edilməsi zəruri olmuşdur.
79. Məhkəmə kollegiy ası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi 3-cü şəxsin apellyasiya şikayətinin dəlillərinə qiymət verməyərək düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmiş prosessual və maddi hüquq pozuntularına yol vermişdir.
80. Qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
81. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs Məmmədova Fat imə Akif qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-48/2022 nömrəli iş üzrə 05 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.