Məhkəmə qərarları › İş №2(102)-573/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-573/2021

09.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-573/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı1 İddiaçı: İddiaçı2 İddiaçı: İddiaçı3 Cavabdeh: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi Cavabdeh: Qax rayon Dövlət Notariat ofisi Cavabdeh: Cavabdeh3 Cavabdeh: Cavabdeh4 Fizuli qızı İddia tələbi: DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına xx.xx.2006-cı il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın və həmin torpaq sahəsinin bir hissəsinin Cavabdeh4 bağışlanması ilə əlaqədar Qax rayon DNK-nın xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinin, Cavabdeh3 adına verilmiş xx xxxxxxx 2006-cı il tarixli ********* saylı hü quqların dövlət qeydiyyatı haqqında DƏDRX çıxarışının və Cavabdeh4 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-nin xx.xx.2011ci il tarixli, ********** saylı çıxaırışın ləğv edilməsi Açar sözlər: çıxarışın ləğvi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh3 vəkili Nümayəndə1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1084/2020 nömrəli iş üzrə 24 iyul 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021ci il tarixdə Ali Məhkəmənin binas ında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: -Qax rayon Dövlət Arxivinin verdiyi xx xxxxxx 2006-cı il tarixli, 331 saylı Qax rayon İlisu kənd “Kirov” adına kolxozun qaytanlanmış torpaq kitabından Arxiv çıxarışından görünür ki, Ramazanova İmamət Şəfi qızına 0.12 və 0.01 ha torpaq sahəsi verilmişdir. -fərdi yaşayiş fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Qax rayonu İlisu kəndində yerləşən fərdi yaşayış evinin hüquq subyekti Cavabdeh3dur. -171 saylı Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Qax rayon XDS İK-nin xx xxxx 1988-ci il tarixli, 12 nömrəli protokol qərarına əsasən X10 X20 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən № 171 saylı Qeydiyyat Vəsiqəsi ve rilmişdir. -Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, həmin sənəd Qax rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 1998-ci il tarixli, 171 saylı qərarına əsasən Qax rayonu İlisu kəndində yerləşən 11199.57 kv.m. həyətyanı torpaq sahəsi X8 verilmiş və həmin sənəd həmin torpaq sahəsi ilə bağlı hazırlanmışdır. -xx.xx.2002-cı il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X17 qızı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günə ona məxsus bütün əmlakını nəvəsi Cavabdeh3 vəsiyyət etmişdir. -xx.xx.2006-cı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, İmamət Ramazanova tərəfindən Cavabdeh3 vəsiyyət edilən əmlak Qax rayonu İlisu kəndində yerləşən 1918/55 ildə tikilmiş üç otaqlı yaşayış evindən ibarətdir. - Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinin qüvvəyə minmiş xx xxxx 2003-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş hallardan görünür ki, Aysel, İmamət və İddiaçı3lərin valideynləri olan Arzu və Nümayəndə2lar 1991-ci ildə ailə qurmuş və həmin vaxtdan Nümayəndə2 anası İmamət Ramazanovanın razılığı ilə Arzu Ramazanovanı mübahisə predmeti olan evə köçürmüşdür. 1994-cü ilə kimi tərəflər həmin evdə yaşamışlar. 1994-cü ildə Arzu və Nümayəndə2lar Qax rayonu Qaxbaş kəndində 0.12 ha həyətyanı torpaq sahəsi olan iki otaqlı fərdi yaşayış evi əldə etmiş və bundan sonra Ramazanovlar ailəsi Qax rayonu Qaxbaş kəndinə köçmüşlər. Habelə həmin qətnamə ilə müəyyən edilmişdir ki, Nümayəndə2 və ailə üzvlərinin sözügedən yaşayı sahəsinə hüquqları itirilmişdir (2-ci cild, (i/v 99-101). Göründüyü kimi, qanuni qüvvə yə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Nümayəndə2 sözügedən yaşayış sahəsinə hüquqları itirilmişdir. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının mübahisəli evin yerləşdiyi torpaq sahəsi ilə bağlı olaraq hər hansı iddia etməyə subyektiv hüququ mövcud deyildir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qax rayonu İlisu kəndində 0.0677 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin 55/60 hissəsi və torpaq sahəsi 0.0577 ha hissəsi xx.xx.2019cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh3 Nizami oğlunun adına qeydə alınmış dır. -xx.xx.2019-cu ildə tərtib edilmiş, **********196-10301 reyestr nömrəli, 51 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, həmin yaşayış evinin hüquq subyektləri Qax rayonu İlisu kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh3, X4, X2, X11, X5 və X1r. -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsinin verdiyi Qeydiyyat nömrəsi ********* Reyestr nömrəsi **********88- 10301 olan, Seriya MH № ******* saylı xx.xx.2006-cı il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qax rayonunun İlisu kəndində 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 65.3 kv.m. yaşayış, 34.7 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayı şevi paylı mülkiyyət hüququ üzrə Cavabdeh3 11/12, X6 1/12 adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydə alınmışdır. -xx.xx.2011-ci il tarixli torpaq bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsinin verdiyi xx.xx.2011-ci il tarixli arayışa, Qeydiyyat nömrəsi ********* Reyestr nömrəsi **********88-10301 olan, Seriya MH № ******* saylı xx.xx.2006-cı il tarixli çıxarışa əsasən Qax rayonunun İlisu kəndində yerləşən, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin 0.05 ha hissəsini bacısı Cavabdeh4 bağışlamışdır. -Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2019-cu il tarixli, 249 arayışdan görünür ki, İddiaçı1 Qax şəhəri, İlya Çavçavadze küçəsi, ev 13-də qeydiyyatdadır. -Qax RİHB-nın Qax şəhər İƏD-s i üzrə nümayəndəsinin verdiyi xx.xx.2019-cu il tarixli, 253 saylı arayışdan görünür ki, İddiaçı2 Qax şəhəri, İlya Çavçavadze küçəsi, ev 13-də qeydiyyatdadır. -Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2019-cu il tarixli, 252 saylı arayışdan görünür ki, İddiaçı3 Qax şəhəri, İlya Çavçavadze küçəsi, ev 13-də qeydiyyatdadır. -Seriya AZE № ******* saylı şəxsiyyət vəziqəsinin surətindən görünür ki, Cavabdeh4 oğlu Bakı şəhəri, B.Məcidov küçəsi, məhəllə 455, ev 22, mənzil 26-da qeydiyyatdadır. -reyestr nömrəsi **********08-10301, inventar nömrəsi 3006 olan fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi sənəd üzrə 0.0729 ha göstərilsə də, faktiki sahə 0.0669 ha təşkil edir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövl ət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən iddiaçıların etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 ünvanlanmış xx.xx.2018-ci il tarixli № **********03 saylı məktubdan görünür ki, həmin məktubda Qax Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən sözügedən torpaq sahəsində yerləşən fərdi yaşayış evinə X6 adına avqust 2002-ci il tarixli, 51 inventar nömrəli texniki pasport və 171 saylı qeydiyyat vəsiqəsi verildiyi, Qax DNK-nın xx xxxxxxxx 2006-cı il tarixli, 2V-180 a saylı vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında sözügedən fərdi yaşayış evinin 11/12 hissəsinə Cavabdeh3 X3 vərəsəlik qəbul edildiyi, 1/12 hissəsi isə X6 adına açıq qalmaqla ********* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildiyi, Qax DNKnın x x xxxxxx 2011-ci il tarixli, 4Ə-354 saylı bağışlama müqaviləsi ilə Cavabdeh3 özünə məxsus hissədən 0.05 ha torpaq sahəsini Cavabdeh4 Fizuli qızına bağışlamış, sonuncunun adına xx xxxxxx 2011-ci il tarixdə ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.Nümayəndə2 itmiş kimi təqdim etdiyi torpaq sahəsinin planı və ölçüsü xx xxxxxxx 2006-cı il tarixdə Cavabdeh3 tərəfindən vərəsəliyin qəbulundan sonra daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınarkən, hüquqmüəyyənedici sənədlər sırasında ərazi idarəsinə təqdim edilmiş və hazırda həmin sənəd idarənin arxivində saxlanıldığı, eyni zamanda Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2-1 (841)-877 saylı qərardadı ilə X6 adına verilmiş qeydiyyat vəsiqəsinin xx xxxxxx 2002-ci il tarixl i vəsiyyətnamənin, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə iddiası mümkün sayılmadığı, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2-1(84)-877 saylı qərardadından verdiyi apellyasiya şikayətinin Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2- 1(107)-358 saylı qərardadı ilə təmin edilmədiyi göstərilmişdir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2 Nizami qızı və İddiaçı3 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına xx.xx.2006-cı il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın və həmin torpaq sahəsinin bir hissəsinin Cavabdeh4 bağışlanması ilə əlaqədar Qax rayon DNK-nun xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinin, Cavabdeh3 adına verilmiş xx xxxxxxx 2006-cı il tarixli, ********* saylı hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX çıxarışının və Cavabdeh4 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-nin xx.xx.2011-ci il tarixli, ********** saylı çıxarışının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-31/2020 saylı qətnaməsi ilə (hakim M.İ.Qarayev) iddiaçılar İddiaçı1, İddiaçı2 Nizami qızının və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə, Qax rayon Dövlət Notariat ofisinə, Cavabdeh3, Cavabdeh4 Fizuli qızına qarşı “DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına xx.xx.2006-cı il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın və həmin torpaq sahəsinin bir hissəsinin Cavabdeh4 bağışlanması ilə əlaqədar Qax rayon DNK-nun xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinin, Cavabdeh3 adına verilmiş xx xxxxxxx 2016-cı il tarixli, ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX çıxarışının və Cavabdeh4 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-nin xx.xx.2011-ci il tarixli, ********** saylı çıxarışının ləğv edilməsi tələbi”nə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçıların nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1084/2020 nömrəli, 24 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.İ.Məlikov (sədrlik edən və məruzəçi), R.R.Rəfiyev və R.Ə.Əliyev) iddiaçılar İddiaçı1, İ ddiaçı2 və İddiaçı3 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-31/2020 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi, iddiaçılar İddiaçı1, İddiaçı2 Nizami qızının və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə, Qax rayon Dövlət Notariat ofisinə, Cavabdeh3, Cavabdeh4 Fizuli qızına qarşı DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına xx.xx.2006-cı il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın və həmin torpaq sahəsinin bir hissəsinin Cavabdeh4 bağışlanması ilə əlaqədar Qax rayon DNK-nun xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinin, Cavabdeh3 a dına verilmiş xx xxxxxxx 2016-cı il tarixli ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX çıxarışının və Cavabdeh4 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-nin xx.xx.2011-ci il tarixli, ********** saylı çıxarışının ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi Nümayəndə2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası iş materiallarına iddiaçı tərəfindən əlav ə olunan hüquqmüəyyənedici sənədlərə, verilən vəsatətlərə, eləcə də hakim M.İ.Qarayev barəsində xüsusi qərardad çıxarılması barədə vəsatətə düzgün hüquqi qiymət verməmiş, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli və xx xxxx 2020-ci il tarixli qərardadlarını nəzərə almamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında Cavabdeh3 vəkili Nümayəndə1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə l azımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin, Qax rayon Dövlət Notariat ofisinin nümayəndələri, Cavabdeh3, Cavabdeh4 Fizuli qızı hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola b ilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olu nmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla həqiqi hesab edilir. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normaların ın pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellya siya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçının mübahisəli evin yerləşdiyi torpaq sahəsi ilə bağlı olaraq hər hansı iddia etməyə subyektiv hüququ mövcud deyildir. İşin tədqiq olunan faktiki hallarından görünür ki, DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına xx.xx.2006-cı il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli çıxarışı qanuni əsaslarla əldə etmiş, bununla da həmin əmlaka dair səlahiyyətli şəxs olmuş və həmin əmlak üzərində sərəncam verərək onun bir hissəsini Cavabdeh4 bağışlamışdır. İddiaçılar isə əqdin ləğvinə dair dəlillərini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etmədiklərindən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qeyd edilən bağışlama müqaviləsinin ləğvindən söhbət gedə bilməz və həmçinin, bu müqavilənin ləğvinə dair heç bir əsas olmadığından onun nəticəsində tərtib olunmuş reyestrdən çıxarışların da ləğv edilməsi barədə tələb də təmin oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, MH seriyalı, ******* nömrəli çıxarış xx.xx.2006-cı il tarixdə verilmiş, iddiaçıların adları isə elektron siyahıya 2008-ci il tarixdə salınmışdır.MH seriyalı, ******* nömrəli çıxarış daha əvvəl, yəni xx.xx.2006-cı il tarixdə verildiyi üçün ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin məhkəmə iclasında hakimə etiraz edilməsinə sədirlik edənin münasibət bildirməməsi barədə dəlili ilə razılaşaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübu t təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfin nümayəndəsi Nümayəndə2 məhkəmənin xx xxxxxx 2020-ci il tarxili iclasında sədirlik edən hakimə etiraz etmişdir. Lakin məhkəmədə sədirlik edən hakim həmin etiraza münasibət bildirmədiyindən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə iclasına sədirlik edən hakim prosessual pozuntuya yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan a pellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1084/2020 nömrəli, 24 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar