Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5722/2019 30.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, iddiaçının vəkili X3, cavabdehin nümayəndəsi X4, vəkili X5, 3-cü şəxsin nümayəndəsi X1 və vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi il ə (hakim F.Abdıyev, iş № 2(005)-xx) İddiaçı cavabdeh X7 qarşı (3-cü şəxs - X8) “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Həmin qətnamədən cavabdeh X7 və üçüncü şəxs X8 apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov-sədrlik edən və məruzəçi, T.Səmədov və E.Kazımov, iş № 2(103)-xx/18) cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh X7 və üçüncü şəxs X8 kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx xxx 2018-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əliyev-sədrlik edən və məruzəçi, A.Kalbalıyev və G.Quliyev, iş № 2(102)xx/2018) cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin kassasiya şikayətləri təmin olunaraq Bakı Apellyasiya Məhkəməsi MK-nın xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev-sədrlik edən və məruzəçi, X.Mərdanova və E.Həsənov, iş № 2(103)-xx/19) cavabdeh X7 və üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilərək, Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh X7 qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi” tələb inə dair iddiası təmin olunmamışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7nin xx xxx 2017-ci il tarixli, xx saylı əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun öz vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7nin “Əmək müqaviləsinin ləğvi barədə" 05.10.2017-ci il tarixli, xx saylı əmri ilə o, Bakı şəhəri xx nömrəli tam orta məktəbin direktoru vəzifəsindən “vəzifə funksiyalarının və əmək müqaviləsi üzrə öhdəlikl ərin yerinə yetirilməməsi" motivi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx xxx 2017-ci il tarixdən azad edilmişdir. Həmin əmrin verilməsinə “Əsas” qismində "Aparat rəhbərinin müavininin xidməti məlumatı, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 14.04.2017-ci il tarixli, 197-02/10 nömrəli məktubu, Bakı şəhəri xx nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin razılığı, digər aidiyyəti sənədlər" göstərilmişdir. Onunla bağlanmış əmək müqaviləsinin ləğvi qanunvericiliyin tələbləri pozulmaqla aparıldığına, habelə digər əsaslara görə cavabdehin əmri ilə razı deyil və onu düzgün hesab etmir. Buna baxmayaraq, sözügedən halda tərəfindən hansı əmək funksiyasının və ya əmək müqaviləsi üzrə konkret olaraq hansı öhdəliyin yerinə yetirilməməsi, yaxud da Əmə k Məcəlləsinin 72-ci maddəsində sadalanan hansı hala yol verilməsi əmrdə göstərilməmişdir. Bundan əlavə Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində sadalanan hallara tərəfindən ümumiyyətlə yol verilməmiş, digər tərəfdən isə mübahisəli əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Həmçinin, ondan yazılı izahat ümumiyyətlə tələb edilməmişdir və ona məlum olan odur ki, o, məktəbin nəzdində fəaliyyət göstərən qiyabi qruplarla bağlı 03 fevral 2017-ci il tarixdə Daxili nəzarət sektoru tərəfindən aparılan araşdırmanın nəticələrinə görə işdən azad edilmiş, lakin konkret olaraq onunla əmək müqaviləsinin ləğvini zəruri edən məhz hansı pozuntuya görə işdən azad edilməyi barədə ona nə deyilmiş, nə də ki, izahat alınmışdır. Göründüyü kimi, barəsində mübahisəli əmr ve rilərkən yuxarıda şərh edilən normaların tələbləri pozulmuşdur. Əgər o, hər hansı hüquqa zidd hərəkətlərə yol vermişsə, həmin hərəkətlərin tərəfindən nə vaxt törədildiyi göstərilməmişdir ki, bu halın özü də əmrin hüquqi baxımdan düzgün olmadığına dəlalət edir. Əmrin əsassızlığına dəlalət edən digər hal ondan ibarətdir ki, o həmkarlar ittifaqının üzvü olmasına baxmayaraq, məsələyə onun iştirakı ilə məktəbin həmkarlar ittifaqı komitəsində faktiki və real olaraq baxılmamış və nəticədə saxta rəy verilmişdir. Digər tərəfdən, onu bilavasitə işəgötürən hüquqi şəxs X7 olduğu halda, digər təşkilat, yəni X9 təqdimat vermiş, sonuncu isə həmin təqdimatı Azərbaycan Təhsil İşçiləri X6 Binəqədi rayon komitəsinə göndərmişdir. Göründüyü kimi, onunla bağlanmış əmək müqaviləsinin ləğvinə dair verilmiş əmr əm ək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan, eləcə də əmək müqavilələrinə xitam verilərkən işçilərə verilən təminatlar, habelə Əmək Məcəlləsinin digər müvafiq tələbləri pozulmaqla verilmişdir ki, belə olan halda həmin əmr məhkəmə qaydasında ləğv edilməlidir. Bununla yanaşı, o, işdən çıxarılmazdan və əmri verilməzdən əvvəl nə X8 direktoru, nə cənab nazir, nə də ki, əmrini vermiş nazir müavini tərəfindən qəbul edilməmiş və dinlənilməmişdir. O, heç vaxt əmək funksiyalarını pozmamış, əksinə üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmişdir. Belə ki, onun 30 il pedaqoji stajı var. Bakı şəhəri xx nömrəli tam orta məktəbin direktoru vəzifəsinə 2009-cu ildə təyin edilmiş və ilk günlərdən də “Ümumtəhsil məktəblərinin nümunəvi Əsasnaməsinə və təhsil müəssisəsinin Nizamnaməsinə əsa sən məktəbin fəaliyyətini idarə etməyə başlamışdır ki, az müddət sonra bütün bunlar öz nəticəsini vermiş, pedaqoji kollektivin təlim-tərbiyə işinin və tədrisin səmərəliliyi artmış, bütün mərhələlərdə təlim-tərbiyə prosesi təşkil edilmiş, şagirdlərin fənn olimpiadalarına və digər bilik yarışlarında, xüsusi qabiliyyət tələb olunan tədbirlərə cəlb edilməsi sahəsində məqsədyönlü iş aparılmış, şagirdlərin dərin və keyfiyyətli bilik almaları, təlim-tərbiyə işlərinin məzmunlu və səmərəli aparılması həyata keçirilmiş, icbari orta təhsilin həyata keçirilməsi təmin edilmiş, pedaqoji kollektivdə sağlam mənəvi-psixoloji iqlimin yaradılmasına nail olunmuş, məktəb kollektivinin müxtəlif idman, bilik, vətənpərvərlik və digər kütləvi tədbirlərdə iştirakı yüksək səviyyədə təmin edilmişdir. Məktəbin fəaliyy ətinin yaxşılaşdırılması, təhsilin və təlim-tərbiyə işinin gücləndirilməsi istiqamətində nailiyyətlər əldə edilmişdir. Məhz bütün bu fəaliyyətin nəticəsidir ki, o, direktor təyin ediləndə məktəbdə cəmi 680 şagirdi olmuş, sonra isə onların sayı 1190 nəfərə çatmışdır. Hər il ali məktəblərə daxil olan məzunların faiz dərəcəsi 50 faizi keçmiş, habelə 600-dən yuxarı bal toplayan məktəb məzunlarının sayı 8-10 nəfərə çatmış və məktəb tələbə qəbulunun nəticələri üzrə ən öndə gedən məktəblərdən biri olmuşdur ki, TQDK-nın hər il kitabça şəklində nəşr etdiyi məcmuədə 307 məktəbin içərisində adı yaxşılar sırasına daxil edilmiş 30 məktəbdən biri olmuşdur. 2009-cu ildən, yəni direktor təyin ediləndən Binəqədi rayonu 8 saylı Dairə üzrə 29 saylı seçki məntəqəsinin sədri olmuşdur. Bütün bunlara baxmayara q o, qərəzli şəkildə, yəni ona deyilənlərə görə “məktəbin nəzdindəki qiyabi qrupların fəaliyyətində nöqsanlara yol verilməsi” bəhanəsi ilə işdən azad edilmişdir. Hansı ki, əvvəla həmin qruplara görə məsul şəxs müəllim Elmira Mütəllimova olmuşdur ki, o da işdən azad edilmişdir. Qiyabi qruplarla bağlı yazılan arayışdan da görünür ki, həmin arayış qərəzli yazılmış və qiyabi təhsilin məqsəd və məramına zidd olmaqla “savadsızlığın aradan qaldırılması” prinsipindən çox-çox uzaqdır. Bu, təkcə bir faktla təsdiq edilir ki, yoxlama zamanı qiyabi qruplara “qanunsuz götürülmüş” hesab edilərək komissiya tərəfindən təhsildən kənarlaşdınlan 26 şagird 5 aydan sonra eksterna yolu ilə imtahan verərək attestat almışlar. Həmin yoxlamanın “qərəzli” olduğuna dəlalət edən digər fakt odur ki, bir neçə ay əvvəl, y əni 2016-cı ildə Maliyyə Nazirliyi tərəfindən məktəbdə yoxlamalar getmiş, qiyabi qruplar üzrə heç bir pozuntu aşkar edilməmiş və tərtib edilmiş təmizlik arayışı X7nə təqdim olunmuşdur. Qeyd edilməlidir ki, hələ işdən çıxarılmazdan təxminən 6 ay əvvəl o, özü və qiyabi qruplar üzrə bir neçə müəllim və şagird Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış araşdırmada dindirilmiş və aparılan araşdırma zamanı qiyabi qruplar üzrə tədrisin keçirildiyi, qrup üzrə şagirdlərin aldıqları təhsilin müqabilində attestatla təmin olunduqları, qiyabi qrupların fəaliyyəti ilə bağlı hər hansı mühüm zərərin, eləcə də maddi zərərin vurulmadığı və əməldə cinayət tərkibinin olmadığı müəyyən edilmiş, habelə orta məktəblərdə qiyabi qruplar üzrə tədrisin tənzim lənməsini təmin edən normativ xarakterli aktların (yəni sözügedən halda 03 fevral 2017-ci il tarixdə Daxili nəzarət sektoru tərəfindən aparılan yoxlama zamanı rəhbər tutulan keçmiş Maarif Nazirliyinin “Gündüz ümumtəhsil məktəblərinin bazasından axşam sinifləri və qiyabi qruplar haqqında” 28 iyul 1993-cü il tarixli, 55 nömrəli Əsasnaməsi müasir hüquq münasibətlərini tənzimləmədiyi göstərilmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq ol unmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili R.İbrahimov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi R.Hüseynov, vəkili H.Cəlilov, 3-cü şəxsin nümayəndəsi E.Cəfərov və vəkili V.Mehrəliyev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Ba kı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iş üzrə iddianın rədd olunması barədə yeni qətnamə çıxararkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı xx nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışmış, 03 fevral-13 fevral 2017-ci il tarixlərində həmin məktəbin nəzdində fəaliyyət göstərən qiyabi qrupların fəaliyyəti ilə bağlı Daxili nəzarət sektoru tərəfindən araşdırma aparılmış və araşdırmanın nəticələrinə dair xx xxx 2017-ci ildə Arayış tərtib edilmişdir. Araşdırma nəticəsində İddiaçı tərəfindən bir sıra qanun pozuntularına (bəzi şagirdlərə saxta qiymətlərin yazılması və TQDK-ya göndərilməsi; əmr kitabında verilmiş əmrlərin bəzi hallarda məzmun və məntiqi cəhətdən düzgün yazılmaması; 2016-cı ildə 24 nəfərin adına yazılmış attestatların sahibləri tərəfindən götürülməyərək məktəbdə saxlanması və s.) yol verilməsi öz təsdiqini tapmışdır. Faktla əlaqədar olaraq Nazirlik tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilmişdir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müvafiq araşdırma aparılmış və xx xxx 2017-ci ildə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərar qəbul olunmuşdur. Qərarda göstərilmişdir ki, 2015/2016-cı tədris ilində xx nömrəli tam orta məktəbin nəzdində fəaliyyət göstərən qiyabi qruplara şagirdlərin qəbulu, dərsləri n tədris edilmə və qiymətləndirilmə prosedurlarının pozulması, şagirdlərin biliklərinin yetərincə qiymətləndirilməməsi, jurnalların qüsurlu tərtibatı ilə bağlı pozuntu halları aşkar edilməsinə baxmayaraq bununla bağlı hər hansı mühüm zərər, eləcə də maddi zərərin vurulması halı müəyyən edilməmişdir; bu səbəbdən də cinayət işinin başlanılması rədd edilmişdir. X7nin xx saylı, 5 oktyabr 2017-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işgötürən tərəindən ləğv edilə bilər. Həmin Məcəlləyə əsasən Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun (maddə 71.2); İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (71.3). Bu Məcəllənin 70-ci ma ddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir (maddə 80.1). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir (maddə 80.2) İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazıl ı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir (maddə 187.1). İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir (maddə 187.2). İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir ( maddə 187.3). Bakı şəhəri xx nömrəli tam orta məktəbin nəzdində fəaliyyət göstərən qiyabi qruplarla bağlı aparılan araşdırmanın nəticələrinə dair xx xxx 2017-ci il tarixli arayışda “X7nin 28 iyul 1993-cü il tarixli 55 nömrəli “Gündüz ümumtəhsil məktəblərinin bazasındakı axşam sinifləri və qiyabi qruplar haqqında” Əsasnaməsinə istinadən göstərilir ki, şagirdlər axşam siniflərinə şəxsi ərizəsi, əsas təhsil haqqında şəhadətnaməsi, sinifdən-sinfə keçirilməsinə dair qiymət cədvəli, orta ixtisas tədris müəssisəsindən akademik arayış, ümumtəhsil fənləri üzrə dinlənilmiş saatların miqdarı göstərilməklə orta texniki peşə məktəbindən qiymət cədvəli, yaşayış yerindən arayış və bir qayda olaraq qüvvədə olan əmək qanunvericiliyindən nəzərdə tutulmuş yetkinlik yaşına çatanların iş yerindən arayışı əs asında qəbul edilirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 04 aprel 1997-ci ildə qeydə alınmış (qeydiyyat № 40) Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-ixtisas sorğu kitabçası ilə müəyyən edilmiş ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları - məktəbin fəaliyyətini idarə etmək; bütün mərhələlərdə şagirdlərin dərin və keyfiyyətli bilik almalarını, təlim-tərbiyə işlərinin məzmunlu və səmərəli aparılmasını həyata keçirmək, kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasında məsuliyyət daşımaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsinə əsasən sinif jurnalı məktəbin tədris-pedaqoji sənədlərinə daxildir, məktəbin direktoru və onun təlim- tərbiyə işi üzrə müavini sinif jurnallarının saxlanmasını təmin edir və onun aparılmasının üzərində müntəzəm nəzarəti həyata keçirir.” qeyd edilməklə həmin aktlar fonunda məktəbin fəaliyyətindəki kobud nöqsanlar geniş və əhatəli şəkildə göstərilmişdir (i.v.-125). Nazirliyin aparat rəhbəri müavini X11 X7 nazirinə ünvanlanmış xidməti məlumatından görünür ki, vəzifə səlahiyyətlərini aşaraq, əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara görə, Bakı şəhəri xx nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi təklif edilmişdir (i.v.-75). Azərbaycan Təhsil İşçiləri X6 Binəqədi rayon Komitəsi tərəfindən Bakı şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış 79 nömrəli, 04 aprel 2017-ci il tarixli məktubdan görünür ki, Həmkarlar İttifaqı tərəfindən xx nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv olunmasına razılıq verilmişdir. İş materiallarında olan xx xxx 2017-ci il tarixli Aktda İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsinə dəvət olunması və xx xxx 2017-ci il tarixli arayışla tanış olaraq izahat yazmasının təklif edildiyi, lakin iddiaçının bundan imtina etdiyi öz əksini tapmışdır (i.v.-72). Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10, X11 və X12 ifadələrində xx xxx 2017-ci il tarixli arayışda və xx xxx 2017-ci il tarixli aktda qeyd olunanlar müəyyən şəkildə özünü ehtiva etdiyindən həmin sənədlərin həqiqiliyi təsdiqlənmişdir. Həmçinin, iddiaçı məlum arayışla tanış olmaq istədiyini, lakin həmin arayışın ona təqdim edilmədiyini bildirsə də, bununla bağlı hər hansı müraciətini məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, İddiaçı İdarəyə məhz izahat almaq məqsədilə çağırılmışdır. Daha sonra apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, G.Hüseynovanın 03.04.-08.04.2017-ci ildə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət alması müvafiq iclasın keçirilmədiyini deməyə əsas vermir. Nəzərə almaq lazımdır ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsi şəxsin fəaliyyət qabiliyyətinə malik olmaması mənasına gəlmir. İşin mübahisəsiz halıdır ki, xəstəlik vərəqəsi xx xxx 2017-ci il tarixdə açılmışdır və G.Hüseynovanın həmin iş gününün bir qismində məktəbdə olması da mümkündür və inkar edilmir. Bu mənada, nəzərə almaq lazım dır ki, 03.04.2017-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi rayonu xx nömrəli məktəbin Həmkarlar İttifaqı komitəsinin 10 saylı iclası Gülarə Hüseynovanın sədrliyi ilə keçirilmiş, onun, katibin və ittifaq üzvlərinin tərəfindən də imza edilmişdir. Həmçinin, iddiaçı 24 aprel 2017-ci il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərarda işəgötürənə maddi zərərin vurulması halının müəyyən edilmədiyinin əks olunmasından çıxış etməklə əmək müqaviləsinə xitam verilməsi zamanı ƏM-nin tələbinin pozulduğu nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi buna münasibətdə ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsini nəzərə almaqla qeyd etmişdir ki, işçi ilə bağlanmış əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilə bilməsi üçün onun yol verdiyi pozuntunun konkret mənfi nəticələrə (əmək və icra intizamının normal ahənginin pozulmuş olması və ya zərərin vurulmuş olması) səbəb olması tələb edilir. Maddədəki “zərər” ifadəsi “maddi zərər” olaraq qəbul edilməməlidir və maddədə mənfi nəticə dedikdə, yalnız zərər vurulması deyil, həm də əmək və icra intizamının normal ahənginin pozulmuş olmasının başa düşüldüyü öz əksini tapmışdır. Digər tərəfdən, İddiaçı tutduğu vəzifənin xüsusiyyəti onu deməyə əsas verir ki, onun yol verdiyi pozuntular maddi zərərə səbəb olmasa belə, təhsil sisteminin nüfuzuna və dövlət tərəfindən təminat verilən təhsil hüququna zərər verə biləcək xarakterlidir. Belə ki, Bakı şəhəri xx nömrəli tam orta məktəbin nəzdində fəaliyyət göstərən qiyabi qruplarla bağlı aparılan araşdırmanın nəticələrinə dair xx xxx 2017-ci i l tarixli arayışda 2016-cı ilin mart, aprel və may aylarında Xİİ qiyabi qrupa qəbul edilmiş şagirdlərin tədris ili ərzində hər fəndən 4 dəfə zaçot verməli olduğu halda, həmin şagirdlərdən bir və ya iki dəfə zaçot qəbul edilərək tədris proqramını tam yerinə yetirməyərək bilikləri qiymətləndirilmişdir; “Şagird-məzun” sistemində Xİ qiyabi qrup üzrə bəzi şagirdlərə saxta qiymətlər yazılmış və TQDK-ya göndərilmişdir; bəzi şagirdlərin imtahana buraxılması barədə müvafiq əmrdə qeyd olunmadığı halda, tam orta təhsil haqqında attestatların verilməsi barədə əmrdə həmin şagirdlərin adları qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, təhsil sisteminə dövlət tərəfindən nəzar ət edilir. “Təhsil haqqında” qanunun 4.0-ci maddəsinə görə Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağıdakılardır: Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək; milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq; sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ict imai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq. Baxılan iş üzrə iddiaçının vəzifə borcunu (öhdəliklərini) lazımınca yerinə yetirməməsi nəticəsində işin normal ahənginin pozulduğu müəyyən edilir. Qeyd olunanlar kontekstində apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, cavabdeh təşkilatın mübahisələndirilən əmri qanunvericiliyə uyğun olmaqla, onun ləğv edilməsi üçün əsas mövcud deyildir, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı səhv nəticəyə gəlmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia tələbi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq e dilməməsi qətnamənin ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazla rının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqla rı faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, lakin cavabdeh tərəf həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, h əm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yo x, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kas sasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli 2(103)xx/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5722/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5722/2019
30.08.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver